HUAWEI MateBook D 14 2023

HUAWEI MateBook D 14 2023 Key Vision

HUAWEI MateBook D 14 2023 Screen

Geniş displey üfüqünüzü genişləndirir

HUAWEI MateBook D 14 2023 Screen HUAWEI MateBook D 14 2023 Screen HUAWEI MateBook D 14 2023 Screen HUAWEI MateBook D 14 2023 Screen HUAWEI MateBook D 14 2023 Screen HUAWEI MateBook D 14 2023 Screen

İşiniz, asudə vaxtınız və araşdırmalarınızda
sizə mükəmməl yoldaş kimi xidmət göstərmək üçün

16:10
HUAWEI MateBook D 14

qızıl aspekt nisbəti3 sayəsində
11,1% daha irimiqyaslı görüntü8 təmin edir.

90%-lik ekran-korpus nisbəti4

3,5 mm-lik çərçivələr9

sizə hər baxışda rəng, tekstura və cəlbedicilikdən ibarət bir görüntü təqdim etməyə imkan verir.

1920 × 1200

Görüntü imkanı

HUAWEI MateBook D 14 2023 Design
Parlaq və incə: 1,39 kq10 15,9 mm11

Bu notbuk qumlama və anodlaşdırma prosesi tətbiq edilmiş metal korpusu12 ilə yeni zərif dizayna malikdir, incə teksturalar təqdim edir, eyni zamanda köhnəlməyə və aşınmaya qarşı davamlıdır, axarında olan həyatınızı həyəcanverici və yeni yerlərə aparır.

Sınaqdan keçirilmiş, test edilmiş və sübut olunmuş

HUAWEI MateBook D 14 on min dəfədən çox dözümlülük testlərindən keçmişdir, bu o deməkdir ki, ekran və klaviatura kimi əsas hissələr düşməyə və silkələnməyə qarşı kifayət qədər davamlıdır.13

HUAWEI MateBook D 14 2023 Quality Test

Zehni rahatlıq
təmin edən dizayn

HUAWEI MateBook D 14 2023 Eye Comfort
HUAWEI MateBook D 14 2023 Eye Comfort

TÜV Rheinland Low Blue Light (Aşağısəviyyəli mavi işıq) sertifikatı14

HUAWEI MateBook D 14 2023 Eye Comfort

SC tündləşdirmə, titrəyişsiz14

Bu notbuk aşağısəviyyəli mavi işıq və titrəyişsiz texnologiyaları sayəsində göz yormayan, göz qamaşdırmayacaq dərəcədə parlaq bir displeyə malikdir.14 Rəzəli displey çoxsaylı ehtiyaclarınıza uyğun olaraq, 180°-yə qədər açılır.

Qoy barmaqlarınız
yazmağı son dərəcə rahatlaşdıran
bu klaviatura üzərində rəqs etsin

HUAWEI MateBook D 14 2023 Keyboard

1,5 mm-lik yüksək düymə məsafəsi beş milyon klik davamlılığı və toxunma ardıcıllığı testlərindən keçmiş, barmaqlarınızın rahatlıqla hərəkət etdiyi bir performans təqdim edir.15

HUAWEI MateBook D 14 2023 Fingerprint Power Button HUAWEI MateBook D 14 2023 Fingerprint Power Button

Barmaq izi aktivləşdirmə düyməsi
Bir kliklə iş masasına çıxış

HUAWEI MateBook D 14 2023

HUAWEI MateBook D 14 2023 Processor

Bu performans nəhəngi
kükrəməyə hazırdır

12-ci nəsil Intel® Core™ prosessoru sizi oynamağınız üçün daha çox güclə yanaşı, Superturbo16 və maksimum 30 Vt TDP kimi funksiyalarla təmin edir.6

HUAWEI MateBook D 14 2023 Processor

HUAWEI Metaline antenası, 270 m-lik, uzunmüddətli şəbəkə bağlantıları5

HUAWEI MateBook D 14 bağlantı diapazonunu genişləndirən, fayl endirmə sürətini 43% artıran,17 antimüdaxilə və nüfuzetmə performansını gücləndirən xüsusi antenaya malikdir, beləliklə, həyatın sizi apardığı hər yerdə onlayn qala bilərsiniz.

HUAWEI MateBook D 14 2023 Metaline
HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory HUAWEI MateBook D 14 2023 Memory

Tapşırıqları asanlıqla həll etmək üçün
Yüksəksürətli yaddaş

HUAWEI MateBook D 14 16 GB ikili kanal yaddaşını18 və 512 GB yüksəksürətli SSD-ni birləşdirir, beləliklə, səhifələrin yüklənməsinə və proqramların açılmasını gözləməyə daha az, işləməyə isə daha çox vaxt sərf edə bilərsiniz.

HUAWEI MateBook D 14 2023 Port HUAWEI MateBook D 14 2023 Port

1-ci nəsil USB 3.2

Hərtərəfli USB-C

HDMI

Qulaqlıq üçün 3,5 mm-lik bağlantı yuvası

USB 2.0

Notbukun enerjisini doldurmaq üçün təkmilləşdirilmiş hərtərəfli USB-C portundan istifadə etmək, eyni zamanda daha çox imkanlar açmaq üçün onu monitora və ya yüksəksürətli dok-stansiyaya qoşmaq mümkündür.

HUAWEI MateBook D 14 2023 Battery And Charging

56 Vt/s iritutumlu batareya19

Tam enerji yığmış notbuk 13 saata qədər fasiləsiz yerli video oxuda və ya 6 saatlıq intensiv ofis işini həll edə bilər.20

65 Vt çoxməqsədli enerjiyığma cihazı21

Bir neçə Huawei cihazında dəstəklənən SuperCharge22 ilə çöldə ikən belə, notbukunuzun enerjisinin bitməsi ilə bağlı heç vaxt narahat olmayacaqsınız.

HUAWEI MateBook D 14 2023

HUAWEI MateBook D 14 2023 Super Device

Çoxsaylı cihazlarla əməkdaşlığa dair hansı yeniliklər var?

HUAWEI MateBook D 14 2023 Super Device

Notbuku qulaqlıqlara, smartfonlara, planşetlərə, monitorlara, HUAWEI Vision cihazlarına qoşmaq üçün sürüşdürün və Supercihaz yaradın. Gələcək mobil ofisiniz, sözün əsl mənasında, barmaqlarınızın ucunda!2

Daha çox funksiya və metod haqqında məlumat əldə edin >

Mobil fərdi səsgücləndirmə7

Arzuolunmaz küyü və taqqıltını filtrləyən bu yüksəksəviyyəli funksiya artıq naqilsiz qulaqlıqlarda da dəstəklənir.

HUAWEI MateBook D 14 2023 Mobile Pve

SuperHub,23
cihazlararası asan ötürmə

İstənilən mətn, şəkil və faylı SuperHub-a sürüşdürün və onları smartfon və ya notbuk kimi qoşulu cihazlarınıza çox rahat şəkildə toplu olaraq yapışdırın, ötürün və paylaşın.

HUAWEI MateBook D 14 2023 SuperHub
HUAWEI MateBook D 14 2023

Yenidən oxudun

*Şəkil yalnız istinad üçündür. Orijinal məhsula üstünlük verilməlidir.

Peşəkar üzünüzü
irəli çıxarır

Gözəllik, FollowCam, Göz təması və Virtual fon da daxil olmaqla, seçəcəyiniz bir çox funksiya ilə görüş və videosöhbətlər zamanı görünüşünüz və səsinizin ən yaxşı versiyanızda olduğundan həmişə arxayın ola bilərsiniz.24

HUAWEI MateBook D 14 2023 Smart Meeting
HUAWEI MateBook D 14 2023 Smart Meeting
HUAWEI MateBook D 14 2023 Smart Meeting
HUAWEI MateBook D 14 2023 Smart Meeting

Gözəllik

Ən yaxşı versiyanızı ortaya çıxarır

FollowCam

Səsgücləndiricini avtomatik şəkildə mərkəzləşdirir

Göz təması

Videozənglər zamanı təbii göz təması təmin edir

Virtual fon

Fonun sərbəst şəkildə dəyişməsinə imkan verir
  1. Displey TÜV Rheinland Low Blue Light sertifikatına malikdir. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb və heç bir müalicəvi funksiyası yoxdur.
  2. Yalnız bəzi Huawei mobil telefonları, planşetləri, monitorları, HUAWEI Vision cihazları, qulaqlıqları və PC Menecer 13.0.2.300 və ya daha sonrakı versiyalara malik bəzi Huawei notbukları bu funksiyanı dəstəkləyir.
  3. Ekranın askpekt nisbəti 0,618 qızıl nisbətə yaxındır, bu da onu həm ofis işləri, həm də asudə vaxtlar üçün uyğun hala gətirir.
  4. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ölçmə ekran ölçüsünə mütənasib olaraq, görüntü sahəsinin ölçüsünə əsaslanır. Orijinal məhsula üstünlük verilməlidir.
  5. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. 270 m məsafə veb-saytda problemsiz axtarışı təmin edə biləcək açıq və maneəsiz bir mühitdə router və notbuk arasındakı ən uzun məsafədir. Cihazdan, ekoloji və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər.
  6. Intel® Core™ i3-1215U versiyası seçimə əsaslanır. Intel® Core™ i5-1240P versiyası üçün Performans rejimindəki TDP maksimum 30 Vt-a çata bilir. Performans rejimi, standart olaraq, deaktiv olur, aktivləşdirildikdə isə güc mənbəyi üçün bağlantı tələb edir. CPU və GPU performansını dərhal yaxşılaşdırır, həmçinin pərin səs-küyünü və səth temperaturunu artıra bilər. Zəhmət olmasa, Performans rejimini, ehtiyaclarınıza əsasən, aktiv və ya deaktiv edin.
  7. Bu funksiyanı yalnız 3,5 mm naqilli mikrofona malik qulaqlıqlar, bəzi Huawei naqilsiz qulaqlıqları və PC Menecer 13.0.3.360 və ya sonrakı versiyalara malik bəzi Huawei notbukları dəstəkləyir. Qulaqlıq modelindən, istifadə vərdişlərindən, istifadə şərtlərindən və digər amillərdən asılı olaraq, faktiki təcrübə bir qədər dəyişə bilər.
  8. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir, 16:10 aspekt nisbətə malik HUAWEI MateBook D 14 2023 ekranı və 16:9 aspekt nisbətə malik HUAWEI MateBook D 14 2022 ekranı arasındakı müqayisəni əhatə edir. Faktiki displey effektləri displey parametrləri, tətbiqin uyğunlaşdırılması və məzmun mənbəyinin formatından asılı olaraq dəyişə bilər.
  9. Sol və sağ çərçivələrin eni 3,5 mm-dir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki məhsul ölçüləri məhsul konfiqurasiyası, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq dəyişə bilər.
  10. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Məhsulun faktiki çəkisi konfiqurasiya, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq dəyişə bilər. Orijinal məhsula üstünlük verilməlidir.
  11. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Rezin ayaqcıqlar qalınlığa daxil edilmir və ölçmə yeri notbukun kənarından təxminən 18 mm məsafədədir. Faktiki qalınlıq məhsul konfiqurasiyası, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq dəyişə bilər.
  12. Arxa, üst, aşağı və yan örtüklər (portların yerləşdiyi yer) metal materiallardan hazırlanmışdır. Burulma valı qeyri-metal materiallardan hazırlanmışdır.
  13. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Notbuk həssas komponentlərdən təşkil olunduğuna görə istifadə zamanı onun harasa dəyməməsi və ya düşməməsinə diqqət edin.
  14. Ekran TÜV Rheinland Low Blue Light sertifikatına malikdir və titrəyişsiz SC tündləşdirməni qəbul edir. Test şərtləri: Göz yormayan rejim aktiv olduğu hallarda, displey effekti TÜV Rheinland Low Blue Light testlərindən (rəng temperaturunun tənzimlənməsi istisna olmaqla) keçmişdir. Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və ondan müalicə məqsədləri üçün istifadə oluna bilməz.
  15. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ətraf mühitdən, cihazlardan və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər.
  16. Bu funksiya yalnız PC Menecer 13.0.2.300 və ya daha sonrakı versiyalara malik bəzi Huawei notbukları tərəfindən dəstəklənir və gələcəkdə daha çox model tərəfindən dəstəklənəcək.
  17. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir, HUAWEI Metaline antenasına malik HUAWEI MateBook D 14 2023 və 5 GHz Wi-Fi-ya qoşulu HUAWEI MateBook D 14 2022 arasındakı müqayisəni əhatə edir. Faktiki təcrübə proqram təminatı versiyasından, istifadə şərtlərindən və ətraf mühit amillərindən asılı olaraq dəyişə bilər. Orijinal məhsula üstünlük verilməlidir.
  18. 8 GB yaddaş versiyası seçimə əsaslanır.
  19. Batareya tutumu nominal dəyərdir.
  20. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Parlaqlıq 150 nitə tənzimlənmişdir. Batareya tam enerji yığdıqda 13 saat yerli 1080p videooxutmanı və ya PCMark8 Work tərəfindən test edilmiş 6 saatlıq ağır ofis işlərini dəstəkləyir. Faktiki istifadə məhsul, proqram təminatının versiyası, istifadə şərtləri və ətraf mühit amillərindən asılı olaraq dəyişə bilər.
  21. SCP, PD, PPS, və QC enerjiyığma protokollarına uyğun və USB-C portlarının istifadə olunduğu telefon, planşet, PC, saat və qulaqlıqlarda dəstəklənir. Faktiki enerjiyığma gücü enerjiyığma siyasətlərindən (enerjiyığma protokolları, güc məhdudlaşdırıcıları və kabellər) asılı olaraq dəyişə bilər. Enerjisi doldurulmuş cihazlarda fərqli enerjiyığma siyasətləri varsa, uyğunsuzluq halları baş verə bilər.
  22. 65 Vt-lıq enerjiyığma cihazı HUAWEI P60 seriyası, HUAWEI Mate 50 seriyası və HUAWEI Mate X3 də daxil olmaqla, SuperCharge protokolunu dəstəkləyən Huawei telefon modellərinə uyğundur. Dəstəklənən telefon modelləri barədə ətraflı məlumat əldə etmək üçün yerli Huawei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  23. Yalnız PC Menecer 13.0.3.320 və ya daha sonrakı versiyalara malik bəzi Huawei fərdi kompüterləri, eləcə də HarmonyOS 3.0.0.160 və ya daha sonrakı versiyalara malik bəzi Huawei telefon və planşetləri bu funksiyanı dəstəkləyir. Yalnız bəzi tətbiqlər bu funksiyanı dəstəkləyir. Bu funksiyadan istifadə etmək üçün telefon, planşet və ya fərdi kompüterinizdə eyni HUAWEI identifikasiya nömrəsinə daxil olmalı, Bluetooth və Wi-Fi-yı aktivləşdirməlisiniz.
  24. Yalnız PC Menecer 13.0.1 və ya daha sonrakı versiyalara malik bəzi Huawei notbukları bu funksiyanı dəstəkləyir. Bu funksiya, defolt olaraq, qeyri-aktivdir. Onu İdarəetmə panelində aktivləşdirməlisiniz.
  25. *Yuxarıdakı funksiyalardan bəziləri yalnız konkret sistem versiya və modelləri ilə dəstəklənir. Ümumi təcrübə, məhdudiyyətlər və dəstəklənən modellər haqqında hər hansı sualınız varsa, yerli Huawei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et