HUAWEI WATCH GT 3 Pro Ceramic

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI WATCH GT 3 Pro Ceramic Key Vision
HUAWEI WATCH GT 3 Pro
Nanokristal keramika  |  EKQ1  |  Açıq havada zövqlü məşq
Müasir texnologiya ilə klasik keramika sənətinin vəhdətindən yaranmış bu zərif üslub zamana meydan oxuyan estetika nümayiş etdirir və biləyinizdə dəbli görünüş yaradır.
HUAWEI WATCH GT 3 Pro Ceramic Key ID

Ulduz Kimi
Parlayacağınıza Əmin Olun

HUAWEI WATCH GT 3 Pro Ceramic ID Creative Shot
Mükəmməl dizayna sahib ağ rəngli keramika örtüyü insanda ilk baxışdan unudulmaz təəsürat yaradır. Bu saat 1500°C -dən yüksək temperaturda saf bəyaz və qüsursuz tekstura əldə etmək üçün almaz tozunun cilalanması üsulu ilə işlənmişdir. Valehedici görüntüyə malik bu saat eyni zamanda biləkdə olduqca rahatdır.

Stilinizi Tamamlayın

Nanokristal Keramika Korpuslu
Sapfir Saat Siferblatı2
Sapfir kristal şüşə siferblat ilə təchiz edilmiş işıldayan ağ nanokeramika istənilən halda bənzərsiz obraz yaradır.
HUAWEI WATCH GT 3 Pro Ceramic Ceramic Material
Paslanmayan Poladdan Balıqqulağı Təəssüratı
Yaradan Çərçivə
Gecə - gündüzün növbələşməsinə şahidlik edən, 24 ədəd
balıqqulağı
şəklində
enən və yüksələn
əyrilər zaman
dalğalarından
ilhamlanaraq
dizayn
edilmişdir
HUAWEI WATCH GT 3 Pro Ceramic Stainless Steel Bezel
Dairəvi Keramika Fırlana Bilən
Tacşəkilli Metal EKQ Düyməsi
Stereoskopik zəriflik toxunuşu əlavə etmək üçün dairəvi keramika ilə paslanmayan poladdan hazırlanmış tacşəkilli parlaq rəngli metal EKQ düyməsi.
HUAWEI WATCH GT 3 Pro Ceramic buttons
Bütünləşmiş Arxa Korpus
Yüksək ötürücülük qabiliyyəti olan sapfir şüşəsi2 yüksək dəqiqlikli ötürücülərin ölçü dəqiqliyini artırır və səliqəli enmə və Rahat daşıma üçün keramik materiallarla inteqrasiya olunmuşdur.
HUAWEI WATCH GT 3 Pro Ceramic backcase

Zamana Meydan Oxuyan Görünüş,
Sonsuz Cazibədarlıq

Ağ keramika qayışda açıq qızılı və ağ dəri qayışda gümüşü rəngli çərçivə,3 hər iki dizayn zamana meydan oxuyan füsunkarlığı ilə fərq yarada bilər.

Klassik Zərifliklə
Dəyişin

Günəş doğumundan və ayın görünüşündən asılı olaraq dəyişən xüsusi "Gündüz və Gecə" mövzulu bənzərsiz siferblat üzlüyün görkəmini kəşf edin. Saat həmçinin ekranın sönmə vaxtını, telefon qalereyasından fərdi üz dizaynının seçilməsi kimi funksiyaları dəstəkləyir. Huawei Watch Face Store-dan daha çox dizayn əldə edə bilərsiniz.4
HUAWEI WATCH GT 3 Pro Ceramic Daylight Dials
HUAWEI WATCH GT 3 Pro Ceramic Daylight Dials
HUAWEI WATCH GT 3 Pro Ceramic Daylight Dials
HUAWEI WATCH GT 3 Pro Ceramic Night Dials
HUAWEI WATCH GT 3 Pro Ceramic Night Dials
HUAWEI WATCH GT 3 Pro Ceramic Night Dials
Sağlamlığınıza Nəzarət Edin

Bir Ürək Ritmini Belə
Qaçırmayan EKQ Analizi

Ürək sağlamlığı ilə bağlı əsas risklər haqqında məlumatlı və proaktiv olmaq üçün EKQ proqramına birtərəfli EKQ ölçmələri, real vaxt analizi və sinus ritmi, atrial fibrilasiya və erkən atrial və mədəcik döyüntüləri haqqında xatırlatmalar* təmin edən yüksək performanslı EKQ sensoru modulu daxildir. Əyri, şəffaf sapfir korpusun üstünə PVD örtüklü elektrodların əlavə edilməsi ilə yeni və təkmilləşdirilmiş elektrod texnologiyası EKQ siqnallarının toplanmasının daha dəqiq və cəld olmasını təmin edir. Sadəcə 30 saniyə toxunmaqla.Yan tərəfdəki elektroda 30 saniyə toxunmaqla, ölçmədən sonra real vaxt ərzində nəticəni saatınızda görə bilərsiniz.

*Bu tətbiq tibbi cihaz deyil. Tətbiqdən istifadə zamanı əldə edilən məlumatlar yalnız istinad üçün nəzərdə tutulmuşdur və tibbi araşdırma, diaqnostika və ya müalicə üçün istifadə edilməməlidir. Təlimatları diqqətlə oxuyun.

HUAWEI WATCH GT 3 Pro Ceramic Health ECG

Real-Vaxt Əsaslı Siqnallar
Vasitəsilə
Ürək Ritminin Monitorinqi

HUAWEI TruSeen™ 5.0+ ürək ritmi monitorinqi texnologiyası gücləndirilmiş siqnalları tutmaq üçün səkkiz halqa şəkilli fotoelektrik sensorundan istifadə edir. Bu yeni alqoritm ürək ritminin dəqiq şəkildə monitorinqinin aparılması üçün müdaxiləni filtrasiya edir. Ürək ritminiz normadan kənara çıxdıqda real vaxt siqnalları ilə hətta 24/7 rejimində ürək ritminizə nəzarət edə bilərsiniz.
HUAWEI WATCH GT 3 Pro Ceramic Health Heart Rate
HUAWEI WATCH GT 3 Pro Ceramic Health Heart Rate

Ürək Sağlamlığınıza
Diqqət Edin

Saat professional səviyyədə arterial sərtliyi müəyyən etmək5 üçün yüksək performanslı EKQ və PPG sensorləri ilə təchiz olunmuşdur ki, bu da öz növbəsində aterosklerozu aşkar etməyə kömək edəcək, həmçinin ürək-damar sisteminin sağlamlığını necə gücləndirmək barədə faydalı məsləhətlər verəcək.
HUAWEI WATCH GT 3 Pro Ceramic Arterial Stiffness Detection

Sağlamlığınızın Keşiyində Durun

HUAWEI TruSeen™ 5.0+ ürək döyüntülərinin monitorinqi texnologiyası6 vasitəsilə mümkün olan SpO2 ölçmələri ilə HUAWEI WATCH GT3 Pro-nun sağlamlığınızın keşiyində duracağından əmin ola bilərsiniz!
HUAWEI WATCH GT 3 Pro Ceramic Health SPO2 Analysis

Dövrün Tələblərinə
Uyğun Hazırlanmışdır

Bu smart saat sayəsində menstruasiya dövrünü7 izləyə və ovulyasiya tarixini təxmin edə biləcəksiniz. HUAWEI WATCH GT 3 Pro qeydlərinizə əsasən xatırlatmalar göndərə və xüsusi günlərə hazırlaşmağınıza kömək edə bilər.
HUAWEI WATCH GT 3 Pro Ceramic Period Menstruation

Sağlamlığınızın Keşiyində Duracaq Ən Yaxın Bələdçiniz

HUAWEI TruSleep™ 2.0 yuxu monitorinqi alqoritmi

yuxu keyfiyyəti göstəriciləri və ən yaxşı gecə istirahətinin təmin edilməsi ilə bağlı fərdi tövsiyələrlə əsas yuxu vəziyyətlərini müəyyənləşdirir.
HUAWEI WATCH GT 3 Pro Ceramic Sleeping Management

Beyinin rahatlaşmasına kömək etmək məqsədilə edilən sakitləşdirici nəfəs məşqləri ilə gündəlik sıxıntılarınızı idarə etmək üçün stress monitoru8

hər zaman əlinizin altındadır.
HUAWEI WATCH GT 3 Pro Ceramic Pressure Management

Sağlam həyat tərzi üzrə tapşırıqlar9

sağlamlığınızı yuxudan tutmuş su içməyə, məşqə və bir çox başqa şeylərə qədər qənaətbəxş, məqsədyönlü prosesə çevirir!
HUAWEI WATCH GT 3 Pro Ceramic Daily Goals
Daha Yaxşısını Əldə Etmək
Üçün Təkmilləşdirildi

Su Altında Yeni Möcüzələri
Kəşf Edin

IP68 və 5 ATM su keçirməzlik xüsusiyyətinə malik HUAWEI WATCH GT 3 Pro
200 su təzyiqinə tab gətirərək 30 metr10 dərinliyə qədər edilən sərbəst dalışları dəstəkləyir və sualtı macəralarınız zamanı sizə bələdçilik edir.
HUAWEI WATCH GT 3 Pro Ceramic Diving Creative Shot
HUAWEI WATCH GT 3 Pro Ceramic Watch
HUAWEI WATCH GT 3 Pro Ceramic Diving Data
HUAWEI WATCH GT 3 Pro Ceramic Diving Warning
HUAWEI WATCH GT 3 Pro Ceramic Diving Training
Saat dalış məlumatlarını real vaxt rejimində göstərir

dalış sürəti, dərinliyi və müddəti daxil olmaqla

Hava keçirməyən təhlükəsizlik xatırlatma parametrlərinə malikdir

Uzun müddət ərzində həddindən artıq dərin məsafəyə dalış etdiyiniz zaman ediləcək avtomatik xatırlatmalar kimi.

Apne məşq rejimi

sualtı yarışlara qabaqcıl səviyyədə hazırlıq zamanı nəfəsinizi tuta biləcəyiniz11 müddətin artırılmasına kömək etmək üçün ürək döyüntünüzü, nəfəs tutma müddətinizi və diafraqmanızın daralmağa başladığı vaxtı qeyd edir.

Golf Vuruşların
Kraliçası olun

Saat sallanma sürəti, tempi, gərilmə və aşağı sallanma müddəti kimi peşəkar sallanma məlumatlarını qeyd edir və qolf oyununuzu yeni zirvələrə ucaltmaq üçün faydalı demolar və məsləhətlər ilə vuruşunuzu son təfərrüata qədər izləyən Sürmə diapazonu rejimini təmin edir!
HUAWEI WATCH GT 3 Pro Ceramic Golf Training Mode
HUAWEI WATCH GT 3 Pro Ceramic Watch
HUAWEI WATCH GT 3 Pro Ceramic Golf Training Mode

100-dən Çox Məşq Rejimi

HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
HUAWEI WATCH GT 3 Pro Ceramic 100+ sport mode
Arasından seçim edə biləcəyiniz qaçış, velosiped sürmə, alpinizm, qapalı hovuzda üzgüçülük, xizək sürmə kimi 100-dən çox idman növünün olduğu tətbiq vasitəsilə ekrana sadəcə bir dəfə toxunmaqla yeni bir yola başlaya bilərsiniz! Qaçış qabiliyyəti indeksi, məşq təzyiqi və yükü, məsləhətlər daxil olmaqla məlumat əsaslı qaçış göstəriciləri bədəninizi yormadan məhsuldarlığınızı artırmağa və qaçışla bağlı bacarıqlarınızı tam şəkildə nümayiş etdirməyə kömək edəcək!
Daha Əyləncəli Özəlliklər
Uzaqdan idarəetmə funksiyası ilə telefonunuzda kameranı aktivləşdirin12
bir neçə sadə toxunuşla unudulmaz anları ölümsüzləşdirin.
HUAWEI WATCH GT 3 Pro Ceramic Camera
Çox sayda üçüncü tərəf tətbiqləri ilə13 ehtiyacınız olan hər şeyi sadəcə bir toxunuşla Watch AppGallery-dən endirməklə əldə edə bilərsiniz.
HUAWEI WATCH GT 3 Pro Ceramic App Market
Bluetooth vasitəsilə zənglərə birbaşa saatınızdan cavab verin. Həyatınızı asanlaşdırmaq üçün daxil olan zənglərə cavab verin və rədd edin, fərdi sürətli cavablar göndərin və zəng qeydlərinə baxın.
HUAWEI WATCH GT 3 Pro Ceramic BT Calling
Yolda qulaq asın. Saat telefonunuzdan pleylistləri sinxronlaşdıra və məşq zamanı sevimli melodiyalarınızı səsləndirə bilər.14 Beləliklə, bir cüt Bluetooth qulaqcığını taxın və əlavə yük hiss etmədən hərəkət edin.
HUAWEI WATCH GT 3 Pro Ceramic Music
Saat smart qurğularla asanlıqla əlaqələnir. HUAWEI WATCH GT 3 Pro-nu Huawei cihazlarında, iOS və Android telefonlarında rahatlıqla istifadə edə biləcəksiniz.15
HUAWEI WATCH GT 3 Pro Ceramic Multi Devices Support
Daha Çox Kəşf Edin
Sizə Uyğun Olanı Seçin.
HUAWEI WATCH GT 3 Pro üçün idmana uyğun,
nəfəs alan flüorlu rezin qayış seçin.
HUAWEI WATCH GT 3 Pro Ceramic Strap Accessory

*Qeyri-standart qayışlar
ayrıca satın alınmalıdır.

  1. Məhsul tibbi cihaz deyil. Mesajın məzmunu yalnız istinad üçün nəzərdə tutulmuşdur və klinik diaqnostika üçün istifadə edilməməlidir. 18 yaşdan kiçik və ya aritmiya diaqnozu qoyulmuş istifadəçilər üçün nəzərdə tutulmayıb. Təlimatları diqqətlə oxuyun.
  2. Materialı süni sapfir şüşədir.
  3. Qeyri-standart qayışlar ayrıca satın alınmalıdır.
  4. Saatınız üçün Huawei Watch Face Store-dan müxtəlif ekran rejimləri endirə bilərsiniz. Bəzi rejimlər üçün ödəniş tələb edilə bilər.
  5. Məhsul tibbi cihaz deyil və hər hansı bir xəstəliyin diaqnozu, müalicəsi və ya qarşısının alınması üçün nəzərdə tutulmur. Bütün məlumatlar və ölçülər yalnız şəxsi istinad üçün istifadə olunmalıdır. Bu xüsusiyyət yalnız bəzi ölkə və regionlarda dəstəklənir.
  6. Oksigen saturasiyası (SpO2) qanda ümumi hemoqlobinə nisbətdə oksigenlə doymuş hemoqlobinin miqdarıdır və ya başqa sözlə desək, qandakı oksigen miqdarının konsentrasiyasıdır. Qanın oksigenlə doyması istirahət zamanı avtomatik olaraq müəyyən edilir. Bu məhsul tibbi cihaz deyil. Monitorinq məlumatları və nəticələri yalnız istinad üçündür, diaqnostika və tibbi məqsədlər üçün istifadə edilmir.
  7. Məhsul tibbi cihaz deyil. Mesajın məzmunu yalnız istinad üçün nəzərdə tutulmuşdur, klinik diaqnostika üçün istifadə edilməməlidir.
  8. Təzyiqiniz istirahət vəziyyətində olarkən avtomatik olaraq ölçüləcək. Aktiv hərəkət zamanı ölçmə əməliyyatı həyata keçirilə bilməz. Bu məhsul tibbi cihaz deyil. Monitorinq məlumatları və nəticələri diaqnostik və ya tibbi istifadə üçün deyil, istinad üçün nəzərdə tutulmuşdur.
  9. Sağlam Həyat tərzi üçün Huawei Health tətbiqi tələb edilir.
  10. Bu məhsul IEC 60529:2013 standartına uyğun olaraq IP68 dərəcəli müqavimət səviyyəsinə və ISO 22810:2010 standartına uyğun olaraq 5 ATM dərəcəli 50 metrlik suya davamlıdır və hovuzlarda və sahil boyu sularda üzgüçülük kimi dayaz su fəaliyyətləri zamanı istifadə edilə bilər. Bu məhsul dalğıc aksesuarları üçün nəzərdə tutulmuş EN13319 standartının tələblərinə cavab verir və maksimum 30 m dərinlikdə sərbəst dalmanı dəstəkləyir.Yüksək su təzyiqi, temperatur, rütubət səviyyəsi və ya su axınının güclü olduğu isti duşlar, bulaqlar və ya saunalarda (buxar otaqları), platforma dalışlarında edilən fəaliyyətlər zamanı istifadə edilməməlidir. 30 m-dən çox dərinlikdə edilən sualtı, texniki dalışlar və dalğıc fəaliyyətləri üçün uyğun deyil. Dəniz suyu ilə təmas etdikdən sonra saatı təmiz su ilə yuyun. Dəri və metal kəmərlər üzgüçülük və ya tərləmə üçün nəzərdə tutulmayıb. Bu cür hallarda başqa növ kəmərlər taxmağınız tövsiyə olunur. Suya davamlılıq haqqında daha ətraflı məlumat üçün Huawei rəsmi saytına daxil olun. Suya davamlılıq daimi deyil və gündəlik istifadə nəticəsində davamlılıq səviyyəsi tədricən azala bilər.
  11. Apne məşqini uzanaraq və ya yerdə oturaraq yerinə yetirmək tövsiyə olunur. Bunu tək başına suda etməyin. Özünüzü məşqə hazırlayın və təhlükəsiz olmağınız lazım olduğunu unutmayın. Bunu yalnız peşəkar birinin iştirakı ilə etmək vacibdir. Apne testinin kürəyi üstdə uzanaraq quruda keçirilməsi tövsiyə edilir. Suyun altında bunu yerinə yetirmək son dərəcə təhlükəlidir, dayaz suda (SWB) huşun itirilməsi riski daşıyır. Bunu yalnız bir peşəkarın iştirakı ilə etmək lazımdır.
  12. Yalnız EMUI 10.1 (və ya sonrakı versiya) və ya iOS telefonları ilə işləyən HUAWEI telefonlarında mövcuddur. iOS cihazlarının bu funksiyanı dəstəkləməsi üçün OTA yenilənməlidir.
  13. Fərqli proqramlar HUAWEI Health tətbiqində yerləşən Watch AppGallery-dən yüklənməlidir. iOS cihazları bu funksiyanı dəstəkləmir.
  14. Saata iOS cihazlarından musiqi yükləmək mümkün deyil.
  15. Yalnız və ya daha yeni, Android 6.0 və ya daha yeni, iOS 9.0 və ya daha yeni HUAWEI Health proqramı quraşdırılmış mobil telefonlarda dəstəklənir. Saat xüsusiyyətləri telefon modelindən asılı olaraq dəyişə bilər. Əlavə məlumat üçün daxil olun https://consumer.huawei.com/en/support/content/en-us15888447/
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et