HUAWEI P smart 2021

Dizayn

İlk görüşdə sevgi

Zərif işçilik və incə örtüyü ilə HUAWEI P smart 2021-in maili künclərlə tamamlanmış gözəl görünüşü əllərinizə hamar və rahat bir toxunuş bəxş edir. Üç dinamik rəng işıqda parıldayır və sizi ilk görüşdə özünə heyran edir.

HUAWEI P smart 2021 ID Design

Səmərəli həyat üçün istehsal edilmişdir

HUAWEI P smart 2021 ID Design
5000 mAh böyük batareya3

Fasiləsiz əyləncə hər zaman sizinlə

Ağıllı Sİ enerjiyə qənaət alqoritmi ilə birləşdirilmiş 5000 mAh böyük batareya sizə asanlıqla 38.2 saat 4G telefon danışığı aparmaq, 16.6 saat onlayn video izləmək və 12 saat 4G veb-sörfinq etməyə imkan verir.2Uzun müddət davam gətirən batareya ilə fasiləsiz əyləncə hər zaman sizinlədir.

22.5 W HUAWEI SuperCharge

Bir neçə dəqiqə ərzində batareyanı doldurur

22.5 W HUAWEI SuperCharge ilə təchiz edilmiş HUAWEI P smart 2021 cəmi 10 dəqiqə batareya doldurmaqla daha 2 saat video izləməyə imkan verir, bu sayədə tez-tez batareya doldurmadan uzunmüddətli seyr zövqü yaşaya bilərsiniz.2

Ən yaxşı anlarınızı lentə alır

2 MP

dərinliyi müəyyən edən kamera
f/2.4

8 MP

ultra geniş bucaqlı kamera
f/2.4

2 MP

makro kamera
f/2.4

48 MP

yüksək əksetmə qabiliyyətli kamera
f/1.8

Dördlü Sİ kameraları

Hər zaman yeniliklər
kəşf etməyə hazır olun

HUAWEI P smart 2021 gecə-gündüz asanlıqla ən yaxşı anlarınızı lentə alan heyrətamiz dördlü Sİ kameralarına malikdir. Böyük dağ silsilələri, uzaqdakı nişangahlardan tutmuş yaxın çəkim görüntülərə qədər bütün şəkilləri bu möhtəşəm kameralarla çəkə bilərsiniz.

48 MP yüksək əksetmə qabiliyyətli kamera

Aydın və canlı
detallar

48 MP yüksək əksetmə qabiliyyətli kamera unudulmaz anları canlı və ultra aydın detallarla əbədiləşdirməyə kömək edir. İstər möhtəşəm mənzərələr, istərsə də heyrəntləndirici portretlər - bütün incə detalları yüksək aydınlıqla görəcəksiniz.

Dördlü Sİ kameraları

Hər zaman yeniliklər kəşf
etməyə hazır olun

HUAWEI P smart 2021 gecə-gündüz asanlıqla ən yaxşı anlarınızı lentə alan heyrətamiz dördlü Sİ kameralarına malikdir. Böyük dağ silsilələri, uzaqdakı nişangahlardan tutmuş yaxın çəkim görüntülərə qədər bütün şəkilləri bu möhtəşəm kameralarla çəkə bilərsiniz.

2 MP

dərinliyi müəyyən
edən kamera
f/2.4

8 MP

ultra geniş
bucaqlı kamera
f/2.4

2 MP

Macro
kamera
f/2.4

48 MP

yüksək əksetmə
qabiliyyətli kamera
f/1.8

48 MP yüksək əksetmə qabiliyyətli kamera

Aydın və canlı
detallar

48 MP yüksək əksetmə qabiliyyətli kamera unudulmaz anları canlı və ultra aydın detallarla əbədiləşdirməyə kömək edir. İstər möhtəşəm mənzərələr, istərsə də heyrəntləndirici portretlər - bütün incə detalları yüksək aydınlıqla görəcəksiniz.

Yüksək keyfiyyətli gecə çəkimi

Cüzi işıqda da
gözəlliyi əbədiləşdirir

Ağıllı Sİ alqoritmləri ilə yüksək keyfiyyətli gecə çəkimi rejimi cüzi işıqda belə, hər anın gözəlliyini kəşf etməyə imkan verir. Gecə vaxtı asanlıqla canlı şəhər mənzərələri və ya cəlbedici portretlər çəkin.

HUAWEI P smart 2021 Ultra Wide Angle Lens
Ultra geniş bucaqlı linza

Bütün görüntülər bir
kadrda

120° ultra geniş bucaqlı linza sayəsində arxaya getmədən böyük bir binanı tam görüntü ilə çəkə və ya çox sayda insanı bir kadra sığdıra bilərsiniz.

6.67 düym FHD+ Displey

Daha geniş və daha
aydın görüntü

6.67 düym FHD+ displey və inanılmaz 90.3% ekran-korpus nisbəti ilə4 HUAWEI P smart 2021 canlı detallardan ibarət geniş görüntü təqdim edir. Ortadakı ön kamera minimum təhriflə optimal istifadəçi təcrübəsi yaşadır.

Yan tərəfə quraşdırılmış barmaq izi

Bir saniyə içində açılır

Barmaq izi tanıma ilə birləşdirilmiş yandırma / söndürmə düyməsi ekstra rahatlıq və təhlükəsizlik təmin edir. Telefonu oyatmaq və bir saniyə içində təhlükəsiz şəkildə kilidini açmaq üçün onun yan tərəfinə yumşaq toxunun.

4 GB+128 GB böyük yaddaş5

Geniş tutum

4 GB RAM bir neçə tətbiqi eyni anda səmərəli şəkildə işlətmək və onlar arasında rahat keçid etməyə imkan verərkən 128 GB ROM da sevdiyiniz bütün videolar, şəkillər və oyunlar üçün sizə böyük yaddaş təmin edir.

HUAWEI P smart 2021 HUAWEI Smart Screenshot
EMUI 10.1

"Ağıllı" ekran şəkli6

Ekranın şəklini çəkmək üçün oynağınızla sadəcə ekrana iki dəfə vurun, və ya ekranın müəyyən bir hissəsini çəkmək üçün ekrana vuraraq müəyyən bir sahəni işarələyin. Siz həmçinin oynağınızla ekrana vuraraq və "S" çəkərək sürüşən ekran şəklini çəkə bilərsiniz.

EMUI 10.1

HUAWEI MeeTime

Zəif şəbəkə şəraitində belə, HUAWEI MeeTime ailənizlə üzbəüz video söhbət etmək, və ya ekranınızı digər HUAWEI cihazları ilə dostlarınızla paylaşmağa imkan verir.7 HUAWEI MeeTime ilə böyük ekranda aparılan telefon danışıqlarından, səmərəli görüşlərdən və müxtəlif əyləncə görüntülərindən zövq alın.

HUAWEI AppGallery

Tətbiqlər üçün butik mağaza

HUAWEI AppGallery Huawei-in mobil tətbiqlərini axtarmaq, yükləmək, tənzimləmək və paylaşmaq üçün rəsmi tətbiq distribüsiya platformasıdır. Təhlükəsiz, seçkin və fərqli təcrübə yaşatmaq üçün qlobal tətbiq ekosistemini inkişaf etdirməyə davam edir. Eksklüziv tətbiq kontenti, yerli fəaliyyətlər və xüsusi təkliflərdən yararlanın.

  1. Dördlü arxa kameraya 48 MP əsas kamera, 8 MP ultra geniş bucaqlı kamera və 2 MP dərinliyi müəyyən edən kamera daxildir.
  2. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Batareyanın yararlılıq müddəti faktiki istifadə vəziyyətindən asılıdır.
  3. 5000 mAh tipik dəyərdir, nominal batareya həcmi 4900 mAh-dır.
  4. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Ekran-korpus nisbətinin hesablanması üsulu: AA sahəsi/ön TP sahəsi
  5. Yaddaşın bir hissəsini əvvəlcədən quraşdırılmış proqramlar tutduğu üçün istifadə edilən tutum göstəriləndən bir qədəq az ola bilər.
  6. Bu xüsusiyyət HOTA yeniləməsi tələb edə bilər.
  7. Cihazların siyahısına EMUI10 və daha yuxarı versiya quraşdırılmış HUAWEI smartfon və planşetləri daxildir. Bu xüsusiyyət yalnız bəzi ölkə və ya regionlarda mövcuddur. Xahiş edirik ətraflı məlumat almaq üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın.
*Bu məhsula Google Play əvəzinə HUAWEI AppGallery quraşdırılmışdır.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et