HUAWEI WATCH GT 3

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI Watch GT 3 slogan
Gün boyu SpO2 monitorinqi | Sİ dəstəkli qaçış məşqçiniz | Davamlı batareya ömrü
HUAWEI Watch GT 3 KV
HUAWEI Watch GT 3 KV
Sənin
gözəllik
anlayışın
HUAWEI Watch GT 3 Design
Möhtəşəm zərifliyi ilə 42 mm siferblat işığı 3D əyrili şüşədə əks etdirərək yumşaq, suyabənzər bir parlaqlıq verir. Müasir, sofistik görünüş üçün zərif qayışlarla birlikdə parlaq səthə sahib sadə bir korpus dizaynı təqdim edir.
HUAWEI Watch GT 3 strap
HUAWEI WATCH GT 3 46 mm
1.43 düym2
466*466 piksel AMOLED rəngli ekran
Korpusun qalınlığı 11 mm2, təqribən 42.6 q (qayışsız)2
Qayışın eni 22 mm
1.32 düym3
466*466 piksel AMOLED rəngli ekran
Korpusun qalınlığı 10.2 mm2, təqribən 35 q (qayışsız)2
Qayışın eni 20 mm
HUAWEI Watch GT 3 inch
1.32 düym
AMOLED rəngli ekran
HUAWEI Watch GT 3 Case
10.2 mm
Korpusun qalınlığı
HUAWEI Watch GT 3 weight
35 q
Təqribən 35 q (qayışsız)2
HUAWEI Watch GT 3 strap
HUAWEI WATCH GT 3 42 mm
1.32 düym2
466*466 piksel AMOLED rəngli ekran
Korpusun qalınlığı 10.2 mm2, təqribən 35 q (qayışsız)2
Qayışın eni 20 mm
1.43 düym3
466*466 piksel AMOLED rəngli ekran
Korpusun qalınlığı 11 mm2, təqribən 42.6 q (qayışsız)2
Qayışın eni 22 mm
HUAWEI Watch GT 3 inch
1.43 düym
AMOLED rəngli ekran
HUAWEI Watch GT 3 Case
11 mm
Korpusun qalınlığı
HUAWEI Watch GT 3 weight
42.6 q
Təqribən 42.6 q (qayışsız)2
HUAWEI Watch GT 3 strap
HUAWEI WATCH GT 3 42 mm
1.32 düym2
466*466 piksel AMOLED rəngli ekran
Korpusun qalınlığı 10.2 mm2, təqribən 35 q (qayışsız)2
Qayışın eni 20 mm
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
HUAWEI Watch GT 3 Watch Faces
Hər zaman, hər
tərzə açıq
Tərzinizə uyğun üslubu yaradın. Kosmos, idman, minimalist dizayn və s. kimi minlərlə siferblat arasından3 istədiyinizi seçin və əhvalınızı qaldırmaq üçün onları AOD-yə (hər zaman ekranda) yerləşdirin. Hər mühitdə sizi ətrafınızdakılardan fərqləndirəcək dəri üçün zərərsiz Viton qayışları, dana dərisindən dəbli qayışlar və zərif Milan qayışları kimi zəngin qayış çeşidlərini uyğunlaşdıraraq tərzinizi əks etdirin.
Yüksək
dəqiqlik
Dəqiq ürək ritmi monitorinqi
Təkmilləşdirilmiş ürək ritmi modulu dairəvi tərtibatda səkkiz fotodiod və xarici işıq müdaxiləsini azaldarkən rahat istifadə üçün maili şüşə linza ilə birləşdirilmiş iki işıq mənbəyi dəsti ehtiva edir; Sİ alqoritmi yüksək səsli siqnalları daha effektiv şəkildə filtrləmək üçün təkmilləşdirilmişdir, bu da yorucu məşqlər zamanı belə ürək ritminin dəqiq izlənilməsinə imkan verir və qandakı oksigen səviyyəsi kimi sağlamlıq göstəricilərinin düzgünlük dərəcəsini artırır.
İkizolaqlı beşsistemli GNSS
GPS, Beidou, GLONASS, Galileo və QZSS peyk sistemlərini dəstəkləyən ağıllı saat xarici məkan mövqeləndirmə siqnallarının gücünü və sabitliyini effektiv şəkildə artıran daha güclü müdaxilə önləmə performansı təqdim edir. Hər tər damlasının önəmli olduğu idman məşqlərinizi düzgün şəkildə qeydə ala bilərsiniz. HUAWEI WATCH GT 3-ün L1 və L5 ikizolaqlı siqnalları daha yüksək siqnal müdafiəsi ilə dəqiq mövqeləndirmə təmin edir.
HUAWEI WATCH GT 3 42 mm-in
tipik rejimi
7gün1
Uzun batareya ömrü, kabelsiz batareya doldurma
HUAWEI WATCH GT 3 kabelsiz batareya doldurmanı dəstəkləyir4, yəni adapterinizi unutduğunuz zaman telefonunuzu tərs çevirərək cihazın batareyasını doldura4 və batareya üçün narahat olduğunuz günlərə əlvida deyə bilərsiniz. Tam doldurulduqda HUAWEI WATCH GT 3 46 mm 14 günədək1, HUAWEI WATCH GT 3 42 mm isə 7 günədək istifadə edilə bilər1, bu sayədə hər bir idman məşqinizi izləyə biləcək və səhhətinizə nəzarəti heç vaxt yaddan çıxarmayacaqsınız.
Avantajlı ol
HUAWEI Watch GT 3 Sport
HUAWEI Watch GT 3 skiing
Gözlənilməz vəziyyətlərə hazır ol
Saat hər gün günəşin çıxması/günəşin batması vaxtını göstərir, müxtəlif ay fazalarının görüntülənməsini dəstəkləyir və sizi qabarma/çəkilmə dəyişikliklərindən real vaxt rejimində xəbərdar edir. Daxili yüksəklik barometri mövcud hava təzyiqini real vaxt rejimində izləyir və sərt hava şəratinin başlanmasından əvvəl ciddi dəyişikliklər olduğu halda sizi bu barədə məlumatlandırır və təhlükəsiz açıq hava macəraları üçün ekstra bir funksiya təqdim edir.
HUAWEI Watch GT 3 Running
HUAWEI Watch GT 3 Running
HUAWEI Watch GT 3 Running
HUAWEI Watch GT 3 Running
HUAWEI Watch GT 3 Running
Sİ dəstəkli şəxsi qaçış məşqçiniz
HUAWEI WATCH GT 3 əvvəlki qaçış göstəricilərinizə əsaslanaraq idmançılıq qabiliyyətinizi dəyərləndirir, və yeni başlayan və ya yüksək səviyyəli qaçışçı olmağınızdan asılı olmayaraq sizə günlük qaçış və yarış hazırlığınız üçün elmi və peşəkar qaçış planı5 hazırlayaraq məşqlərinizi tam şəkildə izləyir. Həmin müddətdə məşq planı faktiki fəaliyyət və əldə edilən göstəricilərdən asılı olaraq avtomatik və mütəmadi tənzimlənir, bu isə məşq səmərəliliyini artırmağa və qaçış hədəflərinizə daha asanlıqla nail olmağınıza kömək edir.
HUAWEI Watch GT 3 Running
Peşəkar olmaq üçün çalışın
Temp, ürək ritmi və qaçış məsafəsi kimi izləmə göstəricilərinə əsasən qaçış indeksi və yorğunluqdan əlavə məşq yükü, bərpa səviyyəsi və bərpa zamanı ürək ritmini ağıllı şəkildə dəyərləndirərək məşqlərin intensivliyini daha yaxşı planlaşdırmaq və keyfiyyətini artırmaq üçün sizə peşəkar təlim tövsiyələri verir.
HUAWEI Watch GT 3 Running
Geri dönüş naviqasiyası
Dəqiq oflayn naviqasiya ilə HUAWEI WATCH GT 3 yolunuzu itirdikdə geri dönməyinizə yardımçı olacaq Geri Dönüş xüsusiyyəti təqdim edir. Yeni destinasiya nöqtələrini araşdırarkən təqribi çatma müddəti, qalan məsafə və tövsiyə edilən yollar haqqında səsli naviqator kimi sizə təkliflər verir. Məşqlər tamamlandıqda Huawei Health tətbiqində avtomatik olaraq səyahət marşrutları yaradır, bunu dostlarınızla paylaşa6 və onları qoşulmağa dəvət edə və ya gələcəkdə yenidən həmin yerə getmək üçün yaddaşda saxlaya bilərsiniz.
HUAWEI Watch GT 3 Cycling
Velosiped sürmə
HUAWEI Watch GT 3 Cycling
HUAWEI Watch GT 3 yoga
HUAWEI Watch GT 3 water resistant
Velosiped sürmə /  Yoqa /  Üzgüçülük
Sevdiyiniz musiqiləri dinləyin
Qaçış, velosiped sürmə, yürüyüş, üzgüçülük7, iplə tullanma və xizək kimi 100-dən çox idman növünü dəstəkləyir. İstər hovuza dalış edin, istərsə də çöldə tər atın, HUAWEI WATCH GT 3 ilə etdiyiniz məşqdən tam zövq alacaqsınız. Saatdan həmçinin musiqi dinləmək üçün də istifadə edə bilərsiniz8, bu sayədə məşqlərinizi daha əyləncəli edərək qaçış hədəflərinizə nail olacaqsınız.
HUAWEI Watch GT 3 yoga
Yoqa
HUAWEI Watch GT 3 water resistant
Üzgüçülük
Hər şey hazırdır
Məşq edərkən ağıllı saatınız müxtəlif idman avadanlıqları və tətbiqlərinə qoşula bilər. Saatdan əldə edilən ürək ritmi və digər göstəricilər qaçış, velosiped, avarçəkmə trenajorları kimi avadanlıqlarla sinxronlaşdırıla bilər və məşq vəziyyətinizi eyni zamanda dəyərləndirməyinizə və tənzimləməyinizə kömək etmək üçün göstəriciləri HUAWEI Health tətbiqi vasitəsilə əsas üçüncü tərəf idman tətbiqləri ilə sinxronlaşdıra bilərsiniz.9
HUAWEI Watch GT 3 app
Səhhətinizə
diqqət edin
HUAWEI Watch GT 3 Sleep
Gün boyu SpO2 monitorinqi
Qandakı oksigen saturasiyası (SpO2) bədənin oksigen təchizatını göstərən vacib həyati əlamətlərdən biridir. HUAWEI WATCH GT 3 işlədiyiniz, idman etdiyiniz və ya yatdığınız zaman belə gün boyu sağlamlığınızı diqqətli şəkildə qoruyan 24 saat avtomatik SpO2 monitorinqi təmin edir. 10
HUAWEI Watch GT 3 oxygen
Daha yaxşı vərdişlər, daha sağlam həyat
Qalxıb su içmə və idman etmə vaxtı - saatınız gündəlik hədəflər qoyur və sağlam vərdişlərə yiyələnməyiniz üçün düşüncəli xatırlatmalar edir. Günə yüksək enerji ilə erkən başlamaq üçün davamlı yuxu qrafiki tərtib edin. Özünüzü yorğun hiss etdikdə ayağa qalxın, gəzin, təmiz hava alın və gününüzə məhsuldar şəkildə davam edin.11
HUAWEI Watch GT 3 Health overlay
Hərtərəfli və davamlı qayğı
Ağıllı saatınız yuxu rutini formalaşdırmağınıza, ürək ritmini izləməyinizə, nəfəsinizi tənzimləməyinizə və stresli olduğunuz zaman gərginliyi azaltmağınıza kömək etmək üçün yuxunuzu izləyə bilir. Rahatlaşmaq və həyatdan zövq almağınız üçün xüsusi qadın günlərini, habelə bədənin vəziyyətini12 də qeydə alır.
HUAWEI Watch GT 3 stress
HUAWEI Watch GT 3 stress
HUAWEI Watch GT 3 stress
HUAWEI Watch GT 3 stress
Həyatınızı
asanlaşdıracaq
imkanlar
HUAWEI Watch GT 3 assistant
HUAWEI Watch GT 3 Call
Saatınızdan zəng edin
Açıq havada idman edərkən, ev işləri və ya yemək hazırlayarkən HUAWEI WATCH GT 3-ü Bluetooth vasitəsilə smartfonunuza qoşaraq saatınızdan zəng tarixçəsinə baxa, zəngləri cavablandıra və imtina edə bilərsiniz.
Daha çox xüsusiyyət kəşf edin
HUAWEI AppGallery for Watch-dan saatınıza yükləyə biləcəyiniz çox sayda tətbiqi və kəşf edə biləcəyiniz bir çox əyləncəni bir araya gətirir.13
HUAWEI Watch GT 3 download
HUAWEI Watch GT 3 download
Şəxsi köməkçiniz
Biləyinizdən idarə edin. Hava proqnozu və digər xüsusiyyətlərə sürətli çıxış üçün sağa doğru sürüşdürərək HUAWEI Assistant · TODAY-ə keçin. Bundan əlavə idman rejimləri, axtarış və zəngli saat kimi zəngin xüsusiyyətlər sayəsində işlərinizi rahatlıqla həll edə biləcəksiniz.14
Daha çox üslub araşdırın
HUAWEI Watch GT 3 42mm
HUAWEI Watch GT 3 42mm
HUAWEI Watch GT 3 42mm
46 mm
HUAWEI Watch GT 3 46mm
HUAWEI Watch GT 3 46mm
HUAWEI Watch GT 3 46mm
42 mm
Həyatınıza yeni
səhifə açın
HUAWEI Health tətbiqini yükləyin və cihazın idman və sağlamlıqla bağlı xüusiyyətləri barədə ətraflı məlumat əldə edin!
HUAWEI Watch GT 3 health app
  1. HUAWEI laborator sınaqlarından əldə edilən nəticələrə əsaslanır. Faktiki istifadə məhsul çeşidliliyindən, istifadəçi vərdişlərindən və ətraf-mühitdən asılı olaraq dəyişə bilər.
    HUAWEI WATCH GT 3 46 mm:
    Batareya aşağıdakı hallarda 14 gün davam gətirir: Hər həftə 30 dəqiqə Bluetooth zəngi, hər həftə 30 dəqiqə musiqi oxutma, ürək ritmi monitorinqi funksiyası aktiv, yuxu üçün HUAWEI TruSleep™ funksiyası aktv, hər həftə 90 dəqiqə məşq (GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 200 dəfə yandırılır.
    Batareya aşağıdakı hallarda 8 gün davam gətirir: Hər həftə 30 dəqiqə Bluetooth zəngi, hər həftə 30 dəqiqə musiqi oxutma, ürək ritmi monitorinqi funksiyası aktiv, yuxu üçün HUAWEI TruSleep™ funksiyası aktv, hər həftə 180 dəqiqə məşq (GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 30 dəqiqə yandırılır.
    HUAWEI WATCH GT 3 42 mm:
    Batareya aşağıdakı hallarda 7 gün davam gətirir: Hər həftə 30 dəqiqə Bluetooth zəngi, hər həftə 30 dəqiqə musiqi oxutma, ürək ritmi monitorinqi funksiyası aktiv, yuxu üçün HUAWEI TruSleep™ funksiyası aktv, stress monitorinqi funksiyası aktiv, hər həftə 180 dəqiqə məşq (GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 30 dəqiqə yandırılır.
    Batareya aşağıdakı hallarda 4 gün davam gətirir: Hər həftə 30 dəqiqə Bluetooth zəngi, hər həftə 30 dəqiqə musiqi oxutma, ürək ritmi monitorinqi funksiyası aktiv, yuxu üçün HUAWEI TruSleep™ funksiyası aktv, hər həftə 180 dəqiqə məşq (GPS aktiv), mesaj bildirişləri aktiv (gündə 50 SMS, 6 zəng, 3 zəngli saat), ekran gündə 30 dəqiqə yandırılır.
  2. Məlumatlar Huawei laboratoriyasından əldə edilmişdir və cüzi fərqlənə bilər, xahiş edirik faktiki məhsula istinad edin.
  3. Ödənişli siferblat yükləmə iOS telefonlarında dəstəklənmir.
  4. Telefonu tərs çevirməklə batareya doldurulması yalnız bu funksiyanı dəstəkləyən Huawei telefonlarında mümkündür.
  5. Bu xüsusiyyət Huawei Health tətbiqini tələb edir.
  6. Paylaşma xüsusiyyəti Huawei Health tətbiqini tələb edir.
  7. Ağıllı saat ISO 22810:2010 standartının 5ATM sukeçirməzlik tələblərinə (50 m-ə qədər sukeçirməzlik) uyğundur və hovuz və ya dəniz kənarı kimi dayaz sularda istifadə edilə bilər.
    Qaynar duş, spa, sauna (buxar otaqları), akvalanqla dalış, dərin dalış, platforma dalışı, yüksək təzyiqli yaxalama, və yüksək su təzyiqi, yüksək temperatur və rütubət və ya yüksək sürətli su altında istifadə üçün uyğun deyil.
    Dəri və metal qayışlar üzgüçülük və tərlədiyiniz idman məşqləri üçün uyğun deyil, həmin hallarda digər növ qayışlardan istifadə etmək tövsiyə edilir.
    Suya davamlılıq haqqında daha ətraflı məlumat almaq üçün Huawei-in rəsmi saytına daxil ola bilərsiniz. Suya davamlılıq xüsusiyyəti daimi deyil və gündəlik köhnəlmə və aşınma səbəbilə korlana bilər.
  8. iOS musiqi sinxronizasiyasını dəstəkləmir.
  9. Bu xüsusiyyət ölkədən və ya bölgədən asılı olaraq dəyişir. Daha ətraflı məlumat almaq üçün Huawei-in rəsmi saytına daxil olun.
  10. Oksigen saturasiyası (SpO2) qandakı oksigenə bağlı ümumi hemoqlobin həcminin faizi, yəni qandakı oksigen konsentrasiyasıdır.
  11. Bu xüsusiyyət müəyyən ölkə və bölgələrdə mövcuddur.
  12. Bu məhsulun sınaq göstəriciləri və nəticələri yalnız istinad üçündür və diaqnoz qoyulması və ya tibbi məqsədlə istifadəsi nəzərdə tutulmamışdır.
  13. İstifadəçilər müvafiq üçüncü tərəf tətbiqləri HUAWEI AppGallery for Watch-dan yükləməlidir. Bu xüsusiyyət yalnız müəyyən ölkə və bölgələrdə mövcuddur.
  14. Bu xüsusiyyət Huawei Health tətbiqinin ən yeni versiyasını tələb edir. HUAWEI Assistant · TODAY müəyyən ölkə və bölgələrdə mövcuddur.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et