HUAWEI MatePad

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI MatePad KV
Kəşfetmə gücünü ortaya çıxarın
2K tam görüntülü displey | Güclü performans  | 
Yüksək keyfiyyətli, ətrafa yayılan səs effekti

* HUAWEI M-qələmini ayrıca satın almaq lazımdır.

HUAWEI MatePad ID

İlk toxunuşda sevgi

İncə, parlaq və zərif HUAWEI MatePad-in sadə dizaynı həqiqətən göz oxşayır. Zərif işçilik və incə mat örtüyü ilə cihazın gözəl görünüşü əllərinizə hamar və rahat bir toxunuş bəxş edir. Klassik tünd boz rəng və zərif dizayn onu tərzinizə və gündəlik həyatınıza mükəmməl şəkildə uyğunlaşdırır.
HUAWEI MatePad Full Screen HUAWEI MatePad Full Screen

Yaradıcılıq üçün daha geniş ekran

HUAWEI MatePad-in 10.4 düym tam görüntülü displeyi1, 7.9 mm dar çərçivəsi2,və geniş ekranı bütün qəribə düşüncələrinizi və yeni ideyalarınızı ortaya qoymağa imkan verir. HUAWEI MatePad-in parlaq rəngləri və heyrətamiz qrafikası ilə özünüzü sərbəst ifadə edin və gözəllikləri istədiyiniz kimi kəşf edərək hüdudsuz yaradıcı səyahətdən zövq alın.
HUAWEI MatePad Stereo Sound

Heyrətləndirici səs

Dördlü səsucaldıcı və dörd kanallı səs sistemi ilə təchiz edilmiş HUAWEI MatePad sizə kinoteatrda və ya konsert salonunda olduğunuzu düşündürəcək qədər heyrətləndirici səs təmin edir. Histen 6.0 3D stereo ilə ətrafınıza yayılan valehedici səs effektindən zövq ala bilərsiniz. Harman Kardonun səsi, zəngin akustik detallar və güclü səs dalğaları dünyanızı sarsacaq.
HUAWEI MatePad Multiple Eye Protection HUAWEI MatePad Multiple Eye Protection

Uzunmüddətli oxuma həzzi

"Ağıllı" mexanizm ilə kontrastı, parlaqlığı və dəqiqliyi daha rahat elektron kitab oxuma təcrübəsi yaşatmaq üçün tənzimləyən yeni eBook (elektron kitab) rejimində sanki həqiqətən kitabın səhifələrini çevirirmiş kimi hiss edəcəksiniz. HUAWEI MatePad TÜV Rheinland Zəif Mavi İşıq sertifikatlı ekranı3 ilə gözlərinizin qayğısına qalarkən kitablarınız da zehninizi qidalandırır. Bu ekran zərərli mavi işığı4, azaldır, habelə gecə yarısı narahatlıq yaranmamasını təmin etmək üçün oturuşunuz və baxış məsafəniz haqqında məqsədəuyğun xatırlatmalar edir.
HUAWEI MatePad Multiple Eye Protection
HUAWEI MatePad Multiple Eye Protection

*TÜV Rheinland boasts over 140 years of history for quality accreditation covering 6 major professional research domains of displays and offers authoritative certification for the quality of eye-protection of mobile phone displays.

HUAWEI MatePad Multiple Eye Protection
HUAWEI MatePad Four Microphones Four Speakers

Canlı ünsiyyəti asanlaşdırır

HUAWEI MatePad-in təkmilləşdirilmiş 4-lü mikrofon sistemi səsinizi qüsursuz səs mübadiləsi təmin edən ətraf səslərin azaldılması xüsusiyyəti ilə alır. FollowCam-i aktivləşdirməklə video zənglər zamanı daim kadrın mərkəzində ola bilərsiniz, və Smart View və Spotlight rejimi daha maraqlı və səmərəli qrup ünsiyyətləri təmin edir. Sərbəst şəkildə ətrafda gəzə, uzaqdan idarəetmə üçün Kamera Jestlərindən istifadə edə bilərsiniz. Məhdudiyyətlərdən azad olun və getdiyiniz hər yerdə canlı qarşılıqlı ünsiyyətdən zövq alın.
HUAWEI MatePad Four Microphones Four Speakers HUAWEI MatePad Four Microphones Four Speakers HUAWEI MatePad Four Microphones Four Speakers

Sizə ilham verəcək qələm

İstədiyiniz zaman rəsm çəkin, yazı yazın və ya qaralama edin, HUAWEI M-qələmi5 sanki kağız üzərində qələmlə yazılmış kimi real hiss etdirir. Olduqca aşağı gecikmə müddəti, əldə təbii rahatlıq hissi və zərif tərzi ilə HUAWEI M-qələmi yaradıcılığınızla bağlı sizə ilham verir. Seçilmiş kompozit materiallardan hazırlanan bu qələm yazı vuruşlarınızı dəqiqliklə əks etdirməklə yanaşı, gündəlik istifadə üçün sizə davamlı və etibarlı təcrübə təmin edir.
HUAWEI MatePad M-pencil HUAWEI MatePad M-pencil
HUAWEI MatePad Chip

Ağıllı və güclü

7nm prosessoru və HUAWEI-in öz hazırladığı NPU arxitekturası ilə təchiz edilmiş HUAWEI Kirin 810 proqramlaşdırma qabiliyyətini ağıllı şəkildə ayıran təkmil Sİ performansı ilə yüksək enerji səmərəliliyi və hesablama qabiliyyəti təmin edir. Cihaz həmçinin GPU Turbo Texnologiyası ilə dəstəklənən Mali-G52 GPU ilə təchiz olunmuşdur, bu sayədə həddən artıq yükləndikdə belə yüksək performans təmin edir və tədris, iş və ya oyun zamanı sizə dəstək olmağa hazırdır.
HUAWEI MatePad Multi Screen Collaboration

Huawei Share 6
çoxekranlılıq funksiyası

Qoşulduqdan sonra smartfonunuz HUAWEI MatePad ilə birləşir və bu iki cihaz "VAHİD" bir super cihaza çevrilir. Telefonunuzun ekranı daha sərbəst şəkildə daha böyük bir ekranda işləməyinizi təmin etmək üçün planşetinizdə əks olunur. İndi planşetinizin ekranından telefonunuzla zəng edə, mesaj göndərə və fotoşəkilləri yoxlaya bilərsiniz. Siz həmçinin iki cihaz arasında faylları çəkib digərinə ata və eyni klaviaturadan istifadə edərək telefonunuzda dostlarınızla söhbət edərkən həmin faylları redaktə edə bilərsiniz.7. Bu cür cihazlararası işləmə mexanizmi gündəlik həyatı və iş həyatını asanlaşdırır.
HUAWEI MatePad Multi Screen Collaboration
HUAWEI MatePad Smart Split Screen

Eyni anda bir neçə iş görməyə imkan verir

İnnovativ çoxpəncərə funksiyası8 iş, oyun və təhsil üçün səmərəli şəkildə eyni anda bir neçə iş görməyə imkan verir. Qısayol menyusunu görmək üçün panelə klikləyin, bölünmüş ekran ilə daha rahat və effektiv bir təcrübənin şahidi olacaqsınız. Eyni tətbiqin kortəbii işləməsinə imkan verən HUAWEI APP Multiplikatoru ilə daha yüksək rahatlıq və səmərəlilik əldə edə bilərsiniz. Müqayisə etməyiniz üçün alış-veriş alternativləri yan-yana göstərilə bilər və paralel ekranda göstərilən fotoşəkilləri seçə bildiyiniz üçün redaktə prosesi daha intuitiv ola bilər.
HUAWEI MatePad Smart Split Screen

Həyatdan zövq alın

7250 mAh-lıq (tipik həcm) böyük tutumlu batareya bir dəfə doldurulmaqla 12 saata qədər9 video izləmə və ya 7 saata qədər9 həyəcanverici 3D oyunlarını dəstəkləyə bilir. 10 W adapterdən istifadə etməklə 30 dəqiqə ərzində batareya 16%9 3.8 saatda9 isə tam doldurula bilər.
HUAWEI MatePad Battery HUAWEI MatePad Battery
HUAWEI MatePad Battery HUAWEI MatePad Battery HUAWEI MatePad Battery
HUAWEI MatePad Battery