HUAWEI P40 Pro

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
huawei p40 pro kv back
huawei p40 pro kv front

Ultra Görüntülü Leica Dördlü Kamera istədiyiniz yerdə və istədiyiniz vaxtda foto və videolar çəkərək sizin öz hisslərinizi ifadə etməyinizə kömək edəcək. Ən son Kirin 990 5G çipseti ilə sürət və güc anlayışınızı kökündən dəyişdirin. Yenilikçi dizayn vizual əyləncə və erqonomik rahatlığınızı artırır. HUAWEI P40 Pro ilə indi və gələcəkdə yenilikləri kəşf edin.

huawei p40 pro design touch and feel

Bax, Toxun, Hiss et
Həyəcanla dolu

huawei p40 pro quad curve overflow display

Əlinizdə axan möcüzə

Axar suyun gözəlliyindən və formasından ilham alınaraq hazırlanan dörd küncü maili display hər tərəfdən görüntü və təxəyyül ilə bağlı maneələri aşmaq üçün edilmiş yenilikdir. Bundan əlavə, 90 Hz yeniləmə sürəti ilə bütöv axıcı ekran boyu uzanan möhtəşəm görüntüdən zövq ala bilərsiniz. Quraşdırılmış orta çərçivə və qoruyucu yumru künclər gözlərinizdən əlinizə keçən ahəng hissini artırır.1

Dərinlikdəki zərifliyi hiss edin

Təbiətin saflığını əks etdirən HUAWEI P40 Pro dəniz mavisi, buz bəyazı, qara, parlaq qızılı və gümüşü rəngləri mənimsəyir. Cihazın mat refraktiv səthi hər bir çalarda zərifliyi və daxili dincliyi üzə çıxaran səmavi dərinlik hissini vurğulayır.

Dünyanı kəşf edin, öz hekayələrinizi yaradın

Hər zaman həyatı kəşf etməyə və öz hekayələrinizi yaratmağa davam edin. Vahid sistem olaraq çalışan Ultra Görüntülü Leica Dördlü Kamera subyektin yaxında və ya uzaqda olmasından asılı olmayaraq hər zaman gecə-gündüz şəkil və ya video çəkməyə imkan verir. Gördüklərinizi asanlıqla çəkin və qoyun onlar sizin hisslərinizi ifadə etsin.

huawei p40 pro rear main camera
huawei p40 pro rear cine camera
huawei p40 pro rear telephoto camera
huawei p40 pro rear 3d depth sensing camera
huawei p40 pro leica quad camera stage

50 MP Ultra Görüntülü Kamera

1/1.28 inch Ultra Görüntülü Sensor
RYYB rəng filteri oxu
Səkkiz PD-li avtomatik fokuslama
Çox aydın görüntülər əldə etmək üçün güclü işıq toplama
qabiliyyəti ilə detalları dəqiq şəkildə əks etdirmə

12 MP Telefoto Kamera

5x Optik yaxınlaşdırma2
10x Hibrid yaxınlaşdırma3
50x Maksimal yaxınlaşdırma
Görünməyən detallara baxın.

40 MP Ultra Geniş Sinekamera

1/1.54 düym sensor
Ultra zəif işıqlı video
Ultra yavaş hərəkətli video
Telefoto video
4K sürətləndirilmiş çəkim video
Çoxsaylı xüsusiyyətə malik sinematik video kamera.

3D Dərinliyi müəyyən edən kamera

Real vaxt rejimində dərinliyin aşkar edilməsi
Peşəkar səviyyəli bokeh effektlərinin yaradılması

Bütün gün, tam görüntü, yüksək həlletmə qabiliyyəti

Smartfonun artıq ən yüksək sənaye standartlarına uyğun təchiz olunmuş 2.44 μm olduqca böyük piksel ölçülü 1/1.28 düym sensoru var. Bundan əlavə RYYB rəng filteri oxu sayəsində güclü işıq, yüksək dinamik diapazon təmin edərək ətraf səsləri maksimum azaldır. 4-ü 1-də piksel birləşdirmə (binninq) və səkkiz PD-li avtomatik fokuslama funksiyalarını dəstəkləyən 50 MP əsas kamera görüntünün mürəkkəbliyi və işığın vəziyyətindən asılı olmayaraq olduqca aydın çəkilmiş görüntünü detalların son dərəcə dəqiq əks etdirilməsi ilə fərqli bir şəklə salaraq daha parlaq və kəskin bir görüntü əldə etməyinizə imkan verir. Təkmilləşdirilmiş ISP və NPU ilə təchiz edilmiş HUAWEI XD Fusion Engine (mühərrik) böyük həcmdə məlumatı sürətlə emal etmək və gecə-gündüz hər şəkil üçün olduqca yüksək aydınlığı piksel səviyyəsində artırmaq qabiliyyətinə malikdir.

huawei p40 pro super sensor
 
Masaüstü versiya - Daha ətraflı məlumat almaq üçün klikləyin.
Mobil versiya - Daha ətraflı məlumat almaq üçün klikləyin.
huawei p40 pro super definition daylight sample photo
huawei p40 pro super definition daylight sample photo

Hər Bir Hissə Fərqli Bir Hekayə Danışır

Gözlərinizin gördüyü kimi, lakin heyrətləndirici detallarla dolu 50 MP əsas kamera ilə möhtəşəm mənzərədən zövq alın. Kadrın hər hansı bir kiçik hissəni böyüdün və zəngin tekstura və rəngi ilə başqa bir möhtəşəm kadr alacaqsınız.

Masaüstü versiya - Daha ətraflı məlumat almaq üçün klikləyin.
Mobil versiya - Daha ətraflı məlumat almaq üçün klikləyin.
huawei p40 pro super definition low light sample photo
huawei p40 pro super definition low light sample photo

Cüzi işıqda istədiyiniz aydınlıq

HUAWEI-in Ultra Görüntülü Sensoru sayəsində hətta qaranlıqda belə sizin inamlı təbəssümünüz, zövqlü geyiminiz və heyrətamiz üfüq xətti mükəmməl işıqlandırma, kəskin rənglər və ətraf səslərin maksimum azaldılması ilə əbədiləşdirilə bilər. Hekayələr içərisində yeni hekayələr kəşf edin.

Çoz uzaqdakı görüntüləri daha
aydın şəkildə görə bilərsiniz

SuperZoom periskop dizaynı bir neçə linzanın bir korpusa yerləşdirilərək kompakt hala salınması ilə tanınır. Bu sayədə gözlərinizlə görmədiyiniz qədər uzaqda olan hər şeyi aydın şəkildə görə bilirsiniz. Yenilikçi RYYB sensoru hətta zəif işıqda belə, yüksək aydınlıq üçün 40%4 daha çox işıq verir. Gücləndirilmiş AIS plus OIS görüntünün 50x-a qədər böyüdülməsini təmin edir.

huawei p40 pro zoom telephoto sample
0.6x
5x
10x

Hərəkət etmədən gözlə görünməyən detalları görə biləcəksiniz

Yaxınlaşmağa ehtiyac yoxdur. Cihaz yüksək əksetmə qabiliyyəti, kəskin konturlar və dəqiq rənglər ilə hər şeyi sizə yaxınlaşdırır. Sevdiyiniz müğənninin eksklüziv gitarasını, çayın o biri tərəfindəki xəbərdarlıq nişanının üzərindəki yazını və idmançının sevinc göz yaşlarını görə bilərsiniz. Bütün bu detallar görülməyə dəyər.

huawei p40 pro zoom 1x huawei p40 pro zoom 1x huawei p40 pro zoom 1x

Siz və hər kəs üçün Sİ Portret Studiyası

Hər zaman istənilən vaxt və ya yerdə hər kəs üçün yüksək keyfiyyətli portretlət çəkməyə hazır olun. Ultra Görüntülü əsas kamera və Sİ AWB alqoritmi olan Çoxspektrli Rəng Temperatur Sensorundan faydalanan HUAWEI P40 Pro 45%5 daha yüksək rəng dəqiqliyinə malikdir və mühit və insanları dəqiq təhlil və seqmentləşdirməsini aparmaq qabiliyyətinə malikdir. Piksel səviyyəsinin artırılması ilə orijinal görüntünü mükəmməl işıqlandırma, təbii rəng və kəskin detallarla bərpa edir.

huawei p40 pro ai portrait
huawei p40 pro pure background potrait

Dərinizin təbii rəngini sadə bir fonda vurğulayın.

huawei p40 pro close up portrait

Hətta qaş və saç telləri belə yaxın çəkimdə kəskin və aydındır.

huawei p40 pro telephoto portrait
huawei p40 pro telephoto portrait

Harada olmağınızdan asılı olmayaraq gözəlliyiniz aydın şəkildə əks etdirilə bilər.

huawei p40 pro backlit hdr portrait

Arxadan işıqlandırılmış mühitdə üzünüzü aydınlatmaq üçün lazımi miqdarda işıq.

huawei p40 pro lowlight portrait

Təbəssümünüz qaranlıqda belə heyrətamizdir.

huawei p40 pro group portrait

Hər kəs baş roldadır.

Heç bir səy göstərmədən gözəl görünəcəksiniz

Avtomatik fokuslu, yeni təkmilləşdirilmiş yüksək həlletmə qabiliyyətli 32 MP ön kamera və IR dərinliyi müəyyən edən kamera təbii bokeh effektləri ilə gözəl selfilər çəkmək üçün sıx əlaqədə işləyir. İşıqlandırma, dəri rəngi və tekstura detallarının "ağıllı" optimallaşdırılması sizə selfi çəkməyi sevdirmək üçün daha dəqiq və fərdi üslubdadır.

huawei p40 pro front camera high quality sample photo
huawei p40 pro front camera close up selfie

Fokusu parlaq gözlərinizdə saxlayın.

huawei p40 pro front camera lowliht selfie

Hətta cüzi işıq belə dəqiq və təbii rəngləri aydın şəkildə göstərə bilər.

huawei p40 pro front camera grouphie

Multi-fokus və təhrif edilmiş görüntünün korreksiyası hər kəsi xoşbəxt edəcək gözəl qrup selfilərinin çəkilməsinə imkan verir.

Sİ möcüzələri gerçəkləşdirir

HUAWEI Golden Snap
Sİ ən yaxşı anlar6

Sİ hərəkət alqoritmi duruş və ifadə xüsusiyyətlərini aşkarlayır və tanıyır. Hərəkətli bir şəkil çəkir və daha sonra Gallery Edit xüsusiyyəti ən yaxşı hərəkətli anın 1-3 şəklini tövsiyə edir.7

HUAWEI Golden Snap
Sİ yoldan keçənləri silir6

Gallery Edit-in Sİ funksiyası bir neçə kadrı birləşdirərək yoldan keçənləri silməyə kömək edir8. Bu sayədə arxa fon təmiz olacaq və bu zaman fokus nöqtəsi tamamilə önə çıxır.7

HUAWEI Golden Snap
Sİ əksetməni aradan qaldırır6

İşıq əks olunmasının gözəl bir şəkli korlamasına imkan verməyin. Gallery Edit-in Sİ funksiyası müəyyən bir təbəqəni silməklə onu düzəltməyə kömək edir.7

Siz hekayəni yazın. Biz çəkək.

İnnovativ 16-sı 1-də texnologiyasına malik peşəkar 40 MP ultra geniş sinekamera yaradıcı sinematik videolar çəkmək imkanınızı artırır. Çoxsaylı film xüsusiyyəti ilə həm arxa, həm də ön kameralarla 4K 60 fps yüksək əksetmə qabiliyyətli videolar çəkə, ötüb keçən ən yaxşı anları və həyatın əmin-amanlığını görüntülərlə əbədiləşdirə və ya müxtəlif yollarla hekayələr yaratmaq üçün məsafəni yaxınlaşdıra bilərsiniz.

Möhtəşəm gecəni xatırla, canlı hekayəni yarat

İstənilən işıqda yüksək keyfiyyətli videolar çəkin. Gecə həyatınızı çəkməyiniz və ya gün batarkən uşaqların çimərlikdə oynamağını seyr etməyinizdən asılı olmayaraq hər hekayə gözlərinizin önündə yaşandığı kimi lentə alınır. ISO 51200-ə qədər hələ də aydın çəkimlə gözəl bir hekayə yarada bilərsiniz.

Əlləriniz əsir? Narahat olmayın.

Telefonu tutun. Görüntünü yaxınlaşdırın. Yepyeni HUAWEI AIS və OIS ilə uzaq məsafədəki görüntüləri belə olduqca aydın və sabit şəkildə çəkərək öz hekayənizi yarada bilərsiniz.

Eşitmək istədiklərinizi dinləyin

İnsanlar danışır, mahnı oxuyur. Səs kameranızla birlikdə gəlir. Yəni eşitmək istədiklərinizi yaxınlaşdırın9 və onları ucadan eşidin.7

Selfie-dən Velfie-yə

İndi ön kameranın 4K video xüsusiyyəti ilə oldquca aydın selfi videoları çəkə bilərsiniz. 4K vloquna başlayın və gündəlik hekayələrinizi bölüşməyə hər zaman hazır olun.

Dəyərli anlardan zövq alın

Bir sehrbaz kimi vaxtı yavaşladın və 7680 fps Ultra yavaş hərəkətli video ilə hər dəyərli anın zövqünü çıxarın.

Zamanın mahiyyətini dərk edin

4K və Ultra Geniş Bucaqlı çəkilişi dəstəkləyən peşəkar sürətləndirilmiş çəkim video xüsusiyyəti hər anı sadəcə bir neçə saniyə ərzində yadda saxlamağa imkan verir.

Bir hekayə, iki görüntü

Eyni zamanda işləyən iki arxa kamera ümumi görüntüyə baxmağa və cihazı mərkəzi hissələrə fokuslamağa imkan verir. HUAWEI-in iki görüntülü video funksiyası ilə hekayəni fərqli perspektivlərdən izləyin.

Real təcrübə üçün son dərəcə yüksək səmərəlilik

Dünyanın ilk inteqrasiya edilmiş 5G SoC10, Kirin 990 5G mikrosxem komplekti ilə ultra yüksək sürətdən istifadə edin. 7nm + EUV texnologiyası və yenilikçi CPU arxitekturaları sayəsində HUAWEI P40 Pro yüksək səmərəlilik və sistem axıcılığı təmin edə bilər. Mali-G76 MC16 GPU-nun möhtəşəm qrafikası, təkmilləşdirilmiş ISP ilə təchiz edilmiş bənzərsiz görüntü emalı və ikinüvəli NPU-nun yenilənmiş Sİ funksiyası sizi özünə heyran edəcək.

HUAWEI P40 Pro kirin 990 5G SoC
 

Hər şeyin nəzarət altında olduği möhtəşəm oyun təcrübəsi yaşayın

Təkmilləşdirilmiş görüntü mühərriki daha az enerji istehlakı ilə yüksək axıcılıq təmin etmək üçün görüntü kadrlarını "ağıllı" şəkildə optimallaşdırır. 90 Hz-lik möhtəşəm ekranda 90 fps oyun oynamağın əsl fərqini görəcəksiniz. İndi əksər vaxt görüntü yüksək kadr sürəti ilə daha axıcı və sabitdir. Həddindən artıq isinmə problemi barədə narahat olmayın, çünki 3D qrafen filminin unikal SuperCool sistemi istiliyi effektiv şəkildə uzaqlaşdırmaq üçün ultra incə VC ilə birlikdə işləyir.

huawei p40 pro immersive gaming
huawei p40 pro 4k livestream
4K Canlı yayım

Ultra yüksək şəbəkə sürəti və aşağı gecikmə vaxtı ilə mümkün qədər aydın və axıcı 4K canlı yayımından zövq ala bilərsiniz.

huawei p40 pro dual sim esim
İkili SIM və eSIM11

Ehtiyaclarınıza uyğun olaraq üç kanaldan hər hansı ikisini seçin. Bir SİM kart zəng üçün istifadə edildikdə, digəri ilə eyni zamanda zəngləri qəbul edə və ya internetə daxil ola bilərsiniz.

huawei p40 pro wifi 6 plus
Wi-Fi 6 Plus

Dinamik darzolaqlı şəbəkə texnologiyasından istifadə edən Wi-Fi 6 Plus telefonun daha çox divar və döşəməyə nüfuz etməsinə imkan verir. 160 MHz zolaq genişliyini dəstəkləyən cihaz optimal sürəti 2.4 Gbit/s-ə çatdırır.12

huawei p40 pro 5g network icon
Şəbəkə ilə uyğunlaşma

2G/3G/4G/5G, SA və NSA şəbəkə arxitekturalarını və ən çox yayılmış tezlikləri dəstəkləyən cihaz dünyanın dörd bir yanına səyahət etməyə imkan verir.13

Batareya barədə narahat olmadan işinizə davam edin

huawei p40 pro battery power

Yenilikçi CPU arxitekturası yüksək enerji səmərəliliyi təmin edir. Sİ bölüşdürmə mexanizmi yüksək səmərəlilik və daha uzun işləmə vaxtı təmin etmək üçün 3800 mAh14 batareyadan daha yaxşı faydalanır.

huawei p40 pro supercharge
huawei p40 pro wireless supercharge
huawei p40 pro wireless car charge
huawei p40 pro reverse wireless charge

40 W HUAWEI SuperCharge15

Rahatlaşın və kofenizi için. Getməyə hazır olduğunuz zaman telefonunuzun batareyası tam dolmuş olacaq.

27 W Simsiz HUAWEI SuperCharge16

Batareyanın təhlükəsiz, sürətli və asan şəkildə dolmasından zövq alın və istədiyiniz zaman onu götürün.

27 W HUAWEI SuperCharge Simsiz Avtomobil Adapteri17

Avtomobil idarə edərkən telefonun batareyasını asan və sürətli şəkildə doldura bilərsiniz. Vaxtınızdan daha səmərəli istifadə edin.

Tərs çevirərək batareyanın doldurulması18

Sevginizi və enerjinizi bölüşmək üçün yaxınlaşın.

Hər yerdə təhlükəsiz və sağlam mühafizə

IP68, Macərasevərlər üçün hazırlanmışdır19

Qəfil tökülən yağış damcıları və ya gözlənilməz sıçramalardan qorunma təmin edərək kəşf etmək və yeni macəralara atılmaq üçün sizi ruhlandırır. Bütün enerjinizi və yaradıcılığınızı ortaya qoymağın vaxtıdır.

huawei p40 pro ip68 water and dust resistant

Üzünüz şifrənizdir

Üz tanıma ilə kilid açma funksiyası ekranın kilidini açmaq və ya xüsusi tətbiqə daxil olmaqda sizə kömək etmək üçün üz xüsusiyyətlərinizi dəqiq müəyyənləşdirir. Ətraf-mühitin parlaq və ya qaranlıq olmasından asılı olmayaraq, yoxlama sürətli və etibarlı şəkildə aparılır.

huawei p40 pro face unlock
huawei p40 pro fingerprint verification

Toxun, yoxla və təsdiq et

Telefonunuzu götürün və böyüdülmüş yoxlama sahəsində barmaq izinizlə ilə eyni vaxtda onun kilidini açın. Dəqiq və ultra sürətli bir yoxlama üçün bu, ən təbii yoldur.

Sizi tanıyır, qayğınıza qalır və qoruyur

Ön jest sensoru və ikili NPU əl hərəkətlərinizi anlamaq və telefona toxunmadan slaydı idarə etməyinizə və ya ekran görüntüsünü tamamlamağınıza kömək etmək üçün birlikdə işləyir. Bundan əlavə, başqa birinin telefonunuza baxdığını aşkar etdikdə, məxfiliyinizi qorumaq üçün heç bir təfərrüat olmadan sizə şəxsi bildiriş göstəriləcək.

huawei p40 pro gesture control privacy protection
huawei p40 pro gesture control privacy protection

Ümumi mühafizə

Bu sistemin mikronüvəsi dünya miqyasında istehlak cihazlarının əməliyyat sistemi üçün ən yüksək təhlükəsizlik sertifikatı olan CC EAL 5+-u əldə etdi. Beləliklə, potensial ələ keçirmə və oğurluq hallarının qarşısını almaq üçün bütün ödəniş, identifikasiya və digər son dərəcə gizli əməliyyatlar sistemdə aparılır.

huawei p40 pro secured tee os and cc eal 5+

Yaxşı mühafizə olunan tətbiqlər

HUAWEI AppGallery-də işə salınan hər bir tətbiqin təhlükəsizliyini təmin etmək üçün proqramçının şəxsiyyətinin təsdiqlənməsi, 4 mərhələli təhlükəsizlik aşkarlama, yükləmə/quraşdırma əməliyyatlarının mühafizəsi və proqramın işlədilməsi zamanı mühafizəni özündə ehtiva edən hərtərəfli bir sistem yaratdıq.

huawei p40 pro secured app gallery
huawei p40 pro secured app gallery

Qüsursuz Sİ həyatı

Çoxekranlılıq,
birlikdə qüsursuz işləyir7

Telefon interfeysini noutbuka birləşdirməkdən əlavə, indi noutbuk tətbiqlərindən telefonunuzdakı faylları redaktə etmək üçün açmaq və ya noutbukdakı mikrofon və kamera vasitəsi ilə birbaşa telefon danışıqları aparmaq üçün istifadə edə bilərsiniz. Proqram təminatından avadanlıq təminatına qədər bu ikisi sizin üçün ən yaxşısını təmin edir.20

Paylaşmaq artıq çox asandır7

Heç bir kabel, internet məlumatı və ya hər hansı tətbiqin quraşdırılması tələb olunmur, sadəcə HUAWEI Share (paylaş) seçin, bundan sonra siz asanlıqla HUAWEI smartfon, noutbuk, planşetləri və üçüncü tərəf printerlər arasında fayl və ya fotoşəkillərin sürətli şəkildə ötürülməsini təmin edə bilərsiniz. Sadəcə bir kliklə səsucaldıcının telefonunuzdan musiqi çalmasına və ya ruter vasitəsilə Wi-Fi ilə əlaqə yaratmasına icazə verə bilərsiniz.21

Ekranı dəyişdirmədən eyni anda bir neçə iş görə bilərsiniz

Tətbiq panelinə daxil olmaq üçün ekranı hər hansı tərəfə sürüşdürün. Multi-pəncərəni aktivləşdirmək üçün tətbiqi dartıb çəkin. Şəkilləri, mətnləri və ya hətta faylları multi-pəncərələr arasında çəkib buraxa bilərsiniz22. Hər hansı video və ya oyuna baxarkən heç bir tətbiqdən çıxmadan hərəkətli pəncərədə mesajlara cavab verə bilərsiniz.

Aksessuarlar

HUAWEI P40 Pro-ya ən uyğununu tapın.

Daha ətraflı məlumat əldə edin.
huawei p40 pro accessories

HUAWEI P40 Seriyası

huawei p40 comparison
huawei p40 comparison
huawei p40 plus comparison
HUAWEI P40
HUAWEI P40 Pro
HUAWEI P40 Pro+
Color
  • Black
  • Blush Gold
  • Deep Sea Blue
  • Ice White
  • Silver Frost
  • Black
  • Blush Gold
  • Deep Sea Blue
  • Ice White
  • Silver Frost
  • Black Ceramic
  • White Ceramic
Display
Size:

6.1 inches*

*With a rounded corners design on the display, the diagonal length of the screen is 6.1 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

Colour:

16.7 million colours

Type:

OLED

Resolution:

FHD+ 2340 x 1080 Pixels*

*The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

Size:

6.58 inches*

*With a rounded corners design on the display, the diagonal length of the screen is 6.58 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

Colour:

16.7 million colours

Type:

OLED, up to 90 Hz frame refresh rate

Resolution:

2640 x 1200 Pixels*

*The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

Size:

6.58 inches*

*With a rounded corners design on the display, the diagonal length of the screen is 6.58 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

Colour:

16.7 million colours

Type:

OLED, up to 90Hz frame refresh rate

Resolution:

2640 x 1200 Pixels*

*The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

Processor
HUAWEI Kirin 990 5G CPU:

Octa-core

2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

CPU process:

7nm+ EUV

GPU:

Mali-G76

NPU:

Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

HUAWEI Kirin 990 5G CPU:

Octa-core

2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

CPU process:

7nm+ EUV

GPU:

Mali-G76

NPU:

Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

HUAWEI Kirin 990 5G CPU:

Octa-core

2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

CPU process:

7nm+ EUV

GPU:

Mali-G76

NPU:

Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

Memory
8 GB RAM + 128 GB ROM*

*The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

8 GB RAM + 256 GB ROM*

*The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

8 GB RAM + 512 GB ROM*

*The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

Camera 13
Rear Camera:

50 MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture) + 16 MP Ultra-Wide Angle Camera (f/2.2 aperture) + 8 MP Telephoto Camera (f/2.4 aperture, OIS)

Autofocus Mode: Autofocus

Image stabilization: OIS + AIS

Zoom Mode: Digital Zoom, Optical Zoom, Hybrid Zoom

Video Recording: Support for 4K (3840 x 2160) 60fps video recording

Image Resolution: Support up to 8192 x 6144 pixels

Video Resolution: Support up to 3840 x 2160 pixels

Front Camera:

32 MP Selfie Camera (f/2.0 aperture), IR Camera

Video recording: Support for 4K (3840 x 2160) 60fps video recording

Image resolution: 6528 x 4896 pixels

Video resolution: 3840 x 2160 pixels


*The photo pixels may vary depending on the shooting mode.

*The actual image resolution may vary depending on the shooting mode.

Rear Camera:

50 MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture, OIS) + 40 MP Cine Camera (Ultra-Wide Angle, f/1.8 aperture) + 12 MP SuperSensing Telephoto Camera (f/3.4 aperture, OIS) + 3D Depth Sensing Camera

Autofocus mode: Autofocus

Image stabilization: OIS + AIS

Zoom Mode: Digital zoom, Optical zoom, Hybrid zoom

Video recording: Support for 4K(3840 x 2160) 60fps video recording

Image resolution: 8192 x 6144 pixels

Video resolution: 3840 x 2160 pixels

Front Camera:

32 MP Selfie Camera (f/2.2 aperture) + Depth Camera*

Support for 4K(3840 x 2160) 60fps video recording

Image resolution: 6528 x 4896 pixels

Video resolution: 3840 x 2160 pixels


*Depth Camera also support face unlock with IR.

*The photo pixels may vary depending on the shooting mode.

*The actual image resolution may vary depending on the shooting mode.

Rear Camera:

50MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture, OIS) + 40MP Cine Camera (Ultra-Wide Angle, f/1.8 aperture) + 8MP SuperZoom Camera (10X Optical Zoom, f/4.4aperture, OIS) + 8MP Telephoto Camera (3X Optical Zoom, f/2.4 aperture, OIS) + 3D Depth Sensing Camera

Autofocus Mode: Autofocus

Image stabilization: OIS + AIS

Zoom Mode: Digital Zoom,Optical Zoom

Video Recording: Support for 4K (3840 x 2160) 60fps video recording

Image Resolution: 8192 x 6144 pixels

Video Resolution: 3840 x 2160 pixels


Front Camera:

32 MP Selfie Camera (f/2.2 aperture) + Depth Camera*

Video recording: Support for 4K (3840 x 2160) 60fps video recording

Image resolution: 6528 x 4896 pixels

Video resolution: 3840 x 2160 pixels

*Depth Camera also support face unlock with IR.


*The photo pixels may vary depending on the shooting mode.

*The actual image resolution may vary depending on the shooting mode.

Battery
3800 mAh (Typical Value)

*The Battery Rated Capacity is 3700 mAh.

**Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

4200 mAh (Typical Value)

*The Battery Rated Capacity is 4100 mAh.

**Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

4200 mAh (Typical Value)

*The Battery Rated Capacity is 4100 mAh.

**Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

Charging
HUAWEI SuperCharge (Max 22.5 W)

*HUAWEI SuperCharge cable and charger is required.

HUAWEI SuperCharge (Max 40 W)

*HUAWEI SuperCharge cable and charger is required.


Wireless HUAWEI SuperCharge (Max 27 W)

*Wireless chargers sold separately. To reach a maximum charging rate of 27 W, need to purchase HUAWEI SuperCharge Wireless Charger (Max 27 W) or HUAWEI SuperCharge Wireless Car Charger (Max 27 W)

HUAWEI SuperCharge (Max 40 W)

*HUAWEI SuperCharge cable and charger is required.


Wireless HUAWEI SuperCharge (Max 40 W)

*Wireless chargers sold separately. To reach a maximum charging rate of 40 W, need to purchase HUAWEI SuperCharge Wireless Charger Stand(Max 40 W) and HUAWEI 65 W Power Adapter.

  1. Ekranın potensialını tam şəkildə ortaya çıxarmaq üçün Huawei dörd küncü (üst, alt və hər iki tərəfi) maili HUAWEI Quad-Curve Overflow Display-ni istifadəyə buraxdı. HUAWEI P40 Pro-nun ekranları davamlı parametrlərə malikdir və onlar bir çox təchizatçıdan təmin edilmişdir. Buna baxmayaraq, onların texniki həllərindəki fərqlər səbəbilə ekranlardakı görüntü effektlərində cüzi fərqlər ola bilər.
  2. HUAWEI P40 Pro 125 mm fokus məsafəsi ilə təxminən 5x optik yaxınlaşdırmanı dəstəkləyir.
  3. Mükəmməl 10x hibrid yaxınlaşdırma effekti vermək üçün bir neçə kamera bir-birilə sıx əlaqədə işləyir.
  4. RGGB sensoru ilə müqayisədə HUAWEI laboratoriya sınaqlarının nəticələrinə əsaslanır.
  5. HUAWEI P30 Pro ilə müqayisədə HUAWEI laboratoriya sınaqlarının nəticələrinə əsaslanır.
  6. Bu xüsusiyyət HOTA yeniləməsini tələb edir.
  7. Bu video yalnız istinad üçündür.
  8. Redaktə xüsusiyyəti yalnız kadrın istənilən kənarında olan 2 nəfər yoldan keçənin silinməsini dəstəkləyir.
  9. Bu xüsusiyyət yalnız 10x yaxınlaşdırma zamanı işləyir.
  10. SoC modem və tətbiq prosessorları ilə birləşdirilmiş mobil mikrosxem komplektidir, 7nm Plus EUV TSMC 7nm Plus Ekstremal Ultrabənövşəyi Litoqrafiya emal texnologiyasıdır.
  11. eSIM simsiz xidmət planı tələb edir və Nano SIM istifadə etmədən mobil şəbəkə planını aktivləşdirməyə imkan verir. eSIM-in olması ölkədən və daşıyıcıdan asılı olaraq dəyişə bilər. Daşıyıcınızla dəqiqləşdirin.
  12. Yalnız HUAWEI Wi-Fi 6 Plus ruterləri ilə tətbiq olunur. Yalnız nəzəri dəyər.
  13. Xidmət keyfiyyəti yerli daşıyıcının şəbəkəsinə görə dəyişə bilər.
  14. Tipik dəyər. Batareyanın həcmi 4100 mAh-dir.
  15. Maksimal məlumat.
  16. Simsiz adapterlər ayrı satılır. 27 W maksimal enerji doldurma sürətinə çatmaq üçün HUAWEI SuperCharge Simsiz Adapter (Maks 27 W) almalısınız.
  17. Simsiz avtomobil adapterləri ayrı satılır. 27 W maksimal enerji doldurma sürətinə çatmaq üçün HUAWEI SuperCharge Simsiz Avtomobil Adapteri (Maks 27 W) almalısınız.
  18. Simsiz, tərs çevirərək batareyanın doldurulması simsiz batareya doldurulmasını dəstəkləyən bəzi cihazlarda tətbiq edilir və HUAWEI-in daxili laboratoriyalarında sınaqdan keçirilmişdir.
  19. Bu məhsul IEC 60529 standartına əsasən sıçrama, su və toza qarşı davamlılığı üzrə IP68 olaraq qiymətləndirilmiş və nəzarət altında olan bir laboratoriya mühitində sınaqdan keçirilmişdir. Sıçrama, su və toz keçirməzlik daimi deyil, zaman keçdikcə normal istifadə nəticəsində davamlılıq tədricən azala bilər. Telefon yaş olduqda və ya rütubətli mühitlərdə onun batareyasını doldurmayın. Telefonun suya düşməsi nəticəsində dəyən zərəri sığorta qarşılamır.
  20. Xahiş edirik çoxekranlılığı dəstəkləyən cihazların siyahısı barədə məlumat almaq üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın.
  21. Xahiş edirik HUAWEI Share-i dəstəkləyən telefonlar, noutbuklar, printerlər, kameralar və dronların model siyahısı barədə məlumat almaq üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın. Əlaqə xüsusiyyətini dəstəkləyən cihazlar yeni HUAWEI Sound X və HUAWEI Router A2-dir.
  22. Yalnız Email, Memo and File Manager-i dəstəkləyir.
×