Global
Global ( EN )
Africa
Algeria ( French )
Angola ( Português )
Botswana ( EN )
Congo ( FR )
Egypt ( EN )
Egypt ( العربية )
Ethiopia ( EN )
Ghana ( EN )
Jordan ( EN )
Kenya ( EN )
Mauritius ( EN )
Morocco ( FR )
Namibia ( EN )
Nigeria ( EN )
South Africa ( EN )
Tanzania ( EN )
Tunisia ( FR )
Uganda ( EN )
Zambia ( EN )
Asia Pacific
Australia ( EN )
Azerbaijan ( Azərbaycan )
Bangladesh ( EN )
Cambodia ( EN )
China ( 简体中文 )
Hong Kong, China ( 繁體中文 )
India ( EN )
Indonesia ( Indonesian )
Japan ( 日本語 )
Kazakhstan ( Pусский )
Laos ( ລາວ )
Malaysia ( EN )
Myanmar ( ျမန္မာ )
Nepal ( EN )
New Zealand ( EN )
Philippines ( EN )
Singapore ( EN )
South Korea ( 한국어 )
Sri Lanka ( EN )
Taiwan, China ( 繁體中文 )
Thailand ( ภาษาไทย )
Turkey ( Türk )
Uzbekistan ( Pусский )
Vietnam ( Tiếng Việt )
Europe
Austria ( DE )
Belarus ( Pусский )
Belgium ( Dutch )
Belgium ( French )
Bulgaria ( Български )
Czech ( čeština )
Croatia ( Hrvatski )
Denmark ( Dansk )
Estonia ( Eesti )
Estonia ( Pусский )
Finland ( Suomi )
France ( FR )
Germany ( DE )
Greece ( Ελληνικά )
Hungary ( magyar nyelv )
Italy ( IT )
Latvia ( Latvijas )
Latvia ( Pусский )
Lithuania ( Lietuvos )
Macedonia ( македонски )
Netherland ( Dutch )
Norway ( Norsk språk )
Poland ( Polski )
Portugal ( Português )
Romania ( Român )
Russia ( Pусский )
Serbia ( Cрпски jезик )
Slovakia ( Slovensky )
Spain ( Español )
Sweden ( Svenska )
Switzerland ( DE )
Switzerland ( FR )
Ukraine ( Український )
United Kingdom ( EN )
Latin America
Argentina ( Español )
Bolivia ( Español )
Brazil ( PT )
Chile ( Español )
Colombia ( Español )
Costa Rica ( Español )
Dominican Republic ( Español )
Ecuador ( Español )
Guatemala ( Español )
Jamaica ( EN )
Mexico ( Español )
Panama ( Español )
Paraguay ( Español )
Peru ( Español )
Uruguay ( Español )
Venezuela ( Español )
Middle East
Kuwait ( EN )
Kuwait ( العربية )
Pakistan ( EN )
Saudi Arabia ( العربية )
Saudi Arabia ( EN )
UAE ( EN )
UAE ( العربية )
Farsi ( FA )
Levant ( EN )
North America
Canada ( EN )
Canada ( FR )
United States ( EN )

Remember my choice for next time?

Interbrand

Interbrand's Best Global Brands 2014

04 September, 2014

hot press

Berlin, Almaniya, 4 sentyabr 2014-cü il: Bu gün Huawei şirkəti Internationale Funkausstellung Berlin (IFA) 2014-də öz yeni Ascend G7 smartfonunu təqdim etdi. Ustalıqla işlənib hazırlanmış, 5.5 düymlü HD ekranı, dördüncü nəsil LTE Cat4 şəbəkələrinə təkmilləşdirilmiş qoşulma və arxa panelində 13 meqapikselli optimallaşdırılmış kamerası olan Ascend G7 mükəmməl görünüşə malikdir və insanlara ağılla işləmək və ürəkdən əylənmək imkanını yaradır. Ascend G7 Huawei şirkətinin ən yaxşı texnologiyaları əlçatan etmək vədinə istiqamətlənmiş Ascend G cihazlarının təsirli seriyasına son əlavədir.   


hot press

«Görünüşcə və əl ilə toxunduqda plastik olan orta keyfiyyətli smartfonlarla dolu olan bazarda Ascend G7 öz ustalıqla işlənmiş, eleqant metalik dizaynı ilə seçilir”, Huawei Consumer Business Group baş direktoru Riçard Yu (Richard Yu) bəyan etdi. “4G LTE texnologiyalarını dəstəkləyən parlaq Ascend G7 bütün dünyada istehlakçılar üçün yaradılıb ki, onlar öz fərdiliyini ifadə edib tam güclə yaşaya bilsinlər”.    


 Heyranedici görünüş


hot press

Ascend G7 istənilən şəxsə tərz bəxş edir. Qalınlığı 7.6 mm və çəkisi 165 qram olan Ascend G7 premium sinifli bütöv metalik dizayn və daha zəngin tekstura və hamar toxunuş yaratmaq üçün super-müasir formalama nano-texnologiyası ilə işlənib hazırlanıb. 5.5 düymlü HD displey (1280x720) rahat və asanlıqla ələ yerləşir, telefonun ön və arxa panellərinin arasındakı 0.8 millimetrlik xətt smatfona balans və eleqantlıq bəxş edir. Ascend G7 qəməri-boz, kosmik-boz və qürub-qızıl rənglər daxil olmaqla klassik metalik rənglərdə mövcuddur.


 Kamil iş


hot press

Ascend G7 güclü dörd-nüvəli 1.2 qiqaherzli Qualcomm prosessoru və 300 mAh  litium-polimer akkumulyator batareya ilə işləyir. Huawei şirkətinin enerjiyə qənaətin üç rejimini – normal, ağıllı və enerjiyə ultra qənaət – təmin edən enerji qoruyucu texnologiyası sayəsində Ascend G7 intensiv istifadə şəraitində 1,2 gün və əlavə olaraq 24 saat cəmi 10% batareya gücü ilə işləyə bilir. Huawei Ascend G7 qoşulmaları əvvəlkindən daha tez və etibarlı etmək üçün 4G LTE-texnologiyalarını dəstəkləyir. İnternet sürəti saniyədə 150 Mbit olduqda filmləri bir neçə dəqiqəyə, iş fayllarını isə şəbəkəyə bir neçə saniyə ərzində yükləmək mümkündür.   


hot press

Ascend G7 smartfonunun səmərəliliyi və sürəti dəyişən həyatla bir addımlamağa imkan yaradan telefon axtarışında olan istifadəçilər üçündür. Antenna kommutasiyasının intellektual texnologiyası sabit şəbəkə siqnalını təmin edir və buraxılmış zənglərin sayını azaldır. Bütün dünya üzrə şəbəkələrlə uyğunlaşa bilən Ascend G7 həqiqətən də smartfonun qoşulmalarını və onun effektivliyini maksimallaşdıran qlobal telefondur. 


 Ürəkdən əyləncə


hot press

Huawei Ascend G7 ilə çəkilən yüksək keyfiyyətli şəkillərdən zövq alın. Arxa paneldəki 28 millimetrlik genişbucaqlı BSI obyektivli 13-meqapikselli kamera və genişbucaqlı 88-dərəcəli obyektivi olan 5-meqapikselli ön kamera ilə çəkiliş zamanı panoram foto görünüş həm şaquli, həm üfüqi genişləndirilə bilər. Səsin azaldılma düyməsinə iki dəfə basmaqla bir saniyəyə şəkil çəkmək mümkündür. Ascend G7 əl ilə fokuslama və zəif işıqlama şəraitində çəkilən şəkillər üçün müstəqil işığın ölçülməsi funksiyasını işə salmaqla şəkillərin redaktə edilməsi üçün geniş imkanlar təmin edir. Bu smartfonun heyrətləndirici kamerası video rejimində çəkiliş zamanı sifətlərin video-nişanlanması imkanlarını təqdim edir.   


hot press

Ascend Mate7 Huawei  şirkətinin öz işləməsi olan intuitiv-aydın istifadəçi interfeysi olan, telefonu bir əllə daha asan idarə etməyə imkan yaradan və tamamilə yeni proqram təminatının növü olan EMUI 3.0 yeni versiyası ilə təchiz olunacaq. İstifadənin asanlığının yaxşılaşdırılması və müxtəlif əlavələr arasında uzlaşma üçün yeni müasir dizayn istifadə edilib. Bundan əlavə, EMUI 3.0 smartfonun əsas funksiyalarının konvergensiyası – indi barmağın üfüqi hərəkəti ilə keçirilə bilən zəng, kontaklar və mesajlar – kimi dizaynın praktik və vizual cəhətdən cəlbedici detalları vasitəsilə intuitiv üsulla gündəlik ehtiyaclara cavab verir.