HUAWEI MatePad T 8

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Güclü Performans | Daha Geniş Görüntü1 |
12 Saat Video İzləmə2

Mükəmməl İzləmə
Təcrübəsi

Ultra incə 4.9 mm yan çərçivələr və 80% ekran-korpus nisbəti1 ilə HUAWEI MatePad T 8 sizə mükəmməl əyləncə üçün geniş ekran imkanı verir.3 Sevdiyiniz filmləri izləmək və yolda elektron kitablar oxumaq üçün mükəmməl bir planşet.

Zərif, Kompakt,
Portativ

Maili kənarları olan metal korpus HUAWEI MatePad T 8-ə zərif bir görünüş verir. Cəmi 310 q4 ağırlığında olan bu cihaz o qədər yüngüldür ki, onu asanlıqla çantaya qoya və ya əyləncə və ya təhsil üçün bir əlinizdə tutaraq istifadə edə bilərsiniz.

Güclü Çipseti,
Yüksək Səmərəlilik

Təkmil səkkiznüvəli çipseti ilə təchiz edilmiş HUAWEI MatePad T 8 gündəlik işlərinizi asanlıqla yerinə yetirməyə imkan verən yüksək emal sürəti təmin edir.

Uzunmüddətli
Batareya Ömrü

5100 mAh-lıq batareyası5 sayəsində bu planşeti bir dəfə batareyasını doldurmaqla uzun müddət istifadə etmək mümkün olur, bu da sizə 12 saat6 video izləmə və 12 saat5 vebsörfinq imkanı verir.

EMUI10, Daha
Sürətli və Daha Rahat

Əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş performansı ilə EMUI107 sizə tətbiqləri sürətlə açmaq və onlar arasında keçid etməyə imkan verir. İnkişaf etdirilmiş qaranlıq rejim8 daha rahat oxuma təcrübəsi təmin edir.

Uşaqlar üçün
Xüsusi Hazırlanmışdır

Əyləncəli, lakin öyrədici vasitələr və valideyn nəzarəti təmin edən mexanizmi ilə bu planşet uşaqlarınız üçün təhlükəsiz oyun meydançasıdır.
Təkmilləşdirilmiş göz yormayan rejim9 uşaqlarınızın gözlərini mavi işıqdan qoruyur. Uzanarkən planşetdən istifadə etdikləri zaman onlara gözlərini qorumaq üçün baxış bucağının tənzimlənməsi ilə bağlı xəbərdarlıq gəlir.

  1. 80% ekran-korpus nisbəti. Məlumatlar Huawei laboratoriyalarının sınaq nəticələrinə əsaslanır. Ekran-korpus nisbəti aktiv sahəni (AA) sensor panelin (TP) sahəsinə bölməklə hesablanır. Faktiki ekran-korpus nisbəti fərqli ola bilər.
  2. 5100 mAh (tip.) batareya. Normal şəraitdə batareya 12 saat 1080p video izləməyə imkan verir. Məlumatlar HUAWEI laboratoriyalarının sınaq nəticələrinə əsaslanır. Faktiki məlumatlar məhsulun modelindən, proqram versiyasından, istifadə şəraitindən və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
  3. Qoruyucu çərçivə barədə məlumatlar HUAWEI laboratoriyasının nəticələrinə əsaslanır. Faktiki ölçü konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
  4. Məlumatlar Huawei laboratoriyasının sınaq nəticələrinə əsaslanır. Faktiki çəki konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
  5. Tipik dəyər. HUAWEI laboratoriyasının sınaq nəticələrinə əsaslanır. Batareyanın yararlılıq müddəti faktiki istifadə şəraitindən asılıdır.
  6. Normal şəraitdə batareya 12 saat 1080p video izləməyə imkan verir. Məlumatlar HUAWEI laboratoriyasının sınaq nəticələrinə əsaslanır. Faktiki məlumatlar məhsulun modelindən, proqram versiyasından, istifadə şəraitindən və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
  7. Quraşdırılmış versiya EMUI10-dir və gələcək yeniləmələri dəstəkləyir.
  8. Qaranlıq rejim əksər üçüncü tərəf tətbiqlərinə uyğundur.
  9. Tibbi cihaz deyil və müalicə məqsədilə istifadə olunmur.