HUAWEI WATCH GT 2e-nin davamlı paslanmaz dəmir çərçivəsi qolunuza rahat oturması üçün hazırlanmış rəngi fitnes kəmərləri ilə qüsursuz şəkildə uyğunlaşır. 1.39 düym AMOLED HD displeyi və çoxsaylı canlandırıcı ekran dizaynı sizi dünya ilə əlaqədə saxlayır. Əyləncəli dizaynlarla qolunuzu heç vaxt boş qoymur!
Müxtəlif ekran dizaynları2 ilə HUAWEI WATCH GT 2e biləyinizi qüsursuz bir işıq, rəng və hərəkət qobeleninə çevirir. Məlumat və verilənləri ürəyin ritmi, addımlar, hava və digər amillərə uyğun olaraq tənzimləyə bilərsiniz. Yalnız sizin üçün önəmli olanlar əhəmiyyət daşıyır.
HUAWEI-in ilk işlənib hazırlanmış taxıla bilən çipi olan Kirin A1 yüksək işləmə qabiliyyəti və olduqca az enerji istehlakı təmin edir. İkili çip dizaynı və enerjiyə qənaət alqoritmləri 2.0 HUAWEI WATCH GT 2e-nin gecə-gündüz dəstək üçün inanılmaz güc əldə etmək məqsədilə daha az enerji sərf etməsini təmin edir. Bu ağıllı saat batareyanın daha uzun davam gətirməsi üçün avtomatik olaraq enerji istehlakını optimallaşdırır.
Duyğularınıza ilham verin və arzularınızı reallaşdırın - vərdişlərinizdən uzaq olduğunuz yeniliklərə doğru! Yeni əlavə edilmiş 85 xüsusi məşq rejimində3 yer alan qayaya dırmaşma, parkur, küçə rəqsi və ya sizi hərəkətə gətirən skeytbord ilə yeni macəralar kəşf edə bilərsiniz ... bütün bunlar əlinizin altındadır!
Ən son texnologiyadan istifadə edən HUAWEI WATCH GT 2e dırmaşma, qaçış, üzgüçülük və velosiped sürmə daxil olmaqla 15 peşəkar idman növü üzrə dəqiq və real vaxt rejimində izləmə təmin edir. Açıq hava məşqləri zamanı marşrutun olduqca dəqiq izlənilməsini təmin etmək üçün həm GPS, həm də GLONASS mövqeləndirmə sistemini dəstəkləyir.
Tamamilə yeni bir şəkildə diqqətli və ağıllı! Normal məşqlərinizə davam edin və saat avtomatik olaraq bunu aşkar edəcək, sonra sadəcə bir toxunuşla hərəkətlərinizi izləməyə başlayın. İndi qapalı məkanda / açıq havada qaçış, qapalı məkanda / açıq havada yürüyüş, velosiped və avarçəkmə trenajorundan ibarət altı ümumi məşq rejimi5 mövcuddur.
Qan-oksigen saturasiyası6 (SpO2) bədənin oksigen təchizatını əks etdirən vacib həyati əlamətlərdən biridir. Əslində SpO2 səviyyəsinin çox aşağı olması enerjinin olmaması, yorğunluq və baş gicəllənməsi kimi ciddi simptomlarla nəticələnə bilər. HUAWEI WATCH GT 2e SpO2 səviyyəsinin birdəfəlik ölçülməsini dəstəkləyir, bu da istənilən zaman və yerdə qanda oksigen səviyyəsini müəyyənləşdirməyə kömək edir.
HUAWEI TruRelax™ ilə gün boyu stresə nəzarət edilməsi7 və sağlamlığınıza diqqət edilməsi.
Nəfəs təlimi (APP sonu) stresi aradan qaldırır və lazımi anda vəziyyəti düzəldir.
HUAWEI TruSleep™ 2.0 ilə HUAWEI WATCH GT 2e 6 ümumi yuxu problemi növünü elmi olaraq izləyə və diaqnoz qoya bilir, bununla da daha yaxşı istirahət təklif edir. Siz yatarkən, saat ürək ritminizə nəzarət edir, nəfəsinizi analiz edir və ümumi yuxu keyfiyyətinizə uyğun bal verir8.
Yükləyin
Health tətbiqini HUAWEI AppGallery-dən dərhal yükləyin və həyatınızdakı növbəti bölməyə necə başlayacağınızı görün.
İndi quraşdırınBluetooth qulaqlıqla cütləşdirdikdən sonra birbaşa HUAWEI WATCH GT 2e-niz ilə musiqiyə qulaq asın. 500 mahnıya qədər9 yaddaşı ilə məşqlərinizdə sizi motivasiya etmək üçün sevdiyiniz musiqiləri yaddaşda saxlaya bilir.
Saatınıza nömrəyə daxil olan zənglərin, SMS-lərin, elektron məktubların, təqvim tədbirlərinin və s.-in real vaxt rejimində bildirişi gəlir. Bundan əlavə, hava proqnozları, zəngli saat, xronometr və fənər kimi gündəlik həyatı asanlaşdıran intuitiv xüsusiyyətləri özündə ehtiva edir. Ondan hətta telefonunuzu tapmaq üçün də istifadə edə bilərsiniz.
HUAWEI WATCH GT 2e telefonunuzun uzaqdan obyektiv sürgüsünə çevrilərək hərəkətdə olarkən və ya əvvəlcədən təyin edilmiş 5 saniyə xronometri ilə xüsusi bucaqlardan yaddaqalan anları asanlıqla çəkməyə kömək edir10.