HUAWEI MateBook D 16 2024

HUAWEI MateBook D 16 2024 KV
HUAWEI MateBook D 16 2024 KV

Ən yaxşı versiyanızı ortaya çıxarın

"16" HUAWEI FullView" displeyi1 | Yüksəkperformanslı "Intel® Core™ i9" prosessoru | Yüngülçəkili portativ korpus2

Videoçarxı izləyinHUAWEI MateBook D 16 2024 KV

Yüksəkperformanslı "Intel®
Core™ i9 Processor"3

HUAWEI MateBook D 16 2024 Processor
HUAWEI MateBook D 16 2024 Processor HUAWEI MateBook D 16 2024 Processor HUAWEI MateBook D 16 2024 Processor

270 m-lik
uzunmüddətli bağlantılar4

HUAWEI MateBook D 16 2024 Connection
HUAWEI MateBook D 16 2024 Connection HUAWEI MateBook D 16 2024 Connection HUAWEI MateBook D 16 2024 Connection

Göz yormayan "16"
HUAWEI FullView" displeyi1

1,68 kq çəkisi olan incəldilmiş korpus2

HUAWEI MateBook D 16 2024 Screen
HUAWEI MateBook D 16 2024 Screen HUAWEI MateBook D 16 2024 Screen HUAWEI MateBook D 16 2024 Screen

Rəqəmli
klaviatura

HUAWEI MateBook D 16 2024 Keyboard
HUAWEI MateBook D 16 2024 Keyboard HUAWEI MateBook D 16 2024 Keyboard HUAWEI MateBook D 16 2024 Keyboard

70 Vt/s
iritutumlu batareya5

HUAWEI MateBook D 16 2024 Device
HUAWEI MateBook D 16 2024 Device HUAWEI MateBook D 16 2024 Device HUAWEI MateBook D 16 2024 Device

Baxışınızı
maksimuma yüksəldin

Heyrətamiz 90%-lik ekran-korpus nisbətinə7 malik, asanlıqla sürüşdürüləbilən 16:10 qızıl nisbətli6 displeydə işləyin, oynayın və arzularınızın ardınca gedin.

Geniş displey

16 düym

Qızıl aspekt nisbəti

16:10

Ekran-korpus nisbəti

90%

HUAWEI MateBook D 16 2024 Fold Screen Info

"TÜV Rheinland Low Blue Light" (Aşağısəviyyəli mavi işıq) (Avadanlıq həlləri) sertifikatı8

Minimal mavi işıqla göz yormur

HUAWEI MateBook D 16 2024 Fold Screen Info

DC qaraltma, titrəyişsiz

Uzunmüddətli rahat görüntü imkanı

HUAWEI MateBook D 16 2024 Fold Screen Info

100% sRGB geniş rəng qamması9

Yüksəksəviyyəli rəng performansı

HUAWEI MateBook D 16 2024 Wide Screen HUAWEI MateBook D 16 2024 Wide Screen

İncə və
sürətli

Gözləriniz yalan danışmır. Bu notbukun 16 düymlük ekrana malik olmasına baxmayaraq, çəkisi standart 15 düymlük modelinki qədər azdır, yəni 1,68 kq-lıq yüngül korpusludur,10 bu da onu görüş, iş səyahəti və kafelərdə istifadə üçün kifayət qədər portativ hala gətirir.

HUAWEI MateBook D 16 2024 Slim Body

Yüksəkperformanslı "Intel® Core™ i9" prosessoru

13-cü nəsil yüksəkperformanslı "Intel® Core™ i9-13900H" prosessoru3 daha güclü və stabil hesablamaları dəstəkləyən və birnüvəli performansı 23,6%, çoxnüvəli performansı isə 142,3% nisbətində artıran çoxfunksiyalı peşəkardır.11 Daxilində istiliyi idarə edən, mümkün qədər səssiz iki pər fırlanır.

HUAWEI MateBook D 16 2024 Fold Fan Info

İstiliyin yayılması

Çox nazik "Köpəkbalığı üzgəci" formasındakı pərlər istiliyi tamamilə yeni şəkildə uzaqlaşdırır.

HUAWEI MateBook D 16 2024 Fold Fan Info

Dizayn

Giriş və çıxış sistemi xüsusilə elə dizayn edilmişdir ki, hava axınını 55% artırsın.12

HUAWEI MateBook D 16 2024 Fold Fan Info

Səssizlik

Pərlərin yaratdığı səs-küy 22⁠ dB qədər azdır.13

HUAWEI MateBook D 16 2024 Processor HUAWEI MateBook D 16 2024 Processor

Çevik rəqəmli klaviatura

Rəqəmli klaviatura hesabatların hazırlanmasında, sənədlərin yazılmasında və məlumatların daxil edilməsində ofis effektivliyini ikiqat artırmaqla yanaşı, rəqəmləri yalnız bir əlinizlə daxil etməyə imkan verir. Eyni zamanda mobil ofisiniz üçün ən yararlı köməkçiniz olacaq daha çox ağıllı düymə sizin tərəfinizdən kəşf edilməyi gözləyir.

HUAWEI MateBook D 16 2024 Numeric Keypad
HUAWEI MateBook D 16 2024 Numeric Keypad HUAWEI MateBook D 16 2024 Numeric Keypad
HUAWEI MateBook D 16 2024 Fold Keypad

Düymə məsafəsi

Rahat və səssiz yazmaq üçün 1,5⁠ mm-lik düymə məsafəsi və yumşaq enişli dizayn.14

HUAWEI MateBook D 16 2024 Fold Keypad

Kamera keçidi15

Məxfiliyinizi qorumaq üçün müstəqil kamera keçidi.

HUAWEI MateBook D 16 2024 Fold Keypad

AI axtarış düyməsi

Bütün cihazlarınızda heç bir çətinlik çəkmədən axtarış edin.

"HUAWEI Metaline" antenası,
Ultrauzunmüddətli bağlantı

"SGS five-star Wi-Fi signal capability" (SGS beşulduzlu vayfay siqnal qabiliyyəti) sertifikafına malik ilk notbuk modeli kimi, "HUAWEI MateBook D 16" faylların yükləmə sürətini 51% artırır.16 Onun siqnalları 270 m-lik ən uzun bağlantı məsafəsini aşaraq ötürülür.4 Hər zaman, hər yerdə bağlantıda qalın.

HUAWEI MateBook D 16 2024 Connection HUAWEI MateBook D 16 2024 Connection
HUAWEI MateBook D 16 2024 Connection HUAWEI MateBook D 16 2024 Connection
HUAWEI MateBook D 16 2024 Fold Certification

"SGS Five-star" ("SGS beşulduzlu") sertifikatı

"HUAWEI MateBook D 16" "SGS five-star Wi-Fi signal capability" sertifikatına malikdir və ümumi şüalanma gücü (TRP), ekvivalent izotrop həssaslığı (TIS), mühafizə edilən otaqda yekun ötürmə qabiliyyəti və şəbəkə performansı ilə bağlı ciddi testlərdən keçmişdir.

Ehtiyac duyduğunuz enerji və sürət

65 Vt "SuperCharge" və iritutumlu batareya

Batareya tutumu

70 Vt/s5

HUAWEI MateBook D 16 2024 Power
HUAWEI MateBook D 16 2024 Power HUAWEI MateBook D 16 2024 Power
HUAWEI MateBook D 16 2024 Fold Charging

Daha çox cihaz üçün sürətli
enerjiyığma qabiliyyəti

Digər "Huawei" cihazlarınızın sürətli şəkildə enerji yığması üçün notbukun 65⁠ Vt-lıq çoxməqsədli enerjiyığma cihazı "SuperCharge" ilə təchiz edilmiş şəkildə gəlir.17

AI səs-küyün aradan qaldırılması,
Mobil Fərdi Səsgücləndirmə funksiyası

Notbuku simsiz Bluetooth qulaqlığa qoşun və arzuolunmaz səs-küyü filtrləyən Mobil Fərdi Səsgücləndirici,18 eləcə də AI səs-küyü19 aradan qaldıran funksiya ilə kristal kimi aydın zəngdən zövq alın.

HUAWEI MateBook D 16 2024 Sound

AI kamera,
Sizə fokuslanan "FollowCam"

Ekranın mərkəzində qalmaq və göz təması yolu ilə interaktiv kommunikasiyanı davam etdirmək üçün avtomatik tənzimlənən AI kamera19 ilə "üzbəüz" görüşlər həyata keçirin. Həmçinin məxfiliyinizi virtual fonla qorumaq üçün fonu sərbəst şəkildə qura bilərsiniz.

HUAWEI MateBook D 16 2024 Camera

"Əlaqələndirmək üçün limitsiz sürüşdür" prinsipinə dair əməkdaşlıq

Notbukunuzu Supercihaz vasitəsilə çox sayda cihazla20 kəsintisiz şəkildə əlaqələndirmək üçün sürüşdürün və məhsuldarlığınızı ən yüksək səviyyəyə zəhmətsiz şəkildə qaldırın.

HUAWEI MateBook D 16 2024 Drag to Connect
HUAWEI MateBook D 16 2024 Drag to Connect HUAWEI MateBook D 16 2024 Drag to Connect
HUAWEI MateBook D 16 2024 Collaboration

Notbuk + Telefon

Notbuk ekranında 3 ədədə qədər tətbiq açın və onlara üfüqi rejimdə, Tətbiq multiplikatorundakı böyükpəncərəli geniş displeydə göz gəzdirin.21

HUAWEI MateBook D 16 2024 Collaboration

Notbuk + Planşet

Notbuk və ya planşetinizi bir cihaz halına gətirin və bənzərsiz "HUAWEI M-Pencil" stilusu ilə növbəti möhtəşəm əsərinizi yaratmağa başlayın.22

HUAWEI MateBook D 16 2024 Collaboration

Notbuk + Monitor

Notbukunuzu monitorda simsiz şəkildə əks etdirmək üçün sürüşdürün, HD görüntü keyfiyyətindən və minimal bulanıqlıqla böyük və aydın ekran görüntüsündən zövq alın.23

HUAWEI MateBook D 16 2024 Collaboration

Notbuk + Baxış

Bir ekranda işləyərkən digər ekranı real vaxt rejimində paylaşmaq və səmərəliliyinizi ən yüksək səviyyəyə qaldırmaq üçün kompüterinizin ekranını "HUAWEI Vision"-a qədər genişləndirin.24

"SuperHub",
Kəsintisiz ötürücülər

İstənilən mətn, şəkil və faylı "SuperHub"-a25 sürüşdürün və onları qoşulu cihazlarınıza çox rahat şəkildə toplu olaraq birləşdirin, ötürün və paylaşın.

Sınaqdan keçirilmiş,
test edilmiş və sübut olunmuş

"HUAWEI MateBook D 16"-nı ciddi keyfiyyət sınağından keçiririk, beləliklə, həyatda məruz qaldığı hər cür çətinliyin öhdəsindən gələ biləcək şəkildə təchiz edildiyindən əmin ola bilərsiniz.

HUAWEI MateBook D 16 2024 Quality Testing
HUAWEI MateBook D 16 2024 Quality Testing

Yüksək temperatur və
yüksək rütubət testi

HUAWEI MateBook D 16 2024 Quality Testing

C tipli portun davamlılığı testi

HUAWEI MateBook D 16 2024 Quality Testing

Barmaq izi düyməsinin davamlılıq testi

HUAWEI MateBook D 16 2024 Quality Testing

Klaviatura ömrü testi

HUAWEI MateBook D 16 2024 Quality Testing

Rəzə ömrü testi

HUAWEI MateBook D 16 2024 Quality Testing

Toxunma paneli ömrü testi

  1. "FullView" displeyi sənayedə geniş şəkildə istifadə olunan termindir və əsasən, dar çərçivələrə və yüksək ekran-korpus nisbətinə malik notbuklara şamil olunur. Displey "TÜV Rheinland Low Blue Light" (Avadanlıq həlləri) sertifikatına malikdir. Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və ondan müalicə məqsədləri üçün istifadə oluna bilməz.
  2. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir. Cihazdan, ekoloji və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. Orijinal məhsula üstünlük verilməlidir.
  3. 13-cü nəsil yüksəkperformanslı "Intel® Core™ i9" prosessoru ən yüksək konfiqurasiyadır. Həmçinin 13-cü nəsil yüksəkperformanslı "Intel® Core™ i7, i5" və yüksəkperformanslı "Intel® Core™ i5" prosessorları da mövcuddur.
  4. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir. 270 m məsafə veb-saytda problemsiz axtarışı təmin edə biləcək açıq və maneəsiz bir mühitdə router və notbuk arasındakı ən uzun məsafədir. Cihazdan, ekoloji və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər.
  5. Nominal dəyər. Həmçinin 56 Vt/s-lıq versiya da mövcuddur.
  6. Ekranın askpekt nisbəti 0,618 qızıl nisbətə yaxındır, bu da onu həm ofis işləri, həm də asudə vaxtlar üçün uyğun edir.
  7. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir. Ölçmələr ümumi ekran ölçüsünə mütənasib olaraq, görüntü sahəsinin ölçüsünə əsaslanır. Orijinal məhsula üstünlük verilməlidir.
  8. 13-cü nəsil "Core™ i5-13500H", " i7-13700H" və "i9-13900H" versiyalarının ekranı "TÜV Rheinland Low Blue Light" (Avadanlıq həlləri) sertifikatına malikdir. 13-cü nəsil "Core™ i5-13420H" və 12-ci nəsil "Core™ i5-12450H" versiyalarının ekranı "TÜV Rheinland Low Blue Light" sertifikatına malikdir.
  9. Tipik dəyər. Həmçinin 45% NTSC rəng qamması versiyası da mövcuddur, faktiki konfiqurasiyaya istinad etməyiniz xahiş olunur.
  10. 56 Vt/s batareya versiyasının çəkisi təxminən 1,68 kq-dır, bu da bəzi əsas 15 düymlük notbukların çəkisinə yaxındır. 70 Vt/s batareya versiyasının çəkisi təxminən 1,72 kq-dır.
  11. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir, performansın artırılması ilə bağlı məlumatlar "HUAWEI MateBook D 16" və "HUAWEI MateBook D 15" ilə müqayisə olunur.
  12. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir, "HUAWEI MateBook D 16"-nın hava axını əvvəlki nəsil cihazlarla müqayisə olunur.
  13. Məlumatlar "Huawei" laboratoriyalarından gəlir və sakit, qapalı mühitlərdə əldə edilir. Ətraf mühitdən, sahə şərtlərindən və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. Orijinal istifadəyə düstünlük verilməlidir.
  14. Yalnız işıqlı klaviaturaya malik bəzi modellər yumşaq enişli dizaynı dəstəkləyir (faktiki təcrübəyə istinad etməyiniz xahiş olunur).
  15. Kamera keçidi PC Manager 13.0.6.380 və ya sonrakı versiyalarla dəstəklənən proqram təminatı funksiyasıdır. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  16. Məlumatlar "Huawei" laboratoriyalarından əldə edilir, "HUAWEI Metaline" antenasına malik "HUAWEI MateBook D 16" və 5 GHz Wi-Fi qoşulu "HUAWEI MateBook D 15" arasındakı müqayisəni əhatə edir. Faktiki təcrübə proqram təminatı versiyasından, istifadə şərtlərindən və ekoloji amillərdən asılı olaraq dəyişə bilər. Orijinal istifadəyə üstünlük verilməlidir.
  17. 65 Vt-lıq enerjiyığma cihazı, "HUAWEI Mate 50" və "HUAWEI P60" seriyaları daxil olmaqla, "SuperCharge" protokolunu dəstəkləyən "Huawei" telefon modellərinə uyğundur. Dəstəklənən telefon modelləri barədə ətraflı məlumat əldə etmək üçün yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  18. Bu funksiyanı yalnız 3,5 mm simli mikrofona malik qulaqlıqlar, bəzi "Huawei" simsiz qulaqlıqları və PC Manager 13.0.3.360 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları dəstəkləyir. Qulaqlıq modelindən, istifadə vərdişlərindən, istifadə şərtlərindən və digər amillərdən asılı olaraq, faktiki təcrübə bir qədər dəyişə bilər.
  19. Yalnız PC Menecer 13.0.1 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları bu funksiyanı dəstəkləyir. Bu funksiya, defolt olaraq qeyri-aktivdir. Onu İdarəetmə panelində aktivləşdirməlisiniz.
  20. Yalnız bəzi "Huawei" mobil telefonları, planşetləri, monitorları, "HUAWEI Vision" cihazları, qulaqlıqları və PC Manager 13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  21. Yalnız bəzi "Huawei" mobil telefonları və PC Manager 13.0.3.390 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları müəyyən mobil tətbiqlərdə bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  22. Yalnız bəzi "Huawei" planşetləri və PC Manager 13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  23. Yalnız bəzi "Huawei" monitorları və PC Manager13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları bu funksiyanı dəstəkləyir. Bu funksiyanı dəstəkləyən ilk monitor toplusu "HUAWEI MateView Wireless (HSN-CBA)" monitorları olmuşdur. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  24. Yalnız bəzi "Huawei Vision" cihazları və PC Manager 13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi "Huawei" notbukları bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  25. Yalnız PC Manager 13.0.3.320 və ya sonrakı versiyalara malik bəzi "Huawei" fərdi kompüterləri, bəzi "Huawei" telefonları və planşetləri bu funksiyanı dəstəkləyir. Dəstəklənən cihazlar və dəstək planları barədə ətraflı məlumat əldə etmək üçün rəsmi buraxılışa baxın. Bu funksiyadan istifadə etmək üçün telefon, planşet və ya fərdi kompüterinizdə eyni "HUAWEI" identifikasiya nömrəsinə daxil olmalı, Bluetooth və Wi-Fi-yı aktivləşdirməlisiniz. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı bir sualınız varsa, yerli "Huawei" müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et