Privacy Policy

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Məşhur Nəticələr

    Təklif edilən nəticələr

      daha çox axtarış sözü daxil et

      Huawei Consumer Business Məxfilik Bildirişi

      Huawei Consumer Business Məxfilik Bildirişinin yeniləndiyi tarix:
      15 aprel, 2018-ci il.

      Huawei Device Co., Ltd. və onun qlobal filialları (birlikdə, "Huawei", "biz", "bizə" və "bizim") məxfiliyinizə hörmət edir. Buna görə də şəxsi məlumatlarınızı necə toplamağımız, istifadə etməyimiz, açıqlamağımız, mühafizə etməyimiz, yaddaşda saxlamağımız, ötürməyimiz və başqa şəkildə emal etməyimizə dair Məxfilik Bildirişi (bundan sonrara "bu Bildiriş" adlandırılacaq) hazırladıq. Məxfilik bildirişimizi oxuyub başa düşməyə vaxt ayırın və hər hansı sualınız olarsa, bizə bildirin.

      Şəxsi məlumatlar dedikdə fiziki şəxsin müəyyən edilməsi üçün digər məlumatlarla birlikdə və ya ayrılıqda istifadə edilə bilən elektron və ya digər məlumatlar nəzərdə tutulur. Bu Bildirişdə Huawei-in şəxsi məlumatlarınızı necə emal etməsi izah edilir, amma məhsul və xidmətə aid verilənlərin toplanması və emalı barədə məlumatlar sizə əlavə bildiriş formasında göndəriləcəyi üçün bütün emal prosesini əhatə etmir. Buna görə də spesifik məhsul və ya xidmətdən istifadə etməzdən əvvəl həmin məhsul və ya xidmət haqqında Huawei tərəfindən buraxılan məxfilik xəbərdarlığını və ya əlavə bildirişi oxumağınız tövsiyə edilir ki, onun şəxsi məlumatlarınızı necə emal etdiyini başa düşəsiniz.

      Bu Bildiriş yalnız bu Bildirişdə göstərilən və ya qeyd edilən ənənəvi telefonlar, smartfonlar, dizüstü kompüterlər, planşetlər, daşına bilən cihazlar, mobil genişzolaqlı cihazlar, ağıllı məişət texnikası, aksessuarlar, kompüter proqramları, mobil xidmətlər, proqram təminatı, alət dəstləri, veb-saytlar və xidmətlər kimi Huawei-in şəxsi və məişət məhsullarına aid edilir.

      Bu Bildirişdə təsvir edilir:

      1. Huawei Şəxsi Məlumatlarınızı Necə Toplayır və İstifadə Edir

      2. Huawei Kukilərdən və Bənzər Texnologiyalardan Necə İstifadə Edir

      3. Huawei Şəxsi Məlumatlarınızı Necə Paylaşır

      4. Huawei Şəxsi Məlumatlarınızı Necə Qoruyur

      5. Şəxsi Məlumatlarınızı Necə İdarə Edə Bilərsiniz

      6. Huawei Uşaqların Şəxsi Məlumatlarını Necə Qoruyur

      7. Üçüncü Tərəf Veb-saytlarına, Məhsullarına və Xidmətlərinə Keçidlər

      8. Şəxsi Məlumatlarınızın Beynəlxalq Miqyasda Ötürülməsi

      9. Beynəlxalq İstifadəçilər

      10. Bu Bildirişə Edilən Yeniliklər

      11. Bizimlə necə əlaqə saxlamaq olar

      I. Huawei Şəxsi Məlumatlarınızı Necə Toplayır və İstifadə Edir

      A. Huawei Tərəfindən Toplanan Şəxsi Məlumatlar

      Huawei məhsullarından və ya xidmətlərindən istifadə etməzdən əvvəl şəxsi məlumatları təqdim etməlisiniz. Şəxsi məlumatlarınızı Huawei-yə təqdim etməyə məcbur deyilsiniz, lakin bəzi hallarda müəyyən şəxsi məlumatları təqdim etməsəniz, sizi bəzi müvafiq məhsul və ya xidmətlər ilə təmin etmək mümkün olmayacaqdır.

      Huawei bu Bildirişdə qeyd edilən məqsədlər üçün şəxsi məlumatlarınızı toplayacaq. Burada topladığımız şəxsi məlumatların bəzi nümunələri göstərilmişdir:

      1. Huawei-yə təqdim etdiyiniz şəxsi məlumatlar

      Müəyyən funksiyalar və xidmətlərdən istifadə etmək üçün Huawei ID qeydiyyatdan keçirməlisiniz. Onlayn alış-veriş etmək, proqram təminatı endirmək və ya xidmətləri satın almaq üçün Huawei ID qeydiyyatdan keçirdikdə və ya onunla daxil olduqda sizdən adınız, e-poçt ünvanınız, mobil nömrəniz, sifariş məlumatınız, göndərmə ünvanınız və ödəniş rejiminiz kimi şəxsi məlumatlar təmin etməyiniz tələb ediləcək.

      Huawei sizi fayllarınızın, şəkillərinizin və məlumatlarınızın bəzilərini sinxronlaşdıra və arxivləşdirə biləcəyiniz bulud yaddaşı xidmətləri ilə təmin edə bilər.

      Bəzi Huawei məhsulları başqaları ilə kommunikasiya qurmağa və informasiya paylaşmağa imkan verir. Məlumatları ailəniz və dostlarınızla bölüşmək üçün Huawei məhsulunu istifadə etdiyiniz zaman ləqəb və avatar daxil olmaqla, ictimaiyyətə açıqlanacaq müəyyən məlumatları ehtiva edən Huawei ID yaratmaq tələb oluna bilər. Huawei həmin şəxslərlə əlaqədar olan, onların adları, e-poçt ünvanları və telefon nömrələri kimi məlumatlar toplaya bilər. Huawei təqdim etdiyiniz məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq və lazımi tədbirləri görəcəkdir. Məlumatlarını topladığınız şəxslərin onların məlumatlarını Huawei-yə təqdim etməyə razılıq verdiyini təmin etməlisiniz.

      Hesabların həqiqi adla tanınması, elektron oyun aludəçiliyinin qarşısının alınması və ya İnternet ödəmə ilə bağlı yurisdiksiyaların tələblərinə cavab vermək üçün Huawei sizdən hökumət tərəfindən təqdim edilmiş şəxsiyyəti təyin edən sənəd və ya kart məlumatını təqdim etməyinizi tələb edə bilər.

      2. Xidmətlərdən istifadəniz zamanı Huawei-in topladığı məlumatlar

      Huawei cihazınız, eləcə də siz və cihazınızın məlumatları Huawei məhsulları və xidmətləri ilə necə mübadilə etməyiniz haqqında verilənləri toplayır. Bu cür informasiya növünə aşağıdakılar daxildir:

      (1) Cihaz adı, cihazın identifikasiya kodu (IMEI, ESN, MEID və SN), cihazın aktivləşdirilmə vaxtı, avadanlıq modeli, ƏS versiyası, proqram versiyası, proqram təminatının identifikasiya kodu və cihaz və proqram parametrləri (məsələn, region, dil, saat qurşağı və şrift ölçüsü) kimi cihaz və proqram məlumatları.

      (2) İctimai mobil şəbəkə yerinin (PLMN) provayder ID-si və İnternet Protokolu (IP) ünvanı kimi mobil şəbəkə məlumatları.

      (3) Jurnal məlumatları. Huawei xidmətlərindən istifadə etdikdə və ya Huawei tərəfindən təmin edilən məzmuna baxdıqda Huawei avtomatik olaraq giriş vaxtı, giriş sayı, IP ünvanı və insidentlər (xətalar, qəzalar, yenidən başlatmalar və təkmilləşmələr) haqqında məlumatlar toplayacaq və onları qeyd edəcək.

      (4) Məkan məlumatları. Siz müəyyən məkan əsaslı xidmətlərə daxil olduqda (məsələn, axtarış etdikdə, naviqasiya proqram təminatından istifadə etdikdə və ya xüsusi məkanın hava şəraitinə baxdıqda) Huawei cihazınızın təxmini və ya dəqiq məkanını toplayacaq, istifadə və emal edəcək. Məkan məlumatları GPS, Wi-Fi və xidmət provayderi şəbəkəsi ID-sinə əsasən əldə edilə bilər. Məkan xidmətlərini aktivləşdirmək istədiyiniz proqramları seçməyiniz üçün sizə müraciət edəcəyik. Cihazın parametrlər menyusunda məkan məlumatlarınızın paylaşılmasını rədd etmək üçün xüsusi xidmətlərin məkan icazələrini qeyri-aktiv edə bilərsiniz.

      (5) Huawei serverlərində saxladığınız məlumatlar. Məsələn, buluda yüklədiyiniz məlumatlar cəld giriş və cihazlar arasında paylaşma üçün Huawei serverlərində saxlanacaq. Huawei serverlərində saxladığınız məlumatlara baxmayacağıq.

      3. Üçüncü tərəf mənbələrdən məlumatlar

      Qanunla icazə verildiyi halda Huawei ictimai və ticarət məqsədli mənbələrdən sizin haqqınızda məlumatlar toplayacaq. Huawei, həmçinin üçüncü tərəf sosial şəbəkə xidmətlərindən Huawei veb-saytına daxil olmaq üçün sosial şəbəkə hesabından istifadə etdiyiniz vaxt kimi müəyyən məlumatları toplaya bilər.

      4. Şəxsiyyəti müəyyən etməyən verilənlərin toplanması və istifadəsi

      Şəxsiyyəti müəyyən etməyən verilənlər dedikdə fərdi şəxsi müəyyən etmək üçün istifadə edilə bilməyən verilənlər nəzərdə tutulur. Şəxsiyyəti müəyyən etməyən verilənlər üzrə nümunələrə veb-sayt ziyarətləri, proqram endirmələri və məhsul satışı həcmi ilə bağlı statistikalar daxildir. Huawei istifadəçilərin məhsullarımız və xidmətlərimizdən necə istifadə etdiyini başa düşmək üçün statistik məlumatlardan istifadə edəcək. Bunu etməklə tələblərinizə daha yaxşı cavab vermək üçün xidmətlərimizi yaxşılaşdıra bilərik.

      Şəxsi məlumatlarınızı və şəxsiyyəti müəyyən etməyən verilənlərinizi ayrıca saxlayıb, müstəqil qaydada istifadə edirik. Huawei-in öz qərarı əsasında, başqa məqsədlər üçün şəxsiyyəti müəyyən etməyən verilənlərinizi topladığı, istifadə etdiyi, açıqladığı və ötürdüyü hallar meydana çıxa bilər.

      B. Huawei Şəxsi Məlumatlarınızı Necə İstifadə Edir

      Huawei şəxsi məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilər:

      (1) Satın aldığınız Huawei şəxsi və məişət məhsullarını qeydiyyatdan keçirmək və aktivləşdirmək məqsədilə.

      (2) Funksiyalar və mobil xidmətlərin geniş diapazonundan istifadə etmək üçün Huawei ID qeydiyyatdan keçirmək məqsədilə.

      (3) Tələb etdiyiniz məhsullar və xidmətləri çatdırmaq, aktivləşdirmək və ya yoxlamaq məqsədilə və ya tələblərinizə əsaslanaraq yuxarıdakı məhsul və xidmətlər üçün texniki dəstək və satış sonrası xidmətlər təmin etmək məqsədilə.

      (4) Sizə ƏS və ya proqram yeniləmələri və quraşdırma bildirişləri göndərmək məqsədilə.

      (5) Fərdiləşdirilmiş istifadəçi təcrübəsi və məzmun təmin etmək məqsədilə.

      (6) Razılığınız əsasında sizə maraqlı gələ biləcək məhsullar və xidmətlər haqqında məlumatlar göndərmək, sizi Huawei-in reklam fəaliyyətlərinə və market sorğularına dəvət etmək və ya sizə marketinq məlumatları göndərmək məqsədilə. Fikrinizi dəyişsəniz, istənilən vaxt razılığınızı geri götürə bilərsiniz.

      (7) Daxili audit, verilənlərin təhlili və tədqiqat həyata keçirmək; biznes əməliyyatının səmərəliliyini təhlil etmək və bazar paylarını ölçmək; və Huawei məhsulları və xidmətlərini yaxşılaşdırmaq məqsədilə.

      (8) Yüklədiyiniz və ya endirdiyiniz, eləcə də yükləmə və endirmə əməliyyatları üçün tələb olunan verilənləri sinxronlaşdırmaq, paylaşmaq və toplamaq məqsədilə.

      (9) İtkinin qarşısının alınması üzrə və fırıldaqçılığa qarşı proqramlarımızı yaxşılaşdırmaq məqsədilə.

      (10) Qanunlara və vergi və icazə sorğuları kimi normativlərə uyğun emal etmək məqsədilə.

      (11) Spesifik xidmətlər nəzdində və ya razılığınız ilə digər məqsədlər üçün.

      II. Huawei Kukilərdən və Bənzər Texnologiyalardan Necə İstifadə Edir

      A. Kuki

      Kuki kompüter və ya mobil cihazda veb server tərəfindən saxlanılan mətn faylıdır və kukinin məzmunu yalnız kukini yaradan server tərəfindən bərpa edilə və oxuna bilər. Kukilər istifadə etdiyiniz brauzer və ya mobil proqrama unikaldır. Kukidəki mətn, adətən, identifikatorlar, sayt adları və bəzi rəqəm və simvollardan ibarət ola bilər.

      Bəzən Huawei istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi ilə kompüterlərdə və ya mobil cihazlarda aşağıdakılar daxil olmaqla, kukiləri saxlayır:

      (1) Texniki kukilər: Giriş və yoxlama. Veb-sayta daxil olmaq üçün Huawei ID istifadə etdikdə “seans əsaslı” kukilər bu sayta daxil olmağınızın mümkün qədər rahat olmasını təmin edir. .

      (2) Fərdiləşdirmə kukiləri: Seçimləriniz və parametrlərinizin saxlanması. Veb-sayt kompüter və ya mobil cihazınızda dil parametri və şrift ölçüsü kimi parametrləri, alış-veriş kartınızdakı elementlər və digər brauzer seçimlərini saxlamaq üçün kukilərdən istifadə edə bilər.

      (3) Reklam kukiləri. Huawei onlayn fəaliyyətləriniz və maraqlarınız haqqında məlumatlar toplamaq və sizin üçün ən çox uyğun olan reklamları sizə təqdim etmək üçün kukilərdən istifadə edir.

      (4) Statistik kukilər. Kukilər ilə Huawei bir ziyarət (seans kukisindən istifadə edərək), ya da təkrarlanan ziyarətlər (qalıcı kukidən istifadə edərək) üçün veb-saytlarımızdan və digər proqramlarımızdan istifadəniz haqqında məlumatlar toplaya bilər.

      (5) Sosial Media Kukiləri. Sosial media kukiləri “Bəyən” və “Paylaş” düymələri kimi üçüncü tərəflərin təmin etdiyi xidmətlər ilə əlaqələndirilir. Üçüncü tərəf bu xidmətləri veb-saytlarımızı ziyarət etdiyinizi xatırlamaq üçün təmin edir.

      Öz istəyinizlə kukiləri idarə edə və ya silə bilərsiniz. Təfərrüatlar üçün buraya daxil olun: AboutCookies.org Siz kompüterinizdə saxlanılan bütün kukiləri silə bilərsiniz və ən son veb brauzerlərdə kukiləri bloklamaq seçimi təmin edilir. Lakin kukiləri bloklamaq veb-saytımıza hər dəfə daxil olduğunuzda sizdən istifadəçi parametrlərinizi dəyişməyi tələb edəcək. Brauzeriniz üçün kuki parametrlərini necə idarə edəcəyinizi burada öyrənin: Internet Explorer > Mozilla Firefox > Safari > Opera.

      Kukiləri təmizləsəniz, növbəti dəfə Huawei veb-saytlarına daxil olduqda sizdən parametrlərinizi dəyişmək tələb ediləcək. Nəzərə alın ki, bəzi Huawei xidmətləri kukilərdən istifadəni tələb edir. Kukilərin qeyri-aktiv edilməsi bu xidmətlərin bəzi və ya bütün funksiyalarından istifadənizə təsir edə bilər.

      B. Veb Mayakları və Piksel Teqləri

      Kukilərdən əlavə Huawei və bəzi üçüncü tərəflər, həmçinin veb-saytlarda veb mayaklardan və piksel teqlərindən istifadə edə bilər. Veb mayak, əsasən, veb-sayta və ya e-poçta baxdığınızda cihaz kukilərinizi müəyyən etmək üçün veb-sayta və ya e-poçta yerləşdirilmiş elektron qrafik şəkildir. Piksel teqləri Huawei-yə sizin üçün oxunan formatda e-poçtlar göndərmək və e-poçtun açılıb-açılmadığını öyrənmək imkanı verir.

      Huawei və bəzi üçüncü tərəflər bu texnologiyalardan xidmət istifadəsini (kukilər ilə birlikdə) təhlil etmək və sizin üçün daha qənaətbəxş məzmun və reklamlar təmin etmək də daxil olmaqla, müxtəlif məqsədlər üçün istifadə edir. Məsələn, Huawei-dən e-poçt qəbul etdiyinizdə orada Huawei veb səhifəsi ilə əlaqələndirilmiş, kliklənən URL ola bilər. Əgər keçidə klikləsəniz, üstünlük verdiyiniz məhsullar və xidmətlər haqqında öyrənməkdə və müştəri xidmətimizi təkmilləşdirməkdə bizə kömək etmək üçün Huawei sizin ziyarətinizi izləyəcəkdir. Əgər bu cür izlənilmək istəmirsinizsə, Huawei-in poçt siyahısı üçün abunəlikdən istənilən vaxt çıxa bilərsiniz.

      C. Digər Lokal Yaddaş

      Huawei və bəzi üçüncü tərəflər müəyyən məhsullar və xidmətlərdə lokal paylaşılan obyektlər (həmçinin "Fləş kukilər" adlanır) və HTML5 lokal saxlama kimi digər lokal saxlama texnologiyalarından istifadə edə bilər. Kukilərə bənzər olaraq bu texnologiyalar məlumatları cihazınızda saxlayır və fəaliyyətləriniz və seçimləriniz haqqında bəzi məlumatları qeydə ala bilər. Lakin bu texnologiyalar kukilərdən fərqli mediadan istifadə edə bilər. Buna görə də, standart brauzer alətlərindən və parametrlərindən istifadə etməklə onları idarə edə bilməzsiniz. Fləş kukilərdə ehtiva edilən məlumatları qeyri-aktiv etmək və ya silmək yolu haqqında təfərrüatlar üçün buraya klikləyin.

      D. “İzləməyin” funksiyası

      Bir çox veb brauzerlər veb-saytlara "İzləməyin" sorğuları buraxa bilən "İzləməyin" funksiyası təqdim edir. Hazırda əsas İnternet standartlaşdırma təşkilatları veb-saytların bu sorğuları necə idarə edəcəklərini müəyyən etmək üçün siyasət hazırlamayıblar. Brauzerinizdə “İzləməyin” funksiyasını aktivləşdirsəniz, bütün Huawei veb-saytları seçiminizə əməl edəcək.

      III. Huawei Şəxsi Məlumatlarınızı Necə Paylaşır

      Aşağıdakı halların hər hansı biri olmadıqda şəxsi məlumatlarınızı digər şirkətlər, təşkilatlar və fərdlərlə paylaşmırıq:

      (1) Razılıq ilə paylaşmaq: Razılığınızı aldıqdan sonra Huawei göstərilmiş üçüncü tərəflər və ya üçüncü tərəf kateqoriyaları ilə icazə verdiyiniz məlumatları paylaşa bilər.

      (2) Qanuni öhdəliklərə, qanun və normativlərə əməl etmək məqsədilə paylaşmaq: Huawei hüquqi baxımdan mübahisəli olan məsələləri həll etmək üçün qanunlar və normativlər ilə tələb edildikdə və ya qanuna uyğun olaraq adminstrativ və ya məhkəmə orqanları tərəfindən tələb edildikdə məlumatlarınızı paylaşa bilər.

      (3) Huawei filialları ilə paylaşmaq: Sizin məlumatlarınız Huawei-in filialları arasında yalnız aydın və qanuni məqsədlərlə paylaşılacaq və paylaşma yalnız xidmətlər tərəfindən tələb edilən məlumatlarla məhdudlaşır. Məsələn, hesabların qeydiyyatdan keçirilməsinə icazə verməzdən əvvəl onların qlobal unikallığını yoxlayırıq.

      (4) Biznes tərəfdaşları ilə paylaşmaq: Bəzi məhsullar və/və ya xidmətlər sizə birbaşa olaraq tərəfdaşlarımız tərəfindən təqdim edilir. Huawei məlumatlarınızı yalnız sizi tələb etdiyiniz məhsullar və/və ya xidmətlər (məs., Huawei-in e-ticarət platforması vasitəsilə üçüncü tərəf satıcı tərəfindən satılan məhsullar, Huawei-in proqramları vasitəsilə digər şirkətlər tərəfindən təmin edilən məzmun) ilə təmin etmək, maraqlarınızı proqnozlaşdırmaq və razılığınız əsasında sizi reklam, promosiya materialları və digər materiallar ilə təmin etmək üçün bu cür tərəfdaşlarla paylaşa bilər

      (5) Xidmət provayderləri ilə paylaşmaq: Huawei, həmçinin məlumatlarınızı bizim üçün və ya bizim adımızdan xidmətləri təmin edən şirkətlərə də açıqlaya bilər. Bu xidmət provayderlərinə Huawei adından qaynar xətt xidmətləri təmin edən, e-poçt göndərən və ya texniki dəstək göstərən şirkətlər kimi nümunələr daxildir. Huawei bu cür şəxsi məlumatlarınızı yalnız xidmət provayderinin sizə xidmətləri təmin edə bilməsi üçün zəruri olduqda paylaşacaq və xidmət provayderləri məlumatlarınızdan yalnız həmin xidmətləri təmin etmək üçün istifadə edəcək.

      (6) Huawei müvafiq qanuna, normativə, hüquqi prosesə və ya dövlət orqanlarının tələbinə cavab vermək kimi müvafiq tələb olduğu halda məlumatlarınızı paylaşacaq.

      3-dən 6-ya qədər olan bəyanatlarda Huawei şəxsi məlumatlarınızı paylaşdığı şirkətlər, təşkilatlar və fərdlərdən bu Bildirişə əməl etmələrini və şəxsi məlumatları emal edərkən müvafiq məxfilik və təhlükəsizlik tədbirlərini yerinə yetirmələrini tələb edərək paylaşmanın və imzalanan məxfilik müqavilələrinin və/və ya verilənlərin emalı ilə bağlı müddəaların qanuniliyini təmin edəcəkdir.

      IV. Huawei Şəxsi Məlumatlarınızı Necə Qoruyur

      Huawei şəxsi məlumatlarınızın təhlükəsizliyinə böyük əhəmiyyət verir və şəxsi məlumatlarınızı qorumaq və icazəsiz giriş, açıqlama, istifadə, dəyişdirmə, zərər və ya itkinin qarşısını almaq üçün bu sahədə istifadə edilən təcrübələrdən yararlanır. Bu məqsədlə Huawei aşağıdakı tədbirləri görür:

      (1) Biz toplanan şəxsi məlumatların minimal səviyyədə və emalı məqsədilə vacib olan qaydada toplandığını təmin etmək üçün müvafiq və mümkün tədbirlər görürük. Saxlama müddətinin uzadılması tələb edilmədikdə və ya qanunla icazə verilmədikdə şəxsi məlumatları bu Bildirişdə göstərilən məqsədlər üçün və xüsusi məhsul və ya xidmətin məxfilik xəbərdarlığına əsasən zəruri olduğundan artıq müddətə olmamaq şərtilə saxlayırıq.

      (2) Ötürmə zamanı verilənlərin məxfiliyini təmin etmək məqsədilə kriptoqrafik texnologiyalar kimi bir sıra texnologiyalardan istifadə edirik. Verilənləri və verilənlərin saxlanma serverlərini hücumlardan qorumaq üçün etibarlı qoruma mexanizmləri tətbiq edirik.

      (3) Şəxsi məlumatlarınıza yalnız icazəli işçi heyətinin daxil olması üçün girişə nəzarət mexanizmləri yerləşdiririk. Bundan əlavə, icazəli işçi heyətinin sayına nəzarət edirik və xidmət tələbləri və işçi heyəti səviyyəsinə əsasən onlarla bağlı iyerarxik icazə idarəetməsi tətbiq edirik.

      (4) Biz biznes tərəfdaşlarını və xidmət provayderlərini ciddi şəkildə seçirik və şəxsi məlumatların qorunması üzrə tələbləri ticarət müqavilələri, auditlər və qiymətləndirmə fəaliyyətlərinə daxil edirik.

      (5) İşçilərin şəxsi məlumatların qorunması üzrə məlumatlılığını artırmaq üçün təhlükəsizlik və məxfiliyin qorunması üzrə təlim kursları, sınaqlar və təbliğat tədbirləri keçiririk.

      Huawei şəxsi məlumatlarınızı qorumaq üzrə öhdəlik daşıyır. Buna baxmayaraq, heç bir təhlükəsizlik tədbiri mükəmməl deyil və heç bir məhsul, xidmət, veb-sayt, məlumat ötürməsi, hesablama sistemi və ya şəbəkə bağlantısı tamamilə təhlükəsiz deyil.

      Şəxsi məlumatların sızması, zədələnməsi və itkisi kimi mümkün risklərin qarşısını almaq üçün Huawei bir neçə mexanizm və nəzarət tədbirləri hazırlamış, təhlükəsizliklə bağlı insidentlərin və müdafiəsizliyin qiymətləndirmə standartlarını və müvafiq emal prosedurlarını aydın şəkildə müəyyənləşdirmiş və xüsusi Təhlükəsizliklə bağlı Məşvərət və Təhlükəsizlik Bildirişi səhifəsi hazırlamışdır. Huawei təhlükəsizliyin planlaşdırılması, zərərin azaldılması, təhlil, yerləşdirmə və bərpa işini həyata keçirmək üçün və təhlükəsizliklə bağlı insidentlərin aradan qaldırılması üzrə normativlər və tənzimləmələrə əsaslanaraq əlaqədar şöbələrlə izləmə əməliyyatlarının aparılması üçün xüsusi təcili reaksiya komandası təyin etmişdir.

      Şəxsi məlumatlarla bağlı hər hansı bir insident baş verərsə, Huawei müvafiq hüquqi və tənzimləyici tələblərə uyğun olaraq, təhlükəsizliklə bağlı insident və onun mümkün təsiri, Huawei-in gördüyü və ya görəcəyi tədbirlər, aktiv müdafiə və risklərin azaldılması ilə bağlı təkliflər və bərpa tədbirləri ilə bağlı sizə bildirəcəkdir. Bildiriş e-poçt, mətn mesajı, məlumatlandırıcı bildiriş və s. formada qəbul edilə bilər. Məlumat subyektlərinə bir-bir məlumat vermək çətin olsa, Təhlükəsizlik Bildirişi nəşr etmək üçün müvafiq və effektiv tədbirlər görəcəyik. Bundan əlavə, nəzarət orqanları tərəfindən tələb edilən qaydada şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı insidentlərin aradan qaldırılması statusu barədə də bildirəcəyik.

      V. Şəxsi Məlumatlarınızı Necə İdarə Edə Bilərsiniz

      A. Giriş, düzəliş, silinmə, verilənlərin portativliyi, emalın məhdudlaşdırılması, emala etiraz.

      Huawei-in məhsullarını və xidmətlərini təqdim etdiyi və ya Huawei-in şəxsi məlumatları emal etdiyi bəzi ölkələrdə və regionlarda qanunvericilik məlumat subyektlərinə Huawei tərəfindən toplanan şəxsi məlumatlarını əldə etmək, onlara düzəlişlər etmək, silmək və ya çıxarmaq üçün sorğu (bundan sonra "sorğular" kimi istinad edilir) təqdim etmək hüququ verir. Bundan əlavə, məlumat subyektlərinin Huawei tərəfindən toplanan şəxsi məlumatların portativliyini təmin etmək, onların emalını məhdudlaşdırmaq və ya buna etiraz etmək, o cümlədən emalın razılıq əsasında gerçəkləşdiyi yerlərdə razılıqlarını geri çəkmək hüquqları vardır.

      1. Tələb edilən rejimlər və kanallar

      Məlumat subyektlərinin sorğuları Huawei tərəfindən təyin edilmiş məxfilik kanallarına uyğun olaraq təqdim edilməlidir. Tələb edən şəxs sorğuların əsaslandığı hüquqları göstərməsə belə sorğular etibarlıdır.

      Məlumat subyektlərinin sorğuları Huawei-in rəsmi istehlakçı veb-saytı və ya Huawei ID, AppGallery və HiCare kimi Huawei-in Mobil Xidmət proqramlarının istənilən biri vasitəsilə göndərilə bilər. Məlumat subyekti sorğunu qaynar xətt, e-poçt, onlayn müştəri xidməti, xidmət mərkəzi və ya başqa bir kanal vasitəsilə göndərərsə, biz onu kommunikasiya və gedişat və nəticələrin istifadəçi rəyini asanlaşdırmaq üçün yuxarıda qeyd olunan kanallar vasitəsilə göndərmək barədə təlimatlandıracağıq. Məlumat subyektləri üçün xüsusi sorğu kanalları məlumat subyektlərinin qanuni maraqlarını qorumaq, Huawei-in normal fəaliyyətini təmin etmək və sui-istifadə və ya fırıldaqçılıqla istifadənin qarşısını almaq üçün sorğu göndərmək üçün nəzərdə tutulub.

      2. Sorğuların etibarlılğı

      Əksər qanunlara əsasən, məlumat subyektlərindən sorğu göndərdikləri zaman spesifik tələblərə cavab vermələri tələb edilir. Bu Bildirişdə məlumat subyektlərindən aşağıdakılar tələb edilir:

      (1) Sorğuları Huawei tərəfindən təqdim edilən xüsusi sorğu kanalları vasitəsilə (Huawei-in rəsmi istehlakçı veb-saytı və ya Huawei ID, AppGallery və HiCare kimi Huawei-in Mobil Xidmət proqramları vasitəsilə) təqdim etmək.

      (2) Huawei-in onların kimliklərini müəyyən etməsi məqsədilə yetərli məlumat təmin etmək (sorğuları göndərən şəxslərin məlumat subyektlərinin özləri və ya onlar tərəfindən səlahiyyət verilən şəxslər olduğunu təmin etmək).

      (3) Sorğularının spesifik və müvafiq olduğunu təmin etmək.

      Qanunlar və normativlərə uyğun olaraq Huawei-in sorğunu tamamilə və ya ümumiyyətlə yerinə yetirməli olmadığı hallar mövcuddur.

      B. Razılığın geri çəkilməsi

      Siz şəxsi məlumatların toplanmasının icazəli əhatə dairəsini dəyişə və ya razılığa əsaslanan və bu cür geri çəkmədən əvvəl emal fəaliyyətlərinin qanuniliyinə təsir göstərmədən razılığınızı geri çəkə bilərsiniz.

      Hüquqlarınız məlumatları silməklə, əlaqədar funksiyaları qeyri-aktiv etməklə və ya Huawei məhsulunuzda məxfilik seçimlərini təyin etməklə həyata keçirilə bilər. Huawei həmin məhsul və xidmətlərin məxfilik xəbərdarlığında və ya əlavə bəyanatında və ya yuxarıdakı A bölməsinə uyğun olaraq tələbə əsasən xüsusi məhsul və xidmətlər üçün razılığı geri çəkmək metodları hazırlayacaq.

      C. Huawei ID qeydiyyatının ləğvi

      Huawei ID ilə əlaqədar məhsullarda Huawei ID hesabınızın qeydiyyatını ləğv edə bilərsiniz. Huawei ID hesabınızın qeydiyyatını ləğv etdikdən sonra qanunla başqa şəkildə tənzimlənmədiyi halda Huawei ID hesabı tələb edən məhsul və xidmətlərin təminatını dayandıracağıq. Huawei ID hesabınızın qeydiyyatı ləğv edildikdən sonra bərpa edilə bilməz. Huawei ID tələb edən məhsul və xidmətlərdən yenidən istifadə etmək istəsəniz, yeni Huawei ID qeydiyyatdan keçirməlisiniz. Əlaqədar cihazlarda, proqramlarda və ya rəsmi veb-saytda Huawei ID-yə daxil olduqdan sonra parametr menyusunda qeydiyyatın ləğvi müraciətini təqdim edə və prosesi tamamlaya bilərsiniz.

      VI. Huawei Uşaqların Şəxsi Məlumatlarını Necə Qoruyur

      Huawei-in şəxsi və məişət məhsulları böyüklərin istifadəsi üçün nəzərdə tutulub. Lakin uşaqlar tərəfindən Huawei məhsulları və xidmətlərinin istifadəsi üzrə məxfilik və təhlükəsizliyi qorumaq məqsədilə əlavə qoruyucu tədbirlər görməyin vacibliyini bilirik. Huawei məlumat subyektlərinin yerli ölkələr və regionların qanunlarına uyğun olaraq yetkinlik yaşına əsasən uşaq olub-olmadığını təyin edir.

      Uşaqların şəxsi məlumatları valideynlik məsuliyyəti daşıyan şəxslərin razılığına əsasən toplanırsa, məlumatları yalnız valideynlik məsuliyyəti daşıyan şəxsin aydın razılığı ilə və ya uşaqları qorumaq üçün tələb edilən qaydada qanunla yol verilən formada istifadə edəcəyik və ya açıqlayacağıq. Uşaqların şəxsi məlumatlarına daxil olmaq, onları dəyişdirmək və ya silmək istəyən valideynlik məsuliyyəti daşıyan şəxslər və qəyyumluq altında olan şəxslər "IV. Huawei Şəxsi Məlumatlarınızı Necə Qoruyur” bölməsində göstərilən kanallar vasitəsilə bizimlə əlaqə saxlaya bilər.

      Huawei valideynlik məsuliyyəti daşıyan şəxsin razılığı olmadan uşaqların şəxsi məlumatlarını səhvən toplayarsa, bunu öyrəndiyi andan sonra mümkün qədər tez olmaqla məlumatları siləcəkdir.

      VII. Üçüncü Tərəf Veb-saytlarına, Məhsullarına və Xidmətlərinə Keçidlər

      Huawei veb-saytları, tətbiqi proqram təminatları, məhsulları və xidmətləri üçüncü tərəf veb-saytlarına, məhsullarına və xidmətlərinə keçidlər ehtiva edə bilər. Huawei məhsulları və xidmətləri, həmçinin Huawei proqram mağazası AppGallery-də buraxılan üçüncü tərəf proqramları kimi məhsul və ya xidmətlərdən istifadə edə və ya onları təmin edə bilər.

      Üçüncü tərəf veb-saytları, məhsulları və xidmətlərinə olan keçidlər yalnız istifadəçilərin rahatlığı üçün təmin edilir. Bu cür keçidlər ilə qarşılıqlı əlaqənizi özünüz müəyyən etməlisiniz. Şəxsi məlumatlarınızı üçüncü tərəflərlə təqdim etməzdən əvvəl üçüncü tərəflərin məxfilik siyasətlərini oxuyun və onlara istinad edin.

      VIII. Şəxsi Məlumatlarınızın Beynəlxalq Miqyasda Ötürülməsi

      Məhsul və xidmətlərimiz müxtəlif məkanlarda yerləşən resurs və serverlər vasitəsilə çatdırılır. Məhsul və xidmətlərimizi təklif etmək üçün şəxsi məlumatlarınızı bir neçə ölkədən ötürməliyik. İcazəli Huawei işçi heyəti və bizim adımızdan fəaliyyət göstərən üçüncü tərəflər sizdən toplanan şəxsi məlumatları onları daxil etdiyiniz ölkə/regiondan fərqli, məlumatların qorunması ilə bağlı daha az dəqiqliyə malik qanunları olan ölkə/regionda istifadə və emal edə bilər. Şəxsi məlumatlarınızı digər ölkələrə/regionlara ötürdükdə bu bildirişdə təsvir edilən qaydada və ya məlumatlar toplanan zaman başqa şəkildə sizə açıqlanan formada (məs., spesifik məhsul və ya xidmətin məxfilik xəbərdarlığı və ya əlavə bəyanatı vasitəsilə) şəxsi məlumatları qoruyacağıq.

      Huawei məlumatların qorunması ilə bağlı müxtəlif qanunlara uyğun olaraq qorunan şəxsi məlumatların emalı üçün qlobal məxfilik təcrübələrini həyata keçirir. Huawei fəaliyyət göstərdiyimiz ölkələr arasında şəxsi məlumatları təhlükəsizlik və emal ilə əlaqədar standartlar və şərtlər da daxil olmaqla, məlumatların qorunması ilə bağlı müvafiq standartlara və şərtlərə uyğun olaraq ötürür.

      Aİ və İsveçrədən daxil olan şəxsi məlumatlara uyğun olaraq, Avropa İqtisadi Zonasından ("AİZ") kənarda olan ölkələrə şəxsi məlumatların ötürülməsi üçün adekvat qoruyucu tədbirlər təmin etməklə müvafiq qanuni tələblərə əməl edirik. Biz şəxsi məlumatlarınızın ölkə xaricinə ötürülməsini həyata keçirmək üçün standart müqavilə müddəaları kimi müxtəlif hüquqi mexanizmlərdən istifadə edirik; və ya ölkə xaricinə ötürmədən əvvəl məlumatlarla bağlı anonimləşdirmə kimi təhlükəsizlik tədbirləri həyata keçiririk.

      IX. Beynəlxalq İstifadəçilər

      Əgər Huawei istehlakçıların bulud xidmətlərindən Avropa İqtisadi Zonasının (AİZ) üzv dövlətində və ya İsveçrə, Albaniya, Andorra, Bosniya, Farer adaları, Cəbəllütariq, Qrenlandiya, Makedoniya Respublikası, Moldova, Monako, Montenqro, San Marino, Serbiya, Vatikan, Yaponiya, Koreya, ABŞ və ya Kanadada istifadə edirsinizsə, məlumat kontrolleri İrlandiyada yerləşən Aspiegel Limited olacaq.

      ABŞ Huawei onlayn mağazadan istifadə edirsinizsə (www.hihonor.com/us), Huawei Device USA, Inc məlumat idarəedicisidir.

      Avropa Huawei onlayn mağazadan istifadə edirsinizsə, Huawei Technologies Dusseldorf GmbH məlumat idarəedicisidir.

      X. Bu Bildirişə Edilən Yeniləmələr

      Huawei bu Bildirişi istənilən vaxt yeniləmək hüququnu qoruyub saxlayır.

      Bu Bildiriş zaman-zaman nəzərdən keçirilməli olsa, Huawei müxtəlif kanallar vasitəsilə, məsələn, ən son versiyanı rəsmi istehlakçı veb-saytımız olan http://consumer.huawei.com ünvanında dərc etməklə dəyişiklik barədə xəbərdarlıq edəcəkdir.

      Bu Bildirişdəki "Əsas dəyişikliklərə" aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

      (1) Xidmət rejimlərimizdəki əsas dəyişikliklər, məsələn, şəxsi məlumatların emalı məqsədləri, emal edilmiş şəxsi məlumatların növləri və şəxsi məlumatlardan istifadə üsulları

      (2) Sahibkarlıq strukturumuzda, təşkilati strukturumuzda edilən əsas dəyişikliklər, məsələn, biznes tənzimləməsi, iflas və ya başqa şirkətin nəzdinə keçməyin səbəb olduğu sahibkarlıqla bağlı dəyişikliklər

      (3) Şəxsi məlumatların paylaşılması, ötürülməsi və ya açıqlanmasının əsas obyektlərindəki dəyişikliklər

      (4) Şəxsi məlumatlarınızın emalı ilə bağlı hüquqlarda və həmin hüquqlardan istifadə edə biləcəyiniz üsullardakı əsas dəyişikliklər

      (5) Şəxsi məlumatların emalı prosesinin təhlükəsizliyi üçün Huawei şöbələrinin, əlaqələrinin və şikayət kanallarının dəyişilməsi

      (6) Şəxsi məlumatların təhlükəsizliyinə təsirin qiymətləndirilməsi üzrə hesabatlarda müəyyən edilən yüksək risklər

      XI. Bizimlə necə əlaqə saxlamaq olar

      Hər hansı sual, şərh və ya təklifləriniz olarsa, bizimlə əlaqə saxlayın səhifəsinə daxil olaraq və ya onları qlobal ofislərimizə təqdim edərək bizimlə əlaqə saxlayın. Huawei ofislərinin tam siyahısını əldə etmək üçün qlobal ofislər səhifəsinə daxil olun.

      Şəxsi məlumatların qorunması üzrə xüsusi şöbə (və ya məlumatların qorunması üzrə məmur) təyin etmişik. dpo@huawei.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

      Məlumat subyektlərinin sorğuları Huawei-in rəsmi istehlakçı veb-saytı və ya Huawei ID, AppGallery və HiCare kimi Huawei-in Mobil Xidmət proqramlarının istənilən biri vasitəsilə göndərilə bilər.

      Qeyd: Yerli qanun və dillərdə olan fərqliliklərlə əlaqədar Huawei Consumer Business Məxfilik Bildirişindəki yerli versiyalar bu versiyadan fərqli ola bilər. Hər hansı mübahisəli məsələ olarsa, yerli versiyalar üstün tutulacaqdır.

      Copyright ©2018 Huawei Device (Shenzhen) Co., Ltd. Bütün hüquqlar qorunur