Terms of Use

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Məşhur Nəticələr

    Təklif edilən nəticələr

      daha çox axtarış sözü daxil et

      Huawei Consumer Business-in Rəsmi Veb-saytından İstifadə Şərtləri

      1. İstifadə şərtləri

      Bu İstifadə Şərtləri HUAWEI Consumer veb-saytına (https://consumer.huawei.com/az/) aid edilir. Bu veb-sayta daxil olaraq aşağıdakı şərtlərlə razılaşdığınızı göstərirsiniz. Burada göstərilən şərtləri başa düşmədiyiniz və ya qəbul etmədiyiniz təqdirdə bu veb-saytdan istifadəyə davam etməməlisiniz.

      Qanunla yol verilən həddə HUAWEI istənilən vaxt, xəbərdarlıq etmədən bu İstifadə Şərtlərini dəyişmək hüququnu qoruyub saxlayır. Bu İstifadə Şərtlərinə edilən bütün dəyişiklikləri müntəzəm qaydada yoxlamaq məsuliyyəti daşıyırsınız. Bu cür dəyişikliklərdən sonra bu veb-saytdan istifadəyə davam etsəniz, sözügedən şərtləri qəbul etmiş hesab ediləcəksiniz.

      2. Veb-sayt Məlumatları və İzahat

      HUAWEI bu veb-saytı Çin Xalq Respublikasının Quandonq Əyalətində yerləşən baş ofisdən idarə edir. Bu veb-sayta dünyanın istənilən yerindən daxil olmaq olsa da, bu veb-sayt vasitəsilə və ya orada haqqında danışılan, qeyd edilən, təchiz edilən və təmin edilən funksiyaların, məhsulların və xidmətlərin əlçatanlığı ölkədən və ya regiondan asılı olaraq dəyişə bilər.

      Çindən kənarda hansısa ölkədən və ya regiondan bu veb-sayta daxil olmalı olsanız, bunu öz iradənizlə edirsiniz və veb-saytımızdan yalnız yerli qanunlara uyğun formada istifadə etməlisiniz.

      3. Veb-saytın Məzmunu

      Bütün mətnlər, şəkillər, musiqi, videolar, animasiyalar, ticarət nişanları, şablonlar, diaqramlar, vizual interfeyslər və kod (bundan sonra Məzmun adlandırılacaq), daxil olmaqla, lakin bununla məhdudlaşmayan yuxarıda qeyd edilən Məzmunun ideyaları, dizaynı, strukturu, ifadəsi və görünüşü HUAWEI-ə aiddir, onun tərəfindən idarə edilir və qanuni səlahiyyət ona aiddir. Bu İstifadə Şərtlərində əksi qeyd edilmədiyi halda HUAWEI-in əvvəlcədən yazılı razılığı olmadan, heç bir yolla bu veb-saytdakı Məzmundan hansısa ticarət məqsəd üçün istifadə edə bilməzsiniz.

      Aşağıdakı şərtlərlə bu veb-saytda HUAWEI-in məhsul və xidmətləri ilə əlaqədar təqdim olunan məlumatları endirə bilərsiniz:

      1. Sözügedən məlumatlar ticarət məqsədləri üçün deyil, yalnız şəxsi məqsədlər üçün istifadə edilməlidir.
      2. Bu məlumatlara heç bir dəyişiklik edilməməlidir.
      3. Sözügedən məlumatlar və ya sözügedən məlumatlardan ibarət sənədlərlə əlaqədar heç bir bəyanat və zəmanət verilməməlidir.
      4. Sözügedən məlumatlarla bağlı HUAWEI-in sahiblik və digər qanuni hüquqlarını əks etdirən bəyanatlar və/və bildirişlər qismən və ya tam şəkildə silinməlidir.

      4. İstifadə Standartları

      Bu veb-sayt və oradakı Məzmun qeyri-qanuni şəkildə və ya bu istifadə şərtlərinə əsasən qadağan edilən hər hansı məqsədlə, eləcə də digər şəxslərin və ya təşkilatların qanuni hüquq və maraqlarını pozmaq məqsədilə istifadə edilməməlidir.

      Bu veb-saytın və ya onun Məzmununun hansısa hissəsinə daxil olmaq, onu əldə etmək, köçürmək və ya nəzarət etmək üçün hər hansı cihaz, proqram və ya alqoritmdən, o cümlədən hörümçəklərdən, robotlardan, dərin keçidlərdən və səhifə qazıyıcıları və ya digər eyni və ya bənzər əl ilə olan proqramlardan istifadə etməməlisiniz. Bundan əlavə, bu veb-saytda təqdim edilməyən hansısa bir metoddan istifadə edərək bu veb-saytdakı materiallara, sənədlərə və ya məlumatlara daxil ola, onları əldə edə və ya köçürə bilməzsiniz.

      Bu veb-sayta, onun Məzmununa və ya xidmətlərinə icazəsiz giriş imkanı əldə etmək üçün qeyri-qanuni yollarla ona daxil ola, kodunu aça və ya digər qeyri-qanuni metodlardan istifadə edə bilməzsiniz. Bu veb-saytdakı hər hansı müştəri məlumatlarını, o cümlədən özünüzdən başqa digər istifadəçilərin HUAWEI ID-lərini izləyə, əks axtarışını apara, şifrəsini aça, kodunu sındıra bilməzsiniz.

      Bu veb-saytda istifadə edilən və ya onunla əlaqələndirilən heç bir təhlükəsizlik mexanizmini və ya əsilliyi yoxlama üsulunu poza bilməzsiniz. Bu veb-saytın, ya da ona əlaqələndirilən şəbəkənin zəifliyini yoxlaya, skanlaya və ya başqa şəkildə sınaqdan keçirə, ya da ona qarşı hər hansı tədbir icra edə bilməzsiniz.

      Bu veb-saytın müntəzəm fəaliyyətinə və ya bu veb-saytda yerinə yetirilən hər hansı əməliyyata müdaxilə etmək və ya müdaxilə etməyə cəhd etmək üçün hansısa cihazdan, proqram təminatından və ya proqramdan istifadə etməyəcəyinizlə razılaşırsınız. Bu veb-saytın insfrastrukturunda, sistemində və ya şəbəkəsində, yaxud bu veb-sayt ilə əlaqələndirilən sistem və ya şəbəkələrdə mövcud olan verilənlərin əsassız ya da uyğunsuz miqdarını toplamaq üçün heç bir addım atmamalısınız.

      5. Hesab, Parol və Təhlükəsizlik

      Bu veb-saytdakı müəyyən funksiya və xidmətlərə daxil olmaq üçün HUAWEI ID qeydiyyatdan keçirməli və ya HUAWEI ID-nizə daxil olmalısınız. Parolunuz da daxil olmaqla, hesab məlumatlarınızın qorunması üçün tam məsuliyyət daşıyırsınız. Sözügedən məlumatların təhlükəsizliyini və məxfiliyini qoruyub saxlaya bilməsəniz, hesabınızda və ya hesabınıza qarşı görülən bütün tədbirlərə görə tam məsuliyyət daşıyırsınız.

      Parolun dəyişməsi və ya icazəsiz şəxslərin hesaba daxil olması, hesabdan istifadə etməsi kimi qeyri-müntəzəm və ya qeyri-normal hallarla qarşılaşsanız, dərhal HUAWEI-yə məlumat verməlisiniz. Hesab məlumatlarınızın məxfiliyini qoruya bilməsəniz, bu da hesabınızın başqaları tərəfindən istifadəsinə və daha sonra HUAWEI və ya bu veb-saytın digər ziyarətçilərinə ziyan vurmağa gətirib çıxarsa, sözügedən ziyanlara görə məsuliyyət daşıyacaqsınız.

      Hesab sahibinin açıq-aydın icazəsi olmadan heç vaxt başqa insanların HUAWEI ID-lərindən istifadə edə bilməzsiniz. Bu müddəaya əməl etməməyiniz sizin özünüzə və ya başqalarına fiziki ziyan və ya itkinin dəyməsinə səbəb olarsa, HUAWEI sözügedən itkilərə görə məsuliyyət daşımayacaqdır.

      6. Xarici keçidlər

      Bu veb-saytda müstəqil üçüncü tərəf veb-saytlarına keçidlər var. Bu cür keçidlər yalnız veb-sayta daxil olan ziyarətçilərin rahatlığı üçün təmin edilir. HUAWEI əlaqələndirilmiş veb-saytlarda təqdim edilən Məzmun, xidmətlər və məlumatla bağlı açıq-aydın və ya dolayı zəmanətlər vermir, bu keçidlər əlaqələndirilmiş veb-saytlar üçün HUAWEI tərəfindən tövsiyə və ya icazə kimi qəbul edilməməlidir. Bütün əlaqələndirilmiş veb-saytlara öz iradənizlə daxil ola bilsəniz də, HUAWEI bu fəalliyyətinizin nəticəsinə görə heç bir məsuliyyət daşımayacaqdır.

      7. Məxfilik

      Bu veb-sayt HUAWEI-in Məxfilik Siyasətinə tabedir, bu veb-saytdakı veb səhifələrin aşağısındakı zolaqda "Məxfilik Siyasəti" seçərək onun təfərrüatlarına baxa bilərsiniz.

      Nəzərə almalısınız ki, sizinlə bu veb-sayt arasında ötürülən şəbəkə keçidi və verilənlər tam olaraq təhlükəsiz və məxfi deyil və bu veb-sayta göndərdiyiniz məlumat və verilənləri digərləri əldə edə bilər. HUAWEI şəbəkə keçidinin və sizinlə bu veb-sayt arasında ötürülən verilənlərin təhlükəsizliyinə və məxfiliyə zəmanət verə bilmir.

      8. Hüquqların Qorunması

      HUAWEI xəbərdarlıq etmədən istənilən vaxt aşağıdakı tədbirləri görmək hüququna malikdir:

      1. Səbəbindən asılı olmayaraq istənilən vaxt bu veb-saytın hamısının və ya bir hissəsinin fəaliyyətini və ona giriş imkanını dayandırmaq, ləğv etmək.
      2. Bu veb-saytın Məzmununun hamısına və ya bir hissəsinə, eləcə də müvafiq siyasət, şərt və ya müddəalara düzəlişlər və ya dəyişikliklər etmək.
      3. Müntəzəm və ya qeyri-müntəzəm intervallarla texniki xidmət, xətaların aradan qaldırılması və ya başqa dəyişikliklər üçün veb-saytın hamısının və ya bir hissəsinin fəaliyyətini dayandırmaq.

      9. İmtina

      HUAWEI BU VEB-SAYTIN, ONUN MƏZMUNUNUN VƏ YA XİDMƏTLƏRİNİN ƏLÇATANLIĞINA, DAVAMLILIĞINA VƏ MÖVCUDLUĞUNA TƏMİNAT VERMİR. BU VEB-SAYT VƏ ONUN MƏZMUNU "OLDUĞU KİMİ" TƏMİN EDİLİR. SİZ, İSTİFADƏÇİ KİMİ BU VEB-SAYTIN VƏ ONA ƏLAQƏLƏNDİRİLMİŞ İSTƏNİLƏN VEB-SAYTIN İSTİFADƏSİ ÜÇÜN TAM MƏSULİYYƏT DAŞIYIRSINIZ. HƏLL ÜSULUNDAN İSTİFADƏNİN MƏHDUDLAŞDIRILMASI BU VEB-SAYTIN İSTİFADƏSİ ÜZRƏ HUAWEI İLƏ BAĞLADIĞINIZ MÜQAVİLƏNİN BİR HİSSƏSİ OLDUĞU ÜÇÜN BU VEB-SAYTIN BÜTÜN VƏ YA HANSISA HİSSƏSİNDƏN NARAHATLIQ KEÇİRSƏNİZ, İSTİFADƏ EDƏ BİLƏCƏYİNİZ YEGANƏ HƏLL ÜSULU BU VEB-SAYTDAN İSTİFADƏNİ BÜTÜNLÜKLƏ VƏ YA QİSMƏN DAYANDIRMAQDIR.

      ƏLÇATAN MƏHSUL VƏ XİDMƏTLƏRİN NÖVLƏRİ İLƏ BAĞLI BU VEB-SAYTDA DƏRC EDİLƏN MƏLUMATLAR, O CÜMLƏDƏN MƏHSUL FUNKSİYALARI, KONFİQURASİYALAR, PARAMETRLƏR, TEXNİKİ STANDARTLAR VƏ XİDMƏT MƏZMUNU ÖLKƏ VƏ YA REGİONDAN ASILI OLARAQ FƏRQLİ OLA BİLƏR. İSTƏNİLƏN MƏHSULUN FUNKSİYALARI, KONFİQURASİYALARI, PARAMETRLƏRİ VƏ TEXNİKİ STANDARTLARI HƏMİN MƏHSULUN HƏYAT DÖVRÜNÜN MÜXTƏLİF MƏRHƏLƏLƏRİNDƏ TƏNZİMLƏNƏ BİLƏR VƏ HUAWEI-İN MÜVAFİQ MƏLUMATLARI YENİLƏMƏSİ BİR QƏDƏR VAXT APARA BİLƏR. BUNA GÖRƏ DƏ, BU VEB-SAYTDA GÖRDÜYÜNÜZ MƏHSUL VƏ XİDMƏT MƏLUMATLARI İLƏ SATIN ALDIĞINIZ FAKTİKİ MƏHSUL VƏ YA BAZARDA SATIŞA ÇIXARILAN MƏHSUL ARASINDA FƏRQLƏR OLA BİLƏR. HUAWEI BU VEB-SAYTIN DÜZGÜNLÜYÜNƏ, TAMLIĞINA VƏ YA ETİBARLILIĞINA ZƏMANƏT VERMİR.

      10. Məsuliyyətin Məhdudlaşdırılması

      Qanunla qadağan edilmiş hallar istisna olmaqla digər bütün hallarda HUAWEI bu veb-saytın istifadəsinin səbəb olduğu dolayı, törəmə, təsadüfi, ikinci dərəcəli və ya cəza ilə nəticələnən zərərlərə görə, o cümlədən gəlir itkisinə görə də HUAWEI mümkün risklərdən xəbərdar olsa belə, heç bir məsuliyyət daşımayacaq.

      Bu veb-saytdan istifadəniz hansısa ziyan və ya itkiyə səbəb olarsa, HUAWEI və partnyorlarının pul öhdəliyi bu veb-saytın xidmətləri və ya funksiyalarından istifadəniz ilə əlaqədar tutulan abunəlik rüsumlarının və ya bənzər digər rüsumların cəmini keçməyəcək.

      Bəzi hüquqi yurisdiksiyalarda məsuliyyətin məhdudlaşdırılmasına icazə verilmir. Buna görə də yuxarıda qeyd edilən məhdudiyyətlər sizə aid olmaya bilər.

      11. Təzminat

      Bu veb-saytdan istifadənizdən yaranan və ya onunla əlaqədar olaraq üçüncü tərəfin HUAWEI-ə qarşı irəli sürdüyü sorğu, itki, pul öhdəliyi iddiaları, bəyanat və ya xərcə (hüquqşünas haqları daxil olmaqla) görə HUAWEI, onun direktorları, işçiləri, nümayəndələri partnyorları və digər lisenziyalı şəxslərə kompensasiya ödəyəcəyinizlə razılaşırsınız.

      12. Müstəqil Həll Üsulları

      Bu Müqavilənin "Məsuliyyətin Məhdudlaşdırılması" adlı 10 saylı Maddəsinin və "Təzminat" adlı 11 saylı Maddəsinin müdəaları hətta sözügedən maddələr və/və ya müddəaların lazımi məqsədə xidmət etmədiyi və ya qanun əsasında icra edilmədiyi müəyyən edildiyi hallarda belə müstəqil şəkildə qüvvəyə minir. Qüvvədə olan müvafiq qanunlar çərçivəsində 10 və 11 saylı Maddələrdə əks etdirilən məsuliyyətin məhdudlaşdırılması qaydaları itkinin (1) müqavilənin pozulması, (2) təminatın pozulması, (3) səhlənkarlıq və ya yanlış təqdimat da daxil olmaqla xətalar və ya pozulma halları, (4) ciddi məsuliyyət, (5) və ya digər səbəblərdən dolayı olmasından asılı olmayaraq tətbiq ediləcək

      13. İstifadəçi rəyi

      Bu veb-saytda təqdim etdiyiniz heç bir istifadəçi rəyi məxfi hesab edilmir. HUAWEI bu məlumatlardan məhdudiyyət olmadan sərbəst qaydada istifadə etmək hüququna malikdir.

      14. Bu İstifadə Şərtlərinin Pozulması

      HUAWEI bu İstifadə Şərtlərinin hər hansı birini pozduğunuzu düşünsə, HUAWEI-in bu veb-sayta giriş imkanınıza xitam vermək və/və ya bu veb-sayta daxil olmağınızı bloklamaq hüquqlarına sahib olduğu ilə razılaşırsınız.

      HUAWEI bu İstifadə Şərtlərini pozmağınızın nəticəsində bu veb-sayta giriş imkanınızı ləğv etsə, HUAWEI sizin və ya hər hansı üçüncü tərəfin qarşısında məsuliyyət daşımır.

      Razılaşırsınız ki, HUAWEI qabaqcadan xəbərdarlıq etmədən aşağıdakı səbəblər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan səbəblərdən dolayı bu veb-saytın funksiyalarına giriş imkanınıza xitam verə bilər:

      (1) Hüquq-mühafizə orqanlarının və ya digər hökumət müəssisələrinin sorğusuna cavab olaraq.
      (2) Sizin öz sorğunuza cavab olaraq. (HUAWEI ID-nizin silinməsini istəsəniz, onlayn alış-veriş funksiyalarından istifadə edə bilməyəcəksiniz.)
      (3) Bu veb-saytın və ya hansısa xidmətinin dayandırılması və ya ciddi dəyişiklikləri ilə əlaqədar.
      (4) Qabaqcadan müəyyənləşdirilməsi mümkün olmayan texniki problemlər olduqda.

      15. Müvafiq Qanunlar və Yurisdiksiya

      Bu Müqavilənin hazırlanması, qüvvəyə minməsi və şərh edilməsi, eləcə də onunla əlaqədar ortaya çıxan mübahisəli məsələlərin həll edilməsi Çin Xalq Respublikasının qanunları çərçivəsində yerinə yetirilir.

      Bu Müqavilənin imzalanacağı yer kimi Çin Xalq Respublikasının Şençjen şəhərindəki Lonqqanq nahiyəsi nəzərdə tutulub. Məzmun və ya bu Müqavilənin icrası ilə əlaqədar yarana biləcək bütün mübahisəli məsələlər zamanı hər iki tərəf məsələni konsultasiya yolu ilə həll etməyə çalışmalıdır. Konsultasiya ilə həllə nail olmadıqda hər iki tərəf imzanın atıldığı yerdəki yurisdiksiya əsasında məhkəmə qarşısında iddia irəli sürə bilər.

      16. Müxtəliflik

      Bu İstifadə Şərtləri bu veb-saytın istifadəsi ilə əlaqədar sizinlə HUAWEI arasındakı Müqaviləni təşkil edir və bu şərtlər bu veb-saytın istifadəsinə dair sizinlə HUAWEI arasında yazılı və ya şifahi qaydada razılaşdırılmış bütün müqavilələri əvəz edir. Sizinlə HUAWEI arasında imzalanmış digər müqavilələrin şərtlərini nəzərə almadan, HUAWEI bu İstifadə Şərtləri ilə bağlı əks təklifləri qəbul etməyəcək və burada bütün əks təkliflərdən açıq-aydın imtina edir.

      HUAWEI bu İstifadə Şərtlərinə ciddi qaydada əməl etməklə bağlı tələb irəli sürə bilməsə, bu, HUAWEI-in bu İstifadə Şərtlərinin icrası və ya onlarla bağlı hüquqlarından imtina etməsi kimi başa düşülməməlidir. HUAWEI ilə sizin aranızda edilən heç bir əməliyyat bu Xidmət Şərtlərinin hansısa hissəsinə edilən dəyişiklik kimi qəbul edilməməlidir.

      https://consumer.huawei.com/az/legal/terms-of-use/