
42 saat Musiqi oxutma qabiliyyəti1 | Yüngül və yığcam |
Sürətli enerjiyığma qabiliyyəti
Qulağa xoş gələn,
Gözoxşayan
Enerjiyığma keysi hamar sintetik dərini futuristik metalla qoruyur,3 bununla yanaşı, vakuumlu qulaqlıqlar iki heyrətamiz rəngdə – bej və qara rənglərdə gəlir.


Səhərdən axşama qədər dinləmə
İstər işə gediş-gəlişdə, istər bütün gün, istərsə də bütün səyahətiniz ərzində istifadə edin, bu qulaqlıqlar ehtiyacınız olacaq gücü qoruyub-saxlamaq qabiliyyətinə malikdir!
3 saat dinləmə üçün enerjini 10 dəqiqə, yaxud 9 saat dinləmə üçün tam şəkildə doldurun.

Qoşulma düyməsinə basın

Qoşulmaq üçün basıb saxlayın
Enerjiyığma keysinin aşağı hissəsindəki düyməyə basıb saxlamaqla qulaqlıqlarınızı qoşmaq üçün yeni üsul təqdim edilir.



İlkin qoşulma
Bluetooth-la qoşulma rejiminə6 keçmək üçün keysi açın və yaxın məsafədə avtomatik qoşulma funksiyasını aktivləşdirmək üçün qulaqlıqları telefonunuza yaxınlaşdırın.
Manual qoşulma
Enerjiyığma keysinin aşağı hissəsindəki Function düyməsini 2 saniyə basılı tutun, enerjiyığma keysindəki göstərici ağ rəngdə yanacaq ki, bu da qulaqlıqlarınızın qoşulmağa hazır olduğunu bildirir. Bağlantı uğurlu başa çatdıqdan sonra göstərici yaşıl rəngdə yanacaq.7
Avtomatik yenidən qoşulma
Qoşulduqdan sonra keysinizi hər dəfə açdıqda qulaqlıqlar artıq cihazınıza, avtomatik olaraq, qoşulacaq.
Hər şey barmaqlarınızın ucunda
Çevik toxunuş sensoru sayəsində musiqi oxutma, trekləri ötürmə, zəngləri cavablandırma və səsli köməkçiyə müraciət funksiyaları yalnız bir, iki və ya üç toxunuşla aktivləşir.

İstənilən qulaqlığa iki dəfə toxunun
oxudun/dayandırın
İstənilən qulaqlığa üç dəfə toxunun
Naqilsiz
bağlantılar
Bluetooth 5.4 ilə mümkün olan havakeçirməz auidiogörüntü sinxronlaşdırma8 vasitəsilə hər film səhnəsini və oyun kadrını sanki orada imişsiniz kimi təcrübə edin.

Bluetooth® söz nişanı və loqosu Bluetooth SIG, Inc. şirkətinin rəsmi əmtəə nişanlarıdır və bu cür nişanların Huawei Technologies Co., Ltd. tərəfindən hər hansı şəkildə istifadəsi lisenziyalaşdırılmışdır. Huawei Device Co., Ltd. Huawei Technologies Co., Ltd şirkətinin törəmə müəssisəsidir.
IP54 toza və suyadavamlılıq2
Qulaqlıqları taxarkən IP54 toza və ləkəyə qarşı davamlılıq sayəsində stressiz şəkildə məşq edin.2
*Suyadavamlılıq enerjiyığma keysinə deyil, yalnız qulaqlıqlara şamil edilir.
**Yalnız istinad üçün; faktiki təcrübəyə üstünlük verilməlidir.


Yüksək səs keyfiyyəti
HUAWEI FreeBuds SE 3 sevdiyiniz audio və mahnıları təkmilləşdirilmiş səsucaldıcıları və akustik dizaynı sayəsində yüksək səviyyədə oxudur.

HUAWEI AI Life
Köməkçi AI Life tətbiqi
Yeni funksiyaları sınamaq və cihazınızdan daha çox yararlanmaq üçün HUAWEI AI Life tətbiqinə göz atın.

Tətbiqi endirmək və quraşdırmaq üçün QR-kodu skan edin.

Sınaqdan keçirilmiş və test edilmiş performans
Həyatda üzləşəcəyiniz istənilən situasiyaya qarşı davamlı şəkildə dizayn edildiyinə dair təminat vermək üçün HUAWEI FreeBuds SE 3 üzərində 26 ciddi test həyata keçirilmişdir.
- Batareya ömrü və enerjiyığma funksiyasına dair məlumatlar Huawei laboratoriya testlərindən əldə edilir; burada AAC formatında audiofayllar 50% səs səviyyəsində oxudulur, digər funksiyalar üçün defolt parametrlərdən istifadə ilə yanaşı, enerjiyığma keysindən güc mənbəyi kimi istifadə olunur. Faktiki nəticələr səs səviyyəsi, audiomənbə, ətraf mühit müdaxilələrinin mövcudluğu, məhsulun xüsusiyyətləri və istifadə vərdişlərindən asılı olaraq dəyişə bilər.
- IP54 toza və ləkəyə qarşı davamlılıq enerjiyığma keysinə deyil, yalnız qulaqlıqlara şamil edilir. Bu məhsul yüksəksəviyyəli suyadavamlılıq performansı təklif etmir, lakin nəzarət edilən laboratoriya şəraitlərində test edildikdə IEC 60529 və GB/T 4208 standartları üzrə IP54 kimi dərəcələndirilir. Ləkə, su və toza qarşı davamlılıq daimi şərtlər deyil və normal istifadə zamanı müqavimət tədricən azala bilər.
- Enerjiyığma keysinin üst qapağı qeyri-metal materiallardan hazırlanır və NCVM nanoörtüklə emal edilir.
- Faktiki məhsulun çəkisi konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
- Testə dair məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki təcrübə qulağın forması, istifadə vərdişləri və taxma vəziyyətindən asılı olaraq dəyişə bilər.
- Pop-up funksiyası yalnız EMUI10 və ya daha sonrakı versiyalara malik telefon və planşetlərdə dəstəklənir. Ümumi təcrübə, istifadəyə dair məhdudiyyətlər və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı sualınız yaranarsa, yerli Huawei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
- Zəng, musiqi və video kimi audioxidmətlər manual qoşulma və zavod sıfırlaması zamanı dayandırılacaq.
- Səsdə gecikmə halı mobil telefonun modeli, sistem versiyası, videoməzmun və videoformatdan asılı olaraq dəyişə bilər. Orijinal məhsula üstünlük verilməlidir.
- Toxunuşa qarşı həssas sahə vakuumlu qulaqlığı taxdığınız zaman tutacağın aşağı hissəsində yerləşir. AI Life tətbiqində daha çox funksiya quraşdıra bilərsiniz. Mövcud funksiyalar dəyişə bilər.