HUAWEI nova 10 SE

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI nova 10 SE
HUAWEI nova 10 SE
İlham al, innovativ ol

108 MP Yüksək əksetmə qabiliyyətli Portret Kamerası1
66 W HUAWEI SuperCharge2
4500 mAh böyük batareya3

Əsas xüsusiyyətlər
HUAWEI nova 10 SE product highlights

Star Orbit Ring dizaynı

HUAWEI nova 10 SE product highlights

108 MP Yüksək əksetmə qabiliyyətli
Portret Kamerası1

HUAWEI nova 10 SE product highlights

6,67 düymlük OLED
HUAWEI Tam görüntülü Ekran4

HUAWEI nova 10 SE product highlights

Yüngül və İncə Dizayn

HUAWEI nova 10 SE product highlights HUAWEI nova 10 SE product highlights

böyük batareya3

HUAWEI nova 10 SE product highlights HUAWEI nova 10 SE product highlights

HUAWEI SuperCharge2

DİZAYN

İlk baxışdan

cəlb edən

Star Orbit Ring dizaynı ilə valehedici gözəllik

İşığı altında parıldayan ənənəvi parlaq Star Orbit Ring kamera dizaynını önə çıxarır. Onun yaxşı cilalanmış linzası bütün əzəməti ilə kosmosa nəzər salmağa imkan verir.

HUAWEI nova 10 SE Star Orbit Ring
Üç gözqamaşdıran rəng

Starry Flash Craft bütün seriyanın arxa örtüklərini kristal kimi təmiz mat effekti ilə parlaq və hamar etmək üçün heyranedici görüntü və hissiyyat yaradır.

HUAWEI nova 10 SE colors
Ulduzlu gümüşü:

Gümüş və qızılın bu vəhdəti bizi texnologiyanın sənətlə birləşdiyi uzaq gələcəyə aparır.

HUAWEI nova 10 SE colors
Nanə yaşılı:

Parıltılı zərif yaşıl təbəqə gəncliyin hüdudsuz enerjisini nümayiş etdirir.

HUAWEI nova 10 SE colors
Ulduzlu qara:

Qara və qızılı rəng sirləri ortaya çıxarmaq və yeni valehedici mənbələr yaratmaq üçün bir araya gəlir.

Əldə rahatlıqla tutulan

HUAWEI nova 10 SE böyük batareya və ekranı incə formasına sığışdırır. Cəmi 7,39 mm qalınlığındakı5 korpusu ilə o, asanlıqla cibinizə və ovucunuza sığışacaq.

Zəriflik

7.39 mm

HUAWEI nova 10 SE lightweight thin design
HUAWEI nova 10 SE lightweight thin design
HUAWEI nova 10 SE lightweight thin design
HUAWEI nova 10 SE OLED display
HUAWEI nova 10 SE OLED display
Canlı OLED ekran

6,67 düymlük OLED HUAWEI tam görüntülü ekran4 inanılmaz görüntü imkanı və rənglər ortaya çıxarır. Buna baxmayaraq, 91,85% ekran-gövdə nisbəti6 olan immersiv ekran enerjiyə daha çox qənaət edir. 270 Hz toxunuş tezliyi7 ilə uyğunlaşan 90 Hz yeniləmə tezliyi7 daha hamar görüntü təqdim edir. P3 rəng gamutu sayəsində o, bütün məzmunun real həyatdakı kimi görünməsini təmin edir.

Düz kənarlı ekran sayəsində daha immersiv görüntü

Telefon üç tərəfdən ultra-nazik çərçivə ilə görünüşü genişləndirən yastı kənarlı ekrana malikdir. Sadə xətlər və konturlar eleqant görünüş verir.

HUAWEI nova 10 SE flat-edge screen
Fərdiləşdirilə bilən həmişə aktiv ekran

Ekranı söndürdükdə sizə vaxt, batareya və digər əsas məlumatları göstərəcək həmişə aktiv ekran mövzusunu seçmək və ya yaratmaqla ekranınızı fərdiləşdirin.

KAMERA

108 MP

Yüksək əksetmə qabiliyyətli Portret Kamerası1
gözəllikləri bütün ekranda əks etdirir.

Yüksək əksetmə qabiliyyətli
əsas kamera

108 MP

Ultra geniş dərinlik kamerası

8 MP

Makro kamera

2 MP

Təkmilləşdirilmiş 108 MP kamera sistemi
sizə yeni səviyyədə imkanlar təqdim edir.

HUAWEI nova 10 SE raw domain fusion algorithm

RAW domenində çox çərçivəli birləşmə alqoritmi:

Piksel səviyyəli təsvirin işlənməsi alqoritmi və çox çərçivəli sintez texnologiyası ilə təsvirin keyfiyyətini artırır və bütün ekranda səs-küyü azaldır. Qaranlıq və ya arxadan işıqlandırma kimi müxtəlif işıqlı mühitləri avtomatik olaraq müvafiq alqoritmlə uyğunlaşdıraraq hər bir portretin və snapshot-un işıq saçmasını təmin edir.

9-u 1-də Piksel birləşdirmə:

Daha aydın və ya qaranlıq mühitlərin, saçın, dəri rənginin və digər incə detalların daha ətraflı təsviri üçün dinamik işıqlandırma diapazonunu genişləndirir.

f/1.9 diafraqma:

Canlı arxa fon bulanıqlığını tətbiq etmək üçün daxil olan işığın miqdarını və sahə dərinliyini artırmaqla diqqəti əsas xarakterə yönəldir.
HUAWEI nova 10 SE 108MP high-res portrait

Yüksək əksetmə qabiliyyətli portret: 108 MP əsas kamera telefonu üstün əksetmə qabiliyyəti və fotohəssaslıq xüsusiyyətləri ilə xüsusən parlaq mühitlərdə əvvəllər gözdən yayınan detalları ortaya çıxarır.

HUAWEI nova 10 SE HDR portrait

HDR Portret: Arxadakı əlavə parıltının qarşısını almaq və üzünüzü aydın göstərmək məqsədilə kontrastları artırmaq üçün arxa fondakı işıqlı səhnələri avtomatik tanıyır.

HUAWEI nova 10 SE night portrait

Gecə portret: Çox çərçivəli səs-küyü aradan qaldıran alqoritm səs-küyü azaltmaqla və aydınlığı artırmaqla yanaşı, bütün təsviri parlaqlaşdırır.

Bir toxunuşla
mükəmməl foto çəkiliş
HUAWEI nova 10 SE AI Snapshot

AI Snapshot: Dəyərli anları
qaçırmadan əbədiləşdirin.

HUAWEI nova 10 SE selfie

Selfie: Ən uyğun kadrı qeydə alır.

HUAWEI nova 10 SE ultra wide angle shot

Ultra Geniş Bucaqlı Çəkiliş: Çərçivəyə daha çox şey
yerləşdirə bilmək üçün daha da irəli gedin.

HUAWEI nova 10 SE bokeh portrait

Bokeh portret: Diqqəti əsas məqamlara
cəmləşdirmək üçün arxa fonu bulanıqlaşdırır.

Asanlıqla əyləncəli vloglar çəkin

Ön/Arxa İkili Görüntülü Video: İki görüntü əldə etmək üçün ekranı bölün və hekayənin hər iki tərəfini göstərin.

Ultra Geniş Bucaqlı Çəkiliş: Geniş mənzərələri qeydə almaq üçün görüntünü genişləndirin və ya qrup şəklində çəkdirdiyiniz selfie videolarına daha çox dostunuzu yerləşdirin.

PERFORMANS

Rahat ol və

sadəcə həzz al

* Şəkil yalnız istinad üçün simulyasiya edilmişdir.

Daha çox sürət
üçün çox gözləməli olmayacaqsınız

Telefonla birlikdə gələn 66 W HUAWEI SuperCharge2 adapteri və adapter kabeli 10 dəqiqəlik sürətli eneriji doldurmadan8 sonra dörd saatlıq qısa video axınını dəstəkləyir. Telefonu cəmi 38 dəqiqə ərzində enerji ilə doldurmaqla istədiyiniz qədər evdən uzaqda gəzə biləcəksiniz.9

Davamlı istifadəni təmin edən batareya

Telefonun 4500 mAh batareyası3 da enerjiyə qənaət edir və ağıllı enerji idarəetmə texnologiyası sayəsində, batareyanı tam doldurmaqla sizə bütün gün ərzində 12 saat video oxutma imkanı verir10.

HUAWEI nova 10 SE 4500mah battery

EMUI

Təhlükəsiz,
hamar və qüsursuz

Super Device: Cihazlar arasında daha asan qarşılıqlı əlaqə

İdarəetmə Panelində cihaz ikonlarını sürüşdürməklə Vision, qulaqlıq və rahat geyinilə bilən cihazlarınıza qoşulun və maneəsiz dinləməyə, görüntüdən həzz alın.11

HUAWEI nova 10 SE super device
HUAWEI nova 10 SE privacy
Şəxsi məlumatlarınız və
məxfiliyiniz qorunur

Mikrofon, məkan, kamera və digər əsas funksiyalar üçün həssas icazə bildirişləri.

Smart qovluq

Yeri rahatlıqla tapılan böyük qovluqlar sizə sevimli proqramlarınızı yaddaşda saxlamaq və daxil olmaq imkanı verir. Açmaq üçün sadəcə ikona toxunmağınız kifayətdir.

HUAWEI nova 10 SE smart folder
  1. Arxa əsas kamera 108 MP-dir. 108 MP portret foto çəkilişi yüksək əksetmə qabiliyyəti rejimində istifadə edilə bilər. Xahiş edirik faktiki məhsula istinad edin.
  2. 66 W maksimum enerji doldurma gücüdür və yalnız ayrılıqda satın alınan xüsusi 66 W HUAWEI SuperCharge kabelsiz elektrik doldurma cihazı və kabelindən istifadə etdikdə əldə etmək olur. Faktiki enerji doldurma gücü fərqli ola bilər.
  3. Batareyanın tipik gücü 4500 mAh, nominal gücü isə 4400 mAh-dir.
  4. Ekranın ölçüləri standart düzbucaqlı olduğu halda diaqonal olaraq 6,67 düymdür. Dairəvi künclərin olması səbəbindən faktiki ekran sahəsi göstərilən dəyərdən kiçik ola bilər.
  5. Məlumat HUAWEI laboratoriyalarından əldə edilmişdir. Telefonun dərinliyinə kameranın əlavə qalınlığı daxil deyil. Məhsulun faktiki çəkisi məhsulun spesifikasiyasından, istehsal prosesindən və ölçmə üsulundan asılı olaraq dəyişə bilər.
  6. Məlumat HUAWEI laboratoriyalarından əldə edilmişdir. Ölçmə ekranın görünən sahəsinin ümumi ekran ölçüsünə nisbətdə ölçüsünə əsaslanır. Faktiki məhsul üstünlük təşkil edəcəkdir.
  7. HUAWEI nova 10 SE 90 Hz-ə qədər ekran yeniləmə tezliyini və 270 Hz-ə qədər toxunuş tezliyini dəstəkləyir. Ekranın yeniləmə tezliyi və toxunuş tezliyi xüsusi tətbiq və ya oyundan asılı olaraq dəyişə bilər.
  8. Doldurma məlumatları HUAWEI laboratoriyalarından əldə edilmişdir. Aşağıdakı şərtlərlə 10 dəqiqəlik enerji doldurulmasından sonra: temperatur və nisbi rütubətin xüsusi dəyərlərə uyğunlaşdırılması, 3% enerjidən başlayaraq, telefonla birlikdə gələn HUAWEI SuperCharge adapteri və adapter kabelindən istifadə etməklə və ekran sönük vəziyyətdə belə enerji doldurularkən, telefon Wi-Fi şəbəkəsinə qoşulduqda, ekran parlaqlığı 150 nit, səs səviyyəsi orta səviyyədə və qısa video axını proqramı istisna olmaqla, bütün proqramlar bağlı olduqda telefon dörd saatlıq qısa video axınını dəstəkləyir. Faktiki batareya ömrü məhsuldan, istifadə vərdişlərindən və ətraf mühit faktorlarından asılı olaraq dəyişə bilər.
  9. Məlumat HUAWEI laboratoriyalarından əldə edilmişdir. Faktiki enerji doldurma sürəti məhsuldan, istifadə vərdişlərindən və ətraf mühit faktorlarından asılı olaraq dəyişə bilər.
  10. Məlumat HUAWEI laboratoriyalarından əldə edilmişdir. Faktiki batareya ömrü məhsuldan, istifadə vərdişlərindən və ətraf mühit faktorlarından asılı olaraq dəyişə bilər.
  11. Bu funksiya yalnız müəyyən Huawei cihazlarına şamil edilir.Cihaz Wi-Fi və Bluetooth aktiv olmaqla eyni Huawei hesabına daxil olmalıdır. Əvvəllər telefonunuza qoşulmuş cihazlar etibarlı cihazlar kimi tanınacaq və Super Cihaz vasitəsilə göstəriləcək. Hansı cihaz modelləri və proqram versiyasının bu funksiyanı dəstəklədiyi barədə ətraflı məlumat üçün Huawei müştəri xidməti ilə əlaqə saxlayın.
  12. * Videoçarxlar illüstrativ məqsədlər üçündür. Məhsulun rəngi, forması, interfeysi və funksiyaları yalnız istinad xarakteri daşıyır. Faktiki məhsul fərqli ola bilər.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et