HUAWEI MateBook X Pro 2020

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Daha geniş və daha parlaq görüntülü displey.

Mükəmməl 91% ekran-korpus nisbəti1 ilə 3K tam görüntülü displey sizə canlı detallarla möhtəşəm geniş görüntü təmin edir. Onun 3:2 aspekt nisbəti oxumaq və yazmaq üçün idealdır. Və 100% sRGB2 geniş rəng diapazonu şəkil və videoları sizə gerçək olduğunu düşündürəcək dərəcədə canlı və real göstərir.

13.9

düym

3000x2000

görüntü imkanı

100%

sRGB

huawei matebook x pro-3k fullview display

Anı barmaqlarınızla əbəbiləşdirin.

Həssas sensor ekran ilə təchiz edilmiş HUAWEI MateBook X Pro çox effektiv və intuitiv şəkildə ekranı sürüşdürmək, böyütmək (yaxınlaşdırmaq), seçmək və qarşılıqlı əlaqə qurmağa imkan verir. İndi ekranın şəklini asanlıqla çəkmək üçün üç barmağınızla onu sürüşdürə bilərsiniz3.

huawei matebook x pro-touchscreen

Klassik, zərif, göz oxşayan.

HUAWEI MateBook X Pro-nun 3 cazibədar rəngi var. Yumşaq və əsrarəngiz yaşıl ton ilə Zümrüd Yaşılı gecə səmada səssiz bir zümrüd kimi zərif və gözəldir, Kosmik Boz və Mistik Gümüşü rəng isə həm iş, həm də əyləncə üçün klassikdir.

huawei matebook x pro-three colors
huawei matebook x pro-three colors
huawei matebook x pro-three colors

Zərif, parlaq, inanılmaz portativ.

Professional, üstəlik portativ bir noutbuk. Zərif CNC almaz kəsimli və qum şırnağı örtüyü ilə bəzədilmiş zərif metal korpusun qalınlığı cəmi 14.6 mm, çəkisi isə 1.33kq-dır4, ona görə də onu rahatlıqla istədiyiniz yerə apara bilərsiniz.5

14.6 mm

qalınlığı

1.33 kq

ağırlığı

huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design
huawei matebook x pro-sleek portable design

Huawei Share6

Sadəcə bir kliklə smartfonunuz və Huawei MateBook-nuz hətta internet əlaqəsi belə olmadan "VAHİD" bir super cihaza çevriləcək. Telefonun ekranı noutbukunuzda görünəcək, bu sayədə klaviatura və mausla hər iki cihazı eyni zamanda idarə edə bilər, onlar arasında faylları çəkib digərinə ata və eyni klaviaturadan istifadə edərək bir tərəfdən smartfonunuzda iş yoldaşlarınızla mesajlaşarkən digər tərəfdən noutbukda faylları redaktə edə bilərsiniz. Bu cür cihazlararası işləmə mexanizmi gündəlik həyatı və iş həyatını asanlaşdırır.

Yüksək səviyyəli professional performans.

10-cu nəsil Intel® Core ™ i77 prosessoru və NVIDIA GeForce MX250 diskret qrafik kartı8, 16 GB-dək yaddaşı və 1TB-dək sürətli SSD tutumu ilə HUAWEI MateBook X Pro sizə lazım olan bütün at gücünü təmin edəcək şəkildə hazırlanmışdır. İndi inanılmaz səmərəli çoxfunksiyalılıq, daha sürətli görüntü emalı və qüsursuz oyun təcrübəsi bir cihazla təmin edilir. Təkmilləşdirilmiş yüksək sürətli Wi-Fi və Bluetooth 5.0 heç bir narahatlıq yaşamadan daha yaxşı əlaqə təmin edir.

huawei matebook x pro-10th Gen Inter Core i7 processor huawei matebook x pro-10th Gen Inter Core i7 processor

Gün boyu bitməyən batareya.

İncə korpusa yerləşdirilmiş 56Wh9 güclü batareya bir dəfə doldurulmaqla 13 saatadək video izləməyə10 imkan verir. Uzun uçuşlar zamanı cihazı elektrik cərəyanına qoşmadan rahat şəkildə video izləmə zövqünü yaşayın.

11 saat

veb-sörfinq10

13 saat

video izləmə10

15 saat

mütəmadi iş10

huawei matebook x pro-large battery

Məxfiliyinizi qorumaq üçün kreativ şəkildə hazırlanmışdır.

Yandırma düyməsi həmçinin barmaq izinizi aşkar edərək noutbukunuza yalnız bir toxunuşla sürətli və təhlükəsiz şəkildə daxil olmağa imkan verir. Kamera klaviaturada məharətlə gizlədilmişdir və yalnız sizə lazım olan zaman ortaya çıxır. Bu da məxfiliyiniz üçün əlavə mühafizə təmin edir.

huawei matebook x pro-privacy-protection
huawei matebook x pro-privacy-protection

Səs ucadan və
aydın eşidilir.

Güclü dördlü səsucaldıcı və tezliyi bölmə mexanizmi sizə dərin və rezonanslı bas və aydın zil səsli reproduktor ilə aşağı tezlikli səsucaldıcı təqdim edir. Bundan əlavə, dördlü mikrofon və ağıllı ətraf səsləri azaltma mexanizmi ilə ətraf-mühitin səsi effektiv şəkildə filtrlənir, bu sayədə HUAWEI MateBook X Pro səsinizi 4 metr məsafədən ala bilir11, ona görə də səsin aktivləşdirildiyi tətbiqlər sizi asanlıqla eşidə və dəstəkləyə bilir.

huawei matebook x pro-loud clear voice interaction

dördlü səsucaldıcı

huawei matebook x pro-loud clear voice interaction

360° səs qəbulu

huawei matebook x pro-loud clear voice interaction

4 metrədək
səs interaksiyası

huawei matebook x pro-loud clear voice interaction

Bütün cihazlar üçün bir adapter.

Ultra yüngül 65W cib adapteri ilə təchiz edilmiş, USB-C interfeysini dəstəkləyən Huawei noutbukları, planşetləri və mobil telefonlarının batareyası tez bir zamanda doldurula bilir12, ona görə də səyahət edərkən müxtəlif cihazlar üçün çox sayda adapter götürməyə ehtiyac yoxdur. İndi HUAWEI MateBook X Pro batareyası cəmi 30 dəqiqə doldurulmaqla 6 saat ərzində istifadə edilə bilər13, yəni kofe fasiləsi zamanı batareyanı doldurmaqla cihazı yarım gün rahatlıqla istifadə edə bilərsiniz.

huawei matebook x pro-multiple devices charger