Making Innovation Meaningful

Lazımi İnnovasiyanın Gerçəkləşdirilməsi

Videonu izlə

HUAWEI HAQQINDA 

Huawei informasiya və kommunikasiya texnologiyaları (IKT) infrastrukturu və ağıllı cihazlar üzrə aparıcı qlobal provayderdir. Telekom şəbəkələri, İT, ağıllı cihazlar və bulud xidmətləri kimi dörd əsas domen üzrə inteqrasiya edilmiş həllər ilə hər bir şəxsə, evə və təşkilata internet şəbəkəsinə tam qoşulmuş, ağıllı dünya bəxş etmək öhdəliyi götürmüşük.

Fuels Innovation For A Better Connected World Fuels Innovation For A Better Connected World

"HUAWEI" Consumer Business Group haqqında

HUAWEI Consumer BG" - "HUAWEI" şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan elektronikanın, o cümlədən mobil genişzolaqlı cihazlar, məişət cihazları və cihaz bulud xidmətləri təmin edərək həyatın bütün mənzərələrini əks etdirməkdə liderdir. Huawei Consumer BG istehlakçılara ən son texnologiyaların çatdırılmasına və texnoloji təkmilləşmələr ilə dünyanın istənilən yerindən olan daha çox insana sevinc bəxş edir. Dünya ilə ayaqlaşırıq ki, xəyallar gerçəkləşsin.

Əsas mərhələ

2019

Sentyabr: Huawei Münhen şəhərində baş tutan eksklüziv buraxılış tədbirində özünün innovativ HUAWEI Mate 30 seriyasını açıqladı. İnteqrasiya edilmiş inqilabi dörd kamera və bənzərsiz, ikonik OLED HUAWEI Horizon Displeyə malik Kirin 990 5G birkristallı sistemi ilə HUAWEI Mate 30 seriyası estetik dizayndan tutmuş, avadanlıq dizaynı və proqram yeniliyinə qədər hər bir sahədə yeni standartlar müəyyən edir.

Sentyabr: Huawei IFA-da ən yeni flaqman Kirin 990 seriyasını: Kirin 990 və onun 5G versiyasını təqdim etdi. Kirin 990 (5G) dünyanın ilk 5G birkristallı sistemidir. Sənayenin ən yığcam 5G smartfon texnologiyası və ilk tam tezlikli 5G bir kristallı sistemi olmaqla Kirin 990 (5G) son istifadəçilərin 5G realizasiyasının ilk ilində üstün bir 5G bağlantı təcrübəsi əldə etmələrinə imkan verir.

Avqust: Huawei Developer Konfransında Huawei HarmonyOS - bütün cihaz və variantlar arasında vahid istifadəçi təcrübəsi təqdim etmək üçün hazırlanmış yeni mikrokernel əsaslı, paylanmış əməliyyat sistemini istifadəyə verdi.
HarmonyOS güclü funksionallığı ilə yüngül, yığcam bir əməliyyat sistemidir və o, ilk öncə smart saatlar, smart ekranlar, nəqliyyat vasitəsi daxili sistemlər və smart dinamiklər kimi smart cihazlarda istifadə ediləcək. Bu tətbiqetmə yolu ilə Huawei cihazlar arasında inteqrasiya edilmiş və ortaq bir ekosistem yaratmağı, təhlükəsiz və etibarlı bir iş mühiti yaratmağı və hər bir cihazla hər qarşılıqlı əlaqədə vahid intellektual bir təcrübə təqdim etməyi hədəfləyir.

İyul: Huawei 2019-cu ilin ilk yarısı üçün biznes nəticələrini açıqladı. Huawei istehlakçı biznesində H1 satışın əldə olunan gəlir CNY220.8 milyard təşkil etmişdir.
Huawei şirkətinin smartfon tədarükü (Honor telefonları da daxil olmaqla) ötən illə müqayisədə 24% artaraq 118 milyona çatmışdır. Şirkət həmçinin planşet, kompüter və daşına bilən elektronika məhsullarının tədarükündə də sürətli artım müşahidə etmişdir. Huawei istifadəçilər üçün bütün əsas inkişaf variantarı arasından daha ideal bir intellektual təcrübə təqdim etmək məqsədilə öz cihazının ekosistemini genişləndirməyə başlayır. Bu günə qədər Huawei Mobil Xidmətlər ekosistemi 800000-dən çox qeydiyyatdan keçmiş developerə və dünya üzrə 500 milyon istifadəçiyə sahibdir.

İyul: Huawei may ayında İsveçrədə keçirilən təqimatından sonra Çində dünyada ilk iki rejimli 5G smartfonunu - HUAWEI Mate 20 X (5G) modelini buraxdı.
Huawei şirkətinin ən son nəsil 5G multi-rejimli terminal çipləri, 5G şəbəkələrini həm SA (Ayrı-ayrılıqda), həm də NSA (Birlikdə) dəstəkləyən 7nm Balong 5000 və Kirin 980 ilə HUAWEI Mate 20 X (5G) iki çip konfiqurasiyasından istifadə edən satışa buraxılmış yeganə 5G smartfonudur. HUAWEI Mate 20 X (5G) iyun ayında Çinin 5G şəbəkəsinə daxil olmaq üçün ilk lisenziyanı alaraq 5G erasının nəhayət istehlakçılara gəlib çatdığını göstərmiş oldu.

İyul: Sürət sahəsində çox illik təcrübəni davam etdirən Huawei "Fortune 500" siyahısında 61-ci yeri tutmuşdur. Bu ilki sıralamada o, keçən ilkindən 11 xal, 2017-ci ilki göstəricidən isə nəzərə çarpacaq dərəcədə 68 xal yüksəkdə olmuşdur.

İyul: HUAWEI Mate 20 X (5G) - dünyanın ilk iki rejimli 5G smartfonu, Qlobal Sertifikat Forumu (QSF) tərəfindən təsdiqlənərək bazarda bütün QSF 5G testlərindən keçən ilk 5G smartfonu oldu.

İyun: Huawei "BrandZ"-nin hər il aparılan Ən Dəyərli Qlobal Markaların İlk 100-lüyü araşdırmasında marka dəyərinin səkkiz faiz artması ilə 47-ci yerdə (keçən ilkindən bir yer yüksək) qərarlaşmışdır. Bu, ardıcıl dördüncü ildir ki, Huawei ilk 50-lər sırasında yer alır.

Aprel: Huawei 2019-cu ilin ilk rübü üçün öz biznes nəticələrini açıqladı. Huawei-in İstehlakçı Biznes Qrupu öz innovativ məhsulları ilə istehlakçılar üçün dəyər yaratmağa davam edir. Onun əsas strategiyası bütün variantlar üzrə istehlakçılara intellektual bir təcrübə təqdim etməkdir. 2019-cu ilin birinci rübündə Huawei şirkəti 59 milyon smartfon təchiz etmişdir. Kompüter, daşına bilən elektronika məhsulları və smart ev kimi digər biznes seqmentlərində Huawei öz aparıcı, innovativ məhsulları və üstün istifadəçi təcrübələrinə görə qlobal istehlakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Mar: Huawei innovativ HUAWEI SuperSpectrum Sensoru, optik SuperZoom Linzaları (5X optik miqyasdəyişmə, 10X hibrid miqyasdəyişmə və 50X-ə qədər rəqəmsal miqyasdəyişmə), yeni HUAWEI ToF (Uçuş vaxtı) Kamerası və təkmil optik və Sİ şəkil stabilizasiyası texnologiyasına malik HUAWEI P30 Seriyasını yeniləyərək fotoqrafiyanın qaydalarını yenidən yazdı. Bu inqilabi texnologiyalar ilə HUAWEI P30HUAWEI P30 Pro bütün rejimlərdə əla fotolar və videolar çəkə bilər.

Fevral: MWC 2019-da Huawei dünyanın ən sürətli 5G qatlana bilən telefonu olan HUAWEI Mate X modelini təqdim etdi. HUAWEI Mate X GSMA-nın “Mobil Dünya Konqresində Ən Yaxşı Yeni Əlaqələndirilmiş Mobil Cihaz 2019” adını qazanaraq təqdim olunan mükafatların ən yaxşısını qazandı. HUAWEI Mate X modeli 7nm multirejimli modem çipseti (Kirin 980 + Balong 5000) və dünyanın ən sürətli 55 W HUAWEI SuperCharge Doldurucusunu dəstəkləyən yüksək tutumlu 4500 mAh batareya ilə "Falcon Wing Mechanical Hinge" dizaynına malikdir.
Huawei, həmçinin HUAWEI MateBook X Pro, HUAWEI MateBook 13 və HUAWEI MateBook 14 modellərini də təqdim etdi. Bu məhsullar istifadəçilərə yüksək sürətli bağlantı imkanı verir və hər zamankından daha dəqiq hiper bağlantı təcrübəsi təqdim edir.

Yanvar: Huawei 5G multirejimli çipset, Balong 5000 və onunla dəstəklənən ilk ticari 5G cihazı olan Huawei 5G CPE Pro modelini təqdim etdi.
Bu yeni məhsullar istehlakçılara bir çox seçimlər verməklə yeni 5G brendi təcrübəsi təmin edəcəkdir.

2018

Oktyabr: Huawei Kirin 980 ilə dəstəklənən HUAWEI Mate 20 Seriyası modelini təqdim etdi, bu model Huawei-in çip üzrə ən sıx və ən yüksək məhsuldarlığa malik sistemidir (SoC). Bu flaqman seriyası dörd cihazı əhatə edir: HUAWEI Mate 20, HUAWEI Mate 20 Pro, HUAWEI Mate 20 X və PORSCHE DESIGN HUAWEI Mate 20 RS.
HUAWEI Mate 20 Seriyalı Matriks Kamera Sisteminə istifadəçilərə sadəcə daha geniş yox, həm də daha yaxından görmək imkanı verən yeni makro məsafə qabiliyyəti ilə Leica Ultra Geniş Bucaq Linzaları daxildir.

Oktyabr: Huawei aparıcı brend üzrə məsləhətçi şirkət olan Interband tərəfindən buraxılan Ən Yaxşı Qlobal Brendlər 2018 müsabiqəsində dünyanın 68-ci ən dəyərli brendi adına layiq görüldü. Huawei 2017-ci ildən bəri iki pillə yuxarı qalxdı və onun brend dəyəri 14% artaraq 7,6 milyard dollar təşkil etdi.

Avqust: Huawei dünyanın ilk 7 nm emal gücünə malik mobil telefon SoC çipseti olan Kirin 980 modelini buraxdı.

Avqust: IDC məlumatlarına görə, 2018-ci ilin ikinci rübündə Huawei qlobal ağıllı telefon bazar payında Nömrə 2 olub.

May: huawei Forbes tərəfindən təşkil edilən dünyanın Ən Dəyərli Brendləri 2018 siyahısında 8,4 milyard dollarlıq brend dəyəri ilə yer alan yeganə Çin şirkətidir.

Mar: Huawei HUAWEI P20 seriyalı ağıllı telefonları və Porsche Design HUAWEI Mate RS modelini buraxdı. HUAWEI P20 Pro DxOMark-dan bu vaxta qədər qazanılan ən yüksək xalı, yəni 109 xalı qazandı.

Fevral: Huawei HUAWEI MateBook X Pro, HUAWEI MediaPad M5 Seriyalarını buraxdı

2017

Oktyabr: Huawei innovativ avadanlıq, Kirin 970 çipseti və EMUI 8.0 modelini birləşdirərək yeni AI mobil proqramlarına qapı açan HUAWEI Mate 10 Seriyasını təqdim etdi.

Sentyabr: Interbrand 2017-ci ilin Ən Yaxşı Qlobal Brendləri Hesabatını açıqladı və Huawei-in 70-ci yerə yüksəldiyini təsdiq etdi. Brendin dəyəri keçən illə müqayisədə 14% artaraq 6,676 milyard dollar təşkil etdi.

Sentyabr: Huawei IFA 2017-də Kirin 970 modelini təqdim etdi. Kirin 970 Android rəhbərliyi tərəfindən IFA 2017-nin Ən Yaxşı Məhsul mükafatına layiq görüldü.

Avqust: HUAWEI P10 “EISA Ağıllı Telefon Kamerası 2017-2018” adına layiq görüldü və WATCH 2 Avropa Görüntü və Səs Assosiasiyası tərəfindən “EISA Daşınan cihaz 2017-2018” elan edildi.

İyul: Huawei-in 2017-ci ildə H1 Ağıllı telefon təchizatları 20,6% artım ilə 73,01 milyona çatdı.

İyun: Huawei Brand Z Top 100 Ən Dəyərli Qlobal Brendlər 2017 siyahısında 49-cu yeri tutdu.

May: Forbes 2017-ci ilin Ən Dəyərli Brendləri siyahısını dərc etdirdi. HUAWEI 7,3 milyard dollarlıq brend dəyəri ilə 88-ci sırada yer aldı və siyahıya düşən yeganə Çin brendi oldu.

Fevral: Huawei ikinci buraxılış ağıllı saatı HUAWEI WATCH 2 və Porsche Design HUAWEI Ağıllı saat modelini buraxdı.

Fevral: Huawei HUAWEI P10 və HUAWEI P10 Plus modellərini buraxdı. Ağıllı telefonlar parlaq rənglərə malikdir və yeni Leica ön və arxa kameralarına sahibdir.

2016

Noyabr: Huawei Almaniyanın Münhen şəhərində HUAWEI Mate 9 və Porsche Design HUAWEI Mate 9 modellərini təqdim etdi.

Oktyabr: Huawei 2016-cı ildə Interbrand-in təqdim etdiyi 100 Ən Yaxşı Qlobal Brendlərdə 16 pillə irəliləyərək 72-ci sırada yer aldı və texnologiya kateqoriyasında top pillələrdə oldu.

Sentyabr: Huawei və Leica optik sistemlərdə, VR, AR və proqram təminatı əsaslı texnologiyalarda Tədqiqat və İnkişaf əməliyyatını dəstəkləyəcək Max Berek İnnovasiya Labaratoriyasının açılışını elan etdi.

Sentyabr: Huawei HUAWEI Nova, HUAWEI MediaPad M3 və qırmızı, mavi rənglərdə HUAWEI P9 modellərini buraxdı.

Avqust: Huawei Huawei HiLink Ağıllı Ev Ekosistemini işləyib hazırladı. Huawei HiLink ağıllı ev həlləri, ağıllı ev APP və müxtəlif partnyorların ağıllı məhsulları da buraxıldı.

Avqust: HUAWEI P9 modeli Avropa Görüntü və Səs Assosiasiyasının təşkil etdiyi AGSA Mükafatlandırma mərasimində Avropa İstehlakçı Ağıllı Telefonu 2016-17 adını qazandı.

İyun: Huawei əsas elmlər, xüsusilə də alqoritm sahəsində Huawei-in imkanlarını genişləndirmək üçün Fransada Riyaziyyat və Alqoritmik Elmlər Labaratoriyasının əsasını qoydu.

Aprel: London, BK, Huawei ağıllı telefon fotoqrafiyasında yeni standart təyin edərək ilk dual Leice linzalarına malik ağıllı telefon seriyası olan HUAWEI P9 modelini təqdim etdi.

Mar: Huawei Lionel Messini brend təmsilçisi elan etdi.

Fevral: Huawei 2016 MWC-da HUAWEI MateBook modelini buraxdı. Bu arada, HUAWEI MateBook 15 mükafat qazanıb.

Yanvar: Huawei beynəlxalq lüks məhsullar brendi olan Swarovski ilə birlikdə İstehlakçı Elektronika Nümayişində ilk qadın saatı Android Wear™ HUAWEI WATCH Jewel and Elegant (Dəbdəbəli və Zərif HUAWEI SAATI) modelini təqdim etdi.

2015

Noyabr: Huawei eyni gündə HUAWEI Mate 8 modelinin və HUAWEI Watch Çin Buraxılışının təqdimatını keçirdi.

Noyabr: Huawei HiSilicon Kirin 950 çipsetini buraxdı. Bazarda ilk və ən böyük ticari 16FF+ mobil Sistem çipidir və 1.8GHz göstəriciyə malik dörd nüvəli Cortex-A53 ilə birlikdə 2.3GHz göstəriciyə malik dörd nüvəli Cortex-A72 LITTLE arxitekturasına malikdir.

Oktyabr: Huawei 2015-ci ildə Interbrand-ın Top 100 Ən Yaxşı Qlobal Brendi arasında 88-ci pilləyə yüksəldi.

Sentyabr: Google San Fransiskoda keçirilən tədbirdə Huawei və Google tərəfindən yaradılan Nexus 6P modelini təqdim etdi. Bu model “Apple həvəskarlarını cəlb edən Android ağıllı telefonu adlandırıldı”.

Sentyabr: Huawei Almaniyanın Berlin şəhərində keçirilən IFA-da innovativ Toxunuş Gücü (Force Touch) texnologiyası ilə yeni flaqman ağıllı telefonu Mate S modelini təqdim etdi. Eyni vaxtda Huawei Watch da buraxıldı.

Avqust: Huawei P8 EISA-dan “Avropa İstehlakçı Ağıllı Telefonu 2015 – 2016” mükafatını qazandı.

May: Huawei Brand Z-nin Top 100 Dəyərli Brendində texniki brendlər siyahısında 16-cı sırada yer aldı. Brand Z-nin məlumatlarına görə, Huawei-in brend dəyəri 2015-ci ildə 15,335 milyard dollara çatdı.

Aprel: Huawei 6,8 düym ekrana malik illik flaqman ağıllı telefonu P8 və P8max modellərini buraxdı.

Mar: Huawei lüks dizayn, dəb, avtomobil, 3D, rəqəmsal və brend strategiyalarında ixtisaslaşan 10 dizaynerdən ibarət heyət ilə Paris Estetika Mərkəzinin açılışını etdi.

Mar: Huawei Huawei Watch, TalkBand B2 və yeni nəsil fableti TalkBand N1 modellərini, MediaPad X2 modelini buraxdı və “Xəyallar Yaradıcılığa İlham Verir” adlı brend sloqanını elan etdi.

2014

Sentyabr: Huawei Almaniyanın Berlin şəhərində Ascend Mate7, Ascend G7, Ascend P7 Sapphire Edition və EMUI 3.0 kimi bir neçə flaqman ağıllı telefonu təqdim etdi.

Avqust: Ascend P7 modeli EISA tərəfindən "Avropa İstehlakçı Ağıllı telefonu 2014 – 2015" mükafatına layiq görüldü.

İyun: Huawei sənaye yönümlü səkkiz nüvəli çipset olan Kirin 920 modelini buraxdı.

May: Huawei dünyanın ən nazik ağıllı telefonlarından biri olan (6,5 mm) 4G LTE Ascend P7 modelini buraxdı.

Fevral: Huawei 7-düymlü 4G LTE-aktivləşdirilmiş MediaPad X1, Ascend G6 4G ağıllı telefonunu və Huawei E5786 adlanan dünyanın ilk LTE Cat6 Mobil WiFi-nı buraxdı.

Yanvar: Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində 150 Mbps-a qədər sürətə malik, yüksək səviyyəli flaqman ağıllı telefonu olan ilk LTE aktivləşdirilmiş Huawei Ascend Mate2 4G modelini buraxdı.

2013

Dekabr: Huawei Çində Huawei-in müstəqil törəmə brendini və Honor 3C, 3X və E5730 modellərini təqdim etdi.

İyun: Huawei Londonda dünyanın ən nazik ağıllı telefonlarından biri olan, yeni nəsil ağıllı telefonu Huawei Ascend P6 modelini təqdim etdi.

Fevral: Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində qlobal istehlakçılar üçün yeni "Mümkün et" adlı brend kampaniyasını təqdim etdi.

Fevral: Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində dünyanın yeganə və ilk LTE Cat4 Ascend P2 ağıllı telefonunu təqdim etdi.

Yanvar: Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində dünyanın ən geniş ekrana malik 6,1 düym Huawei Ascend Mate modelinin və Huawei-in ilk Windows Phone 8 ağıllı telefonunun, Ascend W1 modelinin təqdimatını etdi.

Yanvar: Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində 5 düym HD 443 Super Retina ekranına malik yüksək səviyyəli flaqman ağıllı telefonu olan Huawei Ascend D2 modelini təqdim etdi.

2012

IDC məlumatlarına görə, Huawei ilin dördüncü rübündə dünyanın üçüncü ən böyük ağıllı telefon istehsalçısı olub.

Fevral: Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində dünyanın ən sürətli dörd nüvəli ağıllı telefonu olan Huawei Ascend D1 quad modelini təqdim etdi.

Yanvar: Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində dünyanın ən nazik ağıllı telefonu olan Huawei Ascend P1 S (6,68mm) modelini təqdim edərək yeni, dəbli Huawei P seriyasını təqdim etdi.

2011-2003

2011 Avqust: Huawei bulud xidmətini ictimaiyyətə açıqladı və dünyanın ilk bulud dəstəkli ağıllı telefonu olan Huawei Vision modelini təqdim etdi.

2011 Mart: Huawei rəsmi şəkildə satışa buraxıldığı gündən etibarən 100 gün içərisində Çində bir milyon C8500 ağıllı telefon satdı.

2010 Sentyabr: Huawei Almaniyada keçirilən IFA-da Google-un Android 2,2 əməliyyat sistemi ilə ilk IDEOS ağıllı telefonunu təqdim etdi.

2010 Avqust: Huawei-in mobil genişzolaqlı məhsullarının ümumi göndərilmə həcmi 100 milyon cihaza çatdı.

2009 Fevral: Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində ilk Android ağıllı telefonunu ictimaiyyətə açıqladı və T-Mobile ilə əməkdaşlığını elan etdi.

2008 Noyabr: Huawei-in E180 modeli Asiya Mobil Mükafatlar müsabiqəsində "Ən Yaxşı Mobil Genişzolaqlı Məhsulu" adına layiq görüldü.

2007: Huawei E270 modeli üçün Red Dot Design Mükafatı, E172 modeli üçün IF Məhsul Dizaynı Mükafatı alaraq mobil WiFi dizaynına görə qlobal səviyyədə tanındı.

2006 İyun: Huawei Sinqapurda dünyanın ən sürətli və ən kompakt HSDPA USB Modemi olan E220 modelini təqdim etdi.

2005 İyun: Huawei-in ilk 3G mobil telefonu olan U626 Charlton Media Group tərəfindən "Ən Yaxşı 3G Ağıllı telefonu" adlandırıldı.

2004 Fevral: Huawei Fransanın Kann şəhərində keçirilən 3GSM Konfransında Çinin ilk WCDMA mobil telefonunu nümayiş etdirdi.

2003 İyul: Huawei mobil telefon departamentinin əsasını qoydu.

Ətraflı öyrən Bağla
Join us Join us Bizə qoşul