Huawei informasiya və kommunikasiya texnologiyaları (IKT) infrastrukturu və ağıllı cihazlar üzrə aparıcı qlobal provayderdir. Telekom şəbəkələri, İT, ağıllı cihazlar və bulud xidmətləri kimi dörd əsas domen üzrə inteqrasiya edilmiş həllər ilə hər bir şəxsə, evə və təşkilata internet şəbəkəsinə tam qoşulmuş, ağıllı dünya bəxş etmək öhdəliyi götürmüşük.


HUAWEI Consumer BG" - "HUAWEI" şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan elektronikanın, o cümlədən mobil genişzolaqlı cihazlar, məişət cihazları və cihaz bulud xidmətləri təmin edərək həyatın bütün mənzərələrini əks etdirməkdə liderdir. Huawei Consumer BG istehlakçılara ən son texnologiyaların çatdırılmasına və texnoloji təkmilləşmələr ilə dünyanın istənilən yerindən olan daha çox insana sevinc bəxş edir. Dünya ilə ayaqlaşırıq ki, xəyallar gerçəkləşsin.


Huawei Tərtibatçılar Konfransı 2020 (Birlikdə) HarmonyOS 2.0, EMUI 11, HMS (Huawei Mobile Services), HUAWEI HiLink və HUAWEI Research üçün qlobal tərtibatçılara və ekosistem tərəfdaşlarına istifadəçilərə inkişaf etmiş və yenilikçi təcrübələr təqdim etmələrini təmin edəcək böyük yenilikləri elan etdi.

Huawei, Fortune 500 siyahısında 49-cu yeri tutdu. Bu ilki reytinq 2019-cu ilə nisbətən 12 ballıq bir sıçrayışdır.
Huawei, BrandZ tərərfindən aparılan Ən Bahalı 100 Markaları araşdırmasında, keçən ilə nisbətən iki pillə yüksələrək 45-ci yeri tutdu.2020 il beşinci ildir ki, Huawei illik nəşirdə, dünyanın ən bahalı 50 markası arasında yer alır.
Huawei, HUAWEI P40 Pro +, HUAWEI P40 Pro və HUAWEI P40, mobil fotoqrafiya və video çəkmə imkanlarını kökündən genişləndirən inqilabi kameralara və ən müasir dizayna sahib yeni HUAWEI P40 seriya flaqman smartfonlarıdır.

Huawei inqilabi HUAWEI Mate X qatlanabilən telefonun növbəti təkamülü olan HUAWEI Mate Xs-i istifadəyə verdi. Huawei-in ən yeni texnologiyası ilə təchiz edilmiş HUAWEI Mate Xs Huawei-in Kirin 990 5G SoC və təkmilləşdirilmiş Şahin Qanadı dizaynına malik olub smartfon və planşet rejimlərində güclü performans və qüsursuz istifadəçi təcrübəsi təmin edən ən yüksək keyfiyyətli cihazı hesab olunur.

Brand Finance 2020-ci il üzrə dünyanın 500 ən bahalı brendi siyahısını (Brand Finance Global 500 2020) dərc etdi. Huawei ilk dəfə siyahının ilk onluğuna daxil oldu və ötən ildən 2 pillə yuxarı qalxaraq 10-cu yeri tutmağa müvəffəq oldu.
Huawei Münhendə baş tutan eksklüziv təqdimat mərasimində ən yeni HUAWEI Mate 30 seriyasını təqdim etdi. Kirin 990 5G SoC, inqilabi şəkildə inteqrasiya edilmiş dördlü kamera və unikal, bənzərsiz OLED HUAWEI Horizon Displeyi ilə HUAWEI Mate 30 seriyası zərif dizayndan avadanlıq platformalarının layihələndirilməsinə və proqram innovasiyasına qədər hər sahədə yeni standartlar təqdim edir.

Huawei ən yeni flaqmanı Kirin 990 seriyası: Kirin 990 və onun 5G versiyasını IFA-da təqdim etdi. Kirin 990 (5G) dünyanın ilk 5G SoC-dir. Sənayenin ən yığcam 5G smartfon həlli və ilk tam tezlikli 5G SoC olan Kirin 990 (5G) son istifadəçilərə 5G-nin bazara çıxarıldığı ilk ildə üstün 5G əlaqə təcrübəsi yaşamağa imkan verir.

Huawei Proqramçılar Konfransında Huawei bütün cihazlar və ssenarilər üzrə yekdil istifadəçi təcrübəsi yaşatmaq üçün hazırlanmış yeni mikronüvə əsaslı, paylanmış əməliyyat sistemi olan Harmony ƏS-ni təqdim etdi. Güclü işləmə qabiliyyətinə malik bu yüngül, yığcam əməliyyat sistemi vasitəsilə Huawei cihazlar arasında vahid və ortaq bir ekosistem qurmağı hədəfləyir.

May ayında İsveçrədəki ilk təqdimatdan sonra Huawei dünyada ilk cüt rejimli 5G smartfonu olan HUAWEI Mate 20 X (5G)-ni Çində buraxdı. HUAWEI Mate 20 X (5G) Huawei-in həm SA (müstəqil), həm də NSA (qeyri-müstəqil) 5G şəbəkələrini dəstəkləyən ən yeni nəsil 5G terminal çipləri olan 7nm Balong 5000 və Kirin 980 ilə ikili çipseti konfiqurasiyasından istifadə edən ilk bazara çıxarılan 5G smartfonu oldu.

Çoxillik inkişaf rekordunu davam etdirən Huawei Fortune 500 siyahısında 61-ci yeri tutmağa müvəffəq oldu. 2019-cu il üzrə reytinq 2018-ci ildən 11 ballıq, 2017-ci ildən isə inanılmaz göstərici ilə 68 ballıq bir sıçrayış olduğunu göstərdi.
BrandZ-in hər il dərc edilən dünyanın ən bahalı 100 brendi siyahısında Huawei marka dəyərinin 8% artması ilə 47-ci pillədə (2018-ci ildən bir pillə yuxarı) qərarlaşdı. Ardıcıl olaraq dördüncü ildir ki, Huawei ilk 50-də yer alır.
Huawei innovativ HUAWEI SuperSpectrum sensoru, optik SuperZoom linzası (5X optik yaxınlaşdırma, 10X hibrid yaxınlaşdırma və 50X rəqəmsal yaxınlaşdırma), yeni HUAWEI ToF (Uçuş vaxtı) kamerası, və hər ssenaridə inanılmaz foto və video çəkilməsini təmin edən təkmilləşdirilmiş optik və Sİ görüntü sabitləşdirmə texnologiyasına malik HUAWEI P30 seriyası ilə fotoqrafiya qaydalarını yenidən yazdı.
Huawei MWC 2019-da dünyanın ən sürətli 5G qatlanabilən telefonu olan HUAWEI Mate X-i təqdim etdi. Şahin Qanadı Mexaniki Şarnir dizaynı, 7nm çoxrejimli modem çipseti və dünyanın ən sürətli HUAWEI SuperCharge adapteri ilə HUAWEI Mate X GSMA-nın təqdim etdiyi ən əhəmiyyətli mükafat olan "2019-cu il Ümumdünya Mobil Konqresinin ən yaxşı yeni mobil cihazı" mükafatını qazandı.
Huawei Kirin 980 ilə dəstəklənən HUAWEI Mate 20 Seriyası modelini təqdim etdi, bu model Huawei-in çip üzrə ən sıx və ən yüksək məhsuldarlığa malik sistemidir (SoC). Bu flaqman seriyası dörd cihazı əhatə edir: HUAWEI Mate 20, HUAWEI Mate 20 Pro, HUAWEI Mate 20 X və PORSCHE DESIGN HUAWEI Mate 20 RS. HUAWEI Mate 20 Seriyalı Matriks Kamera Sisteminə istifadəçilərə sadəcə daha geniş yox, həm də daha yaxından görmək imkanı verən yeni makro məsafə qabiliyyəti ilə Leica Ultra Geniş Bucaq Linzaları daxildir.
Huawei aparıcı brend üzrə məsləhətçi şirkət olan Interband tərəfindən buraxılan Ən Yaxşı Qlobal Brendlər 2018 müsabiqəsində dünyanın 68-ci ən dəyərli brendi adına layiq görüldü. Huawei 2017-ci ildən bəri iki pillə yuxarı qalxdı və onun brend dəyəri 14% artaraq 7,6 milyard dollar təşkil etdi.
Huawei dünyanın ilk 7 nm emal gücünə malik mobil telefon SoC çipseti olan Kirin 980 modelini buraxdı.
IDC məlumatlarına görə, 2018-ci ilin ikinci rübündə Huawei qlobal ağıllı telefon bazar payında Nömrə 2 olub.
huawei Forbes tərəfindən təşkil edilən dünyanın Ən Dəyərli Brendləri 2018 siyahısında 8,4 milyard dollarlıq brend dəyəri ilə yer alan yeganə Çin şirkətidir.
Huawei HUAWEI P20 seriyalı ağıllı telefonları və Porsche Design HUAWEI Mate RS modelini buraxdı. HUAWEI P20 Pro DxOMark-dan bu vaxta qədər qazanılan ən yüksək xalı, yəni 109 xalı qazandı.
Huawei HUAWEI MateBook X Pro, HUAWEI MediaPad M5 Seriyalarını buraxdı
Huawei innovativ avadanlıq, Kirin 970 çipseti və EMUI 8.0 modelini birləşdirərək yeni AI mobil proqramlarına qapı açan HUAWEI Mate 10 Seriyasını təqdim etdi.
Interbrand 2017-ci ilin Ən Yaxşı Qlobal Brendləri Hesabatını açıqladı və Huawei-in 70-ci yerə yüksəldiyini təsdiq etdi. Brendin dəyəri keçən illə müqayisədə 14% artaraq 6,676 milyard dollar təşkil etdi.
Huawei IFA 2017-də Kirin 970 modelini təqdim etdi. Kirin 970 Android rəhbərliyi tərəfindən IFA 2017-nin Ən Yaxşı Məhsul mükafatına layiq görüldü.
HUAWEI P10 “EISA Ağıllı Telefon Kamerası 2017-2018” adına layiq görüldü və WATCH 2 Avropa Görüntü və Səs Assosiasiyası tərəfindən “EISA Daşınan cihaz 2017-2018” elan edildi.
Huawei-in 2017-ci ildə H1 Ağıllı telefon təchizatları 20,6% artım ilə 73,01 milyona çatdı.
Huawei Brand Z Top 100 Ən Dəyərli Qlobal Brendlər 2017 siyahısında 49-cu yeri tutdu.
Forbes 2017-ci ilin Ən Dəyərli Brendləri siyahısını dərc etdirdi. HUAWEI 7,3 milyard dollarlıq brend dəyəri ilə 88-ci sırada yer aldı və siyahıya düşən yeganə Çin brendi oldu.
Huawei ikinci buraxılış ağıllı saatı HUAWEI WATCH 2 və Porsche Design HUAWEI Ağıllı saat modelini buraxdı.
Huawei HUAWEI P10 və HUAWEI P10 Plus modellərini buraxdı. Ağıllı telefonlar parlaq rənglərə malikdir və yeni Leica ön və arxa kameralarına sahibdir.
Huawei Almaniyanın Münhen şəhərində HUAWEI Mate 9 və Porsche Design HUAWEI Mate 9 modellərini təqdim etdi.
Huawei 2016-cı ildə Interbrand-in təqdim etdiyi 100 Ən Yaxşı Qlobal Brendlərdə 16 pillə irəliləyərək 72-ci sırada yer aldı və texnologiya kateqoriyasında top pillələrdə oldu.
Huawei və Leica optik sistemlərdə, VR, AR və proqram təminatı əsaslı texnologiyalarda Tədqiqat və İnkişaf əməliyyatını dəstəkləyəcək Max Berek İnnovasiya Labaratoriyasının açılışını elan etdi.
Huawei HUAWEI Nova, HUAWEI MediaPad M3 və qırmızı, mavi rənglərdə HUAWEI P9 modellərini buraxdı.
Huawei Huawei HiLink Ağıllı Ev Ekosistemini işləyib hazırladı. Huawei HiLink ağıllı ev həlləri, ağıllı ev APP və müxtəlif partnyorların ağıllı məhsulları da buraxıldı.
HUAWEI P9 modeli Avropa Görüntü və Səs Assosiasiyasının təşkil etdiyi AGSA Mükafatlandırma mərasimində Avropa İstehlakçı Ağıllı Telefonu 2016-17 adını qazandı.
Huawei əsas elmlər, xüsusilə də alqoritm sahəsində Huawei-in imkanlarını genişləndirmək üçün Fransada Riyaziyyat və Alqoritmik Elmlər Labaratoriyasının əsasını qoydu.
London, BK, Huawei ağıllı telefon fotoqrafiyasında yeni standart təyin edərək ilk dual Leice linzalarına malik ağıllı telefon seriyası olan HUAWEI P9 modelini təqdim etdi.
Huawei Lionel Messini brend təmsilçisi elan etdi.
Huawei 2016 MWC-da HUAWEI MateBook modelini buraxdı. Bu arada, HUAWEI MateBook 15 mükafat qazanıb.
Huawei beynəlxalq lüks məhsullar brendi olan Swarovski ilə birlikdə İstehlakçı Elektronika Nümayişində ilk qadın saatı Android Wear™ HUAWEI WATCH Jewel and Elegant (Dəbdəbəli və Zərif HUAWEI SAATI) modelini təqdim etdi.
Huawei eyni gündə HUAWEI Mate 8 modelinin və HUAWEI Watch Çin Buraxılışının təqdimatını keçirdi.
Huawei HiSilicon Kirin 950 çipsetini buraxdı. Bazarda ilk və ən böyük ticari 16FF+ mobil Sistem çipidir və 1.8GHz göstəriciyə malik dörd nüvəli Cortex-A53 ilə birlikdə 2.3GHz göstəriciyə malik dörd nüvəli Cortex-A72 LITTLE arxitekturasına malikdir.
Huawei 2015-ci ildə Interbrand-ın Top 100 Ən Yaxşı Qlobal Brendi arasında 88-ci pilləyə yüksəldi.
Google San Fransiskoda keçirilən tədbirdə Huawei və Google tərəfindən yaradılan Nexus 6P modelini təqdim etdi. Bu model “Apple həvəskarlarını cəlb edən Android ağıllı telefonu adlandırıldı”.
Huawei Almaniyanın Berlin şəhərində keçirilən IFA-da innovativ Toxunuş Gücü (Force Touch) texnologiyası ilə yeni flaqman ağıllı telefonu Mate S modelini təqdim etdi. Eyni vaxtda Huawei Watch da buraxıldı.
Huawei P8 EISA-dan “Avropa İstehlakçı Ağıllı Telefonu 2015 – 2016” mükafatını qazandı.
Huawei Brand Z-nin Top 100 Dəyərli Brendində texniki brendlər siyahısında 16-cı sırada yer aldı. Brand Z-nin məlumatlarına görə, Huawei-in brend dəyəri 2015-ci ildə 15,335 milyard dollara çatdı.
Huawei 6,8 düym ekrana malik illik flaqman ağıllı telefonu P8 və P8max modellərini buraxdı.
Huawei lüks dizayn, dəb, avtomobil, 3D, rəqəmsal və brend strategiyalarında ixtisaslaşan 10 dizaynerdən ibarət heyət ilə Paris Estetika Mərkəzinin açılışını etdi.
Huawei Huawei Watch, TalkBand B2 və yeni nəsil fableti TalkBand N1 modellərini, MediaPad X2 modelini buraxdı və “Xəyallar Yaradıcılığa İlham Verir” adlı brend sloqanını elan etdi.
Huawei Almaniyanın Berlin şəhərində Ascend Mate7, Ascend G7, Ascend P7 Sapphire Edition və EMUI 3.0 kimi bir neçə flaqman ağıllı telefonu təqdim etdi.
Ascend P7 modeli EISA tərəfindən "Avropa İstehlakçı Ağıllı telefonu 2014 – 2015" mükafatına layiq görüldü.
Huawei sənaye yönümlü səkkiz nüvəli çipset olan Kirin 920 modelini buraxdı.
Huawei dünyanın ən nazik ağıllı telefonlarından biri olan (6,5 mm) 4G LTE Ascend P7 modelini buraxdı.
Huawei 7-düymlü 4G LTE-aktivləşdirilmiş MediaPad X1, Ascend G6 4G ağıllı telefonunu və Huawei E5786 adlanan dünyanın ilk LTE Cat6 Mobil WiFi-nı buraxdı.
Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində 150 Mbps-a qədər sürətə malik, yüksək səviyyəli flaqman ağıllı telefonu olan ilk LTE aktivləşdirilmiş Huawei Ascend Mate2 4G modelini buraxdı.
Huawei Çində Huawei-in müstəqil törəmə brendini və Honor 3C, 3X və E5730 modellərini təqdim etdi.
Huawei Londonda dünyanın ən nazik ağıllı telefonlarından biri olan, yeni nəsil ağıllı telefonu Huawei Ascend P6 modelini təqdim etdi.
Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində qlobal istehlakçılar üçün yeni "Mümkün et" adlı brend kampaniyasını təqdim etdi.
Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində dünyanın yeganə və ilk LTE Cat4 Ascend P2 ağıllı telefonunu təqdim etdi.
Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində dünyanın ən geniş ekrana malik 6,1 düym Huawei Ascend Mate modelinin və Huawei-in ilk Windows Phone 8 ağıllı telefonunun, Ascend W1 modelinin təqdimatını etdi.
Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində 5 düym HD 443 Super Retina ekranına malik yüksək səviyyəli flaqman ağıllı telefonu olan Huawei Ascend D2 modelini təqdim etdi.
IDC məlumatlarına görə, Huawei ilin dördüncü rübündə dünyanın üçüncü ən böyük ağıllı telefon istehsalçısı olub.
Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində dünyanın ən sürətli dörd nüvəli ağıllı telefonu olan Huawei Ascend D1 quad modelini təqdim etdi.
Huawei Amerikada keçirilən İstehlakçı Elektronika Nümayişində dünyanın ən nazik ağıllı telefonu olan Huawei Ascend P1 S (6,68mm) modelini təqdim edərək yeni, dəbli Huawei P seriyasını təqdim etdi.
Huawei bulud xidmətini ictimaiyyətə açıqladı və dünyanın ilk bulud dəstəkli ağıllı telefonu olan Huawei Vision modelini təqdim etdi.
Huawei rəsmi şəkildə satışa buraxıldığı gündən etibarən 100 gün içərisində Çində bir milyon C8500 ağıllı telefon satdı.
Huawei Almaniyada keçirilən IFA-da Google-un Android 2,2 əməliyyat sistemi ilə ilk IDEOS ağıllı telefonunu təqdim etdi.
Huawei-in mobil genişzolaqlı məhsullarının ümumi göndərilmə həcmi 100 milyon cihaza çatdı.
Huawei İspaniyada keçirilən Mobil Dünya Konqresində ilk Android ağıllı telefonunu ictimaiyyətə açıqladı və T-Mobile ilə əməkdaşlığını elan etdi.
Huawei-in E180 modeli Asiya Mobil Mükafatlar müsabiqəsində "Ən Yaxşı Mobil Genişzolaqlı Məhsulu" adına layiq görüldü.
Huawei E270 modeli üçün Red Dot Design Mükafatı, E172 modeli üçün IF Məhsul Dizaynı Mükafatı alaraq mobil WiFi dizaynına görə qlobal səviyyədə tanındı.
Huawei Sinqapurda dünyanın ən sürətli və ən kompakt HSDPA USB Modemi olan E220 modelini təqdim etdi.
Huawei-in ilk 3G mobil telefonu olan U626 Charlton Media Group tərəfindən "Ən Yaxşı 3G Ağıllı telefonu" adlandırıldı.
Huawei Fransanın Kann şəhərində keçirilən 3GSM Konfransında Çinin ilk WCDMA mobil telefonunu nümayiş etdirdi.
Huawei mobil telefon departamentinin əsasını qoydu.