HUAWEI MatePad 11

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI MatePad 11
120 Hz yeniləmə sürəti | HUAWEI tam görüntülü displey 1
HUAWEI M-qələmi2
HUAWEI MatePad 11 HUAWEI MatePad 11
Potensialınızı irəli
səviyyəyə qaldırın
Mütəşəkkil yeni masaüstü ilə HUAWEI MatePad 11-in rahatlığından zövq alın. Sensor ekran və ya maus vasitəsilə bütün tətbiqləri görə və onlardan yüksək səmərəliliklə istifadə edə bilərsiniz. Ekranın aşağısında göstərilən tez-tez və ən son istifadə edilən tətbiqlərə baxın və tətbiq pəncərəsini açmadan əvvəlcədən izləmək üçün mausu tətbiq ikonasının üzərinə aparın. -

HUAWEI Ağıllı Maqnit Klaviatura haqqında daha çox məlumat əldə edin >
HUAWEI MatePad 11 Desktop
HUAWEI MatePad 11 Desktop
HUAWEI MatePad 11 Desktop
HUAWEI MatePad 11 Desktop
HUAWEI MatePad 11 Desktop
HUAWEI MatePad 11 Desktop
Funksiyaları özünüz
müəyyənləşdirin
App Multiplikatoru eyni tətbiq daxilində iki tapşırıq yerinə yetirməyə imkan verən yeni Window Lock xüsusiyyəti əlavə edilib7. Çoxpəncərəlilik xüsusiyyəti8 isə bir ekranda 4-ə qədər tətbiq açmağınıza imkan verir — e-poçtlarınıza baxarkən eyni zamanda iş yoldaşlarınızla söhbət edə, konfrans zəngləri zamanı önəmli qeydlər apara və iş və gündəlik həyatınızı özünüzə uyğun olaraq tənzimləyə bilərsiniz.
HUAWEI MatePad 11 Multi-Window HUAWEI MatePad 11 Multi-Window HUAWEI MatePad 11 Multi-Window HUAWEI MatePad 11 Multi-Window
Əl yazısını mətnə
çevirin9
Uğura
aparan yol
HUAWEI MatePad 11 App Multiplier
2 Windows of
the Same App
HUAWEI M-qələm (2-ci nəsil) ilə aldığınız ilhamı reallığa çevirin. 4096 səviyyəli təzyiq həssaslığı və meyil həssaslığına10 malik qələm demək olar ki nəzərə çarpmayan 2 ms gecikmə11 ilə hərəkətinizin hər nüansını tutur. Asan, dəqiq və çevik şəkildə qeydlər aparın, mesajlarınızı cavablandırın, şərhlər əlavə edin və mükəmməl formalı diaqramlar çəkin.

HUAWEI M-Qələm haqqında daha çox məlumat əldə edin >
Sənin dünyan, sənin studiyan
HUAWEI MatePad 11-i mobil videomontaj studiyanıza çevirin. Telefonunuzla möhtəşəm videolar çəkin, daha sonra onları geniş ekranda daha rahat şəkildə montaj etmək13 üçün HUAWEI MatePad-ə köçürün12. Bundan əlavə, xüsusi toxunuşla gözəl tematik rəsmlər çəkmək üçün HUAWEI M-qələmdən istifadə edin.
HUAWEI MatePad 11 Collaborate with Phone
Telefonla birlikdə
istifadə edin
Daha geniş
perspektivə sahib olun
HUAWEI MatePad 11-i əlavə ekran kimi noutbukunuza qoşaraq daha geniş görüntü əldə edin. 14 Bu zaman iki layihə üzərində eyni anda işləyə və faylları asanlıqla bir ekrandan dartıb digərinə ata bilərsiniz. Alternativ olaraq noutubukunuzun ekranını HUAWEI MatePad-ə əks etdirə və HUAWEI M-qələmi ilə dizayn layihələrinizi detallı şəkildə hazırlaya bilərsiniz.
HUAWEI MatePad 11 Collaborate with PC
Noutbukla birlikdə
istifadə edin
Axıcı
görüntü
HUAWEI MatePad 11 internetdə sörf edərkən, oyun oynayarkən və serial izləyərkən daha axıcı görüntü əldə etmək üçün 120 Hz yeniləmə sürətinə1 malikdir. DCI-P3 rəng diapazonu15 video izləyərkən rəngli ekranı daha zəngin və canlı göstərir.
HUAWEI MatePad 11 Entertainment
120 Hz yeniləmə sürəti
DCI-P3 rəng diapazonu
Gözlərinizi yormur
HUAWEI MatePad 11 TÜV Rheinland ikili sertifikatına5 malikdir. Azaldılmış mavi işığın gözlərə qulluq üçün nəzərdə tutulmuş bütün üstünlüklərindən ekran rejimini dəyişmədən və arzuolunmaz rəng çalarına keçmədən yararlanın. Ekranda titrəyən və ya sayrışan işıqlar olmadığı üçün gözlərinizi yormur.
HUAWEI MatePad 11 Eye Protection
TÜV Rheinland mavi işığın azaldılması haqqında
(avadanlıq həlli)
sertifikat
TÜV Rheinland sayrışan işığın aradan
qaldırılması haqqında sertifikat
Melodiyaları mükəmməl
səslə dinləyin
HUAWEI MatePad 11-in dördlü səsucaldıcısı, dördkanallı səs sistemi sizin üçün ucsuz-bucaqsız bir səs aləmi yaradır. Güclü və enişli-çıxışlı bass, təmiz və canlı yüksək tonlar sevdiyiniz melodiyaları mükəmməl səslə dinləməyiniz üçün Harman Kardon tərəfindən köklənmişdir.
HUAWEI MatePad 11 Sound
Histen 7.0 Audio
Büllur kimi təmiz səslə ünsiyyət
4 daxili mikrofon səsinizi dəqiq şəkildə alır. Sİ ətraf səslərin azaldılması texnologiyası ilə təchiz edilmiş cihaz yüksək keyfiyyətli ünsiyyət üçün klaviaturada yazma və ətrafdan eşidilən söhbətlər kimi səsləri avtomatik olaraq filtrləyir.
HUAWEI MatePad 11 Clear Communication
HUAWEI MatePad 11 Clear Communication
4 daxili mikrofon
Həyatınıza davam edin
Kadr Sürətinin Uyğunlaşdırılması texnologiyası sayəsində 12 saatlıq batareya ömrü iş gününüzü heç bir narahatlıq yaşamadan başa vurmağınıza yardımçı olur. 16 İnanılmaz 12 saatlıq video izlətmə xüsusiyyəti ilə bütün gününüzü əyləncəli keçirin. 16 Həyatdan zövq alın və işdə və evdə zamanınızı daha əyləncəli keçirin.
HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life HUAWEI MatePad 11 Battery Life
Kadr Sürətinin Uyğunlaşdırılması
Yüksək
sürətli texnologiya
HUAWEI MatePad 11 High Speed
Çoxkanallı ağıllı planlaşdırma mühərriki birdən çox tətbiq işləyərkən belə sistem tamamlanma müddətini azalda bilir. 7nm Qualcomm® Snapdragon 865 mikrosxem komplekti qüsursuz performans təmin edir.
HUAWEI MatePad 11 High Speed
Wi-Fi 6
Quraşdırılmış Wi-Fi 6 protokolu ilə daha geniş əhatə dairəsi, daha yaxşı siqnal girişi və daha stabil əlaqə təmin edilir.
HUAWEI MatePad 11 High Speed
Təkrar dizayn edilmiş tərtibatı və çoxsaylı qabaqcıl antena texnologiyası sayasində HUAWEI M-qələm və HUAWEI ağıllı maqnit klaviatura ilə cütləşdirildikdə belə stabil əlaqə əldə edə biləcəksiniz.
Klassik və təbii
Təbiətdən ilham alaraq hazırlanmış HUAWEI MatePad 11-in zülmət gecəni əks etdirən mat boz rəngini daha çox sevəcəksiniz. Bu rəng cihazın maili kənarlı örtüyü ilə mükəmməl şəkildə uyğunlaşır və ona təbii və klassik görüntü bəxş edir.
HUAWEI MatePad 11 Colours

1. Ekran maksimum 120 Hz yeniləmə sürətini dəstəkləyir; HUAWEI tam görüntülü displey sənayedə geniş yayılmış bir anlayışdır və adətən dar çərçivəli və yüksək ekran-korpus nisbətinə malik ekranlara istinad edilir.

2. Bu şəkildə göstərilən stilus yalnız HarmonyOS 2 və ya daha yeni versiyaya yenilənmiş bəzi Huawei planşetlərində dəstəklənən HUAWEI M-qələmdir (2-ci nəsil).

3. Huawei Share bəzi HUAWEI MatePad və HUAWEI MateBook-ları arasında Çoxekranlılıq funksiyasını dəstəkləyir. Cihazlar və sistem versiyası Huawei-in rəsmi vebsaytında göstərilmiş tələblərə cavab verməlidir.

4. HUAWEI ağıllı maqnit klaviatura, HUAWEI M-qələm və maus ayrı alınmalı ola bilər.

5. Ekran TÜV Rheinland mavi işığın azaldılması haqqında (avadanlıq həlli) sertifikat və TÜV Rheinland sayrışan işığın aradan qaldırılması haqqında sertifikata malikdir.

6. Kontentin əvvəlcədəb izlənməsi yalnız tətbiqlər dok-stansiyada yerləşdikdə dəstəklənir.

7. Yalnız bəzi tətbiqlər bu xüsusiyyəti dəstəkləyir. Uyğunlaşma tətbiqdən asılıdır və gələcəkdə yenilənəcək. Burada göstərilən şəkillər yalnız istinad üçündür. Faktiki tətbiq dəstəyi və interfeysi fərqli ola bilər.

8. Yalnız bəzi tətbiqlər bu xüsusiyyəti dəstəkləyir. Bu xüsusiyyəti dəstəkləməsi üçün tətbiqin proqramçı tərəfindən uyğunlaşdırılması tələb olunur. Uyğun tətbiqlərin siyahısı gələcəkdə yenilənəcək. Daha ətraflı məlumat almaq üçün Huawei Müştəri Xidmətləri ilə əlaqə saxlaya bilərsiniz.

9. Bu funksiya bəzi tətbiqlər tərəfindən məhdudlaşdırıla bilər. Konkret tətbiqlərdən asılı olaraq faktiki istifadə dəyişə bilər.

10. Faktiki təsir müxtəlif əl yazısı tətbiqlərində fərqli ola bilər.

11. Minimum 2 ms aşağı gecikmə Jnotes tərəfindən dəstəklənir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir.

12. Bu xüsusiyyət yalnız bəzi EMUI10 və ya daha yeni versiyalı HUAWEI telefonlarında dəstəklənir. Daha ətraflı məlumat almaq üçün rəsmi vebsayta daxil olun.

13. Videomontaj tətbiqi Filmora Go HD-dir. Tətbiqdəki şablonlar üçün ayrıca ödəniş tətbiq edilə bilər.

14. Bu xüsusiyyət bəzi HarmonyOS 2 (və ya daha yeni) versiyalı Huawei planşetləri və bəzi PC Manager 11.1 (və ya daha yeni) versiyalı Huawei PC-ləri tərəfindən dəstəklənir. Bu xüsusiyyət gələcəkdə daha çox modeldə olacaq. Daha ətraflı məlumat almaq üçün Huawei Müştəri Xidmətləri ilə əlaqə saxlaya bilərsiniz.

15. Tipik dəyər.

16. Normal şəraitdə məlumatlar Huawei laborator sınaq nəticələrinə əsaslanır. Batareya 12 saatlıq istifadə və ya 200 nits parlaqlıqda 1080p video izlənilməsinə davam gətirir. Faktiki məlumatlar məhsulun modeli, proqram versiyası, istifadə şəraiti və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.

consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et