HUAWEI WATCH D2

HUAWEI WATCH D2

Sağlamlıq – İrəli

HUAWEI WATCH D2

Qan təzyiqinə ambulator qaydada nəzarət1

və Qan təzyiqinin istənilən vaxt ölçülməsi2

Qan təzyiqinə ambulator qaydada nəzarət1
və Qan təzyiqinin istənilən vaxt ölçülməsi

Sağlamlıq müayinəsi2

9 sağlamlıq indikatoru cəmi bir toxunma məsafəsində
Real vaxtda biləkdə istifadə olunan cihaz vasitəsilə sağlamlıq vəziyyətinin izlənilməsi

Geniş rəqabət imkanı4

Yüngül və incə dizayn

26,5 mm ultradar mexaniki hava yastığı3
1,82" AMOLED displey

Ağıllı həyat tərzi funksiyaları

Səhiyyə icması və evdə qulluq

Yüngül və incə dizayn

HUAWEI WATCH D2 öz 1,82" AMOLED ekranı və 1500 nit pik parlaqlığı ilə valeh edir, lakin o sizin gördüyünüzdən daha çoxudur – bir saniyə içində sizə sağlamlığınızla bağlı məlumat verir.

İki klassik rəng

HUAWEI WATCH D2 gold front view, showing the time, heart rate,blood pressure and other real-time health monitoring interface
HUAWEI WATCH D2 gold side view showing gold case,crown,rotating crown Detail of the HUAWEI WATCH D2's strap,showing the white leather strap and buckle

Biləyinizdə zərif nahamarlıq hissi ilə parıltı.

HUAWEI WATCH D2 black front view,showing the time, heart rate,blood pressure and other real-time health monitoring interface
HUAWEI WATCH D2 black side view showing black case,crown,functional buttons Detail of the HUAWEI WATCH D2's strap,showing the black fluoroelastomer strap and buckle

yumşaq və dərini sakitləşdirən; istənilən obraza uyğunlaşan,
zamanın hüdudlarına sığmayan görünüş.

Qızılı
Qara

Öz saat siferblatlarınızı dizayn edin

Dəbli siferblatlar və daim əlinizin altında əlçatan olan Always on Display (Həmişə displeydə) (AOD) funksiyası ilə saatınızı heç vaxt dayanmayan xronometrə çevirin. Ən çox istifadə etdiyiniz funksiyaları daha əlçatan etmək üçün siferblatınızı fərdiləşdirə bilərsiniz.5 Seçməyiniz üçün təqdim edilən çoxsaylı valehedici saat siferblatları ilə ürəyinizi qolunuza, maraqlarınızı isə biləyinizə taxa bilərsiniz!6

Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the custom watch face,and panda watch face of HUAWEI WATCH D2 in normal state
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Shows the AOD watch face and panda watch face of HUAWEI WATCH D2 when the screen is off
Adi siferblatlarAOD

Qan təzyiqinə ambulator
qaydada nəzarət1

Qan təzyiqi göstəricinizi, onun hətta yatdığınız zaman belə necə dəyişdiyini görmək üçün 24 saatlıq avtomatik monitorinq planınızı istənilən vaxt başladın. Günboyu, gecə və ötən 24 saat ərzində orta sistolik və diastolik qan təzyiqi kimi ümumiləşdirilmiş məlumat göstəriciləri, eləcə də dəqiq nəbz tezliyi ilə bağlı məlumatlar yeni anlayış səviyyəsi təmin edir.

*Avropa Hipertoniya Cəmiyyətinin (ESH) qan təzyiqinin ambulator qaydada monitorinqi üzrə təcrübə təlimatlarında qan təzyiqinin 24 saat ərzində 15–30 dəqiqəlik intervalla ölçülməsi tövsiyə edilir. Bu zaman, gündüz 20 və gecə 7 dəfə olmaqla, ən az 70% uğurlu göstəricinin əldə edilməsi mümkündür.
İş
Yuxu
Məşq
Asudə vaxt

Hərəkət zamanı
ölçmələr

HUAWEI WATCH D2 ilə qan təzyiqinizi sürətlə və asanlıqla ölçün. İstər masanızda əyləşin, istər film izləyin, istərsə də yatmış olun, saatın müntəzəm intervallarla qan təzyiqinizi ölçməsini təmin edə bilərsiniz.1

Çoxyaruslu mürəkkəb arxitektura

Saatın yeni TruSense sistemi tək döyüntünü belə, ötürməyən dəqiq qan təzyiqi ölçülməsi təmin etmək üçün yüksəkdəqiqlikli təzyiq sensoru, mininasos və şişən hava yastığı ilə gücləndirilib.1

HUAWEI TruSense sistemi: Bütün yönlərdə daha yaxşı

Çoxregionlu optik yol dizaynı, kəskin kənarlı optik arxitektura, ultradəqiq şüşə tündləşdirmə texnologiyası və yeni nəsil sağlamlığa nəzarət alqoritmləri sayəsində saat həyati əhəmiyyətli funksiyaları daha çox sürət və daha böyük dəqiqliklə ölçür.

HUAWEI TruSense rəqəmsal sağlamlığı hamı üçün daha əlçatan və hərtərəfli etmək məqsədilə, tənəffüs, sinir və endokrin sistemlər də daxil olmaqla, artıq altı əsas sistemə nəzarət edə bilir.

İnnovativ kəmər-hava yastığı monobloku

İkisi birində dizaynı rahatlıqla uyğunlaşan və asanlıqla şişən 26,5 mm-lik ultradar mexaniki hava yastığı3 ilə təchiz edilib. O, tər tutmur, dərini sakitləşdirir və sadəcə, Quick Release düyməsinin sıxılması ilə çıxarılıb əvəzlənə bilir.

Kompleks sağlamlıq
əlinizin altında

Cəmi bir neçə saniyə içində rahat Sağlamlıq müayinəsi hesabatını əldə edin və bədəninizin sizə nə dediyini düzgün başa düşmək üçün intuitiv qrafik və diaqramlarla təqdim edilən dinamik tendensiyalı 9 əsas göstəricini nəzərdən keçirin.2

The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
The HUAWEI WATCH D2 provides a Enhanced Health Glance,which can obtain 12 health detection indicators such as heart rate,blood pressure,blood oxygen, and blood sugar
HUAWEI WATCH D2 replay icon Yenidən oxudun

Ritm-ritm EKQ təhlilləri

Yeni və təkmilləşdirilmiş elektrod texnologiyası EKQ siqnalının toplanmasını daha dəqiq və həssas hala gətirib. Ürəyin ümumi vəziyyətini ən qısa zamandaca yoxlamağınıza kömək edəcək real vaxt məlumatlarını əldə etmək üçün yan tərəfdəki elektroda 30 saniyəlik toxunmaq yetərlidir.7

HUAWEI WATCH D2's interface,showing the ECG analysis feature

Nəbz Dalğası Aritmiya Təhlili

PPG sensoru sayəsində potensial atrial fibrilyasiya (qulaqcıqların fibrilyasiyası) və ekstrasistoliya riskləri ilə bağlı vaxtında xəbərdarlıq alaraq ürək sağlamlığınızın qeydinə qalın.7

HUAWEI WATCH D2's interface,showing the alerts on potential A-fib and premature beat risks
  • Ritm-ritm EKQ təhlilləri
  • Nəbz Dalğası Aritmiya Təhlili

Daha yaxşı yatmağa başlayın

  • Gözəl yuxunun yerini heç nə verə bilməz

    Xüsusi Yuxu rejimi, sabit küy, təbii səs fonu və rahatlaşdırıcı musiqi ilə zehninizi təmizləyin və hər gecə rahat yatın.8

    HUAWEI WATCH D2 and Huawei phone interface,showing the bedtime service feature
  • Hərtərəfli yuxu monitorinqi

    Yatarkən ürək döyüntüsü, SpO₂, tənəffüs dərəcəsi və nəfəsalmada7 hər hansı anormal vəziyyətin olub-olmadığına nəzarət edin, beləcə, zehniniz daim rahat olsun.

    HUAWEI WATCH D2 and Huawei phone interface,showing the sleep monitoring feature
  • Yeni fikirlərə oyanın

    Nə qədər yaxşı yatdığınızı görmək üçün yüksəksəviyyəli təhlillərə nəzər salın, yuxunuzu rejimə salmaq və həyatınızı daha yaxşı balanslaşdırmaq üçün yuxu gigiyenası ilə bağlı xüsusi tövsiyələri sınayın.

    HUAWEI WATCH D2 and Huawei phone interface,showing the sleep interpretation and  custom sleep hygiene tips feature
HUAWEI WATCH D2 and Huawei phone interface,showing the bedtime service feature
HUAWEI WATCH D2 and Huawei phone interface,showing the sleep monitoring feature
HUAWEI WATCH D2 and Huawei phone interface,showing the sleep interpretation and  custom sleep hygiene tips feature

SpO₂ monitorinqi9

Tələblərinizə uyğunlaşdırılmış ağıllı treker sayəsində gün ərzində SpO₂ göstəricinizlə bağlı məlumat əldə edin.

SpO₂ monitorinqi9

Tələblərinizə uyğunlaşdırılmış ağıllı treker sayəsində gün ərzində SpO₂ göstəricinizlə bağlı məlumat əldə edin.

HUAWEI WATCH D2's interface,showing the SpO2 Monitoring feature
HUAWEI WATCH D2's interface,showing the SpO2 Monitoring feature

Ürək döyüntüsü10

Yeni və təkmilləşdirilmiş ürək döyüntüsü nəzarəti sayəsində hətta məşqləriniz zamanı belə, ürək döyüntünüzdən xəbərdar olun. Fəaliyyət səviyyənizdən asılı olaraq, hətta ölçmələrin tezliyini tənzimləyən ağıllı trekinq rejimini də aktivləşdirə bilərsiniz.

Ürək döyüntüsü10

Yeni və təkmilləşdirilmiş ürək döyüntüsü nəzarəti sayəsində hətta məşqləriniz zamanı belə, ürək döyüntünüzdən xəbərdar olun. Fəaliyyət səviyyənizdən asılı olaraq, hətta ölçmələrin tezliyini tənzimləyən ağıllı trekinq rejimini də aktivləşdirə bilərsiniz.

HUAWEI WATCH D2's interface,showing the heart rate monitoring feature
HUAWEI WATCH D2's interface,showing the heart rate monitoring feature

Stres səviyyəsi11

Gündəlik problemlərinizi, çətinliklərinizi izləmək və idarə etmək üçün qolunuzda həmişə hazır stres monitoru. Monitor həmçinin zehninizi yüngülləşdirmək üçün sakitləşdirici nəfəs məşqləri funksiyasına malikdir.

Stres səviyyəsi11

Gündəlik problemlərinizi, çətinliklərinizi izləmək və idarə etmək üçün qolunuzda həmişə hazır stres monitoru. Monitor həmçinin zehninizi yüngülləşdirmək üçün sakitləşdirici nəfəs məşqləri funksiyasına malikdir.

HUAWEI WATCH D2's interface,showing the pressure monitoring feature
HUAWEI WATCH D2's interface,showing the pressure monitoring feature

Dəri temperaturu12

Hətta özünüzü yaxşı hiss etdiyiniz zamanlarda, xüsusilə məşqlərdən sonra belə, dəri temperaturuna nəzarət vacibdir.

Dəri temperaturu12

Hətta özünüzü yaxşı hiss etdiyiniz zamanlarda, xüsusilə məşqlərdən sonra belə, dəri temperaturuna nəzarət vacibdir.

HUAWEI WATCH D2's interface,showing the body temperature monitoring feature
HUAWEI WATCH D2's interface,showing the body temperature monitoring feature
  • HUAWEI WATCH D2 arrow icon
  • HUAWEI WATCH D2 arrow icon

Sağlamlıq tendensiyaları10

Asanlıqla izləyə biləcəyiniz analitik hesabatlar və Sağlamlıq müayinəsi funksiyasında intuitiv vizual məlumatlar sayəsində gündəlik dəyişikliklərdən xəbərdar olun.

Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
Huawei Watch D2's interface,which shows the health trend and health indicator changes
  • HUAWEI WATCH D2 arrow icon
  • HUAWEI WATCH D2 arrow icon

Bütün ailə üçün sağlamlıq

Qan təzyiqi, ürək döyüntüsü, SpO₂, gündəlik addım sayı və yuxu keyfiyyətini bir nöqtədən asanlıqla ölçmək üçün ailəniz və sevdiklərinizdən ibarət Sağlamlıq icması yaradın.13

HUAWEI WATCH D2 and Huawei mobile phone interface diagram,showing the family space feature,focusing on family health indicators
HUAWEI WATCH D2 and Huawei mobile phone interface diagram,showing the family space feature,focusing on family health indicators

Daha sağlam yaşamağa başlayın

  • Ağıllı ölçmə və xatırlatmalar

    Qan təzyiqi göstəricilərini optimal vaxtlarda əldə etmək və sizin üçün ən uyğun ambulator qan təzyiqi monitorinqi planını müəyyənləşdirmək üçün saatın elmi yuxu monitorinqi sayəsində qüsursuz işləyən avtomatik xatırlatmalardan yararlanın.

    Huawei mobile phone interface,showing the smart reminders
  • Gündəlik yoxlanışlar

    Daha yaxşı qidalanma, yuxu, məşq, hətta daha yaxşı nəfəsalma ilə qan təzyiqi risklərini minimum səviyyəyə endirin.

    Huawei mobile phone interface,showing the daily check-in
  • Həftəlik qan təzyiqi hesabatları

    Qan təzyiqinizlə bağlı dəyişikliklər və sağlamlıq yoxlanışları məlumatlarından xəbərdar olun, sağlamlığınıza nəzarətlə bağlı ümumi tövsiyələri nəzərdən keçirin.

    Huawei mobile phone interface,showing the weekly BP reports
Huawei mobile phone interface,showing the smart reminders
Huawei mobile phone interface,showing the daily check-in
Huawei mobile phone interface,showing the weekly BP reports

HUAWEI Health+

HUAWEI WATCH D2 istifadəçiləri başlanğıc səviyyədən qabaqcıl səviyyəyə qədər məşqlər, bələdçili meditasiyalar, Stay Fit Plan, yuxu üçün musiqi və məşqlər də daxil olmaqla, çox sayda xüsusi üstünlük təqdim edən HUAWEI Health+ xidmətində 3 aylıq ödənişsiz üzvlükdən yararlana bilərlər.14

HUAWEI phone's interface,showing the Huawei Watch D2 users are eligible for a free 3-month membership to HUAWEI Health+

Ağıllı həyat tərzi funksiyaları

80+ məşq rejimi

Bu saat 80+ məşq rejimi,15 altı ümumi fəaliyyətin avtomatik müəyyənləşdirilməsi16 və sizə dəstək olan dəqiq GNSS mövqeləndirilməsi sayəsində məşqlərinizə həmişəkindən daha asanlıqla köklənməyinizə kömək edir.

HUAWEI WATCH D2's interface,showing the exercise modes feature

Biləyinizdə skrinşot

Saatın skrinşotunu17 çəkmək üçün Yuxarı və Aşağı düymələrini sıxın və paylaşmaq üçün telefonunuzun Qalereya bölməsinə daxil olun.

HUAWEI WATCH D2's interface,showing the screenshot feature

Bluetooth zəngi

Zəngləri cavablandırmaq və ya rədd etmək, zəng jurnalına biləyinizdən rahatlıqla baxmaq üçün saatı Bluetooth vasitəsilə telefonunuza qoşun.

HUAWEI WATCH D2's interface,showing the bluetooth calling feature

Fərdi kartlar

Əlinizin altındakı multifunksional kartların çeşidliliyi sayəsində sevimli funksiyalarınız sizdən cəmi bir və ya iki toxunuş uzaqdadır.

HUAWEI WATCH D2's interface,showing the custom cards feature
  • HUAWEI WATCH D2 arrow icon
  • HUAWEI WATCH D2 arrow icon

Uzunömürlü batareya

Tipik istifadə zamanı batareyanın istifadə müddəti 6 günə qədər davam edə bilər.18

*ABPM funksiyası aktiv edildikdə batareya ömrü 1 günə qədər davam edə bilər.18

The battery life of the HUAWEI WATCH D2

6 gün

Batareya ömrü
tipik istifadə

Hərtərəfli uyğunlaşabilən

HUAWEI WATCH D2 daha asan istifadə üçün həm iOS, həm də Androidə uyğundur.4

HUAWEI WATCH D2 and Huawei mobile phone interface diagram,showing the compatibility of Huawei WATCH D2

Sizə yaraşan tərzi tapın

HUAWEI WATCH D2 and strap diagram,showing the choice of WATCH D2 more strap feature

İstifadə təlimatları

Ölçmə mövqeyi

Ölçmə mövqeyi ölçmənin başladığı andan etibarən cihazın ekranında ölçmə nəticəsi görünən vaxta qədər sabit şəkildə saxlanılan mövqeyi bildirir. Tövsiyə olunan mövqedən kənara çıxan istənilən hərəkət ölçmə nəticəsinə təsir edə bilər.

Aşağıda qan təzyiqinin standart şəkildə birdəfəyə ölçülməsi mövqeyi ilə bağlı təlimat təqdim edilir:

HUAWEI WATCH D2's usage guidelines,help users correctly use HUAWEI WATCH D2

Aşağıda standart ambulator qan təzyiqi monitorinqinin (ABMP) mövqeyi ilə bağlı təlimat təqdim edilir:

HUAWEI WATCH D2's usage guidelines,help users correctly use HUAWEI WATCH D2

Uyğunlaşdırılabilən bilək çevrəsi

M ölçülü kəmər: 13,0–16,0 sm

L ölçülü kəmər: 16,1–21,0 sm

Qeyd: Zəhmət olmasa, bilək çevrəniz üçün müvafiq hava yastığını seçin. Əgər bilək çevrənizin ölçüsü 13,0 sm-dən az və ya 21,0 sm-dən çoxdursa, bu, qan təzyiqi ölçmələrinin dəqiqliyinə təsir edə bilər.

HUAWEI WATCH D2's usage guidelines,help users correctly use HUAWEI WATCH D2

*Ambulator qan təzyiqi monitorinqi (ABPM) haqqında:

Bu funksiya 24 saat ərzində əvvəlcədən müəyyənləşdirilmiş intervallar əsasında qan təzyiqinizi (BP) ölçür və bütün gün, gündüz, gecə üzrə orta göstəricini hesablayır, BP ritminizi təhlil edir. Bu məlumatdan hipertoniya və ürək-damar sistemi ilə bağlı risk qiymətləndirməsi üçün istifadə edilir.
ABPM ən yüksək təzyiqi 120 mmHg və ya orta göstəricidən daha yüksək, ən aşağı təzyiqi 80 mmHg və ya orta göstəricidən daha yüksək olanlar və həkimin ABPM tövsiyə etdiyi istifadəçilər üçün məsləhət görülür. Zəruri olduqda, ölçmə tezliyi artırıla bilər.
BP ölçmələri bu 24 saatlıq müddət ərzində tez-tez aparılacaq. Bu zaman istirahət vəziyyətində qalmalısınız. Buna görə də mümkün ən yaxşı nəticəni əldə etməyiniz məqsədilə bu planı həyata keçirmək üçün daha az məşğul olduğunuz günü seçməyiniz tövsiyə olunur.

Xəbərdarlıq

• Bu cihaz yeni doğulmuş körpələr və ya hamilələr üçün nəzərdə tutulmayıb.

• Bilək çevrəniz 13,0 sm-dən az və ya 21,0 sm-dən çoxdursa, bu, qan təzyiqi göstəricilərinə təsir edə bilər.

• HEÇ VAXT bu cihazın göstəricilərinə əsaslanaraq özünüzə diaqnoz qoymayın, müalicə etməyin və ya tibbi preparatlarınızı tənzimləməyin. HƏMİŞƏ öz həkiminizə müraciət edin və dərmanlarınızı təyin etdiyinə görə qəbul edin. YALNIZ həkim diaqnoz qoymaq və qan təzyiqini müalicə etmək səlahiyyətinə malikdir.

• Əgər sizdə neylon, flüorkauçuk və ya termoplastikə allergiya varsa, bu cihazdan istifadə etməyin.

• Venadaxili infuziya və ya qanköçürməsi və ya biləkdə kateter olduğu zaman bu cihazı taxmayın, çünki o, qan axınına maneə ola bilər və zədə vura bilər.

• Biləyinizdə yara varsa və ya tibbi müalicə alırsınızsa, bu cihazdan istifadə etməyin, çünki o, daha çox zədə vura bilər.

• Əgər siz mastektomiya və ya limfa vəzinin kəsilməsi əməliyyatını keçirmisinizsə, bu cihazdan istifadə etməzdən əvvəl həkiminizlə məsləhət edin.

• Əgər siz damardaxili müdaxilə və ya mualicə alırsınızsa, və ya arteriovenoz (A-V) şunt daxil edilibsə, bu cihazdan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin, çünki cihazdan istifadə qan axınını müvəqqəti olaraq məhdudlaşdıra bilər və zədə vura bilər.

• Qan təzyiqini ölçdüyünüz zaman əmin olun ki, cihaz qan axınını məhdudlaşdırmır.

• Qan təzyiqini tez-tez ölçməyin, çünki qan axınının məhdudlaşması göyərti yarada bilər.

• Uzun müddət taxma dərini sıxa bilər və bu da dəridə zədə yarada bilər. Bu cihazı arada bir çıxarın ki, biləyiniz istirahət etsin.

• Bu cihaz bir tərəfdən eyni anda bir qolda istifadə olunan digər elektrik tibbi monitorinq avadanlığının işləməsinə müvəqqəti olaraq təsir edə bilər.

• Bu cihazı portativ və ya mobil radio dalğalı rabitə avadanlığının yaxınlığında yerləşdirməyin, çünki bu, cihazın işləməsinə və dəqiqliyinə təsir göstərə bilər.

• Bu cihazı yüksək tezlikli cərrahi avadanlıq, maqnit rezonans görüntüləmə avadanlığı və ya kompüter tomoqrafiyası skanerləri yaxınlığında istifadə etməyin, çünki bu cihazın işiləməsinə və dəqiqliyinə təsir göstərə bilər.

• Bu cihazı oksigenlə zəngin bir mühitdə və ya yanıcı qazların yaxınlığında istifadə etməyin.

• Enerjiyığma dayağını və kabelini boğulma riskinin qarşısını almaq üçün yeni doğulmuş körpələrdən və uşaqlardan uzaq tutun.

• Boğulmaya səbəb ola biləcək bir çox kiçik detal ehtiva etdiyinə görə bu cihazı yeni doğulmuş körpələrdən və kiçik uşaqlardan uzaq tutun.

• Bu cihazı sökməyin və ya qurdalamayın, çünki bu onun zədələnməsinə səbəb ola bilər.

• Bu cihaz çıxarılmayan bir batareya ilə təchiz edilib. Batareyanı ömrü boyu dəyişdirməyə və ya düzəltməyə çalışmayın, çünki bu, cihazın zədələnməsinə səbəb ola bilər.

• Bu cihazın istehsalçısı tərəfindən göstərilən və təmin edilənlərdən başqa heç bir aksesuar, çevirici və ya kabel istifadə etməyin, çünki bu, elektromaqnit radiasiyasını artıra bilər və ya elektromaqnit sabitliyini azalda bilər.

• Bu cihazı, həddindən artıq ehtiyac yaranmadan, başqa bir cihazın yanında, altında və ya üstündə istifadə etməyin və bu halda hər iki cihazı düzgün nəzarət altında saxlayın.

• Bu cihaz şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Yüksək tezlikli cərrahi avadanlıqların yaxınlığında, MRI aparatlarının yaxınlığında yerləşən Radiotezlikdən müdafiə edən otaqların xaricində və ya yüksək tezlikli müdaxilə və yüksək elektromaqnit müdaxilə olan yerlərdə ola biləcəyi sağlamlıq mərkəzlərində istifadə edilməməlidir.

Ehtiyat tədbirləri

• Cihazı təmiz saxlayın. Dərinin qıcıqlanmasına və ya hər hansı digər yan təsirlərə səbəb olarsa, bu cihazdan istifadəni dərhal dayandırın və həkiminizə müraciət edin.

• Bu cihaz allergik reaksiyaya səbəb ola bilər. Bu cihazdan istifadə edərək hər hansı bir yan təsir yaranarsa, dərhal istifadəni dayandırın və həkiminizə müraciət edin.

• Əgər qan təzyiqini ölçdükdən sonra saatın kəməri boşalmırsa, kəməri açın.

• Bu cihazı digər tibbi elektrik avadanlıqları ilə istifadə etməyin, çünki bu, cihazın işinə və dəqiqliyinə təsir göstərə bilər.

• Aritmiya (məsələn, atrial və ya mədəciyin vaxtından əvvəl daralması, atrial fibrilasiya), ateroskleroz, qan dövranının pozulması, şəkərli diabet, hamiləlik toksikozu və ya böyrək xəstəliyiniz varsa, bu cihazdan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bu şərtlərdən hər hansı biri qan təzyiqinin ölçülməsinin dəqiqliyinə təsir göstərə bilər.

• Qan təzyiqinin ölçülməsi zamanı hərəkət etmə və ya titrəmə göstəricilərə təsir edə bilər.

• Bu cihaz hərtərəfli sınaqdan keçirilmişdir. Qan təzyiqini ölçmək üçün lazımi dəqiqlik səviyyəsini təmin edir və bütün ömrü boyu istifadəsinə icazə verilir. Müddəti bitdikdən sonra onun performansı düşə bilər.

• Bu cihazın istifadəçiləri ya xəstələr, ya da xəstələrə qulluq edən operatorlar olmalı və funksiyaları bu təlimata uyğun olaraq istifadə edilməlidir. Bu cihaz qonaq rejimində müxtəlif vaxtlarda bir neçə istifadəçi tərəfindən istifadə edilə bilər.

• İlkin quraşdırma olaraq, bu cihaz məlumatları arxa fonda işə salır və izləyir və müvafiq qeydləri avtomatik olaraq yükləyir.

• Bu cihazı tibbi klinikalar və ya həkim ofisləri kimi ağır iş şəraitində istifadə etməyin.

  1. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Avropa Hipertoniya Cəmiyyətinin (ESH) qan təzyiqinin ambulator qaydada monitorinqi üzrə təcrübə təlimatlarında qan təzyiqinin 24 saat ərzində 15–30 dəqiqəlik intervalla ölçülməsi tövsiyə edilir. Bu zaman, gündüz 20 və gecə 7 dəfə olmaqla, ən azı, 70% uğurlu göstəricinin əldə edilməsi mümkündür. Bu məhsulun istifadəsi zamanı əldə edilmiş məlumatlar yalnız istinad üçündür və onlardan tibbi tədqiqat, diaqnoz və ya müalicə üçün istifadə edilə bilməz. Bu funksiya ən son versiyalar üçün OTA yenilənmələri vasitəsilə əlçatan olacaq.
  2. Sağlamlıq müayinəsi funksiyası tibbi istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız istinad üçündür, onlardan tibbi araşdırma, diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz. Sağlamlıq göstəricilərinin əlçatanlığı fərqli ölkə və regionlarda müxtəliflik göstərə bilər. Sağlamlıq müayinəsi funksiyası yalnız bəzi bazarlarda dəstəklənir.
  3. Faktiki ölçülər məhsul spesifikasiyaları, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq dəyişə bilər.
  4. Yalnız Android 8.0/iOS 13.0 və ya sonrakı versiyalara malik telefonla əlaqələndirildikdə və Huawei Health tətbiqi quraşdırıldıqda mövcuddur. Faktiki funksiyanın mövcudluğu telefonun modelindən və əməliyyat sistemindən asılı olaraq dəyişə bilər.
  5. Yalnız müəyyən saat siferblatları fərdiləşdirilə bilər və mövcud parametr seçimləri hər dizayn üçün müxtəliflik göstərə bilər.
  6. Watch Face Store-dan daha çox saat siferblatı endirmək (o cümlədən ödənişli saat siferblatları) mümkündür.
  7. Bu funksiya tibbi istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız istinad üçündür, onlardan tibbi araşdırma, diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz. Bu funksiya yalnız müəyyən bazarlarda dəstəklənir.
  8. Yalnız HUAWEI Health tətbiqi vasitəsilə və müəyyən bazarlarda dəstəklənir. Bəzi xidmətlər ödənişlidir.
  9. Oksigen saturasiyası (SpO₂) oksigenlə doymuş hemoqlobinin qandakı ümumi hemoqlobin miqdarına nisbəti, yəni qanda oksigenin konsentrasiyası deməkdir. Sizin istirahət etdiyiniz zaman saat SpO₂-ni avtomatik ölçür və qeydə alır. Bu funksiya tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün məlumatlar yalnız istinad üçündür, onlardan diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  10. Bu funksiya tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün məlumatlar yalnız istinad üçündür, onlardan diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  11. Saat yalnız istirahət etdiyiniz zaman stres səviyyəsini avtomatik ölçür və qeydə alır. Bu funksiya tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün məlumat və nəticələr yalnız istinad üçündür, onlardan diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  12. Bu funksiya tibbi istifadə üçün nəzərdə tutulmayıb. Daxili sensordan bilək dərisinin temperaturunu ölçmək və müvafiq dəri temperaturu hesablamasını yaratmaq üçün istifadə edilir. Bu funksiya yaşı 18-dən yuxarı sağlam şəxslərin məşq zamanı və məşqdən sonra biləkdə dəri temperaturu və bədən temperaturundakı dəyişikliklərə nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  13. Bu funksiyadan istifadə etməzdən əvvəl Huawei Health tətbiqini ən son versiyasına yenilədiyinizə əmin olun. Hər bir hesab maksimum 20 nəfəri izləyə bilər və maksimum 20 izləyiciyə malik ola bilər.
  14. HUAWEI WATCH D2 saatını əldə etməklə HUAWEI Health tətbiqi vasitəsilə 3 ay ödənişsiz HUAWEI Health + Sınaq üzvlüyünə (bundan sonra "Təklif" adlandırılacaq) sahib olun. Təklif yalnız aşağıdakı ölkələrin/regionların istənilən birində qeydiyyatdan keçmiş HUAWEI ID-lər üçün əlçatandır: Almaniya, İtaliya, İsveçrə, Danimarka, Böyük Britaniya, Finlandiya, Norveç, Avstriya, Belçika, Fransa, İrlandiya, Niderland, İspaniya, İsveç, Kipr, Estoniya, Yunanıstan, Latviya, Litva, Portuqaliya, Çex Respublikası, Xorvatiya, Slovakiya, Sloveniya, İsrail, Polşa, Şimali Makedoniya, Monteneqro, Serbiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna və Türkiyə. Təklif 1 may 2026-cı il, saat 23:59-a qədər keçərlidir. Təklif hər uyğun cihaz və istifadəçi üzrə bir müraciətlə məhdudlaşır. Müvafiq Şərt və Müddəalar üçün müvafiq veb-səhifəyə daxil olmağınız xahiş olunur. Təklif Huawei-in İrlandiyadakı törəmə şirkəti olan Aspiegel SE tərəfindən irəli sürülmüşdür; 3-cü mərtəbə, Mespil Court, Mespil Road, Ballsbridge, Dublin 4, D04 E516, İrlandiya.
  15. Bu cihaz IEC 60529:2013 standartı çərçivəsində IP68 qiymətləndirməsinə uyğundur. Bu o deməkdir ki, cihaz üzgüçülük hovuzları və sahilboyu ərazilərdə dayaz su fəaliyyətlərində, dayvinq və ya platforma dayvinqi, duş, isti bulaq və saunalarda, dərin su və ya sürətli axan suda icra edilən fəaliyyətlərdə taxıla bilməz.
    Suyadavamlılıq daimi deyil və gündəlik istifadə ilə bağlı köhnəlmə və aşınma səbəbindən performans düşə bilər. Cihazdan yuxarıdakı ssenarilərdə istifadə edilmədiyinə əmin olun. Taxılabilən Huawei məhsullarının suyadavamlılığı barədə əlavə məlumat əldə etmək üçün: https://consumer.huawei.com/en/support/content/en-us15851428/.
  16. Altı məşq rejimi: Açıq/qapalı ərazidə qaçış, açıq/qapalı ərazidə gəzinti, elliptik alətlər və avarçəkmə.
  17. Saatın skrinşot funksiyası saat yalnız HUAWEI Health tətbiqinə qoşulduğu zaman əlçatandır. Skrinşotun görüntü imkanı saatınkı ilə eyni olacaq. iPhone istifadəçiləri üçün bu funksiya OTA yenilənməsi ilə əlçatan olacaq.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et