HUAWEI MateBook X Pro Core Ultra Premium Edition

HUAWEI MateBook X Pro KV

Gözəllik yarat

980 q ultrayüngül1  |  Çevik OLED displeyi2  |  Intel® Core™ Ultra 9 prosessor3

Görə biləcəyiniz ən yüngül HUAWEI MateBook X Pro nu kəşf edin.
İldırım kimi sürəti performans,
istiliyin müstəsna idarə olunması,
və şövqə gətirən dizaynı sınayın —
bütün bunlar düz əlinizin altındadır!

HUAWEI MateBook X Pro Selling Points

Ultrayüngül1

980 q

HUAWEI MateBook X Pro Selling Points

Çevik OLED displeyi2

HUAWEI MateBook X Pro Selling Points

Intel® Core™ Ultra 9 prosessor3

HUAWEI MateBook X Pro Selling Points

Supercihaz4

Superturbo

HUAWEI MateBook X Pro Selling Points
Yüksək sürət
HUAWEI MateBook X Pro Selling Points

Ağıllı konfrans

Zərifliyin yeni etalonu

Yüngülçəkili möcüzə

HUAWEI MateBook X Pro ID

980 q

Ultrayüngül1

13,5 mm

Ultranazik6

Kənarlar boyunca 18° bucaq altında əyilmələr5 sayəsində MateBook X Pro nun Skyline dizaynı innovativ dizayn yanaşması təklif edir. Onu tək əllə tutmaq ona məftun olmaq qədər, onu əlavə səyə ehtiyac duymadan saxlamaq isə ona baxmaq qədər asandır!

Videoçarxı izlə Videoçarxı izlə

Dərini qıcıqlandırmayan metal korpus və unikal mat örtük xoş toxunuş verir.

Az ilə daha çoxunu etmək üçün hazırlanıb

HUAWEI MateBook X Pro Architecture

13%

daha yüngül platalar7

58%

daha yüksəkperformanslı məhsuldarlıq təminatı8

17%

daha böyük batareya həcmi9

HUAWEI Cloud Falcon arxitekturası, ultrayüngül və möhkəm alüminiumla təchiz edilmiş qabaqcıl modulyar PCB dizaynı sayəsində bu notbuk daha yüngül və tutduğu yer baxımdan daha səmərəlidir. Zərafətlə işlənmiş rəvan dizayn böyük pərlər və dinamiklər, həmçinin 70 Vt/s iritutumlu batareyanı özündə ehtiva edir.9

Dayanıqlı performans

Intel® Core™ Ultra 9 prosessoru

HUAWEI MateBook X Pro Core

Intel® Core™ Ultra 9 prosessoru və Intel® Arc™ qrafikası sayəsində bu eleqant notbuk 32 GB yaddaş və çətin tapşırıqların intensiv həllinə imkan verən 2 TB həcmində SSD10 ilə təchiz edilib. 40 Vt TDP11 məhsuldarlığı ilə ehtiyaclarınıza cavab verən performans əldə edə bilərsiniz.

Termal enerjinin çıxarılması dəyəri12

Yeni HUAWEI MateBook X Pro

01234567890
01234567890
%

HUAWEI MateBook X Pro 2023 Premium Edition (müqayisə)

Mümkün olduğu qədər sərin

MateBook X Pro nun HUAWEI Shark Fin istilikyayma sisteminin imkanları hətta işinizin ən çox olduğu vaxtda belə, əməliyyatların həddən artıq sərin şəraitdə icra edilməsi üçün gücləndirici pərlər, iki hava çıxışı ventilyatoru və dörd hava qəbulu ventilyatoru ilə təchiz edilmiş 3D hava ventilyasiyası qurğusu sayəsində artırılıb.

50%

daha yüksək külək təzyiqi13

22%

daha yüksək ümumi hava axını13

19%

daha aşağı axın müqaviməti13

Hüdudları sürətlə aşın

40 Vt TDP⁠11 və Super Turbo sayəsində məhsuldarlığınızı artırın, çətin tapşırıqların öhdəsindən kiçik səylə gəlmək üçün süni intellekt əsasında təmin edilmiş fasiləsiz resurs ayrılmasından faydalanın.

4K video ixracı sürəti14

 1
012345678901
01234567890
%

4K video renderi sürəti14

01234567890
01234567890
%

Böyük proqram təminatı tərtibatı səmərəliliyi14

01234567890
01234567890
%

HUAWEI MateBook X Pro 2023 Premium Edition (müqayisə)

Sensorlu OLED displeyi

Ölçüyəgəlməz bacarıq

HUAWEI MateBook X Pro Display

93% ekran-korpus nisbəti15 və HUAWEI X True™ displey texnologiyası (hər ikisi birbaşa immersiv baxış üçün əksetdirməni 70%16 azaldan əksetdirmə əleyhinə örtüklə gücləndirilmişdir) ilə təchiz edilmiş 14,2 düymlük çevik OLED real rəng displeyi2 ilə vizual effektlərin gələcəyini sınayın. TÜV Rheinland Eye Comfort 3.0 Sertifikatı sayəsində17 gözlərinizi qıcıqlandırmayan istifadə təmin edir.

HUAWEI MateBook X Pro Reality

3120 × 2080

Görüntü imkanı18

Əsl 10-bit

Rəng dərinliyi19

ΔE < 1

Adobe RGB/P3/sRGB20

1,000,000:1

Kontrast21

120 Hz

Yenilənmə tezliyi22

1000 nit

Maksimum parlaqlıq23

Daha ağıllı displey

Yeni OLED displey genişləndirmə alqoritmi sizi canlı rənglər dünyası və realistik detallara qərq edərək alt qatdan gələn ekran siqnalını optimallaşdırır.

Kəskin kontrast

Rahat oxumaq üçün aydın ağ-qara mətndən zövq alın.

Ağıllı yenilənmə tezliyi

Dinamik, avtomatik tənzimlənən yenilənmə tezlikləri sayəsində24 performansda güzəştə getmədən enerjiyə qənaət edin.

Canlı rənglər

10 bit rəng dərinliyi19 ilə gücləndirilmiş zəngin vizual dünyaya qərq olun.

Göz yormayan tündləşmə

1440 Hz yüksəktezlikli PWM tündləşdirməsi⁠25 sayəsində gözləriniz hətta tünd və qaranlıq mühitlərdə belə, layiq olduğu rahatlığa qovuşur.

Məhsuldarlıq yoldaşları

Supercihaz4

Geniş notbuk ekranında üçə qədər telefon tətbiqini açın. Üfüqi rejimdə və Tətbiq multiplikatorunda böyükpəncərəli geniş displeydə maneəsiz şəkildə göz gəzdirin. Tapşırıqlarınızı nəzərdən keçirərkən ekranları dəyişmək üçün hətta notbukunuzun ekranını genişləndirə və ya onu planşetin ekranında paylaşa bilərsiniz.

SuperHub26

Hər şeyi bir anda sizin üçün əlçatan edən əlavəsiz keçiddən zövq alın. Şəkil, mətn və digər faylları sürüşdürün və telefonunuzdan SuperHub a köçürün, daha sonra isə onları notbukunuza qruplar halında maneəsiz şəkildə ötürün.

Ən yaxşı görünüşünüzü önə çıxarır

FollowCam, Eye Contact (Göz təması), Virtual Background (Virtual fon) və Beauty (Gözəllik) kimi funksiyalar arasından seçilmiş, fərdiliyi təkmilləşdirən və məxfiliyi qoruyan videozəng funksiyaları sayəsində 1080P AI kamerası hər zaman sizinlə olacaq.27

Gözəllik

Şarmınızı ortaya çıxarır

FollowCam

Danışan şəxsin üzərində avtofokus edir

Göz təması

Videozənglər zamanı təbii göz təması təmin edir

Virtual fon

Fonun sərbəst şəkildə dəyişməsinə imkan verir

Zənginləşən təcrübələr

HUAWEI MateBook X Pro Super Charge

90 Vt
SuperCharge Turbo

70 Vt/saat həcmində batareyanın üstünlükləri sayəsində 10 dəqiqəlik enerjiyükləmə ilə28 ofisdə 2 saatlıq istifadə təmin edir.

HUAWEI MateBook X Pro Free Touch

HUAWEI Free Touch

İndi təzyiq və taktik hissiyyata qarşı həssas, təkmilləşdirilmiş komponentlər sayəsində Free Touch funksiyamız ilə qarşılıqlı əlaqənin yeni mərhələsini sınayın. O, yüksək reaksiya, daha rahat toxunma və səmərəli əməliyyat təmin etmək üçün hazırlanıb.

HUAWEI MateBook X Pro Free Touch

Burulan cərəyan sensoru

HUAWEI MateBook X Pro Free Touch

X-oxlu xətti motor

HUAWEI MateBook X Pro Free Touch

8 intuitiv jest⁠29

HUAWEI MateBook X Pro Sound

HUAWEI SOUND 4 mikrofon

5 metr, 360° səs qəbulu⁠,⁠30 sayəsində istər qonaq otağında, istərsə də konfrans zalında səsiniz həmişə eşidiləcək.

HUAWEI MateBook X Pro Sound

HUAWEI SOUND
6 səsgücləndirici

Smart Audio Mixer texnologiyası hər zaman zəngin və teksturalı dinləmə təmin etmək üçün vokal səslərini, instrumental ifaları və məkan səslərini ayırır, tənzimləyir. Bölücü-tezlikli səsucaldan qurğusu bu səsləri yüksək ton və güclü bas sayəsində yeni səviyyəyə qaldırır.

HUAWEI MateBook X Pro HUAWEI Metaline Antenna

3D Metaline antenası

Yenilikçi notbuk antenası şəbəkəsi sayəsində təmin edilən 360° siqnal qəbulu31 və 330 metrə⁠,⁠32 qədər ötürmə diapazonundan zövq alın.

  1. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki çəki məhsul spesifikasiyaları, istehsal prosesləri və ölçmə üsullarından asılı olaraq dəyişə bilər.
  2. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Məhsulun ekranı orta dəyəri ΔE < 1 olan Adobe RGB və P3 rəng qammasını dəstəkləyir və zavod parametri ilə müəyyənləşdirilmiş rəng kalibrasiyası faktiki rəng mənbəyini dəqiqliklə bərpa edir. Standart düzbucaqlı kimi nəzərə alındıqda ekranın diaqonal ölçüsü 14,2 düymdür. Dəyirmi künclərin mövcudluğu səbəbilə faktiki displey sahəsi qeyd edilən göstəricidən daha kiçik ola bilər.
  3. Intel® Core™ Ultra 9 185H və Ultra 7 155H prosessorları mövcuddur. Faktiki konfiqurasiyaya üstünlük verilməlidir.
  4. Yalnız bəzi Huawei mobil telefonları, planşetləri, monitorları, qulaqlıqları və PC Menecer 13.0.2.300 və ya daha sonrakı versiyalara malik bəzi Huawei notbukları bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı sualınız varsa, yerli Huawei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  5. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Konfiqurasiya, istehsal prosesi və ölçmə üsulu nəzərə alındıqda, faktiki məhsula üstünlük verilməlidir.
  6. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Qalınlıq ölçüsünə rezin altlıqlar daxil deyil, o, ön kənar çıxıntısı boyunca rezin altlığın mərkəzindən ölçülür. Faktiki qalınlıq məhsul konfiqurasiyası, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq dəyişə bilər.
  7. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir.
  8. Performans məhsuldarlığı sıxlığı maksimum TDP məhsuldarlığının ümumi PCB həcmi və istilik yayılmasına bölünməsi ilə hesablanır. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir.
  9. Nominal tutum 70 Vt/saatdır. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir.
  10. Intel® Core™ Ultra 9 185H və Ultra 7 155H prosessorları mövcuddur. Mövcud yaddaş seçimlərinə 32 GB və 16 GB daxildir, SSD-lər isə 2 TB və 1 TB tutumla təqdim edilir. Faktiki konfiqurasiyaya üstünlük verilməlidir.
  11. Maksimum 40 Vt TD məhsuldarlığı ilə performans rejimi standart qaydada aktiv edilir. Performans rejimini, faktiki ehtiyacdan asılı olaraq, aktiv və deaktiv etdiyinizə əmin olun.
  12. Məhsulun standart TDP məhsuldarlığını göstərir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir.
  13. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir.
  14. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI MateBook X Pro 2023 Premium Edition ilə müqayisəni əhatə edir. İstifadə vərdişləri, ətraf mühit, tətbiqlər və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  15. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ölçmə ekran ölçüsünə mütənasib olaraq, görüntü sahəsinin ölçüsünə əsaslanır. Orijinal məhsula üstünlük verilməlidir.
  16. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və maqnitli idarə edilən nanooptik qat olmadan ekranın əksetdirmə məlumatlarını müqayisə edir.
  17. TÜV Rheinland Eye Comfort Sertifikatı notbuklar üçün ən hərtərəfli və sistemli göz yormayan sertifikasiya standartı hesab edilir. O, piksel sıxlığı, rəng dəqiqliyi, rəng qamması, parlaqlıq, rəng eyniliyi, mülayim işığın idarə olunması (parlaqlıq və rəng temperaturunun, əksetdirmə qabiliyyətinin avtomatik tənzimlənməsi), aşağısəviyyəli mavi işıq və titrəyişsiz təsvir nöqteyi-nəzərindən displey effektləri üçün yüksək standartlar təmin edir. Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və ondan müalicə məqsədləri üçün istifadə oluna bilməz.
  18. 3,1K görüntü imkanı 3120 × 2080 deməkdir.
  19. Əsl 10 bit rəng dərinliyinə yalnız HDR rejimində və 10 bit məzmun göstərildikdə nail olmaq mümkündür.
  20. ΔE < 1 təmin edilməzdən əvvəl orta rəng dəqiqliyi üçün tipik dəyərdir. Verilənlər Huavei laboratoriyalarından əldə edilir. Ekrandan istifadə müddəti, sınaq alətləri və digər amillərdən asılı olaraq, rəng dəqiqliyi bir qədər fərqlilik göstərə bilər. Faktiki istifadə təcrübəsinə üstünlük verilməlidir.
  21. Tipik dəyər. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir.
  22. Yenilənmə tezliyi üzrə müəyyənləşdirilmiş zavod parametri 60 Hz-dir və bu, 120 Hz-ə qədər dəyişdirilə bilər. Yenilənmə tezliyi tətbiq interfeysindən asılı olaraq dəyişə bilər. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  23. Tipik dəyər. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Buna yalnız HDR rejimi aktiv edildikdə və HDR məzmunu göstərildikdə nail olmaq mümkündür. Faktiki istifadəyə üstünlük verilməlidir.
  24. Ekranın yenilənmə tezliyi Ağıllı rejimdə quraşdırılmalıdır. Bu, Fn+R düymələrinin sıxılması ilə avtomatik tənzimlənə bilər. Ekranın yenilənmə tezliyi, tətbiqdən asılı olaraq, müxtəliflik göstərə bilər.
  25. Ekranda azişıqlı ssenarilərdə işə düşən 1440 Hz yüksəktezlikli PWM tündləşdirməsi dəstəklənir. Faktiki təcrübəyə üstünlük verilməlidir. Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və ondan müalicə məqsədləri üçün istifadə oluna bilməz.
  26. Yalnız PC Menecer 13.0.3.390 və ya sonrakı versiyalara malik bəzi Huawei notbukları, bəzi Huawei telefonları və Huawei planşetləri bu funksiyanı dəstəkləyir. Bu funksiyadan istifadə etmək üçün telefon, planşet və ya fərdi kompüterinizdə eyni HUAWEI identifikasiya nömrəsinə daxil olmalı, Bluetooth və Wi-Fi aktivləşdirməlisiniz. Yalnız bəzi tətbiq və fayllar bu funksiyanı dəstəkləyir. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı sualınız varsa, yerli Huawei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  27. Yalnız PC Menecer 13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi Huawei notbukları bu funksiyanı dəstəkləyir. İstifadə vərdişlərindən, tətbiqlərdən və ətraf mühitdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. *Faktiki təcrübəyə istinad etməyiniz xahiş olunur. Ümumi təcrübə, istifadə məhdudiyyətləri və ya bu funksiyanı dəstəkləyən modellərlə bağlı hər hansı sualınız varsa, yerli Huavei müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  28. Məlumatlar PCMark 10 Modern Office dən və 5% batareya səviyyəsində 10 dəqiqə ərzində orijinal 90 Vt enerjiyığma cihazı vasitəsilə yuxu rejimində, SuperCharge Turbo rejimi aktiv edilərək enerji doldurulmuş cihazdan istifadə edilməklə Huawei laboratoriyaları testlərindən əldə edilir. Faktiki performans fərdi cihaz, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
  29. Yalnız PC Menecer 13.0.2.300 və ya sonrakı versiyalara malik bəzi Huawei notbukları bu funksiyanı dəstəkləyir. Bu funksiya standart olaraq deaktivdir və PC Menecerdə aktivləşdirilməlidir. İstifadə vərdişləri, ətraf mühit, tətbiqlər və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  30. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Məlumatlar sakit, qapalı mühitdə əldə edilib. Ətraf mühitdən, ərazi şərtlərindən və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər. *Faktiki istifadəyə istinad etməyiniz xahiş olunur.
  31. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. 170 m məsafə ruter və notbuk arasında dəstəklənən maksimum məsafədir. Bu halda, notbuk 5 GHz Wi-Fi qoşulmuş və 360° fırlanan, sürəti tənzimlənən löhvə üzərində, açıq, maneəsiz mühitdə yerləşdirilir, burada host vasitəsilə ekran paylaşıldıqda 1080P video qəbulunu rəvan şəkildə təmin etmək mümkün olur. Cihazdan, ətraf mühit və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər.
  32. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ruter və açıq, maneəsiz mühitdə 5 GHz Wi-Fi qoşulmuş notbuk arasında ən uzun məsafə 330 m-dir. Bu halda, aydın şəkildə 1080P onlayn video göstərilməsi təmin edilə bilər. Cihazdan, ekoloji və digər amillərdən asılı olaraq, faktiki istifadə bir qədər dəyişə bilər.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et