HUAWEI WATCH GT 2 Pro

HUAWEI WATCH GT 2 Pro
HUAWEI WATCH GT 2 Pro
DESIGN
HUAWEI WATCH GT 2 Pro Design

Yeni sənət
zərifliyini qarşılayın

Aşınmaya davamlı sapfir saat siferblatı yüngül və möhkəm bir dizayn üçün titan karkas ilə qüsursuz şəkildə birləşir. Parlaq və dəriyə uyğun keramika arxalıq rahat istifadəni təmin edir. Mükəmməl sənətkarlıqla HUAWEI WATCH GT 2 Pro sənət və texnologiyanın mükəmməl tarazlığı ilə incə bir zövq ortaya qoyur.

HUAWEI WATCH GT 2 Pro ID
HUAWEI WATCH GT 2 Pro ID
HUAWEI WATCH GT 2 Pro ID
HUAWEI WATCH GT 2 Pro ID
İdman buraxılışı Klassik buraxılışı
HUAWEI WATCH GT 2 Pro moon dial

Təbiətin sirlərindən
həzz alın

Biləyinizi qaldırmaqla siz gündoğumu, gün batımı, ayın çıxma və batma vaxtlarını bilərək açıq hava macəralarına hazırlaşa bilərsiniz. Bundan əlavə, yeni ay, dolunay, ilk dörddəbir ay və s. kimi 8 növ ay fazası və qabarmaları səmanı müşahidə etməyinizə və keçən vaxtı izləmə romantikasından zövq almağa imkan verir.

Tərziniz üçün
hazırlanıb

Gündəlik tərzinizə hər zaman uyğun olması üçün 200-dən çox seçim arasından bir saat siferblatı seçin.2 Dinamik saat siferblatlarından sonsuz əyləncə əldə edin və ya birbaşa funksional saat siferblatı ilə real vaxt rejimində məlumatlar oxuyun.
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
HUAWEI WATCH GT 2 Pro dial market
Sport
HUAWEI WATCH GT 2 Pro sport
HUAWEI WATCH GT 2 Pro skiing

Xizək sürmə və
snoubordinq

HUAWEI WATCH GT 2 Pro ürək döyüntüsü tezliyi, orta sürət, maksimal yamac dikliyi, xizək sahəsində xizək yarışları, xizək sürmə və snoubordinq üçün yol və məsafə kimi hərtərəfli məlumatlar təqdim edir. Bundan əlavə, hər hansı bir məlumat normal dərəcəni aşarsa səsli siqnallar3 ala bilərsiniz. Yüksək sürətlə mükəmməl tarazlığı qorumağınız üçün yaxşı yoldaş.
HUAWEI WATCH GT 2 Pro Golf

Şəxsi qolf
məşqçisi

Yeni Qolf rejmi dönmə vəziyyətinizi ağıllı şəkildə təhlil edə və dönmə sürətinizi və tezliyinizi artırmaq üçün məlumat istinadları təmin edə bilər. Ən yaxşı ritminizi kəşf edin və daha effektiv üsulla mütəxəssis olun.

100-dən çox
məşq rejimi

Dırmaşma, açıq havada qaçış, avarçəkmə, sörfinq, tennis və s. kimi 100-dən çox məşq rejimi üçün dəqiq məlumat izləmə funksiyasını dəstəkləyən ağıllı saat bütün hərəkətlərinizi izləməyə kömək edir. Bundan əlavə, daha səmərəli məşq üçün daha çox alternativ təklif etmək məqsədilə sizi səsli təlimatlar vasitəsilə istiqamətləndirən3 10-dan çox kurs var.
HUAWEI WATCH GT 2 Pro 100 workout mode
HUAWEI WATCH GT 2 Pro 100 workout mode
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro 100 workout mode
HUAWEI WATCH GT 2 Pro 100 workout mode

Hərəkət etdiyiniz andan işə düşür

Sadəcə normal məşqlərinizi edin, saat avtomatik olaraq bunu aşkar edəcək və bir toxunuşla fəaliyyətinizi izləməyə başlayacaq. Qapalı məkanda/açıq havada qaçış, qapalı məkanda/açıq havada yürüyüş, idman trenajoru (qaçış zolağı, stasionar velotrenajor və stepperin qarışığı) və avarçəkmədən ibarət altı ümumi məşq rejimi üçün artıq mövcuddur.
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically
HUAWEI WATCH GT 2 Pro detects workouts automatically

Peşəkar məlumatlar daha yaxşı məşq etməyinizə kömək edir

VO2Max4

VO2max artan məşq zamanı ölçülən oksigen istehlakının maksimum dərəcəsidir. VO2max istehlakı idman performansında kardiorespirator dayanıqlılıq və dözümlülük qabiliyyətini əks etdirir.

Aerobik/Anaerobik məşq effekti

Aerobik/anaerobik məşq aerobik/yüksək intensivlikli məşqin bədəninizə verdiyi faydalara diqqət çəkir. O, uzun müddətli yüksək intensivlikli fasiləli anaerobik məşqlə artırıla bilər.

Bərpa müddəti

Məşq zamanı fiziki yorğunluğu əks etdirən fiziki formanın məşqdən sonra tam sağlam vəziyyətə qayıtması üçün tələb olunan müddəti bildirir.

Məşqlərin intensivliyi

Saat keçən həftənin məşq həcminə dair statistik məlumatları toplayır və son məşq məlumatlarına əsasən məşqlərin intensivlik dərəcəsini dinamik şəkildə hesablayır.

Mühakimələri nəzərdən keçirin

Cari məşqinizin effektivliyini müəyyən edir və məşq qaydaları barədə təkliflər verir.

Fərdi məşq təlimatı

Saat 10-dan çox qaçış kursu ilə əvvəlcədən quraşdırılmışdır və məşqlər zamanı səsli təlimatlar verir. Bu kurslar fərqli qaçış hədəfləri olan istifadəçilərə kömək edir: yeni qaçışçılar, arıqlamaq üçün qaçan insanlar və ya dözümlülüklərini artırmaq istəyən qaçışçılar. Bu kateqoriyalar daxilində maraqlarınızı dəstəkləmək üçün fərqli səviyyələr təklif edirik.

HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data
HUAWEI WATCH GT 2 Pro professional workout data

Sizi geri ötürmək üçün daha bir naviqator

Geri yönləndirmə xüsusiyyəti hərəkət marşrutunuzu qeydə alır və mövqeni daha dəqiq qeyd etmək üçün GPS-dən istifadə edir. GPS siqnalı çox zəif olduqda, o, siqnallar göndərir. Bu vəziyyətdə yenə də qeydə alınmış hərəkət marşrutundan real vaxt rejimində yoxlama üçün istifadə edə və geri qayıtmaq üçün yolunuzu tapa bilərsiniz.

HUAWEI WATCH GT 2 Pro track return
HUAWEI WATCH GT 2 Pro track return

Qəfil hava dəyişikliklərindən xəbərdar olun

Hava təzyiqinin kəskin dəyişməsi hər zaman əlverişsiz hava ilə gəlir. Quraşdırılmış hündürlükölçən-barometr hava təzyiqinin dəyişməsini real vaxtda aşkar edir və hər zaman səfərə və açıq hava macəralarına hazır olmağınız üçün sizə xatırlatmalar göndərir.

HUAWEI WATCH GT 2 Pro track return
HUAWEI WATCH GT 2 Pro bad weather warning
HUAWEI WATCH GT 2 Pro track return
HUAWEI WATCH GT 2 Pro track return
HUAWEI WATCH GT 2 Pro bad weather warning

HEALTH

HUAWEI WATCH GT 2 Pro health
HUAWEI WATCH GT 2 Pro health
HUAWEI WATCH GT 2 Pro TruSeen4.0

Dəqiq nəzarət, daha az istehlak

Arxa tərəfdəki, sapfir şüşə rahat taxmaq üçün parlaq keramik üzlüklə birləşdirilmişdir. Təkmilləşdirilmiş LED-lər və dörd fotodiod Sİ alqoritmləri ilə birlikdə işləyir və SpO2 və ya ürək ritmini dəqiq ölçərkən enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır, bu isə bir dəfə batareya doldurmaqla daha uzun müdafiə təmin edir.

Oksigen saturasiyasının aşkar edilməsi4

Qandakı oksigen saturasiyası (SpO2) bədənin oksigen təchizatını əks etdirən ən önəmli əlamətlərdən biridir. HUAWEI WATCH GT 2 Pro işləməyinizdən, idman etməyinizdən və ya yatmağınızdan asılı olmayaraq 24 saat SpO2 səviyəsinin avtomatik müəyyən edilməsini təmin edir, bu isə gecə-güzndüz sağlamlığınızı qoruyur.5

HUAWEI WATCH GT 2 Pro bad oxyhemoglobin saturation
HUAWEI WATCH GT 2 Pro bad oxyhemoglobin saturation

Yuxuya elmi cəhətdən nəzarət

HUAWEI TruSleep™ 2.0 ilə HUAWEI WATCH GT 2 Pro daha yaxşı istirahət üçün təkliflər verərkən 6 ümumi yuxu problemi növünü elmi olaraq izləyə və müəyyən edə bilər.6 Və siz yatarkən saat ürək döyüntüsü dərəcəsinə nəzarət edir, tənəffüsünüzü izləyir və ümumi yuxunuzun keyfiyyətini qiymətləndirir.

HUAWEI WATCH GT 2 Pro huawei trusleep
HUAWEI WATCH GT 2 Pro huawei trusleep

Stresdən azad olun

Ağır iş yükü və sürətli həyat tərzi bəzən sizi stresə salır. HUAWEI TruRelax™ texnologiyasına əsaslanan HUAWEI WATCH GT 2 Pro bütün gün ərzində stresə nəzarət imkanı təqdim edir və sağlamlığınız üçün gecə-gündüz qayğı göstərir. Stresdən azad olmaq və əhvalınızı doğru zamanda tənzimləmək üçün tənəffüs məşqi etməyə çalışın.

HUAWEI WATCH GT 2 Pro huawei trurelax
HUAWEI WATCH GT 2 Pro huawei trurelax

24 saat ürək döyüntüsü tezliyinin müəyyən edilməsi

HUAWEI TruSeen™ 4.0+ ürək döyüntünüzün tezliyini dəqiq şəkildə izləyir və ürək döyüntünüzün tezliyi normal səviyyələrdən yuxarı və ya aşağı olarsa ağıllı xatırlatmalar göndərir. Siz məşqdə ikən və ya yatarkən saat bütün günü qoruma təmin etmək üçün ürək döyüntünüzün tezliyini vaxtında müəyyən edəcək.

HUAWEI WATCH GT 2 Pro heart rate detecting
HUAWEI WATCH GT 2 Pro heart rate detecting
HUAWEI WATCH GT 2 Pro bad oxyhemoglobin saturation
HUAWEI WATCH GT 2 Pro bad oxyhemoglobin saturation
HUAWEI WATCH GT 2 Pro huawei trusleep
HUAWEI WATCH GT 2 Pro huawei trurelax
HUAWEI WATCH GT 2 Pro heart rate detecting
HUAWEI Health Download

Yükləyin

Health tətbiqini HUAWEI AppGallery-dən dərhal yükləyin və həyatınızdakı növbəti bölməyə necə başlayacağınızı görün.

İndi quraşdırın
HUAWEI WATCH GT 2 Pro Assistant

KÖMƏKÇİNİZ

Simsiz şarj etmə, səmərəli həyat

Kabelsiz sürətli adapter ilə 5 dəqiqə batareya doldurmaqla HUAWEI WATCH GT 2 Pro-dan 10 saat istifadə edə bilərsiniz.7 Cihaz həmçinin adapter olmadığı zaman tərs çevirməklə telefonunuzdan8 batareya doldurma funksiyasını da dəstəkləyir. Cihazın batareyası tam doldurulduqda adi istifadə şəraitində 14 gün, çox istifadə edildikdə isə 8 gün davam gətirir.1
HUAWEI WATCH GT 2 Pro huawei wireless charging
HUAWEI WATCH GT 2 Pro huawei wireless charging
HUAWEI WATCH GT 2 Pro huawei wireless charging

Musiqini
qoşun

500-ə qədər mahnı9 saxlayır və HUAWEI FreeBuds Pro-ya asanlıqla qoşulur. Telefon olmadan sevdiyiniz musiqi ilə qaçın və ya yürüyüş edin.

HUAWEI WATCH GT 2 Pro offline music playback
HUAWEI WATCH GT 2 Pro offline music playback

Saatınızla
zəng edin

Telefonunuzla Bluetooth əlaqəsi vasitəsilə birbaşa saatınızla zənglər qəbul edə, imtina edə və ya səssizə ala bilərsiniz.

HUAWEI WATCH GT 2 Pro bluetooth phone
HUAWEI WATCH GT 2 Pro bluetooth phone

HUAWEI Share
OneHop

Sadəcə saatınızı HUAWEI telefonlarına toxundurun və siz asanlıqla fotoların sürətli ötürülməsini başlada bilərsiniz. Həmçinin ani əlaqə üçün saatınızı HUAWEI telefonuna toxundurduqdan sonra telefonlarınızdakı hər hansı bir fotoşəkil ilə saat siferblatınızı istəyinizə görə uyğunlaşdıra bilərsiniz.10

HUAWEI WATCH GT 2 Pro bluetooth phone
HUAWEI WATCH GT 2 Pro huawei share
HUAWEI WATCH GT 2 Pro huawei share

Uzaqdan
idarəetmə pultu

Telefonu kənara qoyaraq saatınıza sadə bir toxunuşla sürətli və davamlı şəkildə çəkə bilərsiniz.11

HUAWEI WATCH GT 2 Pro Uzaqdan idarəetmə pultu
HUAWEI WATCH GT 2 Pro Uzaqdan idarəetmə pultu
HUAWEI WATCH GT 2 Pro offline music playback
HUAWEI WATCH GT 2 Pro offline music playback
HUAWEI WATCH GT 2 Pro bluetooth phone
HUAWEI WATCH GT 2 Pro huawei share
HUAWEI WATCH GT 2 Pro Uzaqdan idarəetmə pultu
HUAWEI WATCH GT 2 Pro huawei share
  1. Məlumatlar HUAWEI laboratoriya sınaqlarının nəticələrinə əsaslanır. Faktiki istifadə məhsul çeşidliliyindən, istifadəçi vərdişlərindən və ətraf-mühitdən asılı olaraq dəyişə bilər. Aşağıdakı hallarda batareya 14 gün davam gətirir: ürək ritminə nəzarət funksiyası aktivləşdirilməklə, yuxunun izlənilməsi üçün HUAWEI TruSleep™ aktivləşdirilməklə, hər həftə 90 dəqiqə məşq (GPS aktivləşdirilir), mesaj bildirişləri aktivləşdirilməklə (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 200 dəfə yandırılmaqla, hər həftə 30 dəqiqə Bluetooh zəngi, hər həftə 30 dəqiqə musiqi çalınmaqla. Aşağıdakı hallarda batareya 8 gün davam gətirir: ürək ritminə nəzarət funksiyası aktivləşdirilməklə, yuxunun izlənilməsi üçün HUAWEI TruSleep™ aktivləşdirilməklə, hər həftə 180 dəqiqə məşq (GPS aktivləşdirilir), mesaj bildirişləri aktivləşdirilməklə (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 30 dəqiqə yandırılmaqla, hər həftə 30 dəqiqə Bluetooh zəngi, hər həftə 30 dəqiqə musiqi çalınmaqla.
  2. Bu xüsusiyyət iOS-da dəstəklənmir. Mövcudluğu bölgələrə görə dəyişə bilər.
  3. Yeganə dəstəklənən dil ingilis dilidir.
  4. VO2Max yalnız açıq havada qaçış zamanı ölçülə bilər.
  5. Bu xüsusiyyət HOTA yeniləməsi tələb edə bilər.
  6. Bu xüsusiyyət tibbi cihaz və ya hər hansı bir xəstəliyin diaqnozu, müalicəsi və ya qarşısının alınması üçün nəzərdə tutulmayıb. Bütün məlumatlar və ölçülər yalnız şəxsi istinad üçün istifadə olunmalıdır.
  7. Aşağıdakı hallarda batareya 10 saat davam gətirə bilər: Ürək döyüntüsü dərəcəsinə nəzarət funksiyası aktiv edilmiş, yuxu üçün HUAWEI TruSleep™ aktiv edilmiş, hər həftə 90 dəqiqəlik məşq (GPS aktiv), Bluetooth ilə hər həftə 30 dəqiqəlik musiqi dinləmə funksiyası aktiv edilmiş, Bluetooth ilə hər həftə 30 dəqiqə zəng funksiyası aktiv edilmiş, mesaj bildirişləri aktiv edilmiş (gündə 50 SMS mesajı, 6 zəng və 3 zəngli saat), ekran gündə 200 dəfə açıq şəkildə. HUAWEI laboratoriya testlərinin nəticələrinə əsaslanır. Batareya ömrü məhsul fərqindən, istifadəçinin vərdişlərindən və ətraf mühit dəyişikliklərindən asılı olaraq dəyişə bilər.
  8. Bu funksiya yalnız tərs çevirərək batareya doldurma xüsusiyyətli HUAWEI smartfonlarını dəstəkləyir. Ətraflı məlumat üçün xahiş edirik HUAWEI Müştəri Xidmətləri ilə əlaqə saxlayın.
  9. Məlumatlar HUAWEI laboratoriyalarındandır. Musiqi yaddaşı təqribən 2 GB-dır.
  10. Telefonun EMUI 11 və ya sonrakı versiyalarda işləməsi və NFC-ni dəstəkləməsi lazımdır, Bu xüsusiyyət iOS-da dəstəklənmir.
  11. Telefonun EMUI 8.1 və ya sonrakı versiyalarda işləməsi və NFC-ni dəstəkləməsi lazımdır, Bu xüsusiyyət iOS-da dəstəklənmir.
  12. *Bütün xüsusiyyətlər tibbi istifadə və ya hər hansı bir xəstəliyin diaqnozu, müalicəsi və ya qarşısının alınması üçün nəzərdə tutulmayıb. Bütün məlumatlar və ölçülər yalnız şəxsi istinad üçün istifadə olunmalıdır.

consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et