HUAWEI MateBook D 14

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Təkmilləşdirilmişdir

HUAWEI MateBook D 14

Hər cəhətdən gözəl

HUAWEI MateBook D 14 çox gözəl 1920 x 1080 IPS ekranı ilə təchiz olunmuş və qoruyucu çərçivələr sadəcə 4.8mm-ə qədər kiçildilmişdir, bu isə 14 düymlük tam görüntülü ekranın demək olar ki sonsuz görünməsini təmin etmişdir. İstər kinoteatrdakı kimi film seyr etmə həzzini yaşayın, istərsə də sadəcə elektron məktub göndərin, 178°-li görmə bucağı sayəsində canlı və parlaq ekranla gözəl vizual effektlər izləyəcəksiniz.

Yüngül, parlaq və zərif

Çəkisi sadəcə 1.38kq1, qalınlığı isə 15.9mm2 olan aerodinamik dizayn yalnız gözəl görünmür, həm də bu o deməkdir ki, siz şarniri təxminən 180° hərəkət etdirə bilərsiniz. Evdə oturduğunuz yerin kənarında arxaya və ya sağa doğru hərəkət etməyinizdən asılı olmayaraq ən gözəl görüntünü əldə edəcəksiniz.

HUAWEI MateBook D 14 lightweight notebook

Açılma bucağı

HUAWEI MateBook D 14 lightweight notebook

Nazik

15.9mm

Yüngül

1.38kq

Unleash the Power Unleash the Power Unleash the Power Unleash the Power

Gücü hiss edin

HUAWEI MateBook D 14 cihazı sürətləndirən və səmərəliliyini artıran 10-cu nəsil Intel® Core™ i5-10210U prosessoru3 ilə işləyir. PCIe SSD və 8GB-a qədər ikikanallı arxitektura DDR4 RAM ilə təchiz edilmiş cihazın oxuma və yazma sürəti olduqca yüksəkdir. Intel® UHD Graphics 620 qrafik kartı ilə heç bir səy göstərmədən gündəlik işlərinizi həll edə və əyləncədən həzz ala bilərsiniz.

Sürətli və sakit
soyutma sistemi

HUAWEI MateBook D 14 Shark Fin 2.0 ventilyatoru ilə təchiz olunmuşdur. O, hava axınını effektiv şəkildə optimallaşdırır və istiliyi yox edir, noutbuku sürətli və sakit şəkildə soyudur, beləliklə cihaz istədiyiniz bütün funksiyaları icra etmək iqtidarında olur.

Gün ərzində
imkanlarınızı genişləndirin

HUAWEI MateBook D 14 olduqca güclü 56Wh4 batareya ilə təchiz olunmuşdur, həmin batareya sadəcə bir dəfə doldurulmaqla bütün gün davam edən görüşlər və ya arxa-arxaya keçən dərslərdə cihazınızı işlək vəziyyətdə saxlayacaq. Uzun uçuşunuz olduqda uçuş zamanı əyləncə funksiyasını aktivləşdirməyin. Onun yerinə 13.2 saat 1080P keyfiyyətdə ard-arda serial izləyin.5

HUAWEI MateBook D 14 big battery

Huawei Share

Sadəcə bir kliklə smartfonunuz və Huawei MateBook-nuz hətta internet əlaqəsi belə olmadan "VAHİD" bir super cihaza çevriləcək. Telefonun ekranı noutbukunuzda görünəcək, bu sayədə klaviatura və mausla hər iki cihazı eyni zamanda idarə edə bilər, onlar arasında faylları çəkib digərinə ata və eyni klaviaturadan istifadə edərək bir tərəfdən smartfonunuzda iş yoldaşlarınızla mesajlaşarkən digər tərəfdən noutbukda faylları redaktə edə bilərsiniz. Bu cür cihazlararası işləmə mexanizmi gündəlik həyatı və iş həyatını asanlaşdırır.6

Cibinizə yerləşən
adapter

HUAWEI MateBook D 14 ilə birlikdə cibinizə yerləşən 65W USB-C adapteri7 də təmin edilir, beləliklə yolda olarkən də cihazınızın batareyasını doldura bilərsiniz. Bu adapter noutbukunuzun batareyasını sadəcə 30 dəqiqədə 46% doldura bilər.8 Bu adapterlə cihazınızın batareyasını sürətli şəkilə doldura9 və istədiyiniz məlumatları telefona köçürə bilərsiniz.

HUAWEI MateBook D 14 type-c super charge

Gözlərinizi yormur

HUAWEI MateBook D 14-ün hüdudsuz dünyasında daha uzun müddət qalmağa davam edin. TÜV Rheinland sertifikatlı ekran görüntüdən zövq almağınızı təmin etmək və gözlərinizin uzunmüddətli optik sağlamlığını qorumaq məqsədilə gözləriniz üçün zərərli mavi işığı əhəmiyyətli dərəcədə azaldır.10

HUAWEI MateBook D 14 eye comfort mode
HUAWEI MateBook D 14 eye comfort mode HUAWEI MateBook D 14 eye comfort mode

Barmaq izinizlə dünyanın kilidini açın

HUAWEI MateBook D 14-ün yandırma düyməsinin daxilində barmaq izi oxuyucusu var. Onu bir dəfə basmaqla 8 saniyədə cihazı təhlükəsiz şəkildə yandıra və daxil ola bilərsiniz.11

HUAWEI MateBook D 14 touch power button HUAWEI MateBook D 14 touch power button HUAWEI MateBook D 14 touch power button HUAWEI MateBook D 14 touch power button

Məxfiliyin qorunması

İnnovativ, iç tərəfə yerləşdirilmiş kamera klaviaturada məqbul şəkildə öz yerini almışdır. Sadəcə bir dəfə üzərinə basmaqla istədiyiniz zaman üzə çıxır. Uzaqdan giriş və təhlükəsizlik tələblərinin pozulması ilə bağlı potensial risklərin qarşısını almaq üçün onu yerinə qaytarın.

HUAWEI MateBook D 14 camera
  1. Bu, HUAWEI MateBook D 14-ün ən yüngül versiyasının çəkisidir. Digər versiyaların çəkisi faktiki məhsuldakı fərqliliklərdən asılı olaraq dəyişə bilər.
  2. Qalınlıq ölçülərkən dəstək altlığı nəzərə alınmır. Faktiki qalınlıq ölçüləri faktiki məhsuldakı fərqliliklərdən asılı olaraq dəyişə bilər.
  3. The HUAWEI MateBook D 14 həmçinin Intel® core™ i3-10210U processor versiyası da təklif edir.
  4. Batareya həcmi nominal dəyərdir.
  5. HUAWEI laborator sınaq nəticələrinə əsaslanır: batareya ilə 150 nit parlaqlıqda 13.2 saat davamlı şəkildə 1080p-də lokal videolar izlənilə bilər. Batareya ömrü faktiki istifadə vəziyyəti və konfiqurasiyalardan asılıdır.
  6. Bu xüsusiyyəti yalnız PC Manager tərəfindən təmin edilən uyğun drayverlərin quraşdırıldığı 10.0.2.99 və ya daha yeni versiyalı PC Manager-in olduğu HUAWEI MateBook D 14 dəstəkləyir. Bu xüsusiyyət yalnız aşağıdakı şərtlərə cavab verən NFC-aktivləşdirilmiş, seçilmiş smartfonlarla uyğunlaşır: EMUI 10 və ya daha yeni versiyalı HUAWEI telefonları; EMUI 10, Magic UI 3.0 və ya daha yeni versiyalı HONOR telefonları.
  7. Adapterin məhsul imici standart Avropa versiyasına əsaslanır. Faktiki məhsul bazardan asılı olaraq dəyişə bilər.
  8. Batareya məlumatları HUAWEI laborator sınaq nəticələrinə əsaslanır. 25°C temperaturda və nisbit rütubətliliyin 45-80% olduğu mühitdə orijinal kabelli HUAWEI 65W adapteri HUAWEI MateBook D 14-ün batareyasını gözləmə rejimində 30 dəqiqə ərzində 1%-dən 46%-ə qədər doldura bilər. Faktiki məlumatlar ayrı-ayrı məhsullardakı fərqlər, istifadə vərdişləri və ətraf-mühit amillərindən asılı olaraq dəyişə bilər.
  9. Bu xüsusiyyəti yalnız USB-C batareya girişi olan seçilmiş telefonlar dəstəkləyir.
  10. Mavi işığı azaldan faktiki təsirlər işıq mənbələri arasındakı dalğa uzunluğu fərqi səbəbilə dəyişə bilər.
  11. Məlumatlar HUAWEI laborator sınaq nəticələrinə əsaslanır. Nəticələr məhsul konfiqurasiyaları, sınaq mühiti, sınaq proqramları və sınaq şəraitindən asılı olaraq dəyişə bilər.