HUAWEI MatePad Pro

pc

Yaradıcılığın Təkrar Nəzərdən Keçirilməsi

HUAWEI Tam Görüntülü Displey | Kirin 990 Flaqman Çipseti | Huawei Share1

huawei matepad pro kv

Canlı və Parlaq Görüntü

90%2 ekran-korpus nisbəti və 4.9mm-ə3 qədər kiçildilmiş qoruyucu çərçivələrlə təchiz edilmiş 10.8 düym HUAWEI tam görüntülü displey4 ilham axtarmaq və ya sadəcə hər hansı bir iş görməyinizdən asılı olmayaraq sizə möhtəşəm vizual təcrübə yaşadır. Hər bir qaranlıq və ya parlaq detal DCI-P3 sinematik rəng diapazonu və 540 nit5 parlaqlıq ilə son dərəcə canlı və aydın görünür. TÜV Rheinland sertifikatlı6 bu ekran gözlərin sağlamlığını qorumaq üçün mavi işığı əhəmiyyətli dərəcədə azaldır.

90%

Ekran-korpus nisbəti

4.9 mm

Dar çərçivə

huawei matepad pro fullview display

Təbiətdən İlham Alınmışdır

Təbiətin gözəl rənglərini ehtiva edən HUAWEI MatePad Pro-nun dörd rəng alternativi var. Əsrarəngiz Tünd Boz və əldəyməmiş İnci Bəyazı parlaq şüşə fiber7 ilə örtülmüşdür, ona görə də yüngül korpus tərzinizi tamamlamaq üçün möhtəşəm şəkildə parıldayır. Zərif veqan dəri8 ilə örtülmüş gözəl Meşə Yaşılı rəngi cihazda sakit bir tərz yaradır, təravətləndirici Narıncı rəng isə gündəlik həyatınıza daha çox enerji qatır.

Video izləyin
huawei matepad pro color white
huawei matepad pro color grey
huawei matepad pro color orange
huawei matepad pro color green

Zərif Dizayn,Klassik Tərz

460 q9 yüngül korpus portativ və davamlı şəkildə hazırlanmışdır. Bel çantanıza bir kağız parçası kimi asanlıqla yerləşdirə bilərsiniz. Görünməz antena dizaynı cihaza hamar və qüsursuz bir görünüş bəxş edir, incə mikro maili çərçivə isə əllərinizi erqonomik olaraq əlinizə uyğunlaşır. İstənilən yerə gedərkən tərzinizə uyğun və rahatlığınızı təmin edən HUAWEI MatePad Pro-nu özünüzlə apara bilərsiniz.

huawei matepad pro lightweight design

Performansda İnqilabi Addım

Kirin 990 flaqman çipseti sayəsində HUAWEI MatePad Pro son dərəcə inkişaf etmiş performans və yüksək enerji səmərəliliyi təmin edir. Sİ performansını artırarkən hesablama gücünü ağıllı şəkildə bölüşdürən HUAWEI-in öz hazırladığı arxitekturası NPU ilə daha "ağıllı" işləyir10. GPU-Turbo texnologiyası ilə təkmilləşdirilmiş Mali-G76 MC16 GPU arxitekturası ilə filmlər və oyunlar üçün daha yaxşı vizual görüntü təqdim edir.

huawei matepad pro kirin 990

Huawei Share1 Çoxekranlılıq Funksiyası

Qoşulduqdan sonra11 smartfonunuz HUAWEI MatePad ilə birləşir və bu iki cihaz "VAHİD" bir super cihaza çevrilir. Telefonunuzun ekranı daha sərbəst şəkildə daha böyük bir ekranda işləməyinizi təmin etmək üçün planşetinizdə əks olunur. İndi planşetinizin ekanından telefonunuzla zəng edə, mesaj göndərə12 və fotoşəkilləri yoxlaya bilərsiniz. Siz həmçinin iki cihaz arasında faylları çəkib digərinə ata və eyni klaviaturadan istifadə edərək telefonunuzda dostlarınızla söhbət edərkən həmin faylları redaktə edə bilərsiniz.13 Bu cür cihazlararası işləmə mexanizmi gündəlik həyatı və iş həyatını asanlaşdırır.

huawei matepad pro

Yaradıcılığınızla Uyğunlaşır

Yeni HUAWEI M-qələmi14 altıbucaqlı inteqrasiya olunmuş dizaynı ilə dəbli və zərif görünür. Sanki kağız üzərində qələmlə yazırmış kimi real hiss etdirir, çoxcəhətli yazı vuruşları və xüsusiyyətləri ilə sizə davamlı və etibarlı təcrübə təmin edir. İclas keçirmək, alış-veriş siyahısı hazırlamaq və ya sadəcə yaradıcılığınızı kəşf etməyinizdən asılı olmayaraq, HUAWEI M-qələmi fikirlərinizlə uyğunlaşır.

huawei matepad pro m-pencil

Seçilmiş kompozit materiallardan hazırlanmış qələm ucu ilə HUAWEI M-qələmi qüsursuz yazı axıcılığı təmin edir. Yaratdığınız hər şey heç bir gecikmə olmadan dərhal ekranda əks olunur. 4096 səviyyəli Təzyiq Həssaslığ15 ilə təchiz edilmiş qələm yazı və ya rəsm üçün əl hərəkətlərinizin hər bir nüansını əks etdirir.

huawei matepad pro m-pencil experience

Avtomatik Olaraq Cütləşdirir, Maqnitlə Yerləşdirir, Kabelsiz Batareya Doldurur

Planşetinizin yuxarı hissəsinə ehtiyatla yerləşdirin, HUAWEI M-qələminin batareyası bir saat ərzində kabelsiz tam doldurula bilər. Gərgin və yaradıcı bir günə hazırsınız16. Sürətli qeydgötürməni gözləməyə ehtiyac yoxdur. Batareyanın 30 saniyə doldurulması 10 dəqiqə17 işləməyə imkan verir, oan görə də hər şeydən xəbərdar olacaqsınız.

huawei matepad pro m-pencil
huawei matepad pro m-pencil charging huawei matepad pro m-pencil charging

İdeyalarınızı Gerçəkləşdirir

İlham gəldikdə HUAWEI MatePad Pro ilə dərhal fəaliyyətə keçin. Ekran sönük olduqda ona toxunun.18 Yandırmaq üçün HUAWEI M-qələminizdən istifadə edin və birbaşa Notepad-ə daxil olun. Qeyd götürmək və ya rəsm eskizləri çəkmək, müxtəlif rənglər və fırçalar fikirlərini vizuallaşdırmağa kömək edir, ağıllı poliqrafiya və sərbəst redaktə xüsusiyyəti isə gələcək yoxlama, redaktə və açar sözlə axtarış üçün kontent təşkil edir.19

Nebo® MyScript® tətbiqidir.
Nebo® və MyScript® Çin, Birləşmiş Ştatlar, Fransa və digər ölkə və
regionlarda MyScript tərəfindən qeydiyyatdan keçirilmiş ticarət nişanlarıdır.

Rahat və İntuitiv Yazma

Ağıllı maqnit klaviaturanı qoşun20, həqiqətən noutbuk klaviaturası kimi hiss etdirən 1.3 mm-lik düymə vuruşu ilə mükəmməl yazı ritmindən həzz alacaqsınız. İkili dayaq bucağı ilə onu müxtəlif işıqlandırma və mühitə uyğun tənzimləyə bilərsiniz. Çoxekranlılıq funksiyasını1 asanlıqla aktivləşdirmək üçün telefonunuzun NFC sensoru sahəsində sağ Shift düyməsindəki ikonasına toxunun. Bu klaviatura qatlandıqda sadəcə qoruyucu örtük olmur, açıldığı zaman o, planşeti oyada bilər və bu sayədə siz daha intuitiv şəkildə işə başlaya bilərsiniz.

huawei matepad pro keyboard

Artıq Noutbuku Hər Yerə Özünüzlə Aparmaq Məcburiyyətində Deyilsiniz

Sadəcə bir toxunuşla cihazı PC rejiminə keçirin21. Elastik iş masası birdən çox tətbiqi iş vərdişlərinizi uyğun şəkildə yaxınlaşdırmaq, dartıb çəkmək və tənzimləməyə imkan verir. Bəzi fayllar hətta PC-də olduğu kimi birbaşa iş masasında22 yadda saxlanıla bilər. Yüngül və ağıllı.

huawei matepad pro pc mode
huawei matepad pro pc mode huawei matepad pro pc mode
huawei matepad pro pc mode huawei matepad pro pc mode

PC Rejimi

Planşet Rejimi

Hər İş Üçün Köməkçiniz

Diqqətinizi böyük ideyalarınıza cəmləyin və digər hər şeyi HUAWEI MatePad Pro-ya həvalə edin. Çoxcəhətli WPS xüsusiyyətləri23 ilə daha səmərəli və rahat şəkildə işləməyinizə kömək edir. Əlavə redaktə üçün vacib hissələri dairəyə almaq və ya işarələmək üçün ağıllı qələmlə işləyərkən rəy bildirmək məqsədilə səsli qeyd götürmə funksiyasından istifadə edin. İşlər daha sürətli və keyfiyyətli şəkildə yerinə yetirildiyi üçün ağıllı iş ortağınız olan planşetinizlə daha çox asudə vaxt keçirə bilərsiniz.

Effektiv Təcrübə, Yüksək Səmərəlilik

EMUI10-un25 innovativ çoxpəncərə funksiyası24 iş və oyun üçün səmərəli şəkildə eyni anda bir neçə iş görməyə imkan verir. Təqdimatlar hazırlayarkən əvvəlki qeydləri yoxlayın. Qısayol menyusunu görmək üçün panelə klikləyin. Davam edən əməliyyatı dayandırmadan gələn mesajı cavablandırmaq üçün hərəkətli pəncərəni açın. Bölünmüş ekran ilə daha rahat və effektiv bir təcrübənin şahidi olacaqsınız.

huawei matepad pro emui10

Qəlbinizə Toxunan Heyrətamiz Səs

Kompakt HUAWEI MatePad Pro dördlü səsucaldıcı və dörd kanallı səs sistemi ilə təchiz edilmişdir. Histen 6.0 3D stereo ilə qəlbinizə toxunan heyrətamiz səs təmin edir. Harman Kardon® Audio ilə köklənmiş səs sistemi ilə zəngin akustik detallar və ətrafınıza yayılan valehedici, güclü səs dalğalarından zövq ala bilərsiniz. Bundan əlavə, 360° ətraf səslərin yox edilməsi funksiyasını təmin edən dairəvi beş mikrofon səsinizin aydın və ucadan eşidilməsini təmin edir.

huawei matepad pro sound wave
huawei matepad pro sound wave
huawei matepad pro sound wave
huawei matepad pro sound wave
huawei matepad pro sound wave

Bitməyən Enerji

15 W kabelsiz və 7.5 W-a qədər cihazı tərs çevirərək batareya doldurulmasını26 dəstəkləyən ilk HUAWEI planşeti olaraq, azad kabelsiz adapterdən istifadə edə və hərəkətdə olarkən digər qacetləri yandıra bilərsiniz27. 20 W sürətli adapter28 ilə təchiz edilmiş cihaz cəmi 30 dəqiqə29 batareya doldurmaqla daha 3 saat istifadə edilə bilər. Böyük batareya rahatlıqla 12 saatadək30 davam gətirir, ona görə də bəzi əlavə çətinliklərə hazır ola bilərsiniz.

15 W

Kabelsiz adapter

7250 mAh

Böyük batareya

7.5 W

Cihazı tərs çevirərək batareya doldurma

  1. Bu xüsusiyyət yalnız bəzi EMUI10 və ya daha yeni versiyalı HUAWEI telefonlarında və Magic UI 3.0 və ya daha yeni versiyalı Honor telefonlarında dəstəklənir. HUAWEI Mate 30 seriyası (10.0.0.191 və ya daha yüksək versiya ilə yenilənmiş) bu xüsusiyyəti dəstəkləyən ilk smartfon partiyasıdır. Digər modellər bu xüsusiyyəti dəstəkləmək üçün tədricən təkmilləşdiriləcək. Ətraflı məlumat üçün rəsmi vebsayta daxil olun.
  2. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Ekran-korpus nisbəti aktiv sahəni (AA) sensor panelin (TP) sahəsinə bölməklə hesablanır. Faktiki ekran-korpus nisbəti fərqli ola bilər.
  3. Huawei laboratoriyasının sınaq nəticələrinə əsaslanır. Faktiki məlumatlar konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
  4. Tam görüntülü displey dar çərçivə və yüksək ekran-korpus nisbəti olan bir ekrana istinad edən, sənayedə olduqca geniş yayılmış bir anlayışdır. HUAWEI MatePad yumru künc dizaynını qəbul edir və standart düzbucaqlı kimi ölçüldükdə diaqonal uzunluğu 10.4 düym təşkil edir. Ekranın faktiki ölçüsü konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
  5. 540 nit tipik dəyərdir.
  6. TÜV Rheinland sertifikasiyası üçün sınaq şərtləri: Göz üçün rahat rejim aktivləşdirildikdə, planşet Rheinland zəif mavi işıq sınağından (rəng temperaturunun tənzimlənməsi istisna olmaqla) keçir.
  7. Şüşə fiber mükəmməl toxunuşlu qeyri-üzvi qeyri-metal materialdır.
  8. Veqan dəri dedikdə PU dəri nəzərdə tutulur.
  9. Şüşə lifli arxa örtüklə birlikdə məhsulun çəkisi 460 q-dır. Veqan dəri arxa örtüklə isə məhsulun çəkisi 492 q təşkil edir. Məlumatlar Huawei laboratoriyasının sınaq nəticələrinə əsasən klaviaturanın çəkisini istisna edir. Faktiki çəki konfiqurasiya və istehsal prosesindən asılı olaraq dəyişə bilər.
  10. Kirin 980 ilə müqayisə üzrə Huawei laborator sınaq nəticələrinə əsaslanır.
  11. Əlaqə qurmağın üç üsulu: Yaxınlıqda Bluetooth aşkar edilməsi: Planşetdə və smartfonda Bluetooth və Wi-Fi-ı aktivləşdirin. Planşetdə açılan menyudan çoxekranlılıq funksiyasını aktivləşdirin. Telefon planşetdən təxminən 20 sm məsafədə olduqda, ekranda telefonu planşetə qoşub-qoşmamaqla bağlı cavab gözləyən bir dialoq pəncərəsi açılır. Qoşmaq üçün OK düyməsinə basın. ② Əlaqə qurmaq üçün klaviaturanın sağ Shift düyməsindəki ikonasına toxunun. ③ Çoxekranlılıq xüsusiyyətindəki Scan əlaqəsini klikləyin və əlaqə qurmaq üçün mobil telefonunuzdakı HUAWEI brauzerindən istifadə edərək QR kodunu oxudun.
  12. Bu xüsusiyyət smartfonun məlumat mübadiləsi funksiyası ilə dəstəklənir və yalnız planşetdə mövcud deyil.
  13. Bu xüsusiyyət müəyyən tətbiqlərlə dəstəklənir.
  14. HUAWEI M-qələmini ayrıca almaq lazımdır.
  15. Bu xüsusiyyət bəzi tətbiqlərə uyğundur. Faktiki istifadə yazı metodlarından və müəyyən tətbiqlərdən asılı olaraq dəyişə bilər.
  16. Məlumatlar HUAWEI laboratoriyasının nəticələrinə əsaslanır və yalnız istinad üçündür. Faktiki istifadə fərqli ola bilər. Bir gün dedikdə gündə 10 saat işləmə vaxtı nəzərdə tutulur.
  17. Məlumatlar HUAWEI laboratoriyasının nəticələrinə əsaslanır və yalnız istinad üçündür. Faktiki istifadə fərqli ola bilər.
  18. Ekran sönük vəziyyətdə gözləmə rejiminə istinad edilir.
  19. Bu xüsusiyyət HUAWEI Nebo ilə dəstəklənir.
  20. Klaviatura HUAWEI MatePad Pro ilə uyğunlaşır və ayrıca satın alınmalıdır.
  21. Planşetin əsas interfeysində açılan menyuda PC rejiminə toxunun.
  22. Bu xüsusiyyət xüsusi tətbiqlərə uyğundur. Faktiki istifadə müəyyən tətbiqlərdən asılı olaraq dəyişə bilər.
  23. Aşağıdakı xüsusiyyətlər yalnız HUAWEI MatePad Pro internetə qoşulduqda və müvafiq tətbiqlər ən son versiyaya yeniləndikdə aktivləşir.
  24. Quraşdırılmış versiya EMUI 10.0.1-dir və gələcək yeniləmələri dəstəkləyir. Bu xüsusiyyət yalnız HUAWEI MatePad Pro internetə qoşulduqda və bu funksiyanı dəstəkləyən tətbiqlər ən son versiyaya yeniləndikdə aktivləşir.
  25. Quraşdırılmış versiya EMUI 10.0.1-dir və gələcək yeniləmələri dəstəkləyir.
  26. Kabelsiz sürətli adapter girişini ayrıca almaq lazımdır. Cihazı tərs çevirərək batareya doldurulması funksiyası yalnız HUAWEI laboratoriya sınaqlarından keçmiş cihazları dəstəkləyir. Cihazı tərs çevirərək batareya doldurulması funksiyası deaktiv edilmişdir və istifadə etməzdən əvvəl parametrlər menyusunun batareya seçimində aktivləşdirilməlidir.
  27. Yalnız HUAWEI laboratoriya sınaqlarından keçmiş cihazlar tərs çevirərək batareya doldurulması funksiyasını dəstəkləyir.
  28. Standart 20 W sürətli batareya doldurma, həmçinin 40 W HUAWEI SuperCharge-ı dəstəkləyir. 40 W SuperCharge və adapter kabelini ayrıca almaq lazımdır.
  29. Normal şəraitdə məlumatlar Huawei laboratoriyasının nəticələrinə əsaslanır. Faktiki məlumatlar məhsulun modeli, proqramın versiyası, istifadə şəraiti və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
  30. Normal şəraitdə batareya 12 saat 1080P video izləməyə imkan verir. Məlumatlar HUAWEI laboratoriyasının sınaq nəticələrinə əsaslanır. Faktiki məlumatlar məhsulun modeli, proqramın versiyası, istifadə şəraiti və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et