HUAWEI MateBook D 15

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI MateBook D 15
HUAWEI MateBook D 15

Təkmilləşdirilmişdir

Daha
geniş ekran

15.6 düymlük IPS tam görüntülü ekran sizi özünə çəkir. İnanılmaz 87% ekran-korpus nisbəti və sadəcə 5.3mm-ə qədər kiçildilmiş qoruyucu çərçivələrlə təchiz olunmuş cihazda filmə baxmaq, yaradıcı işlər görmək və ya müəyyən işləri həll etmək insana zövq verir.

HUAWEI MateBook D 15 lightweight notebook
HUAWEI MateBook D 15 lightweight notebook

Göründüyündən
daha yüngül

Portativlik nəzərə alınaraq dizayn edilmiş zərif, metallik korpuslu noutbukun çəkisi cəmi 1.53kq1, qalınlığı isə 16.9mm2-dir, ona görə də harada olmağınızdan asılı olmayaraq onun qüsursuz tam görüntülü ekranından zövq ala bilərsiniz.

Gücü hiss edin

HUAWEI MateBook D 15 cihazı sürətləndirən və səmərəliliyini artıran Intel® Core™ i3-10110U və Intel® Core™ i5-10210U prosessorları ilə işləyir. PCIe SSD3iki-kanallı arxitekturada16GB-a qədər yaddaş ilə RAM daha çox imkan təmin edir. Intel® UHD Graphics 620 qrafik kartı ilə heç bir səy göstərmədən gündəlik işlərinizi həll edə və əyləncədən həzz ala bilərsiniz. Onun 2x2 MIMO iki antenalı WLAN-1 1733 Mbps-ə qədər4 nəzəri ötürmə sürətini dəstəkləyir və işlərinizə davam edə bilməyiniz üçün daha sabit əlaqə təmin edir.

HUAWEI MateBook D 15 HUAWEI MateBook D 15 HUAWEI MateBook D 15 HUAWEI MateBook D 15

Huawei Share

Sadəcə bir kliklə smartfonunuz və Huawei MateBook-nuz hətta internet əlaqəsi belə olmadan "VAHİD" bir super cihaza çevriləcək. Telefonun ekranı noutbukunuzda görünəcək, bu sayədə klaviatura və mausla hər iki cihazı eyni zamanda idarə edə bilər, onlar arasında faylları çəkib digərinə ata və eyni klaviaturadan istifadə edərək bir tərəfdən smartfonunuzda iş yoldaşlarınızla mesajlaşarkən digər tərəfdən noutbukda faylları redaktə edə bilərsiniz. Bu cür cihazlararası işləmə mexanizmi gündəlik həyatı və iş həyatını asanlaşdırır.5

Cibinizə
yerləşən adapter

HUAWEI MateBook D 15 ilə birlikdə cibinizə yerləşən 65W USB-C adapteri6 də təmin edilir, beləliklə yolda olarkən də cihazınızın batareyasını doldura bilərsiniz. Bu adapter noutbukunuzun batareyasını sadəcə 30 dəqiqədə 53% doldura bilər.7 Bu adapterlə cihazınızın batareyasını sürətli şəkilə doldura8 və istədiyiniz məlumatları telefona köçürə bilərsiniz.

HUAWEI MateBook D 15 type-c super charge

Çevik reaksiya,
geniş sahə

HUAWEI MateBook D 15 sürət və gücün mükəmməl kombinasiyasını təmin etmək üçün iki sərt disk oyuğundan istifadə edir. Cihaz SSD qurğusunun çevik reaksiya müddətini HDD-nin inanılmaz əməli yaddaşı ilə ideal şəkildə birləşdirir, bu sayədə iş və ya əyləncə olmasından asılı olmayaraq, bütün tapşırıqları asanlıqla yerinə yetirir.

  • HUAWEI MateBook D 15 huge storage SSD
  • HUAWEI MateBook D 15 huge storage HDD
HUAWEI MateBook D 15 huge storage

Barmaq izinizlə
dünyanın kilidini açın

HUAWEI MateBook D 15-in yandırma düyməsinin daxilində barmaq izi oxuyucusu var, yəni onu bir dəfə basmaqla cihazı təhlükəsiz şəkildə yandıra və daxil ola bilərsiniz.

HUAWEI MateBook D 15 touch power button HUAWEI MateBook D 15 touch power button HUAWEI MateBook D 15 touch power button HUAWEI MateBook D 15 touch power button

Gözlərinizi yormur

HUAWEI MateBook D 15-in hüdudsuz dünyasında daha uzun müddət qalmağa davam edin. TÜV Rheinland sertifikatlı ekran görüntüdən zövq almağınızı təmin etmək və gözlərinizin uzunmüddətli optik sağlamlığını qorumaq məqsədilə gözləriniz üçün zərərli mavi işığı əhəmiyyətli dərəcədə azaldır.9

HUAWEI MateBook D 15 eye comfort mode
HUAWEI MateBook D 15 eye comfort mode
HUAWEI MateBook D 15 eye comfort mode

Məxfiliyin
qorunması

İnnovativ, iç tərəfə yerləşdirilmiş kamera klaviaturada məqbul şəkildə öz yerini almışdır. Sadəcə bir dəfə üzərinə basmaqla istədiyiniz zaman üzə çıxır. Uzaqdan giriş və təhlükəsizlik tələblərinin pozulması ilə bağlı potensial risklərin qarşısını almaq üçün onu yerinə qaytarın.

HUAWEI MateBook D 15 camera

Çoxsaylı xüsusiyyətə malik girişlər

Olduqca zərif dizaynlı HUAWEI MateBook D 15 müxtəlif istifadə məqsədləri üçün çoxsaylı xüsusiyyətə malik girişlər təmin edir. Siz artıq köhnə adapterlərinizi özünüzlə götürmək məcburiyyətində deyilsiniz.

HUAWEI MateBook D 15 ports

USB 2.0

USB 2.0

Audio jack

HDMI

USB 3.0

USB-C

  1. Bu çəki yalnız SSD versiyasına əsaslanır, faktiki çəki SSD + HDD versiya çəkisinin təqribən 1.62kq olması kimi müxtəlif xüsusiyyətlər səbəbilə dəyişə bilər.
  2. Qalınlıq ölçülərkən dəstək altlığı nəzərə alınmır. Faktiki qalınlıq ölçüləri faktiki məhsuldakı fərqliliklərdən asılı olaraq dəyişə bilər.
  3. Bütün HUAWEI MateBook D seriyaları PCIe SSD ehtiva edir, yalnız bəzi HUAWEI MateBook D 15-lər həm də HDD-lərlə təchiz olunmuşdur.
  4. Bu, nəzəri maksimal göstəricidir. Faktiki göstərici işləmə mühiti və ətraf müdaxilələrdən asılı olaraq dəyişə bilər.
  5. Bu xüsusiyyəti yalnız PC Manager tərəfindən təmin edilən uyğun drayverlərin quraşdırıldığı 10.0.2.99 və ya daha yeni versiyalı PC Manager-in olduğu HUAWEI MateBook D 15 dəstəkləyir. Bu xüsusiyyət yalnız aşağıdakı şərtlərə cavab verən NFC-aktivləşdirilmiş, seçilmiş smartfonlarla uyğunlaşır: EMUI 10 və ya daha yeni versiyalı HUAWEI telefonları; EMUI 10, Magic UI 3.0 və ya daha yeni versiyalı HONOR telefonları.
  6. Adapterin məhsul imici standart Avropa versiyasına əsaslanır. Faktiki məhsul bazardan asılı olaraq dəyişə bilər.
  7. Batareya məlumatları HUAWEI laborator sınaq nəticələrinə əsaslanır. 25°C temperaturda və nisbit rütubətliliyin 45-80% olduğu mühitdə orijinal kabelli HUAWEI 65W adapteri HUAWEI MateBook D 15-in batareyasını gözləmə rejimində 30 dəqiqə ərzində 1%-dən 53%-ə qədər doldura bilər. Faktiki məlumatlar ayrı-ayrı məhsullardakı fərqlər, istifadə vərdişləri və ətraf-mühit amillərindən asılı olaraq dəyişə bilər.
  8. Bu xüsusiyyəti yalnız USB-C batareya girişi olan seçilmiş telefonlar dəstəkləyir.
  9. Mavi işığı azaldan faktiki təsirlər işıq mənbələri arasındakı dalğa uzunluğu fərqi səbəbilə dəyişə bilər.