HUAWEI WATCH KIDS 4 Pro

Huawei Kid Watch 4 Pro
HD videozəng | AI GPS mövqeləndirmə1 | 50 m suyadavamlılıq2
Huawei Kid Watch 4 Pro
Yüksəkkeyfiyyətli videozənglər3
Onları sevgi dolu detallarla,
aydın şəkildə görün
HUAWEI WATCH KIDS 4 Pro-dakı 5 MP yüksəkkeyfiyyətli kamera sayəsində övladlarınızla gözəl videozənglər həyata keçirin. Onların məhz harada olduqlarına və nə etdiklərinə təfərrüatlı şəkildə baxın. İstifadəsi asan olan zəng funksiyası vasitəsilə ehtiyac duyduqları istənilən an sizinlə videogörüntülü söhbət edə bilmələrinin verdiyi rahatlıq hissindən zövq alın. Bundan əlavə, HUAWEI WATCH KIDS 4 Pro həmçinin HUAWEI MeeTime-ı4 da dəstəkləyir.
Huawei Watch Kid 4 Pro HD Video Calling
Stabil zənglər
Yaxın məsafə,
aydın toxunuş
Tam 4G VoLTE6 əhatə dairəsi və Huawei-nin zəng stabilliyini artıran, eləcə də güc istehlakını azaldan ağıllı şəbəkə alqoritmi sayəsində hər zaman aydın, stabil videozənglər və SMS-lərdən5 zövq alın. Bundan əlavə, rouminq dəstəyi ilə onları istənilən yerə apara və hər zaman zəng edə bilərsiniz.

*VoLTE funksiyası daşıyıcı şəbəkə parametrlərindən asılıdır. Yalnız illüstrasiya məqsədi daşıyan şəkil real xəritə deyil.

Huawei Watch Kid 4 Pro 4G RAM 2
Huawei Watch Kid 4 Pro 4G RAM 2
Huawei Watch Kid 4 Pro 4G RAM 1
Huawei Watch Kid 4 Pro 4G RAM 2
Huawei Watch Kid 4 Pro 4G RAM 3
9-sistemli AI mövqeləndirmə1
Harada olduqlarından hər zaman xəbəriniz olsun
HUAWEI WATCH KIDS 4 Pro-da quraşdırılmış 9-sistemli AI mövqeləndirmə1 onların harada olduğunu sürətli və dəqiq şəkildə görməyinizi təmin edir. Xidmət GPS, Beidou, GLONASS, A-GPS, WLAN üzrə naviqasiya, baza stansiyası üzrə naviqasiya, rouminq üzrə naviqasiya, akselerometr və SOS kamerası vasitəsilə naviqasiyanı dəstəkləyir. Səyahətə çıxdığınız zaman rouminq dəstəyi sayəsində bütün ehtiyaclarınızı qarşılayır.
Huawei Watch Kid 4 Pro AI Orientation 3
Huawei Watch Kid 4 Pro AI Orientation 4
HUAWEI FamCare tətbiqi7
Hər zaman
can rahatlığı
HUAWEI WATCH KIDS 4 Pro-da HUAWEI FamCare tətbiqi7 vasitəsilə hazırda harada olduqlarını görə bilərsiniz. 'Təhlükəsiz zona' funksiyasını aktivləşdirin, beləliklə, övladınız həmin ərazini tərk etdiyi təqdirdə, bildiriş alacaqsınız. Təhlükəli vəziyyət hiss etdikləri zaman bir kliklə əlçatan olan SOS təcili zəng funksiyası sizə dərhal zəng etmələrini təmin etməklə yanaşı, cari yerlərinin avtomatik çəkilmiş fotoşəkillərini də təqdim edir.
Huawei Watch Kid 4 Pro Footprint Record Huawei Watch Kid 4 Pro Footprint Record 2
8:00
10:30
12:30
16:30
Təhlükəsizlik sertifikatları
Təhlükəsizlik təmin edilmişdir
Huawei Watch Kid 4 Pro Safety Certification 1
Kəmərin materialı
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) qidaya təmas edən materiallarla bağlı normativlərinə (FDA CFR 21 177.2600) əsasən, silikon materiallardan hazırlanmışdır. Dəri üçün ziyansız, rahat, tərə qarşı davamlı və nəfəs alabilən olduğu sertifikatlaşdırılmışdır.
Huawei Watch Kid 4 Pro Safety Certification 2
TÜV Rheinland Wearable Device Safety (Taxılabilən cihazın təhlükəsizliyi) sertifikatı
HUAWEI WATCH KIDS 4 Pro cihazın hərtərəfli təhlükəsizliyini təmin etmək məqsədilə suyadavamlılıq, batareya, material, etibarlılıq və şəbəkə təhlükəsizliyini qiymətləndirən TÜV Rheinland Wearable Device Safety sertifikatına malikdir və bu standarta əsasən sertifikatlaşdırılan, uşaqların istifadəsi üçün nəzərdə tutulmuş bir neçə cihazdan biri oldu.
Huawei Watch Kid 4 Pro Safety Certification 3
Data təhlükəsizliyi
Huawei Mobile Cloud EU GDPR kibertəhlükəsizlik standartlarının üçlü data təhlükəsizliyinin təminatına uyğun olaraq hazırlanmışdır. Uşaqlarla bağlı data təhlükəsizliyinin effektiv şəkildə mühafizə olunması üçün HTTPS ötürülməsinin şifrlənməsini, data yaddaşı təhlükəsizliyinin şifrlənməsini və ikifaktorlu autentifikasiyanı təmin edir.
Huawei Watch Kid 4 Pro Safety Certification 4
Üzgüçülük təlimi rejimi
Suda üzən balıq kimi
Huawei Watch Kid 4 Pro Professional Swimming Modes
HUAWEI WATCH KIDS 4 Pro 5 ATM2 dizaynı sayəsində 50 metrə qədər suyadavamlıdır, eləcə də səsgücləndiricini bir kliklə asanlıqla qurutmaq mümkündür. Üzgüçülük təlimi rejimi fərqli üzgüçülük tərzlərini, qulac sayını, üzmə müddətini və daha çoxunu izləyir, bunun köməyilə övladlarınız qısa zamanda hovuz çempionu olacaqlar.
Huawei Watch Kid 4 Pro Professional Swimming Modes
Sürətli enerjiyığma qabiliyyəti
Enerji ilə dolu
Daxildə quraşdırılmış 800 mAh batareya8 sayəsində 50% enerji ilə sadəcə, səhər yeməyi üçün ayırdığınız 20 dəqiqəlik müddətdə tam günlük enerji əldə edin.
Huawei Watch Kid 4 Pro Battery
Gecələr qoruyucu LED işıq pərdəsi
İşıq mühafizəsi
Saat siferblatının hər iki tərəfindəki rəngli, yanıb-sönən LED işıqlarla onların təhlükədən uzaq olması və əylənməsini təmin edin. Gecələr çöldə gəzərkən işıqların övladlarınızın sürətinə uyğun yanıb-sönməsini təmin edin ki, onları rahatlıqla görəsiniz, bununla yanaşı, zəngli saatın çalması və ya yeni dostların əlavə edilməsi kimi müxtəlif ssenarilərdə onların çoxrəngli işıqlardan zövq almasını təmin edin.9
Huawei Watch Kid 4 Pro Light Guard 1 Huawei Watch Kid 4 Pro Light Guard 2 Huawei Watch Kid 4 Pro Light Guard 3
Ultrabənövşəyi sensor
Açıq havada əyləncə
Çöldə oynamağın sümüyün inkişafını dəstəklədiyi, miopiyanın10 qarşısını aldığı və uşaqların hərtərəfli sağlam şəkildə böyüməsinə kömək etdiyi sübut olunmuşdur. Övladlarınızın çöldə11 daha çox vaxt keçirməsini təşviq etməyiniz üçün HUAWEI WATCH KIDS 4 Pro mühit işığı və ultrabənövşəyi işıqlara malikdir, beləliklə, onların gün ərzində çöldə neçə saat vaxt keçirdiyini dəqiqliklə izləyə bilərsiniz.
Huawei Watch Kid 4 Pro Record Lighting Time
İdman rejimləri
Çoxsaylı fəaliyyətlər
İp atlamadan pres etməyə qədər iştirak edə biləcəkləri çox sayda idman və fəaliyyət trekinqi rejimləri mövcuddur. Bir dəqiqəlik fəaliyyət çətinlikləri onları aktiv olmağa təşviq edə bilər, beləliklə, dostları ilə əyləncəli idman yarışlarından zövq ala bilərlər. Aktivliyi sevməyi öyrənmələrinə şərait yaradın.
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 1
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 2
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 3
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 1
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 2
Huawei Watch Kid 4 Pro Multiple Sport Modes 3
Ağıllı parlaqlıq tənzimləməsi
İdeal parlaqlıq səviyyəsi
HUAWEI WATCH KIDS 4 Pro övladınıza hər şeyi asanlıqla və dəqiqliklə12 görməyə imkan verən yüksəkkeyfiyyətli 341 ppi və 1,41 düymlük AMOLED displeyə malikdir. İstər çöldə parlaq günəş altında, istərsə də yatmazdan əvvəl otaqlarında olsunlar, parlaqlıq müxtəlif mühitlərə uyğun şəkildə avtomatik tənzimlənir.
Huawei Watch Kid 4 Pro Screen Brightness Adjustment 1
Huawei Watch Kid 4 Pro Screen Brightness Adjustment 2 Huawei Watch Kid 4 Pro Screen Brightness Adjustment 3
Huawei Watch Kid 4 Pro Screen Brightness Adjustment 4
Dostların əlavə edilməsi
Silkələ və dostlarını əlavə et
HUAWEI WATCH KIDS 4 Pro dostlaşmanı əyləncəli hala gətirir. Kontakta əlavə etmək üçün saatları dostlar ilə yan-yana ikən silkələmək kifayətdir, beləliklə, onlar avtomatik şəkildə əlavə olunacaqlar.
Huawei Watch Kid 4 Pro Make Friends 1
Genişbucaqlı selfilər
Möhtəşəm əngin dünya
Bir fotoşəkil min sözə dəyər. Buna görə də HUAWEI WATCH KIDS 4 Pro 85 dərəcəli13 geniş bucağa malik selfi kamerası ilə birgə gəlir, beləliklə, onların və bütün dostlarının xoşbəxtliklə gülümsəyən üzlərini görə bilirsiniz.
Huawei Watch Kid 4 Pro Wide Selfie 1
Huawei Watch Kid 4 Pro Wide Selfie 2
Huawei Watch Kid 4 Pro Wide Selfie 3
Huawei Watch Kid 4 Pro Wide Selfie 4
Huawei Watch Kid 4 Pro Wide Selfie 5
Huawei Watch Kid 4 Pro Wide Selfie w
Photo
Huawei Watch Kid 4 Pro Wide Selfie 1
Huawei Watch Kid 4 Pro Wide Selfie 2
Huawei Watch Kid 4 Pro Wide Selfie 3
Huawei Watch Kid 4 Pro Wide Selfie 4
Huawei Watch Kid 4 Pro Wide Selfie 5
Avadanlıq testi
Yüksəkkeyfiyyətli performans
HUAWEI WATCH KIDS 4 Pro uzunmüddətli, mükəmməl performans təmin etmək məqsədilə ciddi avadanlıq testlərindən keçmişdir.
Huawei Watch Kid 4 Pro Button Test
Düymə testi
Hər düyməyə 200,000
dəfə klikləmə
Huawei Watch Kid 4 Pro Touchscreen Test
Sensor ekranı testi
800,000 toxunuş
Huawei Watch Kid 4 Pro Drop Test
Düşmə testi
0,8 m hündürlükdən
20 dəfə
Huawei Watch Kid 4 Pro Heavy Pressure Test
Ağır təzyiq testi
Önə və arxaya 70 kq
tətbiq edilmişdir
Huawei Watch Kid 4 Pro Temperature And Humidity Test
Yüksək temperatur və rütubət testi
55°C temperaturda/95% rütubətdə 168 saat fasiləsiz istifadə.
Huawei Watch Kid 4 Pro Water Resistance Test
Suyadavamlılıq
5 ATM

1.Funksiyanı dəstəkləyən ölkələri görmək üçün linkə keçid etməyiniz xahiş olunur:https://developer.huawei.com/consumer/en/
doc/development/HMSCore-Guides/supported-countries-and-regions-0000001050160946/60946/
.

2.ISO 22810:2010 standartı üzrə 5 ATM mühafizə səviyyəsi tələblərinə cavab verir: 50 metrə qədər suyadavamlıdır, hovuzlarda və ya sahildə üzgüçülük kimi dayaz su fəaliyyətləri zamanı istifadə edilə bilər. Dayvinq, isti duşlar, termal sular, saunalar və yüksəksürətli su axınının olduğu digər dayaz və ya dərin su fəaliyyətləri üçün uyğun hesab edilmir. Dəniz suyunda istifadə etdikdən sonra təmiz su ilə yaxalamaq, qurulamaq və bir kliklə drenaj funksiyasından istifadə etmək tövsiyə olunur. Sukeçirməzliklə bağlı ehtiyat tədbirləri barədə ətraflı məlumat əldə etmək üçün: https://consumer.huawei.com/en/support/content/en-us00738723/.

3.Saatdan telefona videozəng edərkən FamCare tətbiqinin istifadəçisinin mobil telefon modeli, əməliyyat sistemi ilə bağlı məhdudiyyətlər səbəbindən zəng həyata keçirilməyə bilər. Bu halda, səsli zəngdən istifadə edə bilərsiniz.

4.Yalnız seçilmiş ölkələrdə dəstəklənir. EMUI 10.1 və ya daha sonrakı versiyalara malik HUAWEI telefonları və planşetlərində HUAWEI Meetime-ı dəstəkləyir. Digər cihazlara daxil olmaq məqsədilə istifadə edilən HUAWEI ID övladınızın saatında administrator hesabı rolunu oynamalıdır. HUAWEI vision ilə videozəng etdikdə övladınızın saatı yalnız geri zəng edə bilər.

5.Yalnız SMS qəbulunu dəstəkləyir.

6.VoLTE funksiyası daşıyıcı şəbəkə parametrlərindən asılıdır. Həmçinin CS zənglərini də dəstəkləyir.

7.FamCare tətbiqi vasitəsilə göndərilən mesaj bildirişlərinin vaxtında ötürülüb-ötürülməməsi istifadəçinin mobil telefonunun modelindən və əməliyyat sistemindən asılı olaraq dəyişə bilər: "Təhlükəsizlik zonası" bildirişləri ilə yanaşı, SOS zəngləri ilə göndərilən fotoşəkillərə və yerlərə tətbiq daxilində baxmaq lazım gələ bilər.

8.Tipik dəyər. Huawei laboratoriyalarından əldə edilmiş məlumatlar. Faktiki enerjiyığma müddəti istifadə şərtləri və ya fərdi cihaz müxtəlifliklərindən asılı olaraq dəyişə bilər.

9.Gecə gəzinti zamanı yanıb-sönən LED işıqlar təhlükəsizlik xəbərdarlığı rolunu oynayır.

10.Ədəbiyyat araşdırmalarına əsasən, açıq hava fəaliyyətləri miopiyanın qarşısını almağa kömək edə bilər.

11.Xəbərdarlıq: özünüz və ya övladınız çöldə ikən günəş şüasına həddən artıq məruz qalmamaq üçün həmişə müvafiq qoruyucu vasitə tətbiq edin.

12.Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb və onun heç bir müalicəvi funksiyası yoxdur.

13.Mövcud verilənlərdə 3 dərəcəyə qədər xəta marjası ola bilər.

consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et