HUAWEI MatePad 11.5

Sənin universal köməkçin

120 Hz PaperMatte displey1 | HUAWEI Bloknot tətbiqi | Çıxarılabilən klaviatura

HUAWEI MatePad 11.5

120 Hz yüksək yenilənmə sürətinə
malik PaperMatte displeyi1

Normal displeyPaperMatte displeyi

HUAWEI Bloknot,
ən qabaqcıl qeydgötürmə köməkçisi

Parlaq metal korpus

Kosmik boz

Məhsuldarlığı artıran Supercihaz2

FollowCam3
HUAWEI Histen 9.0
ilə ağıllı konfrans

Gözləri yormayan

Heyrətamiz 15 düym

Optimallaşdırılmış 3:2 aspekt nisbəti ilə yuvarlaqlaşdırılmış formada olan, 2,2K görüntü keyfiyyəti⁠5 və 120 Hz yüksək yenilənmə sürəti⁠1 ilə mükəmməl detallarla təqdim edilən 11,5 düymlük HUAWEI FullView displeydə4 gözləriniz yorulmadan, zövqlə işləyin.

2,2K

2Kgörüntü imkanı

120 Hz

120 Hzyeniləmə sürəti

86%

86%ekran-korpus nisbəti6

HUAWEI MatePad 11.5 blue front view, showing the 11.5-inch HUAWEI fullview display.

Gözü sakitləşdirən
PaperMatte displey1

Parlaqlığın qarşısını alan nanosəviyyəli aşındırma texnologiyası kağızabənzər vizual təcrübə əsasında bütün işıq müdaxiləsinin7 97%-ni aradan qaldırır. Əksetmənin azaldılması sayəsində görüntü mümkün qədər aydın olacaq, beləliklə, gözünüzü çox yormadan elektron kitablar oxuya və ya onlayn dərslər izləyə bilərsiniz.8 Rəngli eBook rejimi9 sevimli kitablarınızı, kağız kitabları oxuduğunuz kimi, planşet ekranında oxumağınıza imkan verir.

HUAWEI MatePad 11.5 CG motion,showing the papermatte display.

SGS Low Visual Fatigue
(SGS Aşağısəviyyəli vizual yorğunluq) sertifikatı

TÜV Rheinland Reflection-Free (Əks-sədasız) sertifikatı
TÜV Rheinland Paper Like Display (Kağızabənzər displey) sertifikatı

TÜV Rheinland Low Blue Light
(Aşağısəviyyəli mavi işıq) (Avadanlıq həlləri) sertifikatı
TÜV Rheinland Flicker-Free (Titrəyişsiz) sertifikatı

*HUAWEI MatePad 11.5 PaperMatte seriyası SGS Low Visual Fatigue, TÜV Rheinland Paper Like Display, TÜV Rheinland
Low Blue Light (Avadanlıq həlləri) və TÜV Rheinland Flicker-Free and Reflection-Free sertifikatlarına layiq görülmüşdür.
HUAWEI MatePad 11.5 TÜV Rheinland Low Blue Light (Avadanlıq həlləri) və
TÜV Rheinland Flicker-Free sertifikatlarına malikdir.

Parlaq,
qüsursuz və incə

HUAWEI MatePad 11.5 tamamilə alüminium ərintisindən hazırlanır
və Cavity Slot Magnetic (Maqnitli oyuq)
(CSM) anteni sayəsində inteqrə olunmuş dizayna malikdir.
Əldə rahat tutulan mikroəyrili orta çərçivə ilə diqqət çəkərək gördüyünüzdən daha artığını təqdim edir.

Yüngüllüyü
499 q10

İncəliyi
6,85 mm10

HUAWEI MatePad 11.5 gray rear left view, showing the integrated design. HUAWEI MatePad 11.5 gray back view, showing the camera. HUAWEI MatePad 11.5 gray side view, showing the frame.
  • Kosmik boz

Yenidən müəyyən
edilmiş kağızsız məhsuldarlıq

HUAWEI MatePad 11.5's creative image, showing the learning feature.

Ev tapşırıqlarında köməklik

HUAWEI MatePad 11.5's creative image, showing the notetaking feature.

Zəhmətsiz qeydgötürmə

HUAWEI MatePad 11.5's creative image, showing the working feature.

Asanlaşdırılmış mobil ofis

HUAWEI MatePad 11.5's creative image, showing the meeting feature.

Onlayn görüşlər

HUAWEI Bloknot tətbiqi,
Qabaqcıl qeydgötürmə
köməkçiniz

Yenilənmiş HUAWEI Bloknot tətbiqi əvvəlcədən saysız-hesabsız şablonlar quraşdırılmış şəkildə gəlir. İş qeydlərindən dərs qeydlərinə qədər hərtərəfli imkanlara malik olmağınızı təmin edirik. Bir toxunuşla bölünən ekran sayəsində11 düyməyə sadəcə basmaqla yan-yana qeyd pəncərələri aça və qeydlər götürə, yaxud birdəfəyə bir neçə qeyd pəncərəsi açmaqla axtardığınız şeyi asanlıqla tapa bilərsiniz.

HUAWEI MatePad 11.5's interface, showing the One-touch split-screen feature.

Note Replay11 funksiyası audioyazıları və əl ilə yazılmış məzmunu sinxron şəkildə göstərir ki, bu da dərsdən sonra qeydləri ekrana sürətlə qaytarmağınıza və onlara daha effektiv şəkildə nəzər yetirməyinizə kömək edir. İdeyalarınızı gərəksiz baxışlardan qeydlərin kilidlənməsi sayəsində qoruyun, lakin parlaq fikirlərinizi kəsintisiz paylaşma vasitəsilə irəli sürməkdə tərəddüd etməyin.

HUAWEI MatePad 11.5's interface, showing the note replay feature.

Bir toxunuşla
bölunən ekran

Note Replay (Qeydin oxudulması)

Kəsintisiz paylaşım

Forma dəyişdirmə

Lasso aləti ilə
rəngdəyişmə

Dəqiq axtarış

Rəng tənzimləmə

Kilidli qeydlər

*Stilus ayrıca əldə edilir. HUAWEI MatePad 11.5-də yazmaq üçün onu HUAWEI M-Pencil enerjiyığma cihazı vasitəsilə HUAWEI M-Pencil stilusu ilə əlaqələndirmək lazımdır.

FollowCam, ağıllı
avtofokuslayıcı kameranız

FollowCam3 funksiyası onlayn konfranslar zamanı hərəkət etdiyinizdə və ya yeridiyinizdə belə, fokus daxilində qalmağınızı təmin edir. Həmçinin görüntünün mümkün qədər aydın qalmasını təmin edən 8 MP 105° genişbucaqlı ön kameranı və faylların skan edilməsi üçün mükəmməl seçim olan 13 MP arxa kameranı da unutmayın.

HUAWEI MatePad 11.5's interface, showing the followcam feature.

Kristal kimi
aydın konfrans danışıqları

HUAWEI Histen 9.0 yığcam planşet korpusundan canlı və immersiv dinləmə təcrübəsi təqdim edir. İstər zəng qəbul edin, istərsə də konfrans təşkil edin, hər bir danışığınızın aydın, təmiz və xoş səslənməsini təmin edir.

HUAWEI MatePad 11.5 blue special angle view, showing the speaker.

Supercihaz,

İnkişaf edən yaradıcılıq

Supercihaz2 vasitəsilə audioyazı və ya videoməzmunları telefon və planşetiniz arasında ötürmək üçün sürüşdürün və buraxın, beləliklə, layihələriniz və şövqləriniz həmişə yanınızda olacaq.

HUAWEI MatePad 11.5's interface, showing the super divice feature.

SuperHub,

asan toplu ötürmələr

Telefonunuzda diqqətinizi çəkən bir şey seçin və onu planşetinizdə SuperHub12 vasitəsilə redaktə edin, bu, şəkilləri, videoçarxları və audiofaylları müxtəlif cihaz və tətbiqləriniz arasında birdəfəyə ötürməyi asanlaşdırır.

Asan ötürmələr
HUAWEI MatePad 11.5's interface, showing the superhub feature.
Asan ötürmələr

Yerdəyişən çoxsaylı pəncərə:

Zəhmətsiz əlçatan çoxfunksiyalılıq

Yerdəyişən çoxsaylı pəncərə13 vasitəsilə çoxsaylı pəncərələri eyni anda sərbəst şəkildə idarə edin, onların ölçüsünü istədiyiniz kimi tənzimləyin və yığın, yaxud onları ekranınızda istənilən yerə sürüşdürün. Həmçinin Multiplier tətbiqindəki yerdəyişən pəncərələrdən istifadə etməklə işlə bağlı mesajlara cavab verərkən cədvəlinizi yoxlaya bilərsiniz.

Yerdəyişən pəncərələr
HUAWEI MatePad 11.5's interface, showing the floating multi-window feature.
Yerdəyişən pəncərələr

Məhsuldarlığınızı
artırın

7700 mAh davamlı batareya

7700 mAh batareya14 tam enerji yığdıqda düz 10 saata qədər videooxutmanı dəstəkləyərək15 işinizə və asudə vaxtınıza səhərdən-axşamadək güc qatır.

HUAWEI MatePad 11.5 bulue side view, showing the 7700 mAh battery.

Qüsursuz yaradıcılıq üçün
mükəmməl birləşmə

Yaradıcılığınızı HUAWEI M-Pencil (3-cü nəsil) bağlamasına16 həvalə edin. Stilus ekranda asanlıqla sürüşür, həmçinin enerjiyığma cihazı sürətli və asan enerjiyığma və qoşulma üçün maqnitli stilusun oyuğuna yerləşdirilir.

HUAWEI MatePad 11.5's interface, pencil and pencil charger view, showing the HUAWEI M-Pencil Package (3rd generation).

*Hazırda HUAWEI MatePad 11.5 GoPaint tətbiqini dəstəkləmir. Faktiki istifadəyə üstünlük verin.

Çıxarılabilən dizaynlar,
elastik formalar

HUAWEI ağıllı klaviaturası çoxyönlüdür, belə ki, müxtəlif ssenarilərdə istifadəni asanlaşdırmaq üçün planşetə17 qoşula və ya çıxarıla bilər. Notbuk forması öyrənmə səmərəliliyini artırmaq üçün oxşar notbuk əməliyyatlarını özündə birləşdirir.

HUAWEI MatePad 11.5's interface and keyboard view, showing the HUAWEI Smart Keyboard.
  1. Ekran 120 Hz maksimum yenilənmə sürətini dəstəkləyir. PaperMatte displeyi yalnız HUAWEI MatePad 11.5 PaperMatte seriyasında dəstəklənir. PaperMatte displeyi Huawei in düz ekran dizaynına verdiyi tərifdir. PaperMatte displeyi əksetmələri yayaraq işıqlandırma və günəş işığının təsirini azaldır, ekranı daha rahat hala gətirir. İstifadəçi təcrübəsi tətbiq şərtləri və ətraf mühitdən asılı olaraq dəyişə bilər.
  2. Bu funksiya yalnız müəyyən Huawei telefonlarında, planşetlərində, monitorlarında, HUAWEI Vision məhsul və qulaqlıqlarında, eləcə də HarmonyOS 3 və ya daha sonrakı versiyalara malik müəyyən Huawei planşetlərində əlçatandır. Bu funksiya ilə bağlı hər hansı sualınız yaranarsa, Huawei Müştəri xidmətlərinin qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  3. Bu funksiyanı yalnız müəyyən tətbiqlər dəstəkləyir. Bu funksiya standart olaraq deaktivdir və parametrlərdən aktivləşdirilməlidir.
  4. Standart düzbucaqlı kimi nəzərə alındıqda ekranın diaqonal ölçüsü 11,5 düymdür. Dəyirmi künclərin mövcudluğu səbəbilə faktiki displey sahəsi qeyd edilən göstəricidən daha kiçik ola bilər. FullView displey sənayedə geniş şəkildə istifadə olunan termindir və əsasən, dar çərçivələrə və yüksək ekran-korpus nisbətinə malik ekranlara şamil olunur.
  5. 2.2K görüntü imkanı 2200 × 1440-dır.
  6. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ekran-korpus nisbəti aktiv sahənin sensorlu panel sahəsinə bölünməsi ilə hesablanır. Faktiki ekran-korpus nisbəti fərqlilik göstərə bilər.
  7. Yalnız HUAWEI MatePad 11.5 PaperMatte seriyasının şüşəsi nanosəviyyəli aşındırma texnologiyasını qəbul edir. Məlumatlar Huawei in simulyasiya edilmiş, müdaxiləsiz xarici mühitlərdə həyata keçirilmiş laboratoriya testlərindən əldə edilmişdir. Mühit işığı böyük ölçüdə fərqlilik göstərə bilər, bu səbəbdən də azaldılmış işıq müdaxiləsinin faktiki nisbəti ətraf mühitdən asılı olacaqdır.
  8. Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və müalicə məqsədləri üçün istifadə oluna bilməz.
  9. Bütün HUAWEI MatePad 11.5 modelləri bu rejimlə təchiz olunub. PaperMatte seriyası bu rejimdə daha yaxşı vizual effekt təmin edir.
  10. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki çəki və qalınlıq məhsul spesifikasiyaları, istehsal prosesləri və ölçmə üsullarından asılı olaraq dəyişə bilər.
  11. Bu funksiyanı yalnız müəyyən Huawei planşetləri dəstəkləyir. Bu funksiyadan istifadə etmək üçün planşetinizin internetə qoşulu olduğundan əmin olun və HUAWEI Bloknot tətbiqini 12.4.2.285 və ya daha sonrakı versiyaya yeniləyin.
  12. Bu funksiya yalnız PC Menecer 13.0.3 və ya daha sonrakı versiyalara malik müəyyən Huawei fərdi kompüterlərində və HarmonyOS 3 və ya sonrakı versiyalara malik bəzi Huawei telefon və planşetlərində dəstəklənir. Bu cihazlar eyni HUAWEI ID-yə daxil olmalı, eyni zamanda Bluetooth və Wi-Fi aktivləşdirilməlidir. Bu funksiyanı yalnız bəzi tətbiq, mətn və şəkillər qəbul edir. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  13. Bu funksiyadan yalnız müəyyən tətbiqlərdə istifadə oluna bilər. Dəstəklənən tətbiqlərin siyahısı davamlı şəkildə yenilənəcək. Funksiya effektləri yalnız istinad üçündür. Bu funksiya üçün interfeys və ümumi təcrübə xüsusi məhsuldan asılı olaraq dəyişə bilər.
  14. Tipik batareya tutumu 7700 mAh təşkil edir. Daxili batareya çıxarıla bilməz.
  15. Məlumatlar Huawei in parlaqlıq 200 nit təyin edilərək həyata keçirilmiş laboratoriya testlərindən əldə edilir. Batareyanın enerjisi tam doldurulduqda 10 saat yerli 1080P video oxutma dəstəklənir. Faktiki istifadə məhsul, proqram təminatının versiyası, istifadə şərtləri və ətraf mühit amillərindən asılı olaraq dəyişə bilər.
  16. Bağlama standart konfiqurasiyaya malik deyil və ayrıca əldə edilir. HUAWEI M-Pencil enerjiyığma cihazı vasitəsilə HUAWEI M-Pencil ilə əlaqələndirdikdən sonra HUAWEI MatePad 11.5-in ekranında yaza bilərsiniz. Bağlamaya HUAWEI M-Pencil (3-cü nəsil), HUAWEI M-Pencil enerjiyığma cihazı və dəyişdiriləbilən qələm ucluğu daxildir.
  17. Klaviatura standart konfiqurasiyaya malik deyil və ayrıca əldə edilir.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et