HUAWEI P40 lite

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI P40 lite KV
HUAWEI P40 lite KV
P40-lite

Həyatınızı Əyləncəli Keçirin

48 MP Dördlü Sİ Kamera1
40 W HUAWEI SuperCharge2

Dördlü Kamera ilə
Yaradıcılığınızı Üzə Çıxarın

Dünya gözəlliklərlə doludur və onları kəşf etməyinizi gözləyir. 4 arxa kamerası ilə HUAWEI P40 lite düşündüyünüzdən daha geniş, daha aydın və daha yaxın çəkimlər edir. Bokeh linza ilə sinematik portretlər çəkin, sonra makro linzaya keçirin və xırda detallarla zəngin təbiət mənzərələri çəkin. Bunların hər birini eyni telefondan istifadə edərək həyata keçirə bilərsiniz. Sanki cibinizdə professional bir studiya daşıyırsınız.

48 MP
Əsas kamera
f/1.8

8 MP
Ultra Geniş Bucaqlı Linza
f/2.4

2 MP
Bokeh Linza
f/2.4

2 MP
Makro Linza
f/2.4

48 MP
Əsas kamera
f/1.8

8 MP
Ultra Geniş Bucaqlı Linza
f/2.4

2 MP
Bokeh Linza
f/2.4

2 MP
Makro Linza
f/2.4

HUAWEI P40 lite quad camera
HUAWEI P40 lite quad camera
HUAWEI P40 lite main camera with 48MP

Gözəllik Detallarda
Gizlidir

Gözdən qaçırmaq istəməyəcəyiniz və əbədiləşdirmək üçün can atacağınız görüntünün nə zaman qarşınıza çıxacağını sizə deyə bilmərik. Lakin həmin an gəldikdə 48 MP əsas kamera ilə möhtəşəm sinematik detallarda gizlənən bütün gözəllikləri çəkə biləcəyinizdən əmin ola bilərsiniz. 48 MP Sİ Ultra aydınlıq rejimində kamera birdən çox kadrı yüksək keyfiyyətli bir şəkildə birləşdirir, bu sayədə görüntünü yaxınlaşdırmağınıza baxmayaraq heç bir detalı gözdən qaçırmayacaqsınız.

HUAWEI P40 lite handhold super night mode

Gecənin Gözəlliyindən Zövq Alın

f/1.8 ölçülü böyük diafraqma və ½ düym böyük sensor əlavə işığın daxil olmasını təmin etmək üçün hazırlanmışdır, bu sayədə günəş batsa belə, şəkil çəkməyə davam edə bilərsiniz. HUAWEI Sİ şəkil sabitləşdirmə texnologiyası sayəsində Handheld Super gecə rejimi ətraf səsləri kəsərək daha kəskin və aydın şəkillər çəkməyiniz üçün geniş dinamik diapazon təmin edir.

HUAWEI P40 lite rear camera with 120°ultra wide angle lens

Daha Çox Görüntü

Daha çox görüntü çəkin. 120°3 Ultra geniş bucaqlı linza ilə sizi heyran edən görüntüləri daha gözəl şəkildə əks etdirə və 17 mm fokus məsafəsi ilə 140% çox görüntü əldə edə bilərsiniz4. Bu isə şəhər mənzərələrində daha çox neon işığının, qrup şəkillərində daha çox dostunuzun və landşaft çəkimlərinizdə daha çox təbiət görüntüsünün olması deməkdir.

HUAWEI P40 lite rear camera with macro lens

Makro Dünyanı
Kəşf Edin

2 MP makro linza sizi çəkmək istədiyiniz predmetə maksimum yaxınlaşdırır. İstədiyiniz görüntünü 4 sm məsafədən çəkin və ornament və teksturaları inanılmaz detallarla əks etdirin. Gül ləçəyinin üzərindəki şehdən kəpənəyin qanadındakı mürəkkəb naxışlara qədər bütün detalların əks etdirildiyi makro fotoşəkillər çəkmək gizli bir dünyanı kəşf etmək kimidir.

HUAWEI P40 lite bokeh camera

Bokeh Effekti ilə
Önə Çıxarmaq İstədiyiniz
Görüntünü Vurğulayın

Xüsusi bokeh linza məkanda səthi dərinlik yaratmaq üçün Sİ dərinlik qavrama xüsusiyyətindən istifadə edərək arxa fonu bulanıqlaşdırır və əks etdirmək istədiyiniz predmetin kəskin detallarını üzə çıxarır. Bokeh effekti müəyyən predmeti kəskin şəkildə vurğulamaq üçün mükəmməldir.

Davamlı, Tez
Doldurulan Batareya

4200 mAh-lıq böyük batareya gün ərzində bir dəfə batareya doldurmaqla telefondan rahat şəkildə istifadə etməyinizə imkan verir.5 Gecə batareyanı doldurmağı unutduğunuz zaman narahat olmayın. Səhər qəhvənizi içərkən adapteri taxın və 30 dəqiqə ərzində 70% batareya dolduran TÜV Rheinland sertifikatlı 40 W HUAWEI SuperCharge sayəsində batareya tez bir zamanda dolacaq.5

HUAWEI P40 lite HUAWEI super charge

Yeni,
Rasional Dizayn

HUAWEI P40 lite dizaynı lazımsız funksiyalar olmadan əsas ünsürləri vurğulayır. Korpus dörd tərəfi maili şüşədən hazırlanmışdır, buna görə də göründüyü qədər yaxşı hiss etdirir. Ön kamera 6.4 düym HUAWEI tam görüntülü, dəlikli displey içərisinə yerləşdirilmişdir, yəni boşa sərf edilmiş yer yoxdur, sadəcə çox gözəl bir ekran var. Yan tərəfə quraşdırılmış barmaq izi dizaynı sayəsində bir toxunuşla kilidi aça bilərsiniz.

HUAWEI P40 lite Midnight Black
HUAWEI P40 lite Crush Green
HUAWEI P40 lite Sakura Pink
HUAWEI P40 lite front camera for super night selfie

Daxili Aləminizi
Üzünüzdə Əks Etdirir

Super Gecə Selfi 2.0 rejimində HUAWEI P40 lite zəif işıqlı yerlərdə selfi çəkərkən avtomatik olaraq üzünüzü işıqlandırır və sizi vurğulamaq üçün arxa fonun işıqlandırması, saturasiyası və kontrastını optimallaşdırır. Çoxsaylı çəkimləri birləşdirmək üçün Multi Frame Fusion texnologiyasından istifadə edir, və aydın və parlaq selfilər çəkməyinizi təmin edir.

HUAWEI P40 lite front camera for super night selfie

Daxili Aləminizi
Üzünüzdə Əks Etdirir

Super Gecə Selfi 2.0 rejimində HUAWEI P40 lite zəif işıqlı yerlərdə selfi çəkərkən avtomatik olaraq üzünüzü işıqlandırır və sizi vurğulamaq üçün arxa fonun işıqlandırması, saturasiyası və kontrastını optimallaşdırır. Çoxsaylı çəkimləri birləşdirmək üçün Multi Frame Fusion texnologiyasından istifadə edir, və aydın və parlaq selfilər çəkməyinizi təmin edir.

HUAWEI P40 lite front camera for AI beauty selfie

Sizi Ən Gözəl
Şəkildə Əks
Etdirən Selfilər

Selfidən daha yaxşısı Sİ ilə çəkilən selfidir. Quraşdırılmış ön kamera ətrafınızdakı işıqlandırma və kölgələri tanıyır və onlardan yalnız sizə özəl selfilər çəkmək üçün istifadə edir. Sizi görünmək istədiyiniz kimi vurğulayan professional görüntülü portretlər çəkin.

HUAWEI P40 lite Kirin 810

Qabaqcıl Texnologiya,
Yüksək Səmərəlilik

HUAWEI P40 lite özünəməxsus texnologiya təmin edən Kirin 810 mikrosxem komplekti ilə təchiz edilmişdir. NPU Da Vinci arxitekturasına əsaslanır və səmərəliliyi və Sİ emalını optimallaşdırır. ISP + IVP görüntü emalı sizə qüsursuz səmərəlilik təmin etmək üçün ətraf səsləri maksimum azaldır və ağ balansını artırır.

İstədiyiniz Yerdə Əvəzolunmaz
Oyun Təcrübəsi Yaşadır

HUAWEI P40 lite-nin hətta ən güclü oyunları belə oynamaq üçün kifayət qədər gücü var. Yeni nəsil GPU Turbo heç bir gecikmə olmadan HD qrafika və yüksək kadr sürəti təmin edir, beləliklə oyunun ən hərəkətli anlarında belə qüsursuz təcrübə yaşadır. Cihaz inanılmaz dərəcədə az enerji sərf etdiyi üçün oyunu daha uzun müddət davam etdirə bilərsiniz.

HUAWEI P40 lite GPU turbo
HUAWEI P40 lite large memory

Gözəl Anlarınızı Əbədiləşdirmək
üçün Daha Çox Yaddaş

Bu cür mükəmməl kamera ilə çəkildiyi üçün çox sayda şəkili saxlamaq istəyəcəksiniz. Şanslısınız, HUAWEI P40 lite 6/8 GB RAM və 128 GB ROM-dan ibarət böyük yaddaş ilə təchiz olunmuşdur, nə qədər çox şəkil çəksəniz də bütün şəkilləriniz üçün kifayət qədər yer var. Böyük yaddaş sayəsində həm də işləmə sürətinə təsir etmədən eyni zamanda daha çox tətbiqdən istifadə edə biləcəksiniz.

İstifadə Etməkdən Zövq
Alacağınız Bir İnterfeys

HUAWEI P40 lite hələlik ən yaxşı interfeysimiz olan EMUI10 ilə təchiz edilmişdir. Daha aydın, daha intuitiv bir tərtibat və zərif rəng sxemi ilə dizaynı əsaslı şəkildə yeniləmişik. Hər şey öz müvafiq yerindədir və menyular arasındakı asan keçid ilə dərhal istədiyiniz yerə keçə bilərsiniz. Çoxfunksiyalılıq!

HUAWEI P40 lite EMUI10
HUAWEI P40 lite EMUI10
HUAWEI P40 lite EMUI10
HUAWEI P40 lite-apps
HUAWEI AppGallery

Tətbiqlər üçün
Butik Mağaza

HUAWEI AppGallery HUAWEI-in mobil tətbiqlərini axtarmaq, yükləmək, tənzimləmək və paylaşmaq üçün rəsmi tətbiq distribüsiya platformasıdır. Təhlükəsiz, seçkin və fərqli təcrübə yaşatmaq üçün qlobal tətbiq ekosistemini inkişaf etdirməyə davam edir. Eksklüziv tətbiq kontenti, yerli fəaliyyətlər və xüsusi təkliflərdən yararlanın.

HUAWEI P40 lite
  1. Arxa kameralar: 48 MP Əsas Kamera + 8 MP Ultra Geniş Bucaqlı Linza + 2 MP Makro Linza + 2 MP Bokeh Linza
  2. HUAWEI P40 lite 40 W HUAWEI SuperCharge Texnologiyasının maksimal göstəricisini dəstəkləyir.
  3. Geniş bucaqlı linza 120° olaraq nəzərdə tutulmuşdur. Deformasiyanın düzəldilməsi səbəbilə faktiki bucaq 120°-dən kiçik ola bilər.
  4. Bu nisbət əsas kameranın FOV-u ilə müqayisə edilir.
  5. HUAWEI laboratoriya sınaqlarının nəticələrinə əsaslanır. Faktiki səmərəlilik məhsullardakı fərqlər, istifadəçilərin vərdişləri və ətraf mühit amillərindən asılı olaraq dəyişə bilər.
  6. *Şəkillər yalnız istinad üçündür. Məhsulun rəngi, forması, interfeysi və funksiyaları yalnız istinad üçündür. Faktiki məhsul fərqli ola bilər.
  7. *Bu məhsul Google Play əvəzinə HUAWEI AppGallery ilə əvvəlcədən quraşdırılmışdır.