HUAWEI WATCH Ultimate

HUAWEI WATCH Ultimate

Maraqlı kəşflər

HUAWEI WATCH Ultimate

Maye metal materialdan olan korpus1 | Peşəkar idman növləri | 100 metrə qədər dərinliyə dalma2

İnqilabi texnologiyalar
Mütərəqqi işlənmə
HUAWEI WATCH Ultimate
Macəra axtaranlar üçün yaradılıb

Videoçarxı izləyinPlay Button

Qabaqcıl materiallar
və istehsal texnologiyaları

Qolf meydançası rejimi:
Hər vuruşu dəqiq tənzimləməyə kömək edir3

Görünən relyefli oflayn
topoqrafik xəritələri4

100 metrə5 qədər suyadavamlılıq

İzlənən məlumatlar əsasında
sağlamlıq göstəricilərinin
monitorinqi6

İki həftə batareya ömrü7

8gün7

Tipik batareya ömrü

14gün7

Maksimum batareya ömrü

iOS və Android cihazlarına8 uyğundur

Dizayn

Mükəmməl işlənmə

İncə, lakin güclü

Ağıllı saatda sirkonium əsaslı maye metaldan ilk dəfə istifadə edilib,9 o, aerokosmik dərəcəli aşınma müqaviməti sayəsində daha güclü, daha möhkəm və korroziyaya daha davamlıdır. Cihazın möhkəm dizaynı ən çətin şərtlərə tab gətirə bilir,10 eyni zamanda istifadə rahatlığı və yığcam ölçü təklif edir.

Paslanmayan polad korpusla müqayisədə:

4.5×

daha güclüdür11

2.5×

daha möhkəmdir11

15.2%

daha yüngüldür11

Etibarlılıq biləyinizdə

HUAWEI WATCH Ultimate ultra etibarlı dizayn və 100 metrlik5 dalğıc dəstəyi də daxil olmaqla, zamanın sınağından keçmiş estetikanı qabaqcıl texnologiya ilə birləşdirir.

HUAWEI WATCH Ultimate green reliable architecture
Line

İkirəngli nanokeramika çərçivə

Line

Titan ərintili düymələr

Line

Nanokristal keramikadan arxa panel

Line

Sapfir şüşə siferblat12

Line

Sirkonium əsaslı maye metal korpus

Yaşıl

Yaşıl və ağ çalarların heyrətamiz kombinasiyası ilə biləyinizdə qolf meydançası elementi. Titan, yüngül, yüksək elastik, davamlı rezin kəmər və ikirəngli toxunma kəmər13 arasından seçim edərək kəmərləri istənilən vəziyyətə uyğun asanlıqla dəyişdirə bilərsiniz. Yüksək antibakterial xüsusiyyətlərə malik toxunma kəmər tər və sıçrayan suya qarşı davamlıdır.

HUAWEI WATCH Ultimate green front view
HUAWEI WATCH Ultimate green ceramic bezel
HUAWEI WATCH Ultimate green woven strap

Mavi

Davamlı olduğu qədər dinamikliyi ilə də seçilən, yüngül titan kəmərə malik, yelkənli qayıqdan ilhamlanan, biləyiniz üzərində dairəvi şəkildə oturan saatla okeanın cazibəsini hiss edin. Dərin sulara dalmaya tab gətirmək üçün hazırlanmış xüsusi dalğıc kəməri ilə, sözün əsl mənasında, yeni sərgüzəştlərə dalın.

HUAWEI WATCH Ultimate blue front view
HUAWEI WATCH Ultimate blue ceramic bezel
HUAWEI WATCH Ultimate blue strap

Qara

360° kompas üslublu saat dayanıqlı rezindən hazırlanmış yüksək elastik və nəfəs alabilən kəmərlə mükəmməlcəsinə uyğunlaşan, gözoxşayan qırmızı şkala ilə sirli və tünd tonlu keramika bezelə malikdir. Bütün bunlar saatı naməlumları kəşf etmək üçün ideal aksesuara çevirir.

HUAWEI WATCH Ultimate black front view
HUAWEI WATCH Ultimate black ceramic bezel
HUAWEI WATCH Ultimate black strap

Yaşıl

Mavi

Qara

Tərzinizi nümayiş etdirin

Qolf yarışı kimi xüsusi günlər üçün tematik siferblatlar yarat, sevdiyin şəkillərinlə siferblatlarını bəzə və ya Watch Face Store-dan dizaynlar arasında seçimini et.14

HUAWEI WATCH Ultimate front with colorful watch faces

Sizə lazım olan bütün məlumatlar ekrandadır

Sapfir şüşə siferblatla örtülmüş 1,5 düymlük LTPO AMOLED displeyi12 birbaşa günəş işığı və ya sualtı kimi zəif işıqlı şəraitdə belə, ekranın aydın və parlaq qalmasını təmin edir. Tematik saat siferblatları sizə lazım olan əsas məlumatları bir baxışda nümayiş etdirir və qolf oynamağa, suya dalmağa mütləq bir əminliklə imkan verir.

HUAWEI WATCH Ultimate front with 1.5-inch LTPO AMOLED display HUAWEI WATCH Ultimate front with 1.5-inch LTPO AMOLED display
HUAWEI WATCH Ultimate front with colorful watch faces
HUAWEI WATCH Ultimate front with colorful watch faces
HUAWEI WATCH Ultimate front with colorful watch faces
HUAWEI WATCH Ultimate front with colorful watch faces
HUAWEI WATCH Ultimate front with colorful watch faces
HUAWEI WATCH Ultimate front with colorful watch faces

Ən yaxşı qolf oyunu

Ambisiya və arzular!

HUAWEI WATCH Ultimate front with 3D golf course map
HUAWEI WATCH Ultimate front with 3D golf course map
HUAWEI WATCH Ultimate front with 3D golf course map

Peşəkarlar kimi hazırlaşın,
əfsanələr kimi oynayın

15000-dən çox qolf meydançasından ibarət məlumat bazamızdan cari qolf meydançanızı tapın,3 yaşıl sahə, qolf sahələri, qum çuxurları və suyu, eləcə də geniş yaşıl yamac istiqamətini təfsilatı ilə göstərən tamamilə yeni 3D effektlərindən yararlanın – beləliklə, qarşıda sizi gözləyənlərə hər zaman hazır olacaqsınız.15

Vuruşunuzu dəqiq tənzimləyin

Xəritədə istənilən mövqedən nə qədər uzaqda olduğunuzu və düz sahəyə (qrin) qədər olan məsafəni görmək üçün saatın ekranına toxunun. Həmçinin son vuruş məsafəsi, oyunabənzər məsafə və haranı hədəf almaq, hansı qolf çubuğundan istifadə etmək barədə məlumatlar əsasında məsləhətlər əldə edə bilərsiniz.15

HUAWEI WATCH Ultimate with distance to the green interface
Line

Düz sahəyə qədər məsafə –
45 yard

Cari məsafə –
234 yard

HUAWEI WATCH Ultimate with distance to the green interface

Oyun hesablarını asanlıqla qeyd edin

İstifadəsi rahat rəqəmsal hesab kartları sizə yarımraunddan və ya 18 çuxurluq tam oyundan sonra bütün əsas məlumatları, o cümlədən ümumi vuruşları, topu çuxura salan zərbələri, cərimələri, düz sahədə vuruş faizi və qolf sahəsi faizini göstərir. Siz həmçinin Huawei Health tətbiqi vasitəsilə topun trayektoriyasını dinamik bərpa edilmiş animasiya kimi, asanlıqla paylaşa bilərsiniz.15

Düz sahənin yamac istiqaməti15

HUAWEI WATCH Ultimate green slope direction

Hesab kartı15

HUAWEI WATCH Ultimate scorecard

Yarımhissənin nəticələri15

HUAWEI WATCH Ultimate half scoring report

Trayektoriya15

Replay

Replay

Potensialı performansa çevirin

HUAWEI WATCH Ultimate with Driving range mode interface

Məşq sahəsi rejimində ikən saat real vaxtda çubuğun arxaya getmə vaxtını, aşağı endirilmə vaxtını, vuruş tempinizi və sürətinizi izləyir və qolf oyununuzu yeni zirvələrə çatdırmaq üçün animasiyalı vuruş nümunələrini təklif edir.

HUAWEI WATCH Ultimate with Driving range mode interface

Ətraf aləmi araşdırmaq üçün unikal imkanlar

Açıq havada hər
şeyin öhdəsindən gələn

Təbiətən bilikli

Yeni əlçatan oflayn topoqrafik xəritələr4 sizə ərazini müəyyənləşdirməyə, marşrutlarınızı planlaşdırmağa və səyahətiniz boyunca təchizatları idarə etməyə kömək edir. Dəqiq geolokasiya, naviqasiya və saatınızın ekranındakı real vaxt rejimli kompasla marşruta sadiq qalmaq hələ heç vaxt bu qədər asan olmayıb.

A man wearing HUAWEI WATCH Ultimate with Expedition mode
HUAWEI WATCH Ultimate top view with Offline contour maps

Kəşf edilməmiş yeni dünya

Sol düyməni sıxmaqla Ekspedisiya rejimi işə düşür, daha sonra asan naviqasiya üçün hündürlük, ürək döyüntüsü və məsafə kimi mühüm məlumatlar ekranda nümayiş olunur. Xüsusi dizayn edilmiş tutqun ekran rejimi istər tonqal yanında oturarkən, istərsə də ulduzlu səma altında haykinq zamanı zəif işıqlanma şəraitində ekran parlaqlığını dəyişir.

A man wearing HUAWEI WATCH Ultimate navigation

Yolunuzu
qeyd edin

Tamamilə yeni Ekspedisiya rejimi beş sistemli, ikili diapazonlu GNSS16 texnologiyasını dəstəkləyir. Bu, yolunuz boyunca dəqiq oriyentirlər qoymağı asanlaşdırır. Qayıtmaq zamanı yetişdikdə əks marşrut naviqasiyası sizə gəldiyiniz yolla qayıtmağı təmin etməklə köməklik göstərir.

Etibarlı əllərdə

HUAWEI WATCH Ultimate biləyinizdə qalır, eyni zamanda ürək ritminizi6 və oksigen saturasiyasını (SpO217) davamlı olaraq izləyir, anormal göstəricilər aşkar edildikdə isə sizə xəbər verir.

HUAWEI WATCH Ultimate with heartrate reminder interface
HUAWEI WATCH Ultimate with SPO2 reminder interface

Etibarlı əllərdə

Button

Daha çox fəaliyyət növü
ilə aktiv həyat tərzi keçirin

Bu saat sevimli məşqlərinizi dəstəkləmək üçün idealdır. Onda müxtəlif marşrutlar üzrə qaçış və dırmanmadan tutmuş üzgüçülük və miniciliyə qədər olmaqla, 20-dən çox peşəkar idman növü və 100-dən çox əsas məşq rejimi mövcuddur. Dəqiq marşrut izləmə və fitnes monitorinqi məşq zamanı hər bir addım və ya hərəkət haqqında çoxlu dəyərli məlumat təmin edir.

A man wearing HUAWEI WATCH Ultimate while climbing

Daha çox fəaliyyət
növü ilə aktiv həyat tərzi keçirin

Button

Unikal dayvinq təcrübələri

Yeni dərinliklərə baş vurun

Yüksək suyadavamlılıq

16 qatlı suyadavamlı konstruksiyası sayəsində HUAWEI WATCH Ultimate 100 metr dərinliyə qədər dalmanı dəstəkləyir.

*Cihazdan isti duş, isti bulaqlarda, saunada (buxar otaqlarında), hamamda və ya yüksək temperatur və (və ya) rütubət şəraitini ehtiva edən hər hansı digər fəaliyyət zamanı istifadə tövsiyə edilmir. Lütfən, saatın duş geli, şampun, sabunlu su, digər yuyucu və ya təmizləyici vasitələrlə təmas etməsinə yol verməyin. Saata adıçəkilən mayelərdən hər hansı biri ilə təmas edərsə, onu yuyun və təmiz suda 30 dəqiqə saxlayın.

ISO 22810 standartına uyğun olaraq

10 ATM suyadavamlılıq dərəcəsi5

EN 13319

standartına uyğunluq5

100 metr

dərinliyə dalma zamanı suyadavamlılıq2

Scuba diving with HUAWEI WATCH Ultimate

Saysız-hesabsız imkanlar

HUAWEI WATCH Ultimate dalğıcın ən yaxşı dostu olub rekreasiya dayvinqi, texniki dayvinq, sualtı dayvinq, sərbəst dalma fəaliyyətlərində və s. dəstək təklif edir. Saat çox sayda parametrlərə malikdir, ətraflı məlumat verir və hətta su altında əlcəklərlə istifadəsi asan olan üç rahat düymə ilə təchiz olunub.

HUAWEI WATCH Ultimate professional algorithm interface
HUAWEI WATCH Ultimate diving-related reminders interface

Təkmilləşdirilmiş təhlükəsizlik tədbirləri

Sınaq və testlərdən keçmiş Bühlmann ZHL-16C dekompressiya alqoritmi18 dalma məlumatlarınızı davamlı olaraq izləyir, fiziki vəziyyətinizə və ətraf mühitə əsasən, peşəkar tövsiyələr verir. Həmçinin CEIL, OT + 3 və + OD + 5 kimi yüksəksəviyyəli göstəricilər mövcuddur ki, bu da sizə heç bir təşviş olmadan dərin mavi sulara dalmağa imkan verəcəkdir.

Əlavə rahatlıq

Saat qalxma sürətinin azaldılması, təhlükəsizlik dayanması, dekompressiya dayanması və xüsusi parametrlər də daxil olmaqla, dayvinqlə bağlı 20-dən çox kateqoriyada xatırlatmanı təmin edir. Quraşdırılmış zil və mühərrik sizin sualtı mühitdə təhlükəsiz qalmağınız üçün müxtəlif növ xəbərdarlıqlar verə bilər.

Yüksəksəviyyəli qayğıkeşlik

Hər ürək döyüntüsünün təhlili

Yeni və təkmilləşdirilmiş elektrod texnologiyası EKQ siqnalının toplanmasını daha dəqiq və həssas hala gətirib. Ürəyin ümumi vəziyyətini ən qısa zamandaca yoxlamağınıza kömək edəcək real vaxt məlumatlarını əldə etmək üçün yan tərəfdəki elektroda 30 saniyəlik toxunmaq yetərlidir.19

EKQ tətbiqi və dəstəkləndiyi ölkələr barədə ətraflı məlumat əldə edin >

*Bu tətbiq tibbi cihaz kimi nəzərdə tutulmayıb. Bu tətbiqdən istifadə etməklə əldə edilən məlumatlar yalnız istinad məqsədləri üçündür və tibbi tədqiqat, diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməməlidir. Zəhmət olmasa, məhsuldan istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxuyun.

HUAWEI WATCH Ultimate ECG analysis interface

Arterial sərtliyin diaqnostikası19

Yüksək dəqiqlikli EKQ və PPG sensorları arterosklerozun göstəricisi olan arterial sərtliyi qiymətləndirir. Elmi əsaslı tövsiyələr ürək-damar sağlamlığınızı yaxşılaşdırmağa kömək edir.

HUAWEI WATCH Ultimate arterial stiffness detection interface

Emosional rifah funksiyası özünüzü daha yaxşı hiss etməyinizə kömək etmək üçün tövsiyələr təqdim edir və mənfi düşüncə və ya stres aşkar etdikdə tənəffüs məşqlərini sınamağı xatırladır.20

Söhbət HUAWEI WATCH Ultimate saatından gedirsə,17 oksigen saturasiyasının (SpO2) ölçülməsi funksiyası sayəsində sağlamlığınızın qeydinə qala bilərsiniz!

Səkkiz fotoelektrik sensor, iki işıq mənbəyi qrupu, təkmilləşdirilmiş süni intellekt alqoritmi və əyri şüşə linza ilə HUAWEI WATCH Ultimate intensiv məşqlər zamanı ürək döyüntüsü oxumalarının dəqiqliyini artırır.19

HUAWEI WATCH Ultimate yuxu keyfiyyəti göstəriciləri ilə, eləcə də mümkün ən yaxşı gecə istirahətini necə əldə etmək barədə fərdi məsləhətlərlə hərtərəfli izləmə funksiyası təklif edir.19

İdeal köməkçi

İki həftə batareya ömrü

HUAWEI WATCH Ultimate 14 günə7 qədər batareya ömrü və sürətli simsiz enerjiyığma texnologiyası təklif edir və cihazı qısa müddətdə istifadə etməyə imkan verməklə onu istənilən sərgüzəşt üçün mükəmməl yoldaşa çevirir.

8 gün7

tipik batareya ömrü

14 gün7

maksimum batareya ömrü

4 gün7

saat siferblatı funksiyası aktivləşdirilmiş batareya
ömrü

Sürətli simsiz enerjiyığma texnologiyasından

60 dəqiqəyə7

istifadə edərək 60 dəqiqəyə tam doldurma

HUAWEI WATCH Ultimate two-week battery life
HUAWEI WATCH Ultimate Bluetooth calling interface

Bluetooth zənglər

Zənglərə birbaşa biləyinizdən rahatlıqla cavab vermək üçün saatınızı Bluetooth vasitəsilə telefonunuza qoşun.

Hərtərəfli uyğunlaşabilən

HUAWEI WATCH Ultimate daha asan istifadə üçün həm iOS, həm də Android əsaslı cihazlara uyğundur.8

HUAWEI WATCH Ultimate is compatible with both iOS and Android devices

Daha çox aksesuar

HUAWEI WATCH Ultimate matches with colorful straps
  1. Saatın korpusu sirkonium əsaslı maye metaldan hazırlanıb.
  2. Cihaz ISO 22810:2010 standartına görə 10 ATM suyadavamlılıq dərəcəsinə uyğundur və dayvinq aksesuarlarına qoyulan EN 13319:2000 standartının tələblərinə cavab verir. Model 100 metrə qədər dərinliyə dalmağa imkan verir. Suyadavamlılıq haqqında daha ətraflı məlumat üçün HUAWEI rəsmi saytına keçıd alın.
  3. Qolf meydançalarının xəritəsi funksiyası yalnız müəyyən satış bazarlarında mövcuddur. Ölkəniz/regionunuz haqqında ətraflı məlumat üçün Huawei Health tətbiqində xəritənin mövcudluğunu yoxlayın. Bu funksiya Black (qara) və Blue (mavi) rəngli HUAWEI WATCH Ultimate ağıllı saatlarında OTA yenilənməsi vasitəsilə əlçatan olacaq.
  4. Kontur xəritələr yalnız bəzi ölkə və regionlarda əlçatandır. Sözügedən funksiya Black (qara) və Blue (mavi) rəngli HUAWEI WATCH Ultimate ağıllı saatlarında OTA yenilənməsi vasitəsilə əlçatan olacaq.
  5. Cihaz ISO 22810:2010 standartına uyğun olaraq, 10 ATM suyadavamlılıq dərəcəsinə uyğundur və bu, cihazın 10 dəqiqə ərzində 100 metrlik statik su təzyiqinə tab gətirmək qabiliyyətinə malik olduğunu göstərir. Cihaz həmçinin dayvinq aksesuarları üçün EN 13319 standartına uyğundur və 100 metrdən çox olmayan dərinliyə qədər dayvinq fəaliyyətlərini dəstəkləyir (Təhlükəsizliyiniz üçün suya tək dalmayın). Cihazdan dayaz su fəaliyyətləri zamanı, məsələn, hovuzlarda və ya sahilboyu sularda üzərkən istifadə etmək olar. Su fəaliyyətləri zamanı cihazı taxdıqdan sonra onu dərhal silin və qurulayın, cihazın səthindən və bütün dəliklərdən su qalıqlarını təmizləyin, cihazın işinə mənfi təsirlərə yol verməmək üçün suyun boşaldılması funksiyasından istifadə edin. Cihazdan 100 metrə qədər dərinliyə dalma zamanı istifadə edilə bilər. Dalmadan əvvəl məişət və fərdi gigiyena məhsullarının qalıqlarını təmizləmək üçün cihazı təmiz suda 30 dəqiqə saxlayın. Dayvinq fəaliyyətlərindən sonra cihazı təmiz suda 30 dəqiqə ərzində saxlayın, onu silin, qurulayın və cihazın səthi və dəliklərində olan su və duz qalıqlarını təmizləyin və cihazın işinə mənfi təsirlərə yol verməmək üçün suyun boşaldılması funksiyasından istifadə edin.
    Cihaz aşağıdakı ssenarilərdə istifadə üçün uyğun deyil (Taxılabilən cihazın istismar təlimatlarına zidd qaydada istifadə edilməklə mayeyə batırılması nəticəsində zədələnməsi zəmanətə daxil deyil):
    a) 100 metrdən çox dərinliyə dalma fəaliyyətləri.
    b) Isti duşda, isti bulaqlarda, saunada (buxar otaqlarında) və yüksək temperatur və (və ya) rütubət şəraitində baş tutan digər fəaliyyət növləri.
    c) Cihazın duş geli, şampun, sabunlu su, günəşdən qoruyucu losyon, günəşdən qoruyucu sprey və ya hər hansı təmizləyici və ya yuyucu vasitə ilə təmasını ehtiva edən fəaliyyətlər. Cihaz bu mayelərdən biri ilə təmas edərsə, onu yuyun və təmiz suda 30 dəqiqə saxlayın.
    d) Platformadan dalma, yüksəktəzyiqli su altında yuma və ya yüksək su təzyiqinə və ya sürətli su axınına məruzqalma ilə bağlı digər fəaliyyətlər.
    e) Metal kəmər su fəaliyyəti zamanı (məsələn, üzgüçülük) və ya tərlə təmasda istifadə üçün nəzərdə tutulmayıb. Belə hallarda, başqa növ qayışların taxılması məsləhət görülür. Taxılabilən Huawei məhsullarının suyadavamlılığı barədə əlavə məlumat əldə etmək üçün sayta daxil olun, lütfən: https://consumer.huawei.com/en/support/content/en-us15851428/. Suyadavamlılıq xüsusiyyəti daimi deyil və gündəlik istifadə zamanı köhnəlmə və aşınma səbəbindən performansı düşə bilər.
  6. Bu məhsul tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün məlumat və nəticələr yalnız istinad üçündür, onlardan diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  7. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki batareya ömrü məhsulla bağlı müxtəlifliklər, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
    Batareyanın istifadə müddəti maksimum 14 gün davam edə bilər.
    14 günlük maksimum batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr HUAWEI TruSleep™ rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 90 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün 200 dəfə yandırılması (enerji istehlakı səviyyəsi 1 olan əvvəlcədən təyin edilmiş saat siferblatından istifadə).
    Tipik istifadə zamanı batareyanın istifadə müddəti 8 günə qədər davam edə bilər.
    8 günlük tipik batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, hər həftə 30 dəqiqəlik blutuz zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr HUAWEI TruSleep™ rejiminin aktiv olması, stresə nəzarət rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə açıq olması.
    Həmişə ekranda rejimi aktiv edildikdə batareya ömrü 4 günə qədər davam edə bilər.
    Həmişə ekranda rejimi aktivləşdirildikdə 4 günlük tipik batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, Həmişə ekranda rejiminin aktiv olması, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr HUAWEI TruSleep™ rejiminin aktiv olması, stresə nəzarət rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə açıq olması.
  8. iOS və Android əsaslı cihazlarda HUAWEI Health tətbiqi quraşdırılmalıdır.
  9. Saatın korpusu sirkonium əsaslı maye metaldan hazırlanıb və bu, onu paslanmaz poladdan hazırlanan korpusla müqayisədə 15,2% yüngülləşdirir. İlk sözü 2024-cü ilin XX sentyabrında bazara çıxarılan ağıllı saatlar arasında ilk ağıllı saat deməkdir.
  10. Mənbələr: D.C.Hofmann, P.Bordeenithikasem, L.P.Tosi və başqaları. Towards additively manufacturing excavating tools for future robotic space exploration (Gələcək robotik kosmik tədqiqatlar üçün qazma alətlərinin əlavə istehsalına doğru). Engineering Reports. 2020;2:e12219.
  11. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və sirkonium əsaslı maye metal korpus ilə Huawei saatlarında istifadə edilən 316L paslanmaz polad korpusun müqayisəsinə əsaslanır.
  12. Ekran süni sapfir şüşədən hazırlanıb.
  13. Hər bir toxunma kəmər mükəmməl antibakterial xüsusiyyətləri və tərə və suyun sıçramasına qarşı müqaviməti təmin edən, inteqrə olunmuş məkiksiz toxuma texnikasından istifadə edərək, ən azı, 800 iplikdən hörülür.
  14. Əlavə saat siferblatlarını, o cümlədən ödənişli seçimləri Watch Face Store-dan endirə bilərsiniz.
  15. Sözügedən funksiya Black (qara) və Blue (mavi) rəngli HUAWEI WATCH Ultimate ağıllı saatlarında OTA yenilənməsi vasitəsilə əlçatan olacaq.
  16. Cihaz GPS L1/L5, GALILEO E1/E5a, QZSS L1/L5 və beş peyk naviqasiya sistemini (GPS, BeiDou, QLONASS, GALILEO və QZSS) dəstəkləyir.
  17. Oksigen saturasiyası (SpO2) oksigenlə doymuş hemoqlobinin qandakı ümumi hemoqlobin miqdarına nisbəti, yəni qanda oksigenin konsentrasiyası deməkdir. İstirahət etdiyiniz zaman saat SpO2 səviyyəsini avtomatik ölçür və qeydə alır. Bu cihaz tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Bütün monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz.
  18. Bühlmann ZHL-16C dekompressiya modeli insan orqanizminə daxil olan və çıxan inert qazların atmosfer təzyiqindəki dəyişiklikləri simulyasiya edən riyazi alqoritmdir.
  19. Bu cihaz tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Bütün məlumat və nəticələr yalnız istinad üçündür, onlardan xəstəliyin diaqnozu, müalicəsi və ya profilaktikasında əsas kimi istifadə edilə bilməz. Bu funksiya yalnız bəzi ölkə və regionlarda əlçatandır.
  20. Bu cihaz tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Bütün məlumat və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz. Emosional vəziyyət haqqında məlumatlar müəyyən vaxtlarda, məsələn, yuxu və məşq zamanı əlçatan deyil. Bu funksiya Avropada əlçatan deyil və Black (qara) və Blue (mavi) rəngli HUAWEI WATCH Ultimate ağıllı saatlarında OTA yenilənməsi vasitəsilə əlçatan olacaq.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et