HUAWEI WATCH FIT 2

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.

1.74 düym Tam Görüntülü Ekran |
Bluetooth Zəng | Sağlam Həyat Tərzinin İdarə edilməsi

huawei watch fit 2 smart watch
huawei watch fit 2 match styles

Sevəcəyiniz 6 xüsusiyyət

huawei watch fit-2 fullview display

1.74 düym Tam
görüntülü Ekran

huawei watch fit 2 bluetooth calling

Bluetooth
Zəng

huawei watch fit 2 healthy living management

Sağlam Həyat Tərzinin
İdarə edilməsi

huawei watch fit 2 10 days battery

Davamlı
Batareya
Ömrü

huawei watch fit 2 quick workout animations

Sürətli Məşq
Animasiyaları

huawei watch fit 2 spo2 monitoring

Avtomatik
SpO2
Monitorinqi1

Dəbli dizayn və rahat idarəetmə

Ultra dar çərçivəsi ilə mükəmməl şəkildə dizayn edilmiş 1.74 düym AMOLED ekrana sahib HUAWEI WATCH FIT 2 sizə biləyinizdəki güc olaraq ehtiyacınız olan her şeyi təqdim edir. İdman məşqlərindən tutmuş gələn zəngləri cavablandırmağa qədər her şey sizin üçün ən əlverişli şəkildə tərtib edilmişdir.

huawei watch fit 2 amoled fullview display

Ekran- korpus
nisbəti2

72.2%

Daha geniş
ekran sahəsi2

18.6%

Ürək ritmini biləyində hiss et

HUAWEI WATCH FIT 2, bütün mükəmməl siferblatlar3 üçün kreativ AOD dizaynı ilə birlikdə təqdim edilir və sərhədsiz Watch Face Store siferblat mağazası sizə uyğun olan üslublar yaratmağınızı asanlaşdırır. Çevik siferblat rahatlığınızı təmin etmək üçün gündəlik xüsusiyyətlər xəzinəsini özündə birləşdirir.

huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face
huawei watch fit 2 colorful watch face

Sevimli qayışlarınız hər zaman biləyinizdə olsun

Active Edition rahat və kip oturuşa malikdir, Classic Edition-ın dəbli dərisi isə dənəvər teksturası ilə heyran edir. Beş fərqli göz qamaşdırıcı rəng ve üç fərqli material seçimi ilə biləyinizi layiq olduğu dizaynla mükafatlandırın!

huawei watch fit 2 silicone strap

Active
Edition

Sakura Çəhrayısı

Ada Mavisi

Gecə Qarası

huawei watch fit 2 leather strap

Classic
Edition

Duman Bozu

Ay Bəyazı

Bir toxunuşla fayl ötürülməsi

Telefonunuzdakı şəkli sadəcə bir toxunuşla5 köçürməklə siferblat olaraq təyin edə ve bütün görüntüləri heyranedici kvadrat ekranda əks etdirə bilərsiniz. Daha sonra ekrana daha da çox həyat anını sığışdırmaq üçün toxunmağa davam edin.

huawei watch fit 2 customized watch face
huawei watch fit 2 customized watch face
huawei watch fit 2 customized watch face huawei watch fit 2 customized watch face

Hər şeydən üstün
batareya gücü

Saatın batareyası tam doldurulduqda, adi istifadə zamanı 10 gün, intensiv istifadə zamanı 7 gün enerji saxlayır6; bu isə o deməkdir ki, siz sərhədsiz müsiqi dinləyə və yuxusuz qalmadan həyatdan zövq ala bilərsiniz! Batareyanı cəmi 5 dəqiqə doldurmaqla gün boyu istifadə edə bilərsiniz.7

huawei watch fit 2 10-day battery life
huawei watch fit 2 10-day battery life

10 günlük

Tipik istifadə üçün 10 günlük batareya ömrü6

7 günlük

İntensiv istifadə üçün 7 günlük batareya ömrü6

Mobil qalın,
bağlantıda qalın

HUAWEI WATCH FIT 2 sadəcə saat deyil; Bluetooth zəngi8, anında mesaj cavablama9 ve kontaktların daxil edilməsi funksiyası ilə cihaz sizin real ünsiyyət vasitənizə çevrilmişdir! Harda olmağınızdan asılı olmayaraq gələn zəngləri biləyinizdən cavablandıra və ya rədd edə bilərsiniz.

huawei watch fit 2 bluetooth calling
huawei watch fit
huawei watch fit 2 assistant today screen

Axıcı xidmət
üçün sağa sürüşdürün

huawei watch fit 2 assistant today screen

Hava proqnozu və ya musiqi pleyerini göstərən HUAWEI Assistant∙TODAY ekranına keçmək üçün sağa sürüşdürün. Siz hətta bu funksiyadan xidmətlərə asan daxil olmaq üçün Voice Assistant- a10 qoşulmaq üçün istifadə edə bilərsiniz.

huawei watch fit 2 message reminder

Tam vaxtında
xatırlatmalar ilə hər zaman bir addım öndə

huawei watch fit 2 message reminder

HUAWEI WATCH FIT 2 hətta telefonunuzdan mesaj və e-poçtları sinxronlaşdırarkən belə real vaxt xatırlatmaları ilə daim bağlantıda qalmağınızı təmin edən xəyallarınızdakı gündəlik həyat köməkçinizdir.

huawei watch fit 2 voice assistant

Xidmətinizdə

huawei watch fit 2 voice assistant

İstəyiniz onun üçün əmrdir - sadəcə sizə lazım olanı deyin və cihazınız zəngli saatı quraşdırmaqdan tutmuş hava proqnozu və ya foto çəkdirmək11 kimi qalan işləri yerinə yetirəcək! HUAWEI Assistant∙TODAY ekranını sağa sürüşdürün, Voice Assistant-ı10 aktivləşdirmək ve cihazı səslə idarə etməyə başlamaq üçün Voice Assistant düyməsinə və ya əsas səhifə düyməsinə 1 saniyə basıb saxlayın.

huawei watch fit 2 independent music playing

Sərhədsiz musiqi
dinlə

huawei watch fit 2 independent music playing

HUAWEI WATCH FIT 2 müstəqil musiqi pleylerini12 dəstəkləyir. Onları telefon proqramında fərdiləşdirə və hətta telefonunuz yanınızda olmadıqda belə xəbərdar olmaq üçün xüsusi həllərlə uyğunlaşdıra bilərsiniz!

Sizi hərəkətə gətirir

Eksklüziv fitnes animasiyaları və qaçış, velosiped sürmə və üzgüçülük daxil olmaqla 7 əsas idman məşqi13 üzrə səslə idarə olunan isinmə hərəkətləri ilə siz hər məşqinizdən maksimum nəticə əldə edə bilərsiniz.

huawei watch fit 2 exercise motivation
huawei watch fit 2 warm ups animation

Qaçışdan əvvəl
isinmə hərəkətləri

Yola çıxmazdan əvvəl, zehninizi və bədəninizi qaydaya salmaq üçün saatdakı animasiyalı məşqlərə əməl edərək isinmə hərəkətləri edin!

huawei watch fit 2 real time running data

Real vaxt
rejimində məlumatlar

Saat ürək döyüntüsünü izləyir və ürək döyüntüsü zonasını göstərir, eyni zamanda real vaxt rejimində səsli xəbərdarlıqlar verir. Qaçış məlumatları (məsafə, addım, real vaxt rejimində ürək döyüntüsü və s.) hər kilometrdə ucadan oxunur və qaçış zamanı sizi məlumatlandırmaq üçün ağıllı tərəfdaşınız əliniz altındadır.

huawei watch fit stretch animation

Qaçışdan sonra gərilmə hərəkətləri

Performansı artırmaq, bədənin lazımsız yüklənməsinin qarşısını almaq, qaçışdan sonra gərilmə məşqləri etmək və əzələlərinizi rahatlaşdırmaq üçün məşq animasiyalarını yerinə yetirin.

huawei watch fit 2 get-up reminder

Çox oturmusan?
Ayağa qalx!

HUAWEI WATCH FIT 2 müəyyən müddət ərzində fəaliyyətinizi izləyir və uzun müddət oturduğunuz halda gərilmə hərəkətləri etməyiniz üçün səsli animasiyalar təqdim edir.

huawei watch fit 2 97 workout modes

97 məşq rejimi ilə yeni
fəaliyyət növlərini kəşf edin

97 məşq rejimi qaçışlarınızı, sürüşlərinizi və gəzintilərinizi dəqiq izləyir, aktiv və məşğul qalmağınız üçün sizi lazım olan bütün vasitələrlə təmin edir.

huawei watch fit 2 activity records

Qaçış zamanı
əvəzolunmaz yoldaş

Saat həm də biləyinizdəki şəxsi məşqçinizdir və HUAWEI Health proqramında olan məlumatlarınız əsasında şəxsi məşq planlarını sinxronizasiya edir. Qaçış gücü indeksi və məşq yükü kimi ağıllı indikatorlar sizə aydın məlumatlar vermək və sizi son dərəcə intensiv qaçışa yönləndirmək üçün məsafəni, ürək ritmini, və addımı hesablayır.

huawei watch fit 2 gps tracking

Təhlükəsiz şəkildə yürüş edin

GPS, Beidou, GLONASS, Galileo and QZSS peyk sistemləri, eləcə də təkmilləşdirilmiş anti-müdaxilə dəstəyi ilə saat T-yə qədər dəqiqliklə açıq hava fəaliyyətlərinizi izləyəcək və siz itmək qorxusu olmadan ətrafı kəşf edə biləcəksiniz. Tamamilə yeni xaricə yönəltmə və daxilə yönəltmə xüsusiyyəti ilə məşqləriniz üçün hərəkət istiqamətlərinizi müəyyənləşdirir və siz bir düyməyə toxunmaqla bunu dostlarınızla paylaşa bilirsiniz.

Universal sağlamlıq
meneceri

HUAWEI WATCH FIT 2 sağlamlığınızı idarə etmək üçün SpO2, ürək ritminin monitorinqi, yuxu və stress izləmə daxil olmaqla yüksək səviyyəli ağıllı funksiyalar təqdim edir.

huawei watch fit 2 health manager
huawei watch fit 2 healthy living management

Sağlam yaşamaq indi
daha asandır

Bu saat yuxu vaxtı, oyanma, maye qəbulu və fəallıq nəzarəti və HUAWEI Health proqramında quraşdırıla bilən fərdi gündəlik tapşırıq xatırlatmaları ilə hər şəkildə inkişaf etməyə kömək edir. HUAWEI WATCH FIT 2 ilə hər gün bədəninizi, zehninizi və ruhunuzu yeniləmək üçün yeni bir şans olduğunu görəcəksiniz.

huawei watch fit 2 heart rate monitoring

Dəqiq ürək
ritmi monitorinqi

HUAWEI WATCH FIT 2 oturmağınızdan, uzanmağınızdan və ya hərəkətdə olmağınızdan asılı olmayaraq daim ürək döyüntülərinizi izləyir. Sabit vəziyyətdə ürək döyüntünüzün çox yüksək və ya çox aşağı14 olduğunu müəyyən etdikdə saat profilaktik xəbərdarlıqlar göndərərək ürək sağlamlığınızı nəzarət altında saxlayır və gün boyu dincliyinizi təmin edir.

huawei watch fit 2 oxygen saturation detection

Bütün gün SpO2 monitorinqi

SpO2 tənəffüs, metabolik və qan dövranı sağlamlığı haqqında məlumat verən əsas göstəricidir. Saat hər zaman problemsiz işləyən yüksək dəqiqlikli SpO2 monitoruna sahibdir və SpO2 səviyyəniz çox aşağı düşdüyü zaman real vaxt xatırlatmaları göndərir - bu, baş ağrılarını başlanğıcda aradan qaldırmağa kömək edir və zehninizin həddindən artıq yüklənməsinin qarşısını alır.

huawei watch fit 2 cycle tracker

Yalnız sizinlə sinxronlaşdırılmış
Menstrual tsikl izləmə

Saat, menstrual tsikli idarə etməyi və bədəninizin ehtiyaclarını daha yaxşı anlamağınızı asanlaşdıran, dataya əsaslanan Tsikl Təqvimi funksiyası ilə təchiz edilmişdir. Menstruasiya dövrü yaxınlaşdıqda o, əvvəlcədən ağıllı xatırlatmalar göndərir və siz heç vaxt xoşagəlməz surprizlərlə qarşılaşmırsınız.15

huawei watch fit 2 sleep monitoring

Yuxu zamanı da
sizin qayğınıza qalır

Saatın HUAWEI TruSleep™ 2.0 alqoritmi siz yuxuya getdikdən sonra belə gecə-gündüz işləyir. HUAWEI TruSleep™ altı ümumi yuxu problemini müəyyən edə və yuxu rejiminizi qaydasına salmaq üçün dataya əsaslanan 200-dən çox məsləhət verə bilər! Beləliklə, istər 20 dəqiqəlik mürgüləmə, istərsə də 8 saatlıq dərin yuxu olsun, zəhmətlə qazandığınız istirahətin nəzərə alındığını bilərək rahat yata bilərsiniz.

huawei watch fit 2 pressure monitoring

Stressdən azad olmaq
indi daha asandır

HUAWEI TruRelax™ alqoritmi gün ərzində stress səviyyənizi izləyir və stress səviyyəniz yüksəldiğində rahatlamığınız və dincəlməyiniz üçün sakitləşdirici nəfəs məşqləri təklif edir.

Seçin, uyğunlaşdırın və tərzinizi yaradın4

Sizə uyğun tərzlər

*Active Edition ayrıca alınmış əlaqələndirici tələb edir; Classic Edition və Elegant Edition qayış dəyişdirilməsini dəstəkləyən standart əlaqələndiricilərlə gəlir.

huawei watch fit 2 colorful straps
  1. Oksigen saturasiyası dedikdə qandakı ümumi hemoqlobinə nisbətdə oksigen ilə doymuş hemoqlobin fraksiyası, yəni qanda oksigenin konsentrasiyası nəzərdə tutulur. İzləmə məlumatları ve nəticələri yalnız istinad üçündür və diaqnostik yaxud tibbi məqsədlər üçün istifadə olunmamalıdır.
  2. Baxış sahəsi, HUAWEI WATCH FIT- də olduğundan 18.6% daha genişdir. Məlumatlar HUAWEI laboratoriyalarından əldə edilmişdir və faktiki baxış sahəsindən asılı olaraq fərqlənə bilər.
  3. Siferblatlar HUAWEI Watch Face Store- dan endirilə bilər, bəzi siferblatları ayrıca satın almaq lazımdır. Bu xüsusiyyət müəyyən ölkə və bölgələrdə mövcuddur.
  4. Əlaqələndirici, HUAWEI EasyFit qayışı (20 mm) Active Edition istifadəçiləri üçün əhəmiyyətli bir aksesuardır. Bu xüsusiyyət ölkə və bölgəyə görə dəyişə bilər. Ətraflı məlumat üçün HUAWEI rəsmi web səhifəsinə müraciət etməyinizi xahiş edirik.
  5. Mobil telefonla çəkilən şəkillər, HUAWEI Health Proqramı yaxud siferblatlar üçün OneHop vasitəsilə siferblat olaraq təyin edilə bilər. Siferblatlar üçün OneHop xüsusiyyəti yalnız NFC'yi dəstəkləyən ve EMUI 11 və ya daha yeni versiya ilə işləyən HUAWEI mobil telefonlarında dəstəklənir. Active Edition siferblatlar üçün OneHop-u dəstəkləmir.
    Bu xüsusiyyət yalnız müəyyən ölkə və bölgələrdə dəstəklənir.
  6. Tipik istifadə: 10 gün. Susmaya görə parametrlər istifadə olunur, həftədə 30 dəqiqə Bluetooth zəngi, həftədə 30 dəqiqə audio səslənmə, yuxu izləmə və ürək ritmi monitorinqi mövcuddur, həftədə 30 dəqiqə idman məşqi, mesaj bildirişi aktivdir (Günde 50 SMS, 6 zəng ve 3 siqnal) ekran gündə 200 dəfə yandırıldıqda.
    İntensiv istifadə: 7 gün. Susmaya görə parametrlər istifadə olunur, həftədə 30 dəqiqə Bluetooth zəngi, həftədə 30 dəqiqə audio səslənmə, ürək ritmi monitorinqi ve HUAWEI TruSleep™ aktivləşdirilir, həftədə 60 dəqiqə idman məşqi, mesaj bildirişi aktivləşdirilir (Gündə 50 SMS, 6 zəng ve 3 siqnal) ekran gündə 500 dəfə yandırıldıqda.
    HUAWEI laborator sınaqlarından əldə edilən nəticələrə əsaslanır. Faktiki istifadə məhsul çeşidliliyindən, istifadəçi vərdişlərindən və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
  7. Batareyanın doldurulması məlumatları 25±1°C təyin edilmiş temperatur və 45%-80% nisbi rütubətlə idarə olunan mühitlərdə aparılan HUAWEI laboratoriya sınaqlarından əldə edilmişdir. Faktiki verilənlər fərdi məhsula, faktiki istifadəyə, ətraf mühit faktorlarındakı fərqlərlə əlaqədar müxtəlif ola bilər.
  8. Bu xüsusiyyət yalnız saat ağıllı telefona qoşulduqda dəstəklənir.
  9. Qısa SMS cavablar yalnız Android 7.0 yaxud daha yeni versiya ilə işləyən mobil telefonlarda dəstəklənir.
  10. Voice Assistant yalnızca HUAWEI Health proqramının en son versiyası yüklənmiş EMUI 10.1 və ya daha yeni versiya ilə işləyən HUAWEI mobil telefonlarında dəstəklənir (Xahiş edirik, EMUI-ni ən son versiyaya yeniləyin, çünki aşağı versiyalar müxtəlif mobil telefon modelləri üçün fərqli ola bilər). Bu xüsusiyyət yalnız müəyyən ölkə və bölgələrdə dəstəklənir.
  11. Uzaqdan idarə olunan obyektiv sürgüsü yalnızca EMUI 8.1 və ya daha yeni versiya ilə işləyən HUAWEI mobil telefonlarında dəstəklənir. Bu xüsusiyyət iOS cihazlarda dəstəklənmir.
  12. iOS musiqi sinxronizasiyasını dəstəkləmir. Bu xüsusiyyət (5000-ə qədər mahnını yaddaşda saxlayır) OTA yeniləmələri ilə mövcuddur.
  13. 7 standart məşq rejimi aşağıdakı kimidir: Açıq havada yürüş, Qapalı məkanda yürüş, Açıq havada velosiped sürmək, Qapalı məkanda velosiped sürmək, Hovuzda üzmək, Açıq suda üzmək və İplə tullanmaq.
  14. Bu xüsusiyyət HUAWEI Health proqramında Cihazlar > Sağlamlıq monitorinqi > Davamlı ürək ritmi monitorinqi seçilməklə aktivləşdirilə bilər.
  15. Bu xüsusiyyət yalnız müəyyən ölkə və bölgələrdə mövcuddur.
  16. Bütün bu xüsusiyyətlər tibbi istifadə və diaqnoz qoymaq, müalicə etmək, sağaltmaq və ya hər hansı xəstəliyin qarşısını almaq üçün nəzərdə tutulmamışdır. Bütün məlumatlar və ölçülər yalnız fərdi istinad üçün istifadə olunmalıdır.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et