HUAWEI nova Y72S

HUAWEI nova Y72S's special angle image, showing the front and rear views

6000 mAh superbatareya1 | X düyməsi, tətbiqlərə asan giriş2 | 6,75" göz yormayan AOD displeyi3

HUAWEI nova Y72s appgallery

Sevmək üçün səbəblər

6000 mAh superbatareya1

X düyməsi, tətbiqlərə asan giriş2

Fasiləsiz AI Life

6,75" göz yormayan AOD displeyi3

Aşağısəviyyəli mavi işıq
Titrəyişsiz

50 MP Sİ ikili kamera5

256 GB geniş yaddaş4

Ulduz kimi
bərq vurun

İkonik Ulduzlu halqa dizaynı detallarda diqqətlə balanslaşdırılıb və estetikanın yeni formasını nümayiş etdirir.
Dərini qıcıqlandırmayan mat korpus xəfif parıltı yayır və əldə tutulması olduqca rahatdır.

The female model is holding a blue HUAWEI nova Y72S
The male model is holding a black HUAWEI nova Y72S
  • Mavi
  • Qara
  • İlk qar əriməsi qədər təravətli.
  • Kainatın dərinliyini hiss edin.

Həftədə
iki dəfə enerjiyığma

Bu telefon iki dəfə enerjiyığma ilə bir həftəyə qədər işləyə bilən, görülməmiş 6000 mAh iritutumlu batareyaya1 malikdir.6 22,5 Vt HUAWEI SuperCharge7 sayəsində telefonunuzun ildırım sürəti ilə enerji yığmasını təmin edin. Bu zaman enerjiyığma prosesində 20 qat qoruma8 gecə saatlarında enerjiyığmaya ağıllı nəzarəti həyata keçirəcək, beləliklə, cihazınızın təhlükəsiz şəraitdə olduğunu bilərək rahat yata bilərsiniz.

Charging screen on HUAWEI nova Y72S

X düyməsi,
bir addım irəlidə

Ən çox istifadə etdiyiniz tətbiqlərə sürətli daxil olmaq üçün X düyməsini sıxın. Həmçinin düyməni iki dəfə və ya uzunmüddətli sıxaraq ödəniş kodlarına,9
tətbiq və xidmətlərə asanlıqla daxil ola bilərsiniz.2

Tool screen on HUAWEI nova Y72S Tool screen on HUAWEI nova Y72S
Tool screen on HUAWEI nova Y72S
Calling screen on HUAWEI nova Y72S Calling screen on HUAWEI nova Y72S
Calling screen on HUAWEI nova Y72S

Alətlər

Zəng10

*Şəkillər yalnız istinad üçündür. Faktiki interfeys və istifadə şəraiti üstünlüyə malik olacaq.

Daha çox görün,
daha az filtrlənin

6,75 düymlük3 bu geniş və yenilənmiş ekran sayəsində möcüzələr dünyasına qərq olun və parlaqlığı 1,8-ə qədər aşağı göstəriciyə endirərək hətta gecə belə, göz yormayan görüntüdən zövq alın. Göz yormayan displey3 və eBook rejimləri uzunmüddətli istifadədən sonra sizi gözünüzdəki yorğunluqdan xilas edir. Həmişə aktiv displey (AOD) bir göz qırpımında məlumat almağınızı təmin edir.

HUAWEI nova Y72S displaying a landscape image, demonstrating the 6.75'' AOD Eye Comfort Display HUAWEI nova Y72S displaying a landscape image, demonstrating the 6.75'' AOD Eye Comfort Display

Aşağısəviyyəli mavi işıq

SGS Sertifikatlı

Titrəyişsiz

SGS Sertifikatlı

AOD

Həmişə aktiv displey

90 Hz

Yenilənmə tezliyi11

Təkmilləşən səs

Konserti evinizə gətirin və 86 dB-ə qədər səsucaldan həcmi sayəsində könülləri riqqətə gətirən səsdən zövq alın.12

HUAWEI nova Y72S displaying a concert image, demonstrating good audio quality
HUAWEI nova Y72S displaying a concert image, demonstrating good audio quality

Bir addımda
barmaq izi qeydiyyatı

Bircə toxunuşda barmaq izinizi aktivləşdirmək üçün Power (söndürüb-yandırma) düyməsini sıxın və barmağınızı onun üzərində hərəkət etdirin.

5%

daha sürətli kiliddən çıxarma13

85%

daha sürətli qeydiyyat13

Side view of HUAWEI nova Y72S, displaying the fingerprint enrollment screen

50 MP yüksək görüntü keyfiyyətli
fotoqrafiya

Makrokamera 4 sm makroçəkiliş14

Yüksək görüntü keyfiyyətli əsas kamera 50 MP15 4-ü 1-də piksellərin birləşməsi
F1.8 geniş apertur

Ön kamera 8 MP F2.0 apertur

Front and rear views of HUAWEI nova Y72S, demonstrating camera details

Daha yüksəksəviyyəli aydınlıqda
hər detalı görün

A photo sample, demonstrating the 50 MP main camera of HUAWEI nova Y72S
A photo sample, demonstrating stunning night shots of HUAWEI nova Y72S
A photo sample, demonstrating AI Snapshot of HUAWEI nova Y72S
A photo sample, demonstrating scenery photography of HUAWEI nova Y72S
A photo sample, demonstrating macro photography of HUAWEI nova Y72S

50 MP fotoqrafiya

Fotoşəkillərinizi inanılmaz detallarla canlandırın.

Gecə çəkilişləri

Hətta zəif işıqda belə, möhtəşəm kontrast və detalları hiss edin.

Sİ ilə şəkilçəkmə

Heç bir anı əldən buraxmadan hərəkətdə olan həyatı çəkin.

Mənzərə

Dünyanı büllur kimi aydın detallar və şövqə gətirən rənglərlə görün.

Makro

İnanılmaz dərəcədə yaxınlaşdırın və yeni miniatür dünyanı kəşf edin.

Çəkin və parıldayın

Daxili gözəlliyi hiss edin, təbii görünüşlü dəri və işıq saçan füsunkar portretlər əldə edin.

A photo sample, demonstrating front camera HDR selfies of HUAWEI nova Y72S

Beauty (Gözəllik) selfi

A photo sample, demonstrating front camera Beauty selfies of HUAWEI nova Y72S

HDR selfi

Daha çox xatirə üçün
daha çox yer

Sevimli foto və tətbiqlərinizə yer açan geniş yaddaş sayəsində rəqəmsal dünyanın imkanlarından zövq alın.

Multiple portrait photos stored in HUAWEI nova Y72S, demonstrating large storage

Şəxsi
Həyat assistentiniz

Canlı baxış16

Böyük və kiçik pəncərələr arasında fasiləsiz keçid edən Canlı baxış sayəsində ən son servis yeniliklərindən xəbərdar olun və birbaşa giriş əldə edin.

Live view screen on HUAWEI nova Y72S

Bildiriş paneli16

Ən çox istifadə etdiyiniz tətbiq və xidmətləri prioritetləşdirən, bildiriş kartlarınızı nizamlayan aydın sxem sayəsində hər şeydən xəbərdar olun.

Recording screen on HUAWEI nova Y72S

Tam
sakitlik

Yaşlılar üçün rejim16

Hər yaşda istifadəçinin rahatlıqla nəzərdən keçirməsini təmin etmək üçün diqqətlə hazırlanmış altı displey ölçüsü arasından birini seçin. Zərərli məzmun və zənglərə qarşı əlavə müdafiə səviyyəsi üçün Gücləndirilmiş mühafizəni aktivləşdirin.

Məxfilik mərkəzi16

İntiutiv nəzarət paneli sayəsində tətbiqlərin şəxsi məlumatlarına hansı tezliklərlə daxil olduğuna baxın və sistem səviyyəsində təhlükəsizlik yoxlanışları sayəsində riskli tətbiq davranışlarından xilas olun.

Təhlükəsizlik mərkəzi16

Cihazın qorunması funksiyası aktivləşdirildiyi halda, cihazınız zərərli tətbiqləri aşkarlamaq və onların qarşısını almaq məqsədilə təhlükəsizlik riskləri, virus və spamlarla bağlı yoxlanış aparacaq. Təhlükəsizliyinizin həmişə yüksək səviyyədə olduğunu bilərək əminliklə istirahət edə bilərsiniz.

  1. Tipik batareya tutumu 6000 mAh təşkil edir. Nominal batareya tutumu 5900 mAh təşkil edir. Batareya çıxarılabilən deyil. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir.
  2. Parametrləri tənzimləyə və tez-tez istifadə edilən tətbiqlərə giriş əldə etmək üçün X düyməsinin iki dəfə və ya uzunmüddətli sıxılmasını seçə bilərsiniz.
  3. Standart düzbucaqlı kimi nəzərə alındıqda ekranın diaqonal ölçüsü 6,75 düymdür. Dəyirmi künclərin mövcudluğu səbəbilə faktiki displey sahəsi qeyd edilən göstəricidən daha kiçik ola bilər. Telefon tibbi avadanlıq deyil və müalicə üçün istifadə edilə bilməz. HUAWEI nova Y72S telefonu SGS Low Blue Light və SGS Flicker-Free sertifikatlarını əldə edib.
  4. Həmçinin 128 GB-lıq versiya da mövcuddur. Əvvəlcədən quraşdırılmış proqram təminatı və sistem yaddaşda müəyyən qədər yer tutduğundan mövcud müvəqqəti yaddaş tutumu qeyd olunan dəyərdən aşağı olacaq.
  5. Əsas arxa kameranın maksimum potensialı 50 MP-dir və yalnız HIGH-RES rejimində əldə edilə bilər. Makroobyektiv 2 MP görüntü keyfiyyətini dəstəkləyir. Faktiki nəticə effektləri fərqli ola bilər.
  6. Məlumatlar batareyanın xüsusi test şəraitində 3%-dən 100%-ə qədər enerji yığdığı Huawei laboratoriyalarından əldə edilir. Faktiki performans cihazdan, istifadə vərdişlərindən və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
  7. 22,5 Vt maskimum naqilli enerjiyığma gücüdür və buna yalnız rəsmi HUAWEI SuperCharge enerjiyığma cihazından və kabeldən istifadə etdikdə çatmaq mümkündür. Faktiki enerjiyığma gücü ssenaridən asılı olaraq dəyişə bilər.
  8. 20 qat qoruma sürətli enerjiyığma zamanı qoruma və USB portunun qorunmasını ehtiva edir.
  9. Bu funksiya yalnız müəyyən ödəniş tətbiqlərində dəstəklənir. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  10. Bu funksiyadan istifadə etməzdən əvvəl xüsusi kontaktı əsas ekranda qısayol kimi əlavə etməlisiniz.
  11. Maksimum 90 Hz ekran yenilənmə tezliyini dəstəkləyir. Ekranın yenilənmə tezliyi konkret tətbiq və ya oyundan asılı olaraq dəyişə bilər.
  12. Maksimum səsucaldan həcmi 86 dB-dir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir.
  13. Məlumatlar Huawei laboratoriyalarından və HUAWEI nova Y seriyalı telefonların əvvəlki nəslindəki barmaq izi qeydiyyatı üsulunun müqayisəsi əsasında əldə edilir. Orijinal məhsula üstünlük verilməlidir.
  14. 2 MP makrokamera, ən azı, 4 sm uzaqdan makrofotoqrafiyanı dəstəkləyir.
  15. Əsas arxa kamera HIGH-RES rejimini tələb edən maksimum 50 MP-i dəstəkləyir. Nəticələr fərqli ola bilər.
  16. Şəkillər yalnız istinad üçündür. Tətbiq dəstəyi statusu və istifadəçi interfeysi üçün faktiki məhsula müraciət edin.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et