HUAWEI nova 9 SE

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI nova 9 SE
HUAWEI nova 9 SE

İlham al, innovativ ol

108 MP Yüksək Görüntülü Kamera1 | Yaradıcı Videobloq Aparma Təcrübəsi
66 W HUAWEI SuperCharge2

Sevəcəyiniz 6 xüsusiyyət

108 MP Yüksək Görüntülü
Kamera1

Möhtəşəm Dizayn

1.05 mm
Ultra Nazik kənarlar3

HUAWEI nova 9 SE Key Features

Yaradıcı
Videobloq
Aparma
Təcrübəsi

HUAWEI nova 9 SE Key Features

EMUI 12
Ağıllı Qoşulma,
Sonsuz Rahatlıq

HUAWEI nova 9 SE Key Features
66 W

HUAWEI SuperCharge2

Ona İlk Baxışda
Aşiq Olun
HUAWEI nova 9 SE Color
HUAWEI nova 9 SE Color

Sözün əsl mənasında avanqard üslubda olan ikiqat plyonkalı ikiqat örtüklü nano-tekstura4 sayəsində mümkün olan 3D şüşə arxalığında ulduz orbiti halqasının parıltısından zövq alın – işıltını tutmaq üçün sadəcə onu əlinizdə saxlayın.

HUAWEI nova 9 SE Display

Böyük çərçivəsiz 6.78 düymlük HUAWEI FullView Displey5 1.05 mm ultra nazik kənarlar3 ilə çərçivlənir. Yüngül kospus isə çəkisizlik hissi əlavə edir.6

108 MP Yüksək Görüntülü
Kamera Sistemi1
HUAWEI nova 9 SE Cameras
HUAWEI nova 9 SE Cameras
108 MP yüksək
görüntülü kamera1
f/1.9 diafraqma
1/1.52
düym sensor
2.1 μm
9-u 1-də
qarışan
piksellər
Dərinlik
2 MP
f/2.4
diafraqma
En
8 MP
f/2.2 diafraqma
112° super geniş bucaq7
Makro
4 sm qısa
çəkiliş məsafəsi
2 MP
f/2.4 diafraqma
16 MP ön
kamera
1.0 μm tək piksel sahəsi
f/2.2 diafraqma
90° geniş bucaqlı selfilər8
108 MP yüksək görüntülü kamera1

Xatirələrin Bütün Təfərrüatlarını
Yadda Saxlayır

Əsas kamera piksel ölçüsünü 2.1 µm-ə qədər artırmaq üçün 9-u 1-də innovativ piksel texnologiyasından istifadə edir. 1/1.52 düymlük sensor daha çox işıq qəbul edir, nəticədə yüksək dinamik diapazon və az səs-küy yaranır. Arxasındakı dörd kamera güclü çox çərçivəli birləşmə alqoritmi sayəsində gündüz və ya gecə çəkilişinizdən asılı olmayaraq hər zaman canlı görüntülər çəkir!

108 MP yüksək görüntülü
fotoşəkillər

Rəsmin tam əzəmətini və ya hər hansı ifadənin arxasındakı
canlı şəxsiyyəti ortaya çıxarın.

Super gecə
çəkilişi

Gecə düşdükdən sonra valehedici portretlərdən
tutmuş nəfəskəsən gecə mənzərələrinə qədər möhtəşəm şəkillər çəkin.

Süni İntelekt alqoritmləri
sayəsində ani şəkillər

Hətta hərəkətdə olarkən belə sürətli anları
real aydınlıqda çəkin!

Hər Hekayə
Yenilənir

HUAWEI nova 9 SE böyük və ya kiçik olmasından asılı olmayaraq gözəllikləri çəkmək üçün 112° ultra geniş bucaqlı və 4 sm makro kameralarla təchiz olunub. Boke portret rejimi və f/2.4 diafraqma fokusu subyektə yönəldir, beləliklə, əziyyətsiz çəkilən şəkillər valehedici portretlərə çevrilir!
Huawei nova 9 SE Other Shots
Makro Kamera
Huawei nova 9 SE Other Shots
Ultra Geniş Bucaqlı Kamera
Huawei nova 9 SE Other Shots
Boke Portret Rejimi
Huawei nova 9 SE Other Shots
Aşağı İşıqda Çəkiliş

Videobloqqinq üçün
Daha Çox İmkan

Davamlı ön/
arxa kamera çəkimi

Bütün dünyanın ən yaxşılarını fasiləsiz şəkildə çəkərkən eyni zamanda ön və arxa kameralar arasında sərbəst keçid edin.

Arxa/Arxa ikili görüntü
videosu9

HUAWEI nova 9 SE-nin əsas və geniş bucaqlı kameraları birlikdə işləyir, bütün sahəni tədqiq edir və həmin an sizə ən çox lazım olan hissələrə diqqət yetirir!

Ön/arxa ikili görüntü
videosu

Gözlərinizin önündə açılan səhnəyə reaksiyanızı çəkmək üçün həm arxa, həm də ön kameralardan eyni anda video lentə almaqla yaddaqalan qarşılıqlı əlaqələri canlandıran videolar çəkin.

Çəkmək üçün toxunun

Ağıllı saatınızla kameranı uzaqdan idarə etməklə anın gözəlliyini qaçırmadan çəkin10!
HUAWEI nova 9 SE Video Search
HUAWEI nova 9 SE Video Search
HUAWEI nova 9 SE Video Search
 

Açar sözlər
üzrə axtarış

Videoları redaktə edərkən Qalereyada açar sözlərdən istifadə etməklə fotoşəkil və video axtarışı edə bilərsiniz.11
HUAWEI nova 9 SE Petal Clip
HUAWEI nova 9 SE Petal Clip
HUAWEI nova 9 SE Petal Clip
Petal Clip

Video redaktə mütəxəssisi
olun

Petal Clip avtomatik başlıq qoyma, avtomatik işarələmə və hərəkətli şəkil özəlliklərinə sahibdir. O, həmçinin Bir kliklə video yaratmaq, foto və videoların qarışdırılması və digər praktiki funksiyaları da dəstəkləyir.12 Ondan əziyyət çəkmədən böyük bir vloq yaratmaq üçün istifadə edin.

Sizi Ən Yaxşı
Tərəfdən Göstərir

Huawei nova 9 SE Front Camera
HD keyfiyyətində selfi
Huawei nova 9 SE Front Camera
Sİ gözəllik effekti
Huawei nova 9 SE Front Camera
Super gecə selfi rejimi

Gecə-gündüz parlayın

Güclü 4-ü 1-də piksel texnologiyası və Sİ gözəllik effekti sayəsində dəri keyfiyyətini artırmaqla bərabər unikal üz cizgilərinizi də vurğulayır. Super Gecə Selfi rejimi işıqlandırmanı tənzimləyir və səs-küyü azaldır, qaranlıq düşdükdən sonra heyrətamiz selfilər yaradır!
Huawei nova 9 SE Auto Wide-Angle

Bütün səhnəni çəkin

Şaquli selfidən üfüqiyə keçərkən ön kamera avtomatik olaraq ultra geniş bucaq rejiminə keçərək təhrifə yol vermədən hər kəsi və sizə lazım olan hər şeyi çərçivəyə sığışdıracaq.
Həmişə
Hazır Olun
66 W HUAWEI SuperCharge2

Həvəsinizi artırın

66 W HUAWEI SuperCharge texnologiyası telefonunuzu qısa müddətdə şarj edə bilir. Enerjinizi artırmaq üçün bir fincan qəhvə içdiyiniz zaman smartfonunuz da batareyasını eyni sürətlə dolduracaq.

Özünü soyutma özəlliyinə malikdir

HUAWEI nova 9 SE sendviçə bənzər bir arxitekturada qrafen istilik yayma sisteminə malikdir və həddən artıq qızmış əraziləri daha tez müəyyən edib soyutmaq imkanına malikdir. Beləliklə, cihazınız qızmadan sevdiyiniz şou-proqram və oyunlara baxmağa davam edəcəksiniz!
EMUI 12
Ağıllı qoşulma,
sonsuz rahatlıq

Sadə nəzarət sistemi

Ekrana, Wi-Fi, Bluetooth və səs parametrlərinə birbaşa daxil olmaq üçün İdarəetmə Panelini sürüşdürərək açın və hətta filmləri FreeBuds qulaqlıqlarınızda tam məxfilik şəraitində dinləyərkən böyük ekranda izləmək üçün Device+ vasitəsilə ağıllı əməkdaşlığı aktivləşdirin.13
Huawei nova 9 SE Control Panel

Sürətli fayl ötürülməsi

Yeni Fayl Ötümə Sistemi ilə telefonunuzdakı sənədlərə və ya şəkillərə noutbukunuzdan anında giriş əldə edə bilərsiniz.14 Kabelə ehtiyac olmadan açın, baxın və həzz alın.
Huawei nova 9 SE Distributed File System
  1. Arxa əsas kamera 108 MP-lik kameradır. Yüksək görüntülü fotoşəkillər "HIGH-RES" rejimində təcrübə edilə bilər. Faktiki məhsula baxmağınız xahiş olunur.
  2. 66 W maksimum şarj gücüdür və yalnız xüsusi 66 W HUAWEI SuperCharge şarj aləti və kabeldən istifadə etdikdə ona çatmaq olar.
  3. 1.05 mm ultra nazik kənarlar dedikdə sol və sağ tərəflərdəki qara haşiyələr nəzərdə tutulur. Məlumatlar Huawei laboratoriyalarından əldə edilib. Faktiki məhsula baxmağınız xahiş olunur.
  4. Yalnız Kristal mavisi modeli ikiqat plyonkalı ikiqat örtüklü nano-tekstura texnologiyası ilə hazırlanır.
  5. Yuvarlaqlaşdırılmış kənar dizaynı ilə xarici ekranın diaqonal uzunluğu standart düzbucaqlıya uyğun ölçüldükdə 6.78 düym təşkil edir (faktiki görünən sahə bir qədər kiçikdir). Ekranlar ardıcıl parametrlərlə bir neçə təchizatçıdan alınır. Bununla belə, texniki həllərindəki fərqlərə görə ekranlar arasında displey effektlərində cüzi fərqlər ola bilər.
  6. Faktiki dərinlik və çəki ölçmə nəticələri konkret məhsula, istehsal prosesinə, həmçinin ölçmə yerinə və üsuluna görə dəyişə bilər.
  7. 112° kamera obyektivinin spesifikasiyasıdır. Baxış sahəsi faktiki istifadə vəziyyətində daha aşağı ola bilər.
  8. 90° kamera obyektivinin spesifikasiyasıdır. Baxış sahəsi faktiki istifadə vəziyyətində daha aşağı ola bilər.
  9. Arxa/Arxa İkili Görüntü Videosu video çəkmək üçün arxa əsas kamera ilə arxa geniş bucaqlı kameradan istifadə edən ikili görüntü qeydə alma funksiyasıdır.
  10. Bu funksiya yalnız müəyyən Huawei saat modellərində dəstəklənir. Dəstəklənən cihaz modelləri və proqram versiyaları haqqında ətraflı məlumat üçün Huawei müştəri xidmətləri ilə əlaqə saxlayın.
  11. Video Axtarış HOTA yeniləməsi tələb edir.
  12. Avtomatik başlıq qoyma, avtomatik işarələmə və hərəkətli şəkil yalnız Petal Clip proqramının yenilənmiş versiyasında dəstəklənir.
  13. Bu funksiya yalnız müəyyən Huawei cihazlarına şamil edilir. Cihaz Wi-Fi və Bluetooth açıq olmaqla eyni Huawei hesabında qeydiyyata alınmalıdır. Əvvəllər telefonunuza qoşulmuş cihazlar etibarlı cihazlar kimi tanınacaq və Device+ adı altında qeyd olunacaq. Hansı cihaz modelləri və proqram versiyasının bu funksiyanı dəstəklədiyi barədə ətraflı məlumat üçün Huawei müştəri xidmətləri ilə əlaqə saxlayın.
  14. Bu funksiya HOTA yeniləməsi tələb edir və yalnız müəyyən Huawei mobil telefonlarına və müəyyən HUAWEI MateBook noutbuklarına (PC Manager 11.1 və ya daha yuxarı versiyada işləyən) tətbiq edilir. Cihaz eyni Huawei hesabında qeydiyyata alınmalı, eyni Wi-Fi şəbəkəsinə qoşulmalı, Bluetooth-u aktiv edilməli və "Multi-cihaz fayllarına baxış" svitçi aktiv edilməlidir. Hansı cihaz modelləri və proqram versiyasının funksiyanı dəstəklədiyi barədə ətraflı məlumat üçün Huawei müştəri xidmətləri ilə əlaqə saxlayın.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et