1.74 düym Tam Görüntülü Ekran |
Bluetooth Zəng | Sağlam Həyat Tərzinin İdarə edilməsi

1.74 düym Tam Görüntülü Ekran |
Bluetooth Zəng | Sağlam Həyat Tərzinin İdarə edilməsi
Ultra dar çərçivəsi ilə mükəmməl şəkildə dizayn edilmiş 1.74 düym AMOLED ekrana sahib HUAWEI WATCH FIT 2 sizə biləyinizdəki güc olaraq ehtiyacınız olan her şeyi təqdim edir. İdman məşqlərindən tutmuş gələn zəngləri cavablandırmağa qədər her şey sizin üçün ən əlverişli şəkildə tərtib edilmişdir.
HUAWEI WATCH FIT 2, bütün mükəmməl siferblatlar3 üçün kreativ AOD dizaynı ilə birlikdə təqdim edilir və sərhədsiz Watch Face Store siferblat mağazası sizə uyğun olan üslublar yaratmağınızı asanlaşdırır. Çevik siferblat rahatlığınızı təmin etmək üçün gündəlik xüsusiyyətlər xəzinəsini özündə birləşdirir.
Active Edition rahat və kip oturuşa malikdir, Classic Edition-ın dəbli dərisi isə dənəvər teksturası ilə heyran edir. Beş fərqli göz qamaşdırıcı rəng ve üç fərqli material seçimi ilə biləyinizi layiq olduğu dizaynla mükafatlandırın!
HUAWEI WATCH FIT 2, qayışların dəyişdirilməsini asanlaşdıran innovativ kəmər dizaynına4 malikdir. Fərqli rəng istəyirsiniz? Sadəcə düyməni sıxın, yeni qayışı sürətli və asan şəkildə taxın və hazırdır!
Telefonunuzdakı şəkli sadəcə bir toxunuşla5 köçürməklə siferblat olaraq təyin edə ve bütün görüntüləri heyranedici kvadrat ekranda əks etdirə bilərsiniz. Daha sonra ekrana daha da çox həyat anını sığışdırmaq üçün toxunmağa davam edin.
Saatın batareyası tam doldurulduqda, adi istifadə zamanı 10 gün, intensiv istifadə zamanı 7 gün enerji saxlayır6; bu isə o deməkdir ki, siz sərhədsiz müsiqi dinləyə və yuxusuz qalmadan həyatdan zövq ala bilərsiniz! Batareyanı cəmi 5 dəqiqə doldurmaqla gün boyu istifadə edə bilərsiniz.7
HUAWEI WATCH FIT 2 sadəcə saat deyil; Bluetooth zəngi8, anında mesaj cavablama9 ve kontaktların daxil edilməsi funksiyası ilə cihaz sizin real ünsiyyət vasitənizə çevrilmişdir! Harda olmağınızdan asılı olmayaraq gələn zəngləri biləyinizdən cavablandıra və ya rədd edə bilərsiniz.
Eksklüziv fitnes animasiyaları və qaçış, velosiped sürmə və üzgüçülük daxil olmaqla 7 əsas idman məşqi13 üzrə səslə idarə olunan isinmə hərəkətləri ilə siz hər məşqinizdən maksimum nəticə əldə edə bilərsiniz.
HUAWEI WATCH FIT 2 müəyyən müddət ərzində fəaliyyətinizi izləyir və uzun müddət oturduğunuz halda gərilmə hərəkətləri etməyiniz üçün səsli animasiyalar təqdim edir.
97 məşq rejimi qaçışlarınızı, sürüşlərinizi və gəzintilərinizi dəqiq izləyir, aktiv və məşğul qalmağınız üçün sizi lazım olan bütün vasitələrlə təmin edir.
Saat həm də biləyinizdəki şəxsi məşqçinizdir və HUAWEI Health proqramında olan məlumatlarınız əsasında şəxsi məşq planlarını sinxronizasiya edir. Qaçış gücü indeksi və məşq yükü kimi ağıllı indikatorlar sizə aydın məlumatlar vermək və sizi son dərəcə intensiv qaçışa yönləndirmək üçün məsafəni, ürək ritmini, və addımı hesablayır.
GPS, Beidou, GLONASS, Galileo and QZSS peyk sistemləri, eləcə də təkmilləşdirilmiş anti-müdaxilə dəstəyi ilə saat T-yə qədər dəqiqliklə açıq hava fəaliyyətlərinizi izləyəcək və siz itmək qorxusu olmadan ətrafı kəşf edə biləcəksiniz. Tamamilə yeni xaricə yönəltmə və daxilə yönəltmə xüsusiyyəti ilə məşqləriniz üçün hərəkət istiqamətlərinizi müəyyənləşdirir və siz bir düyməyə toxunmaqla bunu dostlarınızla paylaşa bilirsiniz.
HUAWEI WATCH FIT 2 sağlamlığınızı idarə etmək üçün SpO2, ürək ritminin monitorinqi, yuxu və stress izləmə daxil olmaqla yüksək səviyyəli ağıllı funksiyalar təqdim edir.
Bu saat yuxu vaxtı, oyanma, maye qəbulu və fəallıq nəzarəti və HUAWEI Health proqramında quraşdırıla bilən fərdi gündəlik tapşırıq xatırlatmaları ilə hər şəkildə inkişaf etməyə kömək edir. HUAWEI WATCH FIT 2 ilə hər gün bədəninizi, zehninizi və ruhunuzu yeniləmək üçün yeni bir şans olduğunu görəcəksiniz.
HUAWEI WATCH FIT 2 oturmağınızdan, uzanmağınızdan və ya hərəkətdə olmağınızdan asılı olmayaraq daim ürək döyüntülərinizi izləyir. Sabit vəziyyətdə ürək döyüntünüzün çox yüksək və ya çox aşağı14 olduğunu müəyyən etdikdə saat profilaktik xəbərdarlıqlar göndərərək ürək sağlamlığınızı nəzarət altında saxlayır və gün boyu dincliyinizi təmin edir.
SpO2 tənəffüs, metabolik və qan dövranı sağlamlığı haqqında məlumat verən əsas göstəricidir. Saat hər zaman problemsiz işləyən yüksək dəqiqlikli SpO2 monitoruna sahibdir və SpO2 səviyyəniz çox aşağı düşdüyü zaman real vaxt xatırlatmaları göndərir - bu, baş ağrılarını başlanğıcda aradan qaldırmağa kömək edir və zehninizin həddindən artıq yüklənməsinin qarşısını alır.
Saat, menstrual tsikli idarə etməyi və bədəninizin ehtiyaclarını daha yaxşı anlamağınızı asanlaşdıran, dataya əsaslanan Tsikl Təqvimi funksiyası ilə təchiz edilmişdir. Menstruasiya dövrü yaxınlaşdıqda o, əvvəlcədən ağıllı xatırlatmalar göndərir və siz heç vaxt xoşagəlməz surprizlərlə qarşılaşmırsınız.15
Saatın HUAWEI TruSleep™ 2.0 alqoritmi siz yuxuya getdikdən sonra belə gecə-gündüz işləyir. HUAWEI TruSleep™ altı ümumi yuxu problemini müəyyən edə və yuxu rejiminizi qaydasına salmaq üçün dataya əsaslanan 200-dən çox məsləhət verə bilər! Beləliklə, istər 20 dəqiqəlik mürgüləmə, istərsə də 8 saatlıq dərin yuxu olsun, zəhmətlə qazandığınız istirahətin nəzərə alındığını bilərək rahat yata bilərsiniz.
HUAWEI TruRelax™ alqoritmi gün ərzində stress səviyyənizi izləyir və stress səviyyəniz yüksəldiğində rahatlamığınız və dincəlməyiniz üçün sakitləşdirici nəfəs məşqləri təklif edir.
*Active Edition ayrıca alınmış əlaqələndirici tələb edir; Classic Edition və Elegant Edition qayış dəyişdirilməsini dəstəkləyən standart əlaqələndiricilərlə gəlir.