Etibarlı oturuş üçün 140° optimal üçbucaqlı dizayn1 | Yüksək səs keyfiyyəti |
IP57 Suyadavamlılıq2
Qulaq kanalının açıq qalmasını təmin edən Huawei-in ilk qarmaqlı qulaqlığı olaraq, HUAWEI FreeArc zərif əyri forması və rahat dinləmə təcrübəsi ilə etibarlı oturuş üçün erqonomik dizaynda hazırlanmışdır.
Qulaqlığın C-körpüşəkilli dizaynı 10000-dən çox qulaq seyvanı əyrisinin4 erqonomik təhlilinə əsaslanır və dinləmə zamanı rahatlıq təmin etdiyi kimi, taxılmağının da rahat olması üçün səylə optimallaşdırılmışdır.
HUAWEI FreeArc sınanılmış və test edilmiş dayanıqlılıq5 təklif edən 0,7 mm yüksəkperformanslı Ni-Ti ərintidən hazırlanmışdır, müxtəlif qulaqlara uyğunlaşan rəvan, çevik formaya malikdir.
Yüngülçəkili qulaqlıqlar 81,5% yumşaq maye silikonla4 örtülüb və SGS Smart Green Medal Sertifikatı ilə təsdiqlənib. Uzunmüddətli taxıldıqda belə, rahatlıq hissi təmin edir.
140° optimal üçbucaqlı dizayn1 və qravitasiya balanslı dizayn sayəsində qulaqlıqlar məşq vaxtı qulağınızda sabit qala biləcək formada hazırlanıb.
Yumşaq, S-şəkilli əyrilər traqusda daha az təzyiq, daha çox təmas sahəsi, qulaq seyvanına oturan içlik sayəsində daha hamar, daha təhlükəsiz yerləşmə deməkdir.
HUAWEI FreeArc Huawei in IP57 səviyyəli suyadavamlı ilk qulaqlıq2 cütüdür və suyadavamlı xüsusi mikrofonla təchiz edilib. Bu, qaçış, velosipedsürmə, yoqa və digər fəaliyyətlər zamanı yağış və tərin qulaqlıqlara daxil olmasına imkan vermir.
Qulaqlıqlar möhtəşəm səsləndirmə təmin etdikləri kimi, rahat taxılması üçün zərif metallik halqaları və ən yüksək keyfiyyət göstəricisi hesab edilən PPVD prosesindən istifadə edilməklə korpus üzərində aydın rəngdə, dəbli tərzdə təsvir edilmiş loqolar sayəsində həmçinin gözəl görünürlər.
Qulaqlıqlar möhtəşəm səsləndirmə təmin etdikləri kimi, rahat taxılması üçün zərif metallik halqaları və ən yüksək keyfiyyət göstəricisi hesab edilən PPVD prosesindən istifadə edilməklə korpus üzərində aydın rəngdə, dəbli tərzdə təsvir edilmiş loqolar sayəsində həmçinin gözəl görünürlər.
Yaşıl
Qara
Boz
Qulağın açıq qalmasını təmin edən innovativ dizayn istər məşq edərkən, istər işləyərkən, istərsə də yeriyərkən ətrafdakı səslərdən xəbərdar olmağınıza imkan verir.
Sevimli mahnılarınızı elə nəzərdə tutulduğu kimi – güclü bas, axıcı vokal və 17 × 12 mm yüksəkhəssaslıqlı drayver bölməsi, simmetrik akustik struktur, dinamik bas alqoritmi və adaptiv bərabər səs səviyyəsi alqoritmi sayəsində daha zəngin detallı yüksəktezlikli səslərlə dinləyin.
Səs sızması akustik tıxac içinə yerləşdirilmiş mürəkkəb əks səs dalğaları sistemi sayəsində minimum səviyyəyə endirilir, yəni səslər qulaq kanalına dəqiqliklə ötürülür, dinləmə təcrübənizdə məxfilik təmin edir.6
İkimikrofonlu möhtəşəm konstruksiya və zəng zamanı səs-küyün üçqat aradan qaldırılması texnologiyası vasitəsilə təmin edilən təkmilləşdirilmiş səs qəbulu və səs-küyün aradan qaldırılması sayəsində hətta kənardan çağırıldığınızı belə eşidin.
Huawei-in innovativ ikili rezonator antenası sayəsində təmin edilən güclü uzunmüddətli bağlantı ilə musiqiyə qulaq asın və zənglər edin. 400 m məsafədə4 və ya 100 m² ofis ərazisində bağlantıda qalın.8
Tam dolu enerjiyığma keysi sayəsində 28 saata qədər, sadəcə, qulaqlıqlarla isə 7 saata3 qədər musiqi dinləyin. Sürətli 10 dəqiqəlik enerjiyığma sayəsində 3 saatlıq dinləmədən zövq ala bilərsiniz.9
Əlinizin altında genişimkanlı sensorlu nəzarət elementləri sayəsində oxutmanı və gələn zəngləri idarə edin.10
Səs ucalığını tənzimləyin (irəliyə/geriyə sürüşdürərək)
Audionu oxudun/dayandırın və ya zəngi cavablandırın/sonlandırın
Növbəti musiqiyə keçid edin
Zəngdən imtina
Səs ucalığını tənzimləyin (irəliyə/geriyə sürüşdürərək)
Audionu oxudun/dayandırın və ya zəngi cavablandırın/sonlandırın
Növbəti musiqiyə keçid edin
Zəngdən imtina
HUAWEI FreeArc qulaqlığını telefon, planşet, kompüter və ya saat kimi, iki cihaza qoşun və cihazın iOS, Android və ya Windows əməliyyat sistemində işləməsindən asılı olmayaraq, onlar arasında audionu maneəsiz şəkildə dəyişin.