HUAWEI P50 Pro

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI P50 Pro KV
HUAWEI P50 Pro KV
HUAWEI P50 Pro
Mobil Fotoqrafiya Əfsanəsi
HUAWEI P50 Pro KV

Gözləntiləri Üstələyən Mükəmməllik

HUAWEI P50 Pro Top Features Design
İkimatrisli Kamera Dizaynı,
6,6 düym True-Chroma Displeyi1,
120 Ekran Yeniləmə Sürəti2,
IP68 Suya və Toza Davamlılıq3
HUAWEI P50 Pro Top Features Performance
4360 mAh Tutumlu Batareya4,
66 W HUAWEI SuperCharge5,
50 W Kabelsiz HUAWEI SuperCharge6,
Ikili Stereo Səsgücləndiricilər
HUAWEI P50 Pro Top Features HarmonyOS 2
Ağıllı Cihazlar Arası Əlaqə,
Rahat və Sürətli Əməliyyat,
Məxfilik və Təhlükəsizlik
HUAWEI P50 Pro Top Features True Chroma Shot
True-Form İkimatrisli Kamera7,
True-Chroma Shot ilə Realistik Çalarlar,
200x Zoom dərəcəsi8,
AIS Pro True-Steady Shot

İdeal Cütlük

HUAWEI P50 Pro Dual Matrix Camera Design

Sadələşdirilmiş, həndəsi dizayn İkimatrisli kameranın dizaynını həqiqətən fərqləndirir. Bu iki "qamaşdırıcı göz" getdiyiniz hər yerdə parıldayır.

İnanılmaz Çalarlar

Pearl White
Cocoa Gold

Qəhvəyi Qızıl

Golden Black

Qızılı Qara

Daha Yüngül, Daha Rahat

HUAWEI P50 Pro Lighter Weight
HUAWEI P50 Pro Lighter Weight

Böyük ekrana və güclü batareyaya baxmayaraq, HUAWEI P50 Pro əvvəlki nəsil modellərdən daha yüngüldür və əlinizə rahatlıqla oturur.

Ovucunuzun İçində Rəngarəng Bir Dünya

HUAWEI P50 Pro 6.6 Inch Screen
HUAWEI P50 Pro 6.6 Inch Screen
HUAWEI P50 Pro 6.6 Inch Screen

6,6 düymlük ekran⁠1 sizə real dünyanı göstərmək üçün ayrıca sazlanıb. 120 Hz ekran yeniləmə sürətini⁠2300 Hz toxunuş seçmə sürətini⁠9 dəstəkləməklə, rahat baxış təmin edir.

Rənglərin Peşəkar Səviyyədə Ötürülməsi

P3 geniş rəng palitrasını və 1,07 milyard rəngi dəstəkləyən True-Chroma displey görünüşdən ekrana qədər ardıcıl rənglər göstərir.

Hamar Görüntü Keçidlərindən Həzz Alın

120 Hz-ə qədər ekran yeniləmə tezliyinə⁠2300 Hz-ə qədər toxunuş seçmə sürətinə9 malik ekran rahat baxış və sürətli cavab müddəti təmin edir.

Gözlərinizin qayğısına qalır

1440 Hz yüksək tezlikli PWM qaralmasına nəzarət⁠10 gözlərdə gərginlik yaranmasının qarşısını alır. Hətta işıq zəif olan hallarda belə, rahat və yüksək keyfiyyətli görüş imkanından zövq ala bilərsiniz.

HUAWEI P50 Pro IP68

Su damcıları?
Narahat olmayın!

HUAWEI P50 Pro IP68
*Bu reklam şəkli yalnız məlumat üçündür.

Su damcıları, toz və mayelərin daxil olmasına qarşı IP68⁠3 müdafiə dərəcəsi

*Bu reklam şəkli yalnız məlumat üçündür.

True-Form
ikimatrisli
kamera

HUAWEI P50 Pro True Form Dual Matrix Camera

HUAWEI XD Optics smartfonla foto çəkmək üçün daha aydın imkan yaradır, təkmilləşdirilmiş HUAWEI XD Fusion Pro şəkil mühərriki isə hərtərəfli təsvir məlumatlarını bərpa etməyə kömək edir. Əsas kamera matrisi sizə əsl rənglər dünyasını göstərir, SuperZoom matrisi isə yaxından və ya uzaqdan, geniş və ya yaxından çox aydın şəkillər çəkə bilir.

Gördüklərinizi çəkin

HUAWEI P50 Pro True Chroma Shot Wide P3 Colour Gamut Adjustment

Sizə əsl rəngləri göstərir. True-Chroma şəkil mühərriki dünyanı bütün real rəngləri ilə göstərmək üçün təkmilləşdirilmiş ətraf işığını duyma sistemi, P3 geniş rəng palitrası və 2000-dən çox rəng tənzimlənməsi ilə təchiz edilmişdir.

HUAWEI P50 Pro True Chroma Shot Fruits Colours
HUAWEI P50 Pro True Chroma Shot Fruits Colours

Görmək inanmaqdır. Rənglər arasındakı incə fərqləri aydınlaşdırmaqda əsl mütəxəssisdir, belə ki, sevimli görüntünüzü heç vaxt əldən qaçırmayacaqsınız.

Kiçik obyektləri böyüyə çevirin.

HUAWEI P50 Master Style Macro Shot 2.5cm

Gözəlliyi və detalları gücləndirə bilmək üçün 2,5 sm-ə yaxın kiçik obyektləri kəşf edin. Gözlənilməz sürprizlərin sayını artırın.

*Bu funksiya HOTA yeniləməsini tələb edir.
**Sadəcə nümayiş üçündür. Bu şəkillər HUAWEI P50 ilə çəkilib.

Mükəmməl şəkillər çəkmək asanlaşdı

HUAWEI P50 Pro Master Style Animals
HUAWEI P50 Pro Master Style Ultra Wide Rear Camera
HUAWEI P50 Pro Master Style during Low Light Conditions
white left arrow
white right arrow

Aydınlıq üstünlükdür. Bu yeni HUAWEI XD Optics və HUAWEI XD Fusion Pro şəkil mühərriki daha çox işıq düşməsi imkanı deməkdir ki, bu da naxışları və fakturaları daha hərtərəfli şəkildə çəkməyə imkan verir. Şəraitdən asılı olmayaraq, heyrətamiz aydınlığa malik olduqca aydın kadrlar əldə edə bilərsiniz.

Görünməyənləri üzə çıxarın. İşığın zəif olduğu hallarda belə, kəskin fokus və canlı detalları üzə çıxarın.

Geniş, möhtəşəm görünüş. 120° ultra geniş arxa kamera⁠11 vasitəsilə siz dənizlərin, dağların və səmanın əzəmətini asanlıqla çəkə bilərsiniz. Gözəl anları əbədiləşdirin.

1
2
3

Gözdən Uzaq?
Düz gözünüzün önündə

HUAWEI P50 Pro Master Style 1x-100x Super Zoom Range

Naməluma doğru addım atın. 64 MP periskop telefoto kamera⁠12 uzaq obyektləri yaxınlaşdırır, HUAWEI XD Optics isə görüntü keyfiyyətini xeyli yaxşılaşdırır. 200x-ə qədər Böyütmə diapazonu⁠8 ilə siz həmişə aydın və sabit çəkiliş əldə edə bilərsiniz.

Hazır ol, Diqqət, İrəli

HUAWEI P50 Pro AIS Pro True Steady Shot

Yaxın və ya uzaq, artıq bulanıqlıq yoxdur. Yüksək AIS Pro OIS ilə birlikdə çalışaraq True-Steady Shot funksiyasını bəxş edir ki, bu da sizə avtomobilin pəncərəsindən mənzərəni və ya yarışlardakı həyəcanverici anları qeydə almağa imkan yaradır. Əlinizin titrməsi daha heç vaxt foto və videolarınızı məhv etməyəcək.

Öz hekayənizi yaradın

HUAWEI P50 Pro AI Features before AI Eraser
Əvvəl
HUAWEI P50 Pro AI Features after AI Eraser
Sonra

Sİ fəndləri üçün məsləhətlər. Sİ Sil funksiyası görünən arzuolunmaz obyektləri aradan qaldırmağa imkan verir. Günün anlarını daha əyləncəli etmək üçün Sİ Cinemagraph ilə stasionar səhnədə hərəkət edən yeganə obyekti qeydə alın.

* Bu funksiyalar HOTA-nın yeniləməsini tələb edir. Şəkli HUAWEI P50 Pro çəkmir. HUAWEI P50 Pro ilə redaktədən sonra süni zəkalı aradan qaldırma effekti göstərilir. Sadəcə nümayiş üçündür. Zəhmət olmasa, faktiki istifadəyə baxın.

Xaricdən zərif, daxilən güclü.

İnamlı və ağıllı

5 nm flaqman mikroprosessorlu sxem məlumatların işlənməsi, çoxsaylı tapşırıqların yerinə yetirirlməsi və cavab verilməsi müddətində yüksək məhsuldarlıq bəxş edir, 3D Graphene Maye Soyutma Sistemi isə sürətli və sabit istilik yayılmasını təmin edir.

HUAWEI P50 Pro Performance Chipset and Cooling System
HUAWEI P50 Pro Performance Dual Stereo Speaker

Gördüyünüzü dinləyin

HUAWEI P50 Pro Performance Dual Stereo Speaker

İkili stereo səsgücləndiricilərdən gələn güclü mükəmməl səsə qərq olun. HUAWEI Histen müxtəlif ssenarilər üçün səs effektlərini fərdiləşdirir və beləliklə, istər oyun oynayarkən, istərsə də videolara baxarkən həmişə özünüzü səhnənin bir hissəsi kimi hiss edirsiniz.

HUAWEI P50 Pro Performance Large Battery
HUAWEI P50 Pro Performance Large Battery

Daha güclü enerji

HUAWEI P50 Pro Performance Large Battery

Böyük 4360 mAh batareya⁠4 sizə daha çox epizoddan, daha çox oyundan və ya yaxınlarınızla uzun zənglərdən həzz almağa imkan verir.

HUAWEI P50 Pro Performance 66 W HUAWEI SuperCharge
Əlinizin altındaki güc

66 W gücündə HUAWEI SuperCharge5 siz fasilə verərkən öz sürətli doldurma gücü ilə sizi heyran edəcək.

HUAWEI P50 Pro Performance 50 W Wireless HUAWEI SuperCharge
Onu azaldın, çoxaldın

50 W gücündə HUAWEI SuperCharge⁠6 enerji doldurma problemini birdəfəlik aradan qaldırır.

Ağıllı, Sürətli, Təhlükəsiz

Tətbiqlərinizə qısa yollar

Tətbiqlərinizlə tamamilə yeni bir şəkildə qarşılıqlı əlaqə yaradın. Sevimli tətbiqlərinizi Ağıllı Qovluğa yerləşdirin və birbaşa işarəsinin üzərinə klikləməklə onlardan hər hansı birini açın. Tapmaq asandır, açmaq tez başa gəlir.

HUAWEI P50 Pro HarmonyOS 2 Desktop and Cards

İşlərin mərkəzinə tez daxil olun

Yeni Nəzarət Panelini açmaq və audio, Wi-Fi və Bluetooth parametrlərinə daxil olmaq, həmçinin HUAWEI cihazlarınız arasında bağlantıları idarə etmək üçün hərəkət etdirin⁠14.

HUAWEI P50 Pro HarmonyOS 2 Control Panel

İstədiyiniz faylları əldə etməyin daha çox yolu

Yeni Paylanmış Fayl Sistemi ilə siz noutbukunuz vasitəsilə telefon sənədlərinizə və ya şəkillərinizə ani daxil olma imkanı əldə edə bilərsiniz. Heç bir kabel olmadan açın, baxın və zovq alın⁠15.

HUAWEI P50 Pro HarmonyOS 2 Distributed File System
HUAWEI P50 Pro HarmonyOS 2 MeeTime Video Call
*Sadəcə nümayiş üçündür. Zəhmət olmasa, faktiki istifadəyə baxın.
*Sadəcə nümayiş üçündür. Zəhmət olmasa, faktiki istifadəyə baxın.

Qoşulacaq daha çox şey

İndi siz MeeTime⁠16 -dan HUAWEI telefonları, planşetləri, smart saatları və Visions ilə aydın və rahat zənglər etmək və yaxınlarınızla həmişəkindən daha asan ünsiyyətyaratmaqdan həzz almaq üçün istifadə edə bilərsiniz.

time icon
Sürət problemini həll edin

Siz hərəkət etdirdikcə veb səhifələr və proqramlar yüklənir. Uzunmüddətli istifadədən sonra belə, əməliyyata reaksiya və tətbiqin işə salınması rahat olaraq qalır.

security icon
Daha çox təhlükəsizlik üçün sayıq olun

Tətbiqlərdən daha geniş istifadə imkanından və onlara daha geniş nəzarətdən zövq alın. Qoşulmuş cihazlar arasında birgə autentifikasiya üçün ciddi təhlükəsizlik tələbləri mövcuddur.

  1. Ekran yuvarlaq künc dizaynına malik olmaqla, xarici ekranın diaqonal uzunluğu standart düzbucaqlıya əsasən ölçüldükdə 6,6 düymdür (faktiki görünən sahə bir qədər kiçikdir).
  2. 120 Hz ekran yeniləmə sürəti xüsusi tətbiqlər və ssenarilər üçün əlçatandır.
  3. Bu məhsula 60529 saylı IEC standartına əsasən, suya düşməyə, suya və toza dözümlülük üzrə IP68 dərəcəsi verilmişdir və məhsul nəzarət alında laboratoriya şəraitində sınaqdan keçirilmişdir. Su damcılarının dəyməsi, suya və toza dözümlülük daimi vəziyyət olmayıb, normal istifadə zamanı zaman keçdikcə dözümlülük azala bilər. Telefonu yaş olarkən və ya nəmli mühitlərdə doldurmayın. Təmizləmə və qurutma üçün təlimata baxın. Suya düşməyə görə yaranan zərərə görə zəmanət verilmir. IP68 reytinqi o deməkdir ki, müəyyən edilmiş sınaq şərtlərinə əsasən, cihaz 1,5 metrə qədər, 30 dəqiqəyə qədər statik suyun zərərli daxil olmasına qarşı qorunur, eyni zamanda su ilə cihaz arasındakı temperatur fərqi 5°C-dən çox olmur.
  4. Xarakterik qiymətdir. Batareyanın nominal tutumu 4260 mAh-dir. HUAWEI Laboratoriya sınaqlarının nəticələrinə əsaslanır. Batareyanın faktiki istifadə müddəti faktiki istifadə şərtlərindən asılıdır.
  5. 66 W maksimum enerji doldurma doldurma gücü olub, yalnız 66 W gücündə xüsusi HUAWEI SuperCharge elektrik dolrudma cihazından və kabeldən istifadə edildikdə əldə edilə bilər.
  6. 50 W kabelsiz maksimum enerji doldurma gücü olub, yalnız ayrılıqda satın alınan xüsusi HUAWEI SuperCharge kabelsiz elektrik doldurma cihazı altlığından (maksimum 50 W gücündı) istifadə edildiyi halda əldə edilə bilər.
  7. True-Form ikimatrisli kamera True-Chroma kamerasının əsas kamera matrisinə aiddir, SuperZoom matrisi isə telefoto kamerası və ultra geniş bucaqlı kameradan ibarətdir.
  8. Böyütmə diapazonu ultra geniş bucaq böyütmə ilə bölünmüş maksimum böyütmə nisbətidir.
  9. Xüsusi tətbiqlər və ssenarilər üçün 300 Hz sensorlu ekran seçmə sürəti mövcuddur.
  10. Xüsusi aşağı parlaqlıq ssenariləri üçün 1440 Hz yüksək tezlikli PWM qaralma mövcuddur.
  11. 120° kamera obyektivinin xüsusiyyətidir. Real istifadə vəziyyətində görünüş sahəsi daha az ola bilər.
  12. 64 MP kameranın xüsusiyyətidir. Foto piksellər çəkiliş rejimindən asılı olaraq fərqlənə bilər.
  13. 100° kamera obyektivinin xüsusiyyətidir. Real istifadə vəziyyətində görünüş sahəsi daha az ola bilər.
  14. Bu funksiyanı dəstəkləyən cihazlar üçün Huawei müştəri xidməti ilə məsləhətləşin.
  15. Bu funksiya yalnız bəzi Huawei mobil telefonlarına və bəzi HUAWEI MateBook noutbuklarına (Kompüter Meneceri 11.1 və ya daha yüksək versiyalı) aid edilir. Cihaz eyni Huawei hesabına daxil olmalı, eyni Wi-Fi şəbəkəsində olmalı, Bluetooth-u açmalı və "Çoxsaylı cihaz fayllarına baxış"a keçidi açmalıdır. Hansı cihaz modellərinin və proqram versiyasının bu funksiyanı dəstəklədiyi barədə ətraflı məlumat üçün Huawei müştəri xidməti ilə əlaqə saxlayın.
  16. Video zənglərin əks olunma qabiliyyəti şəbəkənin vəziyyətindən asılıdır. Hansı bazarda və hansı cihaz modellərində MeeTime funksiyasının dəstəkləndiyi barədə ətraflı məlumat üçün Huawei müştəri xidməti ilə əlaqə saxlayın.
×
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et