HUAWEI FreeBuds SE 3
  • Bej
  • qara
Bej, qara
  • Vakuumlu qulaqlıqlar: 33,6 mm × 17,8 mm × 18,1 mm (H × E × Q)

    Enerjiyığma keysi: 50,4 mm × 50,3 mm × 23,4 mm (H × E × Q)

    *Faktiki məhsul ölçüləri konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.

  • Zəng səs-küyünün qarşısının alınması/Multi-EQ

  • SBC və AAC

  • Qulaqlıqlar: IP54

    Enerjiyığma keysi: suyadavamlı deyil

    *Bu məhsul yüksək səviyyədə suyadavamlı cihaz deyil, lakin normal istifadə zamanı ləkə, su və toza qarşı davamlıdır. Nəzarət olunan şəraitdə laboratoriya testləri həyata keçirilmişdir, bu da onun IP54 səviyyəsinə uyğun olduğunu göstərir. Ləkə, su və toza qarşı davamlılıq daimi şərtlər deyil və normal istifadə zamanı müqavimət tədricən azala bilər. Cihazı rütubətli mühitlərdə enerji ilə doldurmayın. Maye ilə zədələnmə zəmanətlə əhatə olunmur.

  • Enerjiyığma keysinin xaricindəki göstərici: üçrəngli göstərici × 1

  • Holl effekti sensoru/Toxunuş sensoru

  • Dinamik drayver: 10,0 mm dinamik drayver bölməsi

  • Blutuz: Blutuz 5.4

    Pop-up bağlantısı: Dəstəklənir*

    *Bu funksiya EMUI 10.0 və daha sonrakı proqram təminatı versiyası ilə işləyən HUAWEI telefonları üçün əlçatandır.

  • Batareya tutumu

    Batareya növü: Litium-ion polimer batareya

    Qulaqlıqlar: 41 mAh (hər vakuumlu qulaqlıq üzrə minimum dəyər)

    Enerjiyığma keysi: 510 mAh (minimum dəyər)

    Batareya ömrü

    Musiqi oxutma: tam enerji yığdıqdan sonra 9,0 saat, keysdə bir neçə dəfə enerji yığdıqdan sonra isə 42 saat*

    Səsli zəng: tam enerji yığdıqdan sonra 5 saat, keysdə bir neçə dəfə enerji yığdıqdan sonra isə 24 saat*

    Enerjiyığma üsulu

    Naqilli enerjiyığma: USB-C

    Enerjiyığma müddəti

    Qulaqlıqların enerjisini enerjiyığma keysi vasitəsilə doldurmaq: təxminən 60 dəqiqə**

    Boş enerjiyığma keysinin enerjisini kabel vasitəsilə doldurmaq: təxminən 110 dəqiqə**

    Qulaqlıqlar içərisində ikən enerjiyığma keysinin enerjisini kabel vasitəsilə doldurmaq: təxminən 110 dəqiqə**

    *Batareya ömrünə dair məlumatlar Huawei laboratoriya testlərindən əldə edilir. Testlər zamanı AAC formatındakı audio 50% səs səviyyəsində oxudulmuşdur. Standart parametrlərdən digər funksiyalar üçün istifadə edilib. Faktiki nəticələr səs səviyyəsi, audiomənbə, ətraf mühit müdaxilələri, məhsul xüsusiyyətləri, köməkçi cihazlar, sistem və istifadə vərdişlərindən asılı olaraq dəyişə bilər.

    **Məlumatlar 25℃ mühit temperaturunda həyata keçirilən Huawei laboratoriya testlərindən əldə edilir.

  • İki dəfə toxunun: Musiqini oxudun/dayandırın və ya zəngi cavablandırın/sonlandırın

    Üç dəfə toxunun: Növbəti musiqiyə keçin

  • Qutusu plastiklə möhürlənir. Qutunun içindəkilər:

    1. Vakuumlu qulaqlıqlar × 1 cüt (sol və sağ)

    2. Enerjiyığma keysi × 1

    3. Sürətli başlatma bələdçisi və təhlükəsizlik məlumatları × 1

    4. Zəmanət kartı × 1

  • Vakuumlu qulaqlıqların hər biri: 3,8 q

    Enerjiyığma keysi: 33 q

    *Faktiki məhsulun çəkisi konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.

  • Qulaqlıqlar: PC

    Enerjiyığma keysi: PC