HUAWEI WATCH GT Runner

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI WATCH GT Runner

Elmi qaçış proqramı|Real vaxt rejimində dəqiq ürək ritmi Marafon qaçışları zamanı başlanğıc səviyyənin təyin edilməsi

HUAWEI WATCH GT Runner HUAWEI WATCH GT Runner HUAWEI WATCH GT Runner
Sevəcəyiniz 7 xüsusiyyət
Yüngül və rahat

Çəkisi təqribən 38.5 q1

HUAWEI WATCH GT Runner Lightweight And Comfortable
HUAWEI WATCH GT Runner Lightweight And Comfortable
İkili zolaqlı beş sistemli GNSS

İnnovativ sərbəst yerləşdirilmiş daxili antenə malik dizayn

HUAWEI WATCH GT Runner Dual-Band Five System Gnss
HUAWEI WATCH GT Runner Dual-Band Five System Gnss

HUAWEI TruSeen™
5.0+ texnologiyası

Real vaxt rejimində
dəqiq ürək ritmi monitorinqi
HUAWEI WATCH GT Runner Huawei Truseen HUAWEI WATCH GT Runner Huawei Truseen
HUAWEI WATCH GT Runner Huawei Truseen

HUAWEI TruSport™
texnologiyası

Elmi qaçış proqramı

Qaçış qabiliyyəti indeksi, məşq yükü və qandakı süd turşusu miqdarı, ürək ritmi göstəriciləri

HUAWEI WATCH GT Runner Huawei Trusport HUAWEI WATCH GT Runner Huawei Trusport HUAWEI WATCH GT Runner Huawei Trusport
HUAWEI WATCH GT Runner Huawei Trusport
Açıq havada qaçış
yoldaşınız

Trek naviqasiyası2, musiqi oxutma və kompas

HUAWEI WATCH GT Runner Running Mate HUAWEI WATCH GT Runner Running Mate
HUAWEI WATCH GT Runner Running Mate
Sİ qaçış
məşqçisi3

Fərdi qaçış planlarını tərtib edir və məşqləri dinamik şəkildə tənzimləyir

HUAWEI WATCH GT Runner Ai Running Coach
HUAWEI WATCH GT Runner Ai Running Coach
2 həftə
batareya ömrü4
HUAWEI WATCH GT Runner 2 Week Battery Life
HUAWEI WATCH GT Runner 2 Week Battery Life
HUAWEI WATCH GT Runner Design

Külək kimi
qaç

Sürətli nəfəs al

Sürət üçün nəzərdə tutulmuş və idman avtomobillərinin buxarı barmaqlığından ilham almış HUAWEI WATCH GT Runner taxarkən rahat hiss etməyiniz üçün qapaqda içi boş bir çıxıntıya malikdir.

HUAWEI WATCH GT Runner Id
HUAWEI WATCH GT Runner Id

Yenidən göstər

Heç bir ağırlıq hiss
etmədən intensiv məşq et

Keramika üzlüklü möhkəm polimer lifli korpus və aviasiya dərəcəli titan xəlitəsi birləşərək 38.5 q1-a yaxın güclü, yüngül və rahat dizayn yaradır və daha yaxşı performans əldə etməyə kömək edir.

HUAWEI WATCH GT Runner Lightweight
HUAWEI WATCH GT Runner Lightweight

Göstəricilərə
daha sürətlə bax

İstifadəsi asan inteqrasiya edilmiş siferblat vasitəsilə məşq yükü, qaçış qabiliyyəti indeksi, bərpa vaxtı, bundan əlavə, hündürlük və hava şəraiti kimi ən çox maraqlandığınız göstəricilərə baxın. Nailiyyətlərinizi görmək və qaçış qabiliyyətinizi daha yüksək səviyyəyə qaldırmaq üçün sadəcə biləyinizi qaldıraraq saatınıza baxmaq kifayətdir.

HUAWEI WATCH GT Runner Data Dial
HUAWEI WATCH GT Runner Data Dial

Yenidən göstər

HUAWEI WATCH GT Runner Runner Running

Qaçışınızı inkişaf
etdirməyin
asan yolu

TruSeen™ 5.0+


Aşağı istehlak,
yüksək dəqiqlik

Yeni təkmilləşdirilmiş ürək ritmi moduluna dairəvi tərtibatda səkkiz fotodiod və rahat taxılma və xarici işıq müdaxiləsinin azaldılması üçün maili şüşə linza ilə birləşdirilmiş iki işıq mənbəyi dəsti daxildir. Sİ alqoritmi ətraf səs siqnallarını daha effektiv filtrləmək üçün təkmilləşdirilmiş, bu da hətta intensiv məşqlər zamanı belə, ürək ritminin dəqiq monitorinqinə imkan vermişdir.

HUAWEI WATCH GT Runner Huawei Truseen HUAWEI WATCH GT Runner Huawei Truseen

Dinamik ürək
ritmi monitorinqi

HUAWEI WATCH GT Runner-in tamamilə yeni TruSeen™ 5.0+ aparat təkmilləşdirməsi hətta intensiv intervallı məşqlər üçün belə, ürək ritminin əhəmiyyətli dərəcədə təkmil monitorinqini təmin edir. 10 vuruş/dəq5 ərzində 97% dəqiqliklə sinə qayışına bərabər etibarlı göstəricilər əldə edin.

HUAWEI WATCH GT Runner Heart Rate Monitoring

Yenidən göstər

HUAWEI WATCH GT Runner Heart Rate Monitoring HUAWEI WATCH GT Runner Heart Rate Monitoring

Daha sürəlti peyk
lokasiyası

Antenna kompozit lif materialı ilə qorunur və saat qapağının içərisində gizlənir. Yenilikçi üzən antenna dizaynı təkmilləşdirilmiş əlaqə və GPS performansı təmin edərkən çəki və müdaxiləni əhəmiyyətli dərəcədə azaldır.

HUAWEI WATCH GT Runner Antenna Design
HUAWEI WATCH GT Runner Antenna Design

Yenidən göstər

İkili zolaqlı beş sistemli GNSS

Dəqiq trek
mövqeləndirmə

HUAWEI WATCH GT Runner 5 əsas naviqasiya peyk sistemini, ikili zolaqlı real vaxt rejimində paralel zəngləri, daha yüksək peyk axtarış sürətini və daha dəqiq mövqeləndirməni dəstəkləyir.

HUAWEI WATCH GT Runner Dual Band Five System Gnss

Yenidən göstər

HUAWEI WATCH GT Runner Dual Band Five System Gnss HUAWEI WATCH GT Runner Dual Band Five System Gnss
HUAWEI WATCH GT Runner Huawei Trusport

HUAWEI TruSport™

Elmi qaçış proqramı

Avadanlıq təkmilləşdirmələri məlumatların daha dəqiq monitorinqini təmin edir və HUAWEI TruSport™ peşəkar elmi qaçış proqramı ilə saat giriş səviyyəsi qaçışçılarını tək qaçışdan məşq intensivliyi, məşq həcmi, bərpa müddəti və s. haqqında məlumatlar və təkliflərlə təmin edir. Qabaqcıl qaçışçılar isə qaçış qabiliyyətinin qiymətləndirilməsi, fiziki hazırlıq/yorğunluq statusu yeniləmələri, uzunmüddətli məşq performansı təhlillərini əldə edir. Elit qaçışçı olduğunuz halda, qaçış texnikanızın monitorinqini və qiymətləndirməsini əldə edin. HUAWEI WATCH GT Runner ilə indiki səviyyəniz nə olursa olsun daha peşəkar qaçışçı olacaqsınız.

Qaçışçıların irəliləməsinə
yol açan peşəkar qaçış qabiliyyətin
qiymətləndirilmə sistemi

HUAWEI WATCH GT Runner Huawei Trusport
HUAWEI WATCH GT Runner Huawei Trusport

Qaçış
qabiliyyəti indeksi

Qaçış qabiliyyətini səmərəli və dəqiq şəkildə dəyərləndirmək hər zaman qaçışçılar üçün çətin problem olub. HUAWEI TruSport™ Elmi Qaçış Proqramına əsasən qaçışçılara qaçış qabiliyyəti və səviyyələrini dəqiq qiymətləndirməyə kömək etmək üçün Qaçış Qabiliyyəti İndeksini təqdim edir.

Qaçış
qabiliyyət səviyyəsi
Performans Qaçış qabiliyyəti indeksi
Marafon dünya rekordu 2:01:39 85.3
2.5 Saatlıq Marafon 2:30:00 69.2
3 Saatlıq Marafon 3:00:00 56.4
3.5 Saatlıq Marafon 3:30:00 46.7
4 Saatlıq Marafon 4:00:00 40.7

İrəliləyişinizi
vizuallaşdırın

Huawei qaçış qabiliyyəti indeksi qaçış zamanı ürək ritmi, temp, məsafə və tezlik üzrə keçmiş göstəricilər daxil olmaqla çoxölçülü məlumatlara əsaslanan qiymətləndirmələr təmin edir. Siz cari qaçış qabiliyyətiniz və onun hədəflərinizlə müqayisəsi haqqında dəqiq məlumat alacaqsınız. Şəxsi məşq planlarınızı tərtib etmək və qaçış performansınızı etibarlı şəkildə yaxşılaşdırmaq üçün lazım olan məlumatları əldə edin.

HUAWEI WATCH GT Runner Running Ability2

Məşq yükü

Qaçış hədəflərinizə çatmaq üçün intensiv, eyni zamanda düzgün məşq etməlisiniz. Həftəlik Məşq Yükü xüsusiyyəti sayəsində intensiv məşq seansından sonra istirahət etmək üçün uyğun vaxt və sizin üçün uyğun məşq həcmi barədə məlumatlı olun. Heç bir zədə almadan istədiyiniz yerə daha tez çatın.

HUAWEI WATCH GT Runner Training Load

Məşq
təklifləri

HUAWEI WATCH GT Runner bir çox digər göstərici analizləri ilə birlikdə cari qaçış qabiliyyətiniz və məşq yükünüz əsasında sizə yorğunluq səviyyələri, bərpa müddəti, aerob və anaerob məşq intensivliyi, məşq indeksləri və s. daxil olmaqla, elmi əsaslı məşq göstəriciləri və təkliflər təqdim edir. Məşq planınızı tənzimləmək üçün daha uyğun bir üsul kəşf edin.

HUAWEI WATCH GT Runner Training Suggestions
HUAWEI WATCH GT Runner Training Suggestions
HUAWEI WATCH GT Runner Training Suggestions
HUAWEI WATCH GT Runner Training Suggestions
HUAWEI WATCH GT Runner Training Suggestions
HUAWEI WATCH GT Runner Training Suggestions

Sİ qaçış məşqçisi3

Məşq planınızı cinsiyyətinizə, boyunuza və çəkinizə, həmçinin ürək ritminizə, məsafə və qaçış tezliyinə, tempinizə və s.-ə əsasən fərdiləşdirin. 4 məşq dövrünə bölünür - ilkin, artış, konsolidasiya və azalma - düzgün sürətlə inkişaf etməyinizə kömək edəcək bir yol izləyəcəksiniz.

HUAWEI WATCH GT Runner Ai Running Coach

Sənin məşqçin, sənin planın

Sİ qaçış məşqçisi həftəlik məşq göstəricilərinizi elmi şəkildə təhlil edir, növbəti həftə üçün qaçış cədvəlinizi avtomatik olaraq tənzimləyir, beləliklə siz hər zaman effektiv irəliləyiş əldə edirsiniz. HUAWEI Health tətbiqində aydın şəkildə tərtib edilmiş məşq göstəricilərinizə baxın və hədəflərinizə çatmağa nə qədər yaxın olduğunuzu müəyyənləşdirin. Qaçışa iş kimi deyil, əyləncə kimi baxın.

HUAWEI WATCH GT Runner Ai Running Coach2

Real vaxt rejimində
səsli bələdçi

Fərdiləşdirilmiş qaçış planınız avtomatik olaraq HUAWEI Health tətbiqindən HUAWEI WATCH GT Runner ilə sinxronlaşdırılır, ona görə də qaçışa getdiyiniz zaman sizin üçün hazır olur. Siz qaçarkən real vaxt rejimində səsli bələdçi audio xəbərdarlıqlar vasitəsilə sizə ürək ritminizi, tempinizi və digər göstəriciləri, eləcə də cari məşq məqsədlərinizi bildirir, bu sayədə siz marşrutunuza daha çox diqqət yetirə bilirsiniz.

HUAWEI WATCH GT Runner Time Voice Guidance
HUAWEI WATCH GT Runner Assistant

Yol boyu sizə
yardım edir

Marşrut Paylaşımı
və Naviqasiya6

Sevdiyiniz qaçış marşrutlarını paylaşın və dostlarınızdan tövsiyə olunan marşrutları qəbul edin7. Marşrutunuzun xəritəsini tərtib etdikdən sonra qaçarkən ondan oflayn rejimdə istifadə edə, həmçinin təhlükəsiz şəkildə evə qayıtmaq üçün geri qayıtma funksiyasından yararlana bilərsiniz.

HUAWEI WATCH GT Runner Route Sharing And Navigation

2 həftə batareya ömrü4

HUAWEI WATCH GT Runner tam doldurulduqdan sonra 14 günə qədər, intensiv istifadə ssenarilərində isə 7 günə qədər batareya saxlayır8. O, mobil telefonla simsiz olaraq doldurula bilər9 ki, bu da sizə batareya barədə narahatlıq yaşamadan onu istənilən vaxt doldurmağa imkan verir.

14 gün

tipik istifadə zamanı
batareya ömrü

7 gün

intensiv istifadə zamanı
batareya ömrü

HUAWEI WATCH GT Runner 2 Week Battery Life

Açıq havada təhlükəsiz

Daxili barometr vasitəsilə yaxınlaşan pis hava şəraiti haqqında ani xəbərdarlıqlar alın. Tamamilə yeni dəqiq kompas funksiyası sayəsində yoldan nə qədər uzaqlaşsanız da, hər zaman oriyentasiyanızı qoruyub saxlayın.

HUAWEI WATCH GT Runner Stay Safe Outdoors
HUAWEI WATCH GT Runner Stay Safe Outdoors
HUAWEI WATCH GT Runner Stay Safe Outdoors
HUAWEI WATCH GT Runner Stay Safe Outdoors

Asan idarəetmə

HUAWEI WATCH GT Runner gündəlik həyatınıza uyğunlaşdırılıb. Ondan zəngləri rahat qəbul etmək10 və musiqini saatdan və ya telefondan çalmasından asılı olmayaraq asanlıqla idarə etmək üçün istifadə edə bilərsiniz.

HUAWEI WATCH GT Runner Assistant
HUAWEI WATCH GT Runner Assistant
HUAWEI WATCH GT Runner Assistant
HUAWEI WATCH GT Runner Assistant

Gündəlik
sağlamlıq göstəriciləri11

HUAWEI WATCH GT Runner anormal ürək ritmi bildirişləri, 24/7 qan-oksigen monitorinqi, yuxu monitorinqi və menstruasiyaya nəzarət daxil olmaqla, sağlamlıq monitorinqi funksiyalarını bütövlükdə dəstəkləyir. Biləyinizdə fərdiləşdirilmiş fitnes meneceri.

HUAWEI WATCH GT Runner Health Insights
HUAWEI WATCH GT Runner Health Insights
HUAWEI WATCH GT Runner Health Insights
HUAWEI WATCH GT Runner Health Insights
HUAWEI WATCH GT Runner Health Insights

Daha çox əyləncə

HUAWEI AppGallery for Watch yükləyə biləcəyiniz bir çox əyləncəli tətbiq təklif edir.12

HUAWEI WATCH GT Runner App2
  1. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Çəki qayışsız təqribən 38.5 q-dır. Faktiki çəki ayrı-ayrı məhsul fərqlərinə görə dəyişə bilər. Xahiş edirik faktiki məhsula istinad edin.
  2. Naviqasiya üçün HUAWEI Health tətbiqindən dostların paylaşdığı marşrutları yükləmək məqsədilə istifadəçiləri dəstəkləyir.
  3. Sİ qaçış məşqçisi HUAWEI Health tətbiqində qurulmalıdır və o, saatınızla sinxronlaşdırıla bilər.
  4. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Faktiki batareya ömrü ayrı-ayrı məhsul fərqləri, istifadə vərdişləri və ətraf-mühit amillərindən asılı olaraq dəyişə bilər. Xahiş edirik faktiki istifadə şərtlərinə istinad edin.
    Tipik istifadə ssenariləri: həftədə 30 dəqiqə Bluetooth zəngləri, həftədə 30 dəqiqə müstəqil musiqi oxutma, ürək ritmi funksiyası hər zaman aktiv, gecə yuxuya nəzarət, həftədə 90 dəqiqə ortalama məşq (GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 dəfə, 6 zəng, 3 zəngli saat) və ekran gündə 200 dəfə yandırılır.
  5. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Aşağıdakı ssenarilərdə 10 vuruş/dəq ərzində 97% dəqiqlik: qapalı məkanda qaçış trenajoru, açıq havada templə qaçış, uzun interval və qısa interval.
  6. Oflayn naviqasiya yalnız HUAWEI WATCH GT seriyalı saatlara aiddir.
  7. Marşrutun paylaşılması yalnız Android 6.0 və ya daha yeni telefonlara aiddir. Bu funksiyadan istifadə etmək üçün Huawei Health tətbiqini ən son versiyaya yeniləyin. Bu funksiya iOS telefonlarında dəstəklənmir.
  8. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Faktiki batareya ömrü ayrı-ayrı məhsul fərqləri, istifadə vərdişləri və ətraf-mühit amillərindən asılı olaraq dəyişə bilər. Xahiş edirik faktiki istifadə şərtlərinə istinad edin.
    İntensiv istifadə ssenariləri: həftədə 30 dəqiqə Bluetooth zəngləri, həftədə 30 dəqiqə müstəqil musiqi oxutma, ürək ritmi funksiyası hər zaman aktiv, gecə yuxuya nəzarət, stress aşkaretmə, ürək sağlamlığı və yuxu apnesi funksiyası aktiv, həftədə 270 dəqiqə ortalama məşq ( GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 dəfə, 6 zəng, 3 zəngli saat) və ekran gündə 30 dəqiqə yandırılır.
    Batareyanın işləmə müddəti GPS rejimində 20 saat, ultra uzun batareya ömrü rejimində isə 40 saatdır.
  9. Bu xüsusiyyət yalnız tərs çevirərək batareya doldurmanı dəstəkləyən mobil telefonlar üçün mövcuddur. Xüsusi modellər üçün yerli müştəri xidmətləri ilə əlaqə saxlayın.
  10. Saat müstəqil kommunikasiyanı dəstəkləmir. Zəngləri qəbul etmək üçün telefonunuzu qoşmalısınız.
  11. Bu məhsul tibbi cihaz deyil, ölçmə göstəriciləri və nəticələri yalnız istinad üçündür, diaqnoz və müalicə üçün heç bir əsas vermir.
  12. İstifadəçilər HUAWEI AppGallery for Watch-dan müvafiq üçüncü tərəf tətbiqlərini yükləməlidir. Bu xüsusiyyət yalnız müəyyən ölkə və regionlarda mövcuddur.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et