HUAWEI P40

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

Məşhur Nəticələr

    Təklif edilən nəticələr

      daha çox axtarış sözü daxil et

      huawei p40 kv back
      huawei p40 kv front

      Ən yeni Kirin 990 5G çipseti sürət anlayışınızı dəyişdirir. Təkmilləşdirilmiş Sİ qabiliyyətli Ultra Görüntülü Leica Üçlü Kamera fotoqrafiya və videoqrafiyada inqilab edir. Şəkil və videoların gücündən istifadə edin və qoyun onlar sizin hisslərinizi ifadə etsin.

      huawei p40 design touch and feel

      Bax, Toxun, Hiss et
      Həyəcanla dolu

      Dərinlikdəki zərifliyi hiss edin

      Təbiətin saflığını əks etdirən HUAWEI P40 dəniz mavisi, buz bəyazı, qara, parlaq qızılı və gümüşü rəngləri mənimsəyir. Cihazın mat refraktiv səthi hər bir çalarda zərifliyi və daxili dincliyi üzə çıxaran səmavi dərinlik hissini vurğulayır.

      Dünyanı kəşf edin, öz hekayələrinizi yaradın

      Hər zaman həyatı kəşf etməyə və öz hekayələrinizi yaratmağa davam edin. Vahid sistem olaraq çalışan Ultra Görüntülü Leica Üçlü Kamera subyektin yaxında və ya uzaqda olmasından asılı olmayaraq hər zaman gecə-gündüz şəkil və ya video çəkməyə imkan verir. Gördüklərinizi asanlıqla çəkin və qoyun onlar sizin hisslərinizi ifadə etsin.

      huawei p40 rear main camera
      huawei p40 ultra wide angle camera
      huawei p40 rear telephoto camera
      huawei p40 leica triple camera stage

      50 MP Ultra Görüntülü Kamera

      1/1.28 düym Ultra Görüntülü Sensor
      RYYB rəng filteri oxu
      Səkkiz PD-li avtomatik fokuslama
      Çox aydın görüntülər əldə etmək üçün güclü işıq toplama qabiliyyəti ilə detalları dəqiq şəkildə əks etdirmə

      16 MP Ultra Geniş Bucaqlı Kamera

      Ultra geniş bucaqlı fotoqrafiya
      2.5 cm makro çəkim
      Dünyanı müxtəlif bucaqlardan kəşf edin.

      8 MP Telefoto Kamera

      3x Optik yaxınlaşdırma1
      5x Hibrid yaxınlaşdırma2
      30x Maksimal yaxınlaşdırma
      Uzaqdakı gözəlliyi çəkərək əbədiləşdirin.

      Bütün gün, tam görüntü, yüksək həlletmə qabiliyyəti

      Smartfonun artıq ən yüksək sənaye standartlarına uyğun təchiz olunmuş 2.44 μm olduqca böyük piksel ölçülü 1/1.28 düym sensoru var. Bundan əlavə RYYB rəng filteri oxu sayəsində güclü işıq, yüksək dinamik diapazon təmin edərək ətraf səsləri maksimum azaldır. 4-ü 1-də piksel birləşdirmə (binninq) və səkkiz PD-li avtomatik fokuslama funksiyalarını dəstəkləyən 50 MP əsas kamera görüntünün mürəkkəbliyi və işığın vəziyyətindən asılı olmayaraq olduqca aydın çəkilmiş görüntünü detalların son dərəcə dəqiq əks etdirilməsi ilə fərqli bir şəklə salaraq daha parlaq və kəskin bir görüntü əldə etməyinizə imkan verir. Təkmilləşdirilmiş ISP və NPU ilə təchiz edilmiş HUAWEI XD Fusion Engine (mühərrik) böyük həcmdə məlumatı sürətlə emal etmək və gecə-gündüz hər şəkil üçün olduqca yüksək aydınlığı piksel səviyyəsində artırmaq qabiliyyətinə malikdir.

      huawei p40 super sensor
       
      Daha ətraflı məlumat almaq üçün klikləyin.
      Daha ətraflı məlumat almaq üçün klikləyin.
      huawei p40 super definition daylight sample photo
      huawei p40 super definition daylight sample photo

      Görüntünün hər bir hissəsi sizə başqa bir gözəl hekayə bəxş edir

      50 MP əsas kamera ilə gözlərinizlə gördüyünüz, lakin heyrətləndirici detallarla dolu olan möhtəşəm görüntüdən zövq alın. Kadrın hər hansı kiçik bir hissəni böyüdün, və zəngin tekstura və rənglərlə daha bir gözəl görüntünü əbədiləşdirin.3

      Daha ətraflı məlumat almaq üçün klikləyin.
      Daha ətraflı məlumat almaq üçün klikləyin.
      huawei p40 super definition low light sample photo
      huawei p40 super definition low light sample photo

      Cüzi işıqda istədiyiniz aydınlıq

      HUAWEI-in Ultra Görüntülü Sensoru sayəsində hətta qaranlıqda belə sizin inamlı təbəssümünüz, zövqlü geyiminiz və heyrətamiz üfüq xətti mükəmməl işıqlandırma, kəskin rənglər və ətraf səslərin maksimum azaldılması ilə əbədiləşdirilə bilər. Hekayələr içərisində yeni hekayələr kəşf edin.3

      huawei p40 pro zoom 0.6x huawei p40 pro zoom 0.6x huawei p40 pro zoom 0.6x

      Fərqli hekayələr üçün müxtəlif fokus məsafələri

      3x optik yaxınlaşdırma və 30x maksimal yaxınlaşdırma təklif edən HUAWEI P40 görüntünü müxtəlif məsafələrdə çəkməyə imkan verir. Əvvəlcə görüntüyə geniş rakursda baxır, daha sonra detallı şəkildə incələyirsiniz və sonda isə daha əvvəl diqqətinizi cəlb etməyən hər hansı xırdalıqları belə görürsünüz. Görüntü eyni, hekayələr isə fərqlidir.

      huawei p40 zoom marco shot sample

      Yaxınlaşdıqca daha gözəl görüntü əldə edirsiniz

      Ən incə xırdalıqların belə 2.5 sm məsafədən görünməsi olduqca heyrətləndiricidir. Makro linza ilə saatın mürəkkəb daxili hissələrini, həşəratların zərif qanadlarını və ya rəsmlərin ekzotik naxışlarını görə bilərsiniz.

      Siz və hər kəs üçün Sİ Portret Studiyası

      Hər zaman istənilən vaxt və ya yerdə hər kəs üçün yüksək keyfiyyətli portretlət çəkməyə hazır olun. Ultra Görüntülü əsas kamera və Sİ AWB alqoritmi olan Çoxspektrli Rəng Temperatur Sensorundan faydalanan HUAWEI P40 45%4 daha yüksək rəng dəqiqliyinə malikdir və mühit və insanları dəqiq təhlil və seqmentləşdirməsini aparmaq qabiliyyətinə malikdir. Piksel səviyyəsinin artırılması ilə orijinal görüntünü mükəmməl işıqlandırma, təbii rəng və kəskin detallarla bərpa edir.

      huawei p40 ai portrait
      huawei p40 pure background potrait

      Dərinizin təbii rəngini sadə bir fonda vurğulayın.

      huawei p40 close up portrait

      Hətta qaş və saç telləri belə yaxın çəkimdə kəskin və aydındır.

      huawei p40 backlit hdr portrait

      Arxadan işıqlandırılmış mühitdə üzünüzü aydınlatmaq üçün lazımi miqdarda işıq.

      huawei p40 lowlight portrait

      Təbəssümünüz qaranlıqda belə heyrətamizdir.

      huawei p40 group portrait

      Hər kəs baş roldadır.3

      Rahat ol. Hər zaman yaxşı görünürsən

      Daxili aləminizi göstərmək üçün hər zaman özünüzə inamlı olun. 32 MP ön kamera xüsusiyyətlərinizi diqqətlə izləyir və hər selfinin gözəl və təbii görünməsi üçün işıqlandırma rəngini və üzünüzdəki işıqlandırmanı müvafiq şəkildə tənzimləyir.

      huawei p40 front camera high quality sample photo
      huawei p40 front camera pure background selfie

      Yüngül işıqlandırma, dərinizin əsl tonu və təbii tekstura selfinin gözəl alınmasını təmin edir.

      huawei p40 front camera lowliht selfie

      Hətta cüzi işıq belə dəqiq və təbii rəngləri aydın şəkildə göstərə bilər

      huawei p40 front camera grouphie

      Multi-fokus və təhrif edilmiş görüntünün korreksiyası hər kəsi xoşbəxt edəcək gözəl qrup selfilərinin çəkilməsinə imkan verir

      Sİ möcüzələri gerçəkləşdirir

      HUAWEI Golden Snap
      Sİ ən yaxşı anlar5

      Sİ hərəkət alqoritmi duruş və ifadə xüsusiyyətlərini aşkarlayır və tanıyır. Hərəkətli bir şəkil çəkir və daha sonra Gallery Edit xüsusiyyəti ən yaxşı hərəkətli anın 1-3 şəklini tövsiyə edir.6

      HUAWEI Golden Snap
      Sİ yoldan keçənləri silir5

      Gallery Edit-in Sİ funksiyası bir neçə kadrı birləşdirərək yoldan keçənləri silməyə kömək edir7. Bu sayədə arxa fon təmiz olacaq və bu zaman fokus nöqtəsi tamamilə önə çıxır6

      HUAWEI Golden Snap
      Sİ əksetməni aradan qaldırır5

      İşıq əks olunmasının gözəl bir şəkli korlamasına imkan verməyin. Gallery Edit-in Sİ funksiyası müəyyən bir təbəqəni silməklə onu düzəltməyə kömək edir.6

      Real təcrübə üçün son dərəcə yüksək səmərəlilik

      Dünyanın ilk inteqrasiya edilmiş 5G SoC8, Kirin 990 5G çipseti ilə ultra yüksək sürətdən istifadə edin. 7nm + EUV texnologiyası və yenilikçi CPU arxitekturaları sayəsində HUAWEI P40 yüksək səmərəlilik və sistem axıcılığı təmin edə bilər. Mali-G76 MC16 GPU-nun möhtəşəm qrafikası, təkmilləşdirilmiş ISP ilə təchiz edilmiş bənzərsiz görüntü emalı və ikinüvəli NPU-nun yenilənmiş Sİ funksiyası sizi özünə heyran edəcək.

      HUAWEI P40 kirin 990 5G SoC
       
      huawei p40 4k livestream
      4K Canlı yayım

      Ultra yüksək şəbəkə sürəti və aşağı gecikmə vaxtı ilə mümkün qədər aydın və axıcı 4K canlı yayımından zövq ala bilərsiniz.

      huawei p40 dual sim esim
      İkili SIM və eSIM9

      Ehtiyaclarınıza uyğun olaraq üç kanaldan hər hansı ikisini seçin. Bir SİM kart zəng üçün istifadə edildikdə, digəri ilə eyni zamanda zəngləri qəbul edə və ya internetə daxil ola bilərsiniz.

      huawei p40 wifi 6 plus
      Wi-Fi 6 Plus

      Dinamik darzolaqlı şəbəkə texnologiyasından istifadə edən Wi-Fi 6 Plus telefonun daha çox divar və döşəməyə nüfuz etməsinə imkan verir. 160 MHz zolaq genişliyini dəstəkləyən cihaz optimal sürəti 2.4 Gbit/s-ə çatdırır.10

      huawei p40 5g network icon
      Şəbəkə ilə uyğunlaşma

      2G/3G/4G/5G, SA və NSA şəbəkə arxitekturalarını və ən çox yayılmış tezlikləri dəstəkləyən cihaz dünyanın dörd bir yanına səyahət etməyə imkan verir.11

      Batareya barədə narahat olmadan işinizə davam edin

      huawei p40 battery power

      Yenilikçi CPU arxitekturası yüksək enerji səmərəliliyi təmin edir. Sİ bölüşdürmə mexanizmi yüksək səmərəlilik və daha uzun işləmə vaxtı təmin etmək üçün 3800 mAh12 batareyadan daha yaxşı faydalanır.

      huawei p40 supercharge
      huawei p40 wireless car charge

      22.5 W HUAWEI SuperCharge13

      Batareyanın təhlükəsiz və sürətli şəkildə dolmasından zövq alın və növbəti sınaqlara hazır olun.

      Simsiz adapter

      HUAWEI P40 simsiz adapter qabı telefonun simsiz batareya doldurmasına dəstək verir. 22.5 W14 HUAWEI SuperCharge avtomobil adapteri ilə avtomobil idarə edərkən telefonun sürətli şəkildə simsizsiz batareya doldurmasını təmin edə bilərsiniz.

      Hər yerdə təhlükəsiz və sağlam mühafizə

      Üzünüz şifrənizdir

      Üz tanıma ilə kilid açma funksiyası ekranın kilidini açmaq və ya xüsusi tətbiqə daxil olmaqda sizə kömək etmək üçün üz xüsusiyyətlərinizi dəqiq müəyyənləşdirir. Ətraf-mühitin parlaq və ya qaranlıq olmasından asılı olmayaraq, yoxlama sürətli və etibarlı şəkildə aparılır.

      huawei p40 face unlock
      huawei p40 fingerprint verification

      Toxun, yoxla və təsdiq et

      Telefonunuzu götürün və böyüdülmüş yoxlama sahəsində barmaq izinizlə ilə eyni vaxtda onun kilidini açın. Dəqiq və ultra sürətli bir yoxlama üçün bu, ən təbii yoldur.

      Sizi tanıyır, qayğınıza qalır və qoruyur

      Ön jest sensoru və ikili NPU əl hərəkətlərinizi anlamaq və telefona toxunmadan slaydı idarə etməyinizə və ya ekran görüntüsünü tamamlamağınıza kömək etmək üçün birlikdə işləyir. Bundan əlavə, başqa birinin telefonunuza baxdığını aşkar etdikdə, məxfiliyinizi qorumaq üçün heç bir təfərrüat olmadan sizə şəxsi bildiriş göstəriləcək.

      huawei p40 gesture control privacy protection
      huawei p40 pro gesture control privacy protection

      Ümumi mühafizə

      Bu sistemin mikronüvəsi dünya miqyasında istehlak cihazlarının əməliyyat sistemi üçün ən yüksək təhlükəsizlik sertifikatı olan CC EAL 5+-u əldə etdi. Beləliklə, potensial ələ keçirmə və oğurluq hallarının qarşısını almaq üçün bütün ödəniş, identifikasiya və digər son dərəcə gizli əməliyyatlar sistemdə aparılır.

      huawei p40 secured tee os and cc eal 5+

      Yaxşı mühafizə olunan tətbiqlər

      HUAWEI AppGallery-də işə salınan hər bir tətbiqin təhlükəsizliyini təmin etmək üçün proqramçının şəxsiyyətinin təsdiqlənməsi, 4 mərhələli təhlükəsizlik aşkarlama, yükləmə/quraşdırma əməliyyatlarının mühafizəsi və proqramın işlədilməsi zamanı mühafizəni özündə ehtiva edən hərtərəfli bir sistem yaratdıq.

      huawei p40 secured app gallery
      huawei p40 secured app gallery

      Qüsursuz Sİ həyatı

      Gözlənilən HD zəngləri, gözlənilməz əyləncə6

      Az işıqlandırma və ya zəif şəbəkə şəraitində belə, HUAWEI MeeTime digər HUAWEI cihazları ilə sabit səs və yüksək əksetmə qabiliyyətli video rejimində ekranın müvafiq şəkildə işləməsini təmin edir15. Eyni zamanda, alış-veriş ilə bağlı məsləhət üçün ekranınızı dostlarınızla paylaşa bilər və ya təlimatları mərhələlərlə göstərərək valideynlərinizin telefonlarından istifadə etmələrinə kömək edə bilərsiniz. Ekşn-kamera və ya Fisheye konfrans kamera sistemi16 ilə birlikdə işlədin və böyük ekranda aparılan telefon danışıqlarından, səmərəli görüşlərdən və müxtəlif əyləncə görüntülərindən zövq alın.

      Çoxekranlılıq6, birlikdə qüsursuz işləyir

      Telefon interfeysini noutbuk və ya planşetə birləşdirməkdən əlavə, indi noutbuk tətbiqlərindən telefonunuzdakı faylları redaktə etmək üçün açmaq və ya noutbukdakı mikrofon və kamera vasitəsi ilə birbaşa telefon danışıqları aparmaq üçün istifadə edə bilərsiniz. Proqram təminatından avadanlıq təminatına qədər bu ikisi sizin üçün ən yaxşısını təmin edir.17

      Paylaşmaq artıq çox asandır6

      Heç bir kabel, internet məlumatı və ya hər hansı tətbiqin quraşdırılması tələb olunmur, sadəcə HUAWEI Share (paylaş) seçin, bundan sonra siz asanlıqla HUAWEI smartfon, noutbuk, planşetləri və üçüncü tərəf printerlər arasında fayl və ya fotoşəkillərin sürətli şəkildə ötürülməsini təmin edə bilərsiniz. Sadəcə bir kliklə səsucaldıcının telefonunuzdan musiqi çalmasına və ya ruter vasitəsilə Wi-Fi ilə əlaqə yaratmasına icazə verə bilərsiniz.18

      Hey Celia6

      Yeni dostunuz Celia ilə tanış olun. Səs əmrlərinizi anlaya və zəng etmək, təqvim üzrə tədbirləri tənzimləmək, mesajlara cavab vermək, musiqi çalmaq və havanın necə olacağına baxmaq üçün sizə kömək edə bilər. Sİ funksiyasına malik olan Celia ətrafınızda olanları da görə bilir, məs. bitkiləri müəyyənləşdirir, menyuları tərcümə edir və qarşınızdakı yeməyin kalorisinə baxır.19

      Ekranı dəyişdirmədən eyni anda bir neçə iş görə bilərsiniz

      Tətbiq panelinə daxil olmaq üçün ekranı hər hansı tərəfə sürüşdürün. Multi-pəncərəni aktivləşdirmək üçün tətbiqi dartıb çəkin. Şəkilləri, mətnləri və ya hətta faylları multi-pəncərələr arasında çəkib buraxa bilərsiniz.20 Hər hansı video və ya oyuna baxarkən heç bir tətbiqdən çıxmadan hərəkətli pəncərədə mesajlara cavab verə bilərsiniz.

      Bir İdarəetmə Paneli ilə bütün halların təcrübədən keçirilməsi

      Çox-cihazlı İdarəetmə Panelinə daxil olmaq üçün sol və ya sağ küncdən yuxarı sürüşdürün. Yaxınlıqdakı cihazlara asanlıqla qoşula və ağıllı məişət əşyalarını idarə edə bilərsiniz. Bu panel telefonunuzu super bir cihaza çevirir. O həm də icra etdiyiniz işlər üçün ən uyğun cihazı tövsiyə edir. Bu daha "ağıllı", tam internet əlaqəli bir dünyanın başlanğıcıdır.

      Aksessuarlar

      HUAWEI P40-a ən uyğununu tapın.

      Daha ətraflı məlumat əldə edin.
      huawei p40 accessories

      HUAWEI P40 Seriyası

      huawei p40 comparison
      huawei p40 comparison
      huawei p40 plus comparison
      HUAWEI P40
      HUAWEI P40 Pro
      HUAWEI P40 Pro+
      Color
      • Black
      • Blush Gold
      • Deep Sea Blue
      • Ice White
      • Silver Frost
      • Black
      • Blush Gold
      • Deep Sea Blue
      • Ice White
      • Silver Frost
      • Black Ceramic
      • White Ceramic
      Display
      Size:

      6.1 inches*

      *With a rounded corners design on the display, the diagonal length of the screen is 6.1 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

      Colour:

      16.7 million colours

      Type:

      OLED

      Resolution:

      FHD+ 2340 x 1080 Pixels*

      *The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

      Size:

      6.58 inches*

      *With a rounded corners design on the display, the diagonal length of the screen is 6.58 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

      Colour:

      16.7 million colours

      Type:

      OLED, up to 90 Hz frame refresh rate

      Resolution:

      2640 x 1200 Pixels*

      *The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

      Size:

      6.58 inches*

      *With a rounded corners design on the display, the diagonal length of the screen is 6.58 inches when measured according to the standard rectangle (the actual viewable area is slightly smaller).

      Colour:

      16.7 million colours

      Type:

      OLED, up to 90Hz frame refresh rate

      Resolution:

      2640 x 1200 Pixels*

      *The resolution measured as a standard rectangle, with a rounded corners design, the effective pixels are slightly less.

      Processor
      HUAWEI Kirin 990 5G CPU:

      Octa-core

      2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

      GPU:

      Mali-G76

      NPU:

      Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

      HUAWEI Kirin 990 5G CPU:

      Octa-core

      2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

      GPU:

      Mali-G76

      NPU:

      Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

      HUAWEI Kirin 990 5G CPU:

      Octa-core

      2 x Cortex-A76 Based 2.86 GHz + 2 x Cortex-A76 Based 2.36 GHz + 4 x Cortex-A55 1.95 GHz

      GPU:

      Mali-G76

      NPU:

      Dual Big Core + Tiny Core NPUs (Neural-network Processing Unit)

      Memory
      8 GB RAM + 128 GB ROM*

      *The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

      8 GB RAM + 256 GB ROM*

      *The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

      8 GB RAM + 512 GB ROM*

      *The available internal storage may be smaller as part of the internal storage is occupied by software. Actual memory space may change due to application updates, user operations, and other related factors.

      Camera
      Rear Camera:

      50 MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture) + 16 MP Ultra-Wide Angle Camera (f/2.2 aperture) + 8 MP Telephoto Camera (f/2.4 aperture, OIS)

      Autofocus Mode: Autofocus

      Image stabilization: OIS + AIS

      Zoom Mode: Digital Zoom, Optical Zoom, Hybrid Zoom

      Video Recording: Support for 4K (3840 x 2160) 60fps video recording

      Image Resolution: Support up to 8192 x 6144 pixels

      Video Resolution: Support up to 3840 x 2160 pixels

      Front Camera:

      32 MP Selfie Camera (f/2.0 aperture), IR Camera

      Video recording: Support for 4K (3840 x 2160) 60fps video recording

      Image resolution: 6528 x 4896 pixels

      Video resolution: 3840 x 2160 pixels


      *The photo pixels may vary depending on the shooting mode.

      *The actual image resolution may vary depending on the shooting mode.

      Rear Camera:

      50 MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture, OIS) + 40 MP Cine Camera (Ultra-Wide Angle, f/1.8 aperture) + 12 MP SuperSensing Telephoto Camera (f/3.4 aperture, OIS) + 3D Depth Sensing Camera

      Autofocus mode: Autofocus

      Image stabilization: OIS + AIS

      Zoom Mode: Digital Zoom, Optical Zoom, Hybrid Zoom

      Video recording: Support for 4K (3840 x 2160) 60fps video recording

      Image resolution: 8192 x 6144 pixels

      Video resolution: 3840 x 2160 pixels

      Front Camera:

      32 MP Selfie Camera (f/2.2 aperture) + Depth Camera*

      Support for 4K(3840 x 2160) 60fps video recording

      Image resolution: 6528 x 4896 pixels

      Video resolution: 3840 x 2160 pixels


      *Depth Camera also support face unlock with IR.

      *The photo pixels may vary depending on the shooting mode.

      *The actual image resolution may vary depending on the shooting mode.

      Rear Camera:

      50MP Ultra Vision Camera (Wide Angle, f/1.9 aperture, OIS) + 40MP Cine Camera (Ultra-Wide Angle, f/1.8 aperture) + 8MP SuperZoom Camera (10X Optical Zoom, f/4.4aperture, OIS) + 8MP Telephoto Camera (3X Optical Zoom, f/2.4 aperture, OIS) + 3D Depth Sensing Camera

      Autofocus Mode: Autofocus

      Image stabilization: OIS + AIS

      Zoom Mode: Digital Zoom,Optical Zoom

      Video Recording: Support for 4K (3840 x 2160) 60fps video recording

      Image Resolution: 8192 x 6144 pixels

      Video Resolution: 3840 x 2160 pixels


      Front Camera:

      32 MP Selfie Camera (f/2.2 aperture) + Depth Camera*

      Video recording: Support for 4K (3840 x 2160) 60fps video recording

      Image resolution: 6528 x 4896 pixels

      Video resolution: 3840 x 2160 pixels

      *Depth Camera also support face unlock with IR.


      *The photo pixels may vary depending on the shooting mode.

      *The actual image resolution may vary depending on the shooting mode.

      Battery
      3800 mAh (Typical Value)

      *The Battery Rated Capacity is 3700 mAh.

      **Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

      ***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

      4200 mAh (Typical Value)

      *The Battery Rated Capacity is 4100 mAh.

      **Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

      ***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

      4200 mAh (Typical Value)

      *The Battery Rated Capacity is 4100 mAh.

      **Typical value. Actual capacity may vary slightly. This capacity is the nominal battery capacity. The actual battery capacity for each individual phone may be slightly above or below the nominal battery capacity.

      ***Non-removable battery. Removing the battery may cause damage to the device. To replace or repair the battery, please visit an authorized HUAWEI Service Centre.

      Charging
      HUAWEI SuperCharge (Max 22.5 W)

      *HUAWEI SuperCharge cable and charger is required.

      HUAWEI SuperCharge (Max 40 W)

      *HUAWEI SuperCharge cable and charger is required.


      Wireless HUAWEI SuperCharge (Max 27 W)

      *Wireless chargers sold separately. To reach a maximum charging rate of 27 W, need to purchase HUAWEI SuperCharge Wireless Charger (Max 27 W) or HUAWEI SuperCharge Wireless Car Charger (Max 27 W)

      HUAWEI SuperCharge (Max 40 W)

      *HUAWEI SuperCharge cable and charger is required.


      Wireless HUAWEI SuperCharge (Max 40 W)

      *Wireless chargers sold separately. To reach a maximum charging rate of 40 W, need to purchase HUAWEI SuperCharge Wireless Charger Stand(Max 40 W) and HUAWEI 65 W Power Adapter.

      1. HUAWEI P40 80 mm fokus məsafəsi ilə təxminən 3x optik yaxınlaşdırmanı dəstəkləyir.
      2. Mükəmməl 5x hibrid yaxınlaşdırma effekti vermək üçün bir neçə kamera bir-birilə sıx əlaqədə işləyir.
      3. Bu şəkil yalnız istinad üçündür.
      4. HUAWEI P30 Pro ilə müqayisədə HUAWEI laboratoriya sınaqlarının nəticələrinə əsaslanır.
      5. Bu xüsusiyyət HOTA yeniləməsini tələb edir.
      6. Bu video yalnız istinad üçündür.
      7. Redaktə xüsusiyyəti yalnız kadrın istənilən kənarında olan 2 nəfər yoldan keçənin silinməsini dəstəkləyir.
      8. SoC modem və tətbiq prosessorları ilə birləşdirilmiş mobil mikrosxem komplektidir, 7nm Plus EUV TSMC 7nm Plus Ekstremal Ultrabənövşəyi Litoqrafiya emal texnologiyasıdır.
      9. eSIM simsiz xidmət planı tələb edir və Nano SIM istifadə etmədən mobil şəbəkə planını aktivləşdirməyə imkan verir. eSIM-in olması ölkədən və daşıyıcıdan asılı olaraq dəyişə bilər. Daşıyıcınızla dəqiqləşdirin.
      10. Yalnız HUAWEI Wi-Fi 6 Plus ruterləri ilə tətbiq olunur. Yalnız nəzəri dəyər.
      11. Xidmət keyfiyyəti yerli daşıyıcının şəbəkəsinə görə dəyişə bilər.
      12. Tipik dəyər. Batareyanın həcmi 3700 mAh-dir.
      13. Maksimal məlumat.
      14. Maksimal məlumat. HUAWEI P40 simssiz adapter qabı və HUAWEI SuperCharge simsiz avtomobil adapter ayrı satılır.
      15. Cihazların siyahısına EMUI10 və daha yuxarı versiya quraşdırılmış HUAWEI smartfon və planşetləri daxildir. Xahiş edirik HUAWEI MeeTime-ı dəstəkləyən üçüncü cihazların siyahısı üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın.
      16. Bu xüsusiyyət HOTA yeniləməsini tələb edə bilər. Bu xüsusiyyət fərqli bazarlarda dəyişkən ola bilər.
      17. Xahiş edirik çoxekranlılığı dəstəkləyən cihazların siyahısı barədə məlumat almaq üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın.
      18. Xahiş edirik HUAWEI Share-i dəstəkləyən telefonlar, noutbuklar, printerlər, kameralar və dronların model siyahısı barədə məlumat almaq üçün HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın. Əlaqə xüsusiyyətini dəstəkləyən cihazlar yeni HUAWEI Sound X və HUAWEI Router A2-dir.
      19. Dəstəklədiyi dillərə daxildir: ingilis, fransız və ispan. İngiltərə, Fransa, İspaniya, Çili, Meksika və Kolumbiyada var.
      20. Yalnız Email, Memo and File Manager-i dəstəkləyir.
      ×