privacy-statement-huawei

Məxfilik Siyasəti
  1. Bu Bildirişdə aşağıdakılar təsvir edilir:


Huawei Consumer Business Məxfilik Bildirişi

Huawei Device Co., Ltd. və onun qlobal filialları (birlikdə, "Huawei", "biz", "bizə" və ya "bizim") məxfiliyinizə hörmət edir. Buna görə də biz şəxsi məlumatlarınızı necə toplamağımızı, istifadə etməyimizi, açıqlamağımızı, mühafizə etməyimizi, saxlamağımızı və ötürməyimizi başa düşməyinizə yardım etmək üçün bu Məxfilik Bildirişini ("bu Bildiriş" adlandırılacaq) hazırlamışıq. Bu Bildirişi diqqətlə oxumaq üçün bir az vaxt ayırın və hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlayın.

Bu Bildiriş düyməli telefonlar, smartfonlar, noutbuklar/planşetlər, Huawei Vision, taxılan cihazlar, mobil genişzolaqlı cihazlar, ev yönləndiriciləri, smart məişət avadanlıqları, aksesuarlar, kompüter proqramları, mobil İnternet proqramları ("proqramlar" adlandırılacaq), proqram təminatı, alət dəstləri, veb-saytlar və xidmətlər daxil olmaqla bu Bildirişi göstərən və ya qeyd edən Huawei məhsul və xidmətlərinə tətbiq edilir.

Bu Bildirişlə yanaşı, istifadə ediləcək məhsul və ya xidmətə aid olan Huawei-in məxfilik bildirişini və ya əlavə bildirişini ("Məhsulun Məxfilik Bildirişi" adlandırılacaq) diqqətlə oxumağınızı tövsiyə edirik.
Məhsulun Məxfilik Bildirişi bu Bildirişin vacib hissəsidir. O, hər bir məhsul və ya xidmətin şəxsi məlumatlarınızı necə emal etməsi, məlumat subyekti hüquqlarınızdan necə istifadə etməyiniz, məlumat kontrollerinin kim olduğu və kontrollerlər ilə necə əlaqə saxlamağınız kimi əsas məlumatları təqdim edir. Bu Bildirişlə hər hansı bir ziddiyyət yaranarsa, Məhsulun Məxfilik Bildirişi üstünlük təşkil edəcək. Digər hissələr üçün bu Bildiriş üstünlük təşkil edəcək.

1 Huawei şəxsi məlumatlarınızı necə toplayır və istifadə edir

1. Huawei şəxsi məlumatlarınızı necə toplayır

Anonimləşdirilmiş məlumatlar istisna olmaqla, şəxsi məlumatlar müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə aid elektron və ya başqa bir şəkildə qeydə alınmış istənilən növ məlumatlara deyilir. Siz məhsul və ya xidmətlərimizdən istifadə etdikdə və ya bizimlə qarşılıqlı əlaqədə olduqda şəxsi məlumatlarınızı toplaya bilərik. İstifadə etdiyiniz xidmətdən və bizimlə olan qarşılıqlı əlaqənizdən asılı olaraq müxtəlif növlərdə verilənlər toplanacaq. Bəzi hallarda bu cür verilənləri təmin etməməyi seçə bilərsiniz, lakin bu sizə müvafiq məhsul və ya xidmətləri təqdim etməyimizə mane ola bilər və ya irəli sürdüyünüz hər hansı problemə cavab verə bilməyəcəyimiz, yaxud onu həll edə bilməyəcəyimiz mənasına gələ bilər.

Sizə əlaqədar məhsul və ya xidmətlər təqdim edərkən biz məhsul və xidmətlərimizdən necə istifadə edilməsini başa düşmək üçün veb-sayt daxilolmaları, proqram endirmələri və məhsul satışlarının həcmi kimi statistik məlumatları da toplayıb, ümumiləşdirə bilərik. Bu Bildirişin məqsədləri baxımından əvvəlki statistik məlumatlar qeyri-şəxsi məlumatlar kimi qəbul edilir. Şəxsi məlumatlarınızı qeyri-şəxsi məlumatlardan ayırmaq və onlardan ayrı-ayrılıqda istifadə etmək üçün əlimizdən gələni edəcəyik. Qeyri-şəxsi məlumatlarla qarışdırılmış şəxsi məlumatlar yenə də şəxsi məlumatlar kimi qəbul ediləcək.

Biz şəxsi məlumatlarınızı yalnız bu Bildirişdə və Məhsulun Məxfilik Bildirişində təsvir edilən məqsədlər üçün toplayacaq və istifadə edəcəyik. Aşağıda toplaya biləcəyimiz şəxsi məlumatların bəzi nümunələri göstərilib:

(1) Huawei-ə təqdim etdiyiniz şəxsi məlumatlar

Müəyyən funksiyalar və ya xidmətlərdən istifadə etmək üçün HUAWEI ID qeydiyyatdan keçirməlisiniz. Siz onlayn alış-veriş etmək, proqram təminatı endirmək və ya xidmətləri satın almaq üçün HUAWEI ID qeydiyyatdan keçirdikdə və ya HUAWEI ID-nizə daxil olduqda adınız, e-poçt ünvanınız, mobil nömrəniz, sifariş məlumatlarınız, göndərmə ünvanınız və ödəniş metodunuz kimi müvafiq şəxsi məlumatlar təmin etməyinizi tələb edə bilərik.

Bəzi Huawei məhsulları başqaları ilə kommunikasiya qurmağa və məlumatlar paylaşmağa imkan verir. Məzmunları ailəniz və dostlarınızla paylaşmaq üçün Huawei məhsulundan istifadə etdiyiniz zaman ləqəbinizi və avatarınızı ehtiva edən açıq HUAWEI ID profili yaratmalı ola bilərsiniz. Həmçinin biz ailəniz və dostlarınız haqqında onların adları, e-poçt ünvanları və telefon nömrələri kimi məlumatları toplaya bilərik. Biz onların kommunikasiya təhlükəsizliyini təmin etmək üçün müvafiq və lazımi tədbirlər görəcəyik.

Həqiqi ad hesabının qeydiyyatı, oyun asılılığının qarşısının alınması sistemləri və İnternet ödənişi ilə bağlı müəyyən yurisdiksiyaların tələblərinə, eləcə də digər tələblərə cavab vermək üçün sizdən yerli hökumətlər tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənədləri və ya şəxsiyyətinizin əsilliyini yoxlaya biləcək müvafiq kart məlumatlarını təqdim etməyinizi tələb edə bilərik.

(2) Xidmətlərdən istifadə etdiyiniz zaman Huawei-in topladığı məlumatlar

Məhsul və xidmətlərimizdən istifadə etdiyiniz zaman cihaz məlumatlarınızı, habelə sizin və cihazınızın məhsul və xidmətlərimizlə necə qarşılıqlı əlaqədə olduğunu toplayacağıq. Bu cür məlumatlara daxildir:

a. Cihaz və proqram məlumatları, məsələn, cihazın adı, cihaz identifikatoru, cihazı aktivləşdirmə vaxtı, avadanlıq modeli, əməliyyat sisteminin versiyası, proqram versiyası, proqram təminatı identifikatoru, habelə cihaz və proqram parametrləri (məsələn, region, dil, saat qurşağı və şrift ölçüsü).

b. Mobil şəbəkə məlumatları, məsələn, ictimai torpaq mobil şəbəkəsi (PLMN) provayderinin ID-si, coğrafi məkan (cihazınızın yerləşdiyi ərazinin operator ID-si) və İnternet protokolu (IP) ünvanınız.

c. Jurnal məlumatları. Siz Huawei xidmətlərindən istifadə etdikdə və ya Huawei tərəfindən təmin edilən məzmuna baxdıqda biz avtomatik olaraq giriş vaxtı, giriş sayı, IP ünvanı və hadisə məlumatları (xətalar, qəzalar, yenidən başlatmalar və yeniləmələr) haqqında bəzi məlumatlar toplayacaq və onları qeyd edəcəyik.

d. Məkan məlumatları. Müəyyən məkan əsaslı xidmətlərə daxil olduğunuz zaman (məsələn, axtarışlar etmək, naviqasiya proqram təminatından istifadə etmək, yaxud xüsusi məkan üzrə havaya baxmaq) cihazınızın təxmini və ya dəqiq məkanını toplayacaq, istifadə edəcək və emal edəcəyik. Bu cür məlumatlar GPS, Wi-Fi və ya xidmət provayderinin şəbəkə ID-si vasitəsilə əldə edilə bilər. Məkan xidmətlərini aktivləşdirmək istədiyiniz proqramları seçməyiniz üçün sizə müraciət edəcəyik. Cihaz parametrlərinizdə müvafiq icazəni qeyri-aktiv edərək məkanınızın paylaşılmasından imtina edə bilərsiniz.

e. Buludda saxlanılan məlumatlar. Məsələn, buluda yüklədiyiniz məlumatlar cəld giriş və cihazlar arasında paylaşma təmin etmək üçün serverlərimizdə saxlanılacaq. İcazəniz olmadan heç kəs bu cür məlumatlara daxil ola bilmir.

(3) Üçüncü tərəf mənbələrdən məlumatlar

Yerli qanunlar tərəfindən icazə verildikdə ictimai və ya qanuni kommersiya mənbələrindən siz, cihazınız və ya xidmətdən istifadəniz barəsində digər məlumatları da əldə edə bilərik. Məsələn, siz üçüncü tərəfin sosial media hesabı vasitəsilə veb-saytımıza daxil olduqda və ya əlaqə məlumatlarınız kommunikasiya xidmətlərimizdən istifadə edən digərləri tərəfindən yükləndikdə məlumatlarınızı üçüncü tərəfdən əldə edirik.

2. Huawei şəxsi məlumatlarınızı necə istifadə edir

Biz şəxsi məlumatlardan yalnız hüquqi əsasda istifadə edirik. Qüvvədə olan yerli qanunlara uyğun olaraq, hüquqi əsaslardan biri çərçivəsində şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edə bilərik: razılığınız; sizinlə Huawei arasında müqavilənin icrası/bağlanması üçün zəruri olan; sizin və ya digərlərinin qanuni maraqlarını qorumaq üçün zəruri olan; qanuni öhdəlikləri yerinə yetirmək üçün zəruri olan; və müəssisələrin qanuni maraqlarını qorumaq üçün zəruri olan:

(1) Satın aldığınız məhsul və ya xidmətlərimizi qeydiyyatdan keçirmək və aktivləşdirmək;

(2) Funksiyaların geniş çeşidindən yararlana bilməyiniz üçün HUAWEI ID-nizi qeydiyyatdan keçirmək;

(3) Sorğunuz əsasında bu cür təklifləri çatdırmaq, aktivləşdirmək və ya yoxlamaq, yaxud haqqında sorğu göndərdiyiniz bu cür məhsul və xidmətlər üzrə dəyişikliklər etmək, habelə texniki dəstək və satış sonrası xidmətlər təmin etmək;

(4) Sizi əməliyyat sistemi, yaxud proqram yeniləmələri və quraşdırmaları haqqında xəbərdar etmək;

(5) Fərdiləşdirilmiş istifadəçi təcrübəsi və məzmun təmin etmək;

(6) Razılığınızı əldə etdikdən və ya sorğunuzu qəbul etdikdən sonra sizə maraqlana biləcəyiniz məhsul və xidmətlər haqqında məlumatlar göndərmək, sizi promosiya fəaliyyətlərimizə və market sorğularımıza dəvət etmək, yaxud sizə marketinq məlumatları göndərmək;

(7) Daxili audit, verilənlərin təhlili və tədqiqat həyata keçirmək; biznes əməliyyatının səmərəliliyini təhlil etmək və bazar paylarını ölçmək; və məhsullarımızı və xidmətlərimizi təkmilləşdirmək;

(8) Siz bizə xəta təfərrüatlarını göndərdikdən sonra problemləri aradan qaldırmaq;

(9) Yüklədiyiniz və ya endirdiyiniz, eləcə də yükləmə və endirmə əməliyyatları üçün lazım olan verilənləri sinxronlaşdırmaq və saxlamaq;

(10) İtkinin qarşısının alınması üzrə və fırıldaqçılığa qarşı proqramlarımızı təkmilləşdirmək;

(11) Mövcud yerli qanunlara/qaydalara əməl etmək, məsələn, e-ticarət platformasının idarə edilməsi öhdəliklərini yerinə yetirmək və ya qanuni hökumət tələblərinə əməl etmək;

(12) Məhsulun Məxfilik Bildirişində təsvir edilən digər məqsədlər.

2 Huawei kukilərdən və bənzər texnologiyalardan necə istifadə edir

Biz onun veb-saytlarında, mobil proqramlarında, onlayn xidmətlərində, e-poçtlarında və reklamlarında kukilərdən, piksel teqlərindən, veb mayaklardan və digər lokal saxlama texnologiyalarından istifadə edə bilərik. Kukilər və bənzər texnologiyalar vasitəsilə toplanılan məlumatlar qeyri-şəxsi məlumatlar hesab edilir. Lakin yerli qanunlara əsasən, IP ünvanları və bənzər identifikatorlar şəxsi məlumatlar hesab edilərsə, biz də onlara şəxsi məlumatlar kimi yanaşacağıq. Bəzi hallarda biz bu texnologiyalardan istifadə etməklə toplanmış qeyri-şəxsi məlumatları saxladığımız şəxsi məlumatlarla qarışdırırıq. Bu Bildirişin məqsədləri baxımından biz qarışıq məlumatları şəxsi məlumatlar kimi nəzərə alacağıq.

Kuki kompüter və ya mobil cihazda veb server tərəfindən yaradılan mətn faylıdır. Kukinin məzmununu yalnız onu yaradan server əldə edə və ya oxuya bilər. Kukilər istifadə etdiyiniz brauzer və ya mobil proqrama unikaldır. Onlar, adətən, identifikatorları, sayt adlarını, rəqəmləri və simvolları ehtiva edir.

Kukilər bəzən istifadəçi təcrübəsini yaxşılaşdırmaq, o cümlədən aşağıdakı məqsədlər üçün kompüterlərdə və ya mobil cihazlarda saxlanılır:

(1) Zəruri kukilər:

− Giriş və yoxlama. Veb-sayta daxil olmaq üçün HUAWEI ID-dən istifadə etdiyiniz zaman kukilər hər səhifəyə yenidən daxil olmağınıza ehtiyac olmadan səhifədən səhifəyə keçməyinizə kömək edə bilər.

− Seçimlərinizin və parametrlərinizin saxlanması. Veb-saytlar dil, şrift ölçüsü, alış-veriş səbəti və kompüterlərinizdə və ya mobil cihazlarınızda digər baxış seçimləri kimi şəxsi parametrləri saxlamaq üçün kukilərdən istifadə edə bilər.

(2) Analitik kukilər: Statistik təhlil. Kukilər ilə biz, məsələn, istifadəçinin bir ziyarətini (seans kukisindən istifadə edərək), ya da təkrarlanan ziyarətlərini (qalıcı kukidən istifadə edərək) qeydə almaq daxil olmaqla veb-saytlarımızdan və digər proqramlarımızdan istifadəniz haqqında məlumatlar toplaya bilərik.

(3) Reklam kukiləri: Maraqlara əsaslanan reklam. Kukilər ilə biz onlayn fəaliyyətləriniz haqqında məlumatlar toplaya, maraqlarınızı kəşf edə və sizə çox uyğun reklamlar çatdıra bilərik.

Öz seçimlərinizlə kukiləri idarə edə və ya silə bilərsiniz. Siz kompüterinizdə saxlanılan bütün kukiləri silə bilərsiniz və əksər veb brauzerlərdə kukiləri bloklamaq seçimi təmin edilir. Brauzer parametrlərinin dəyişdirilməsi barədə təfərrüatlar üçün brauzer provayderi ilə əlaqə saxlayın.

Kukiləri təmizləsəniz, hər dəfə veb-saytlarımıza daxil olduqda sizdən parametrlərinizi dəyişmək tələb ediləcək. Nəzərə alın ki, xidmətlərimizin bəziləri kukilərdən istifadəni tələb edə bilər. Bu halda kukilərin qeyri-aktiv edilməsi təmin edilən xidmətlərin hamısına və ya bir hissəsinə təsir edə bilər.

Kukilərə əlavə olaraq, biz veb saytlarımızda veb mayaklar və piksel teqləri kimi digər bənzər texnologiyalardan da istifadə edə bilərik. Veb mayak, adətən, veb-sayta və ya e-poçta daxil olduğunuz zaman cihaz kukilərinizi müəyyənləşdirmək üçün veb-sayta və ya e-poçta yerləşdirilmiş elektron qrafik şəkildir. Piksel teqləri bizə sizin üçün oxuna bilən üsulda e-poçtlar göndərmək və e-poçtun açılıb-açılmadığını müəyyənləşdirmək imkanı verir.

Biz və üçüncü tərəf partnyorlarımız müxtəlif məqsədlər üçün, o cümlədən xidmətdən istifadəni təhlil etmək (kukilər ilə birlikdə) və sizə daha qənaətbəxş məzmun və reklamlar təmin etmək üçün bu cür texnologiyalardan istifadə edirik. Məsələn, tərəfimizdən sizə göndərilən e-poçtda veb-saytımız ilə əlaqələndirən, kliklənən URL ola bilər. Əgər URL-ə klikləsəniz, üstünlük verdiyiniz məhsul və xidmətləri anlamaqda və müştəri xidmətlərimizi təkmilləşdirməkdə bizə kömək etməsi üçün ziyarətinizi izləyəcəyik.

Bir çox veb brauzerlər veb-saytlara İzləməmək sorğuları göndərə bilən İzləməmək xüsusiyyətini təmin edir. Əsas İnternet standartlaşdırma təşkilatları veb-saytların bu sorğuları necə idarə edəcəklərini müəyyən etmək üçün siyasət hazırlamayıblar.

Hazırda biz İzləməmək parametrlərinə və ya seçdiyiniz digər bənzər xüsusiyyətlərə əsasən kuki emalı üsullarını dəyişməyinizə icazə vermirik.

3 Huawei şəxsi məlumatlarınıza necə etibar edir, paylaşır, ötürür və açıqlayır

1. Etibar etmək

Bəzi hallarda biz şəxsi məlumatlarınızı bizim adımızdan emal etməsi üçün digər şirkətlərə etibar edə bilərik. Məsələn, biz qaynar xətt dəstəyi, e-poçtların göndərilməsi və texniki dəstəyin göstərilməsində başqa bir şirkətə etibar edə bilərik. Bu cür şirkətlər yalnız bizim adımızdan sizə xidmətlər təqdim etmək üçün şəxsi məlumatlarınızdan istifadə edə bilər.

Etibar edilmiş tərəflə ciddi etibarnamə müqaviləsi və ya şəxsi məlumatların emalı şərtləri bağlayacağıq. Etibar edilmiş tərəf bu Bildiriş və göstərişlərimizə uyğun olaraq əlaqədar şəxsi məlumatları emal etməyə və şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq məxfilik və təhlükəsizlik tədbirlərini görməyə borcludur.

2. Paylaşmaq

Paylaşmaq şəxsi məlumatları digər şəxsi məlumat emalçılarına təqdim etdiyimiz prosesə deyilir və hər iki tərəf məlumatların emalı üzrə məqsəd və üsulları müstəqil olaraq müəyyən edə bilər. Aşağıdakı hallar istisna olmaqla şəxsi məlumatlarınızı xarici tərəflərlə paylaşmayacağıq:

(1) Razılığınız əsasında paylaşmaq: Razılığınızı əldə etdikdən sonra icazə verilən şəxsi məlumatlarınızı sizin təyin etdiyiniz üçüncü tərəflərlə paylaşacağıq.

(2) Qanuni hallar əsasında paylaşmaq: Biz şəxsi məlumatlarınızı qanunlara/qaydalara, məhkəmə davasının həlli tələblərinə və ya inzibati və məhkəmə orqanlarının qanuni tələblərinə uyğun olaraq paylaşa bilərik.

(3) Filiallarımız ilə paylaşmaq: Verilənləriniz filiallarımız ilə paylaşıla bilər. Biz verilənlərinizi yalnız xüsusi, müəyyən və qanuni məqsədlərlə filiallarımız ilə paylaşacağıq. Biz yalnız xidmətlərimizi təmin etmək üçün zəruri olan verilənləri paylaşacağıq. Məsələn, HUAWEI ID-in təkrarlanan qeydiyyatından yayınmaq üçün qeydiyyatdan keçiriləcək hesabın qlobal unikallığını yoxlamağımız lazımdır.

(4) Biznes partnyorları ilə paylaşmaq: Sizə təqdim edilən xidmətlərin keyfiyyətini təmin etmək üçün sifariş, hesab, cihaz və məkan məlumatlarınızı üçüncü tərəf partnyorlarımız ilə paylaşa bilərik. Lakin şəxsi məlumatlarınızı yalnız hüquqi, müvafiq, zəruri, xüsusi və müəyyən məqsədlər üçün paylaşacağıq. Partnyorlarımıza daxildir:

a. Üçüncü tərəf satıcılar və tərtibatçılar: Məhsul və ya xidmətlərimizin bəzilərini üçüncü tərəflər sizə birbaşa təqdim edir. Bu halda satın aldığınız məhsul və ya xidmətlər üzrə tələbləri qarşılamaq üçün tranzaksiya ilə əlaqədar məlumatları üçüncü tərəflər ilə paylaşacağıq. Məsələn, HUAWEI AppGallery-də üçüncü tərəf tərtibatçılardan məhsullar satın aldığınız zaman tranzaksiyanı tamamlamaq üçün lazımi məlumatları onlarla paylaşmalı olacağıq.

b. Məhsul və ya xidmət təminatçıları: Biz şəxsi məlumatlarınızı xüsusiyyət və funksiyalarımızı dəstəkləyən üçüncü tərəflər ilə, o cümlədən infrastruktur texnologiyası xidmətlərini, logistika və paylama xidmətlərini, ödəniş xidmətlərini, habelə məlumat emalı xidmətlərini təchiz və ya təmin edən üçüncü tərəflər ilə paylaşa bilərik. Biz bu cür verilənləri məhsul və xidmətlərimizin funksionallığını yerinə yetirmək məqsədilə paylaşırıq. Məsələn, çatdırılmanı təyin etmək üçün sifariş məlumatlarınızı logistika xidmət provayderi ilə, yaxud ödəniş təlimatlarınızı təsdiq etmək və tranzaksiyanı tamamlamaq üçün sifariş nömrənizi və satınalma məbləğinizi üçüncü tərəf ödəniş orqanı ilə paylaşacağıq.

Biz paylaşma davranışı və şəxsi məlumat qəbulediciləri üzrə təhlükəsizlik qiymətləndirməsi həyata keçirəcəyik və onlardan bu Bildirişə əməl etmələrini və şəxsi məlumatlarınızı emal edərkən müvafiq məxfilik və təhlükəsizlik tədbirləri görmələrini tələb edərək onlarla verilənlərin mühafizəsi müqaviləsi və ya konfidensiallıq barədə ciddi müqavilə imzalayacağıq.

3. Ötürmək

Şəxsi məlumatların ötürülməsi birləşmə və əldəetmə, bölünmə, ləğvetmə və ya iflasla əlaqədardırsa, biz qəbuledicilərin adlarını və əlaqə məlumatlarını müəyyən etmək üçün sizə əvvəlcədən bildirişlər göndərəcəyik və şəxsi məlumatlarınızı emal edərkən onlardan bu Bildirişə əməl etmələrini tələb edəcəyik. İlkin emal məqsədini və ya metodunu dəyişməyə cəhd edən qəbuledici yenidən sizin razılığınızı əldə etməlidir.

4. İctimai açıqlama

Şəxsi məlumatlarınızı aşağıdakı hallarda açıqlayacağıq:

(1) Razılığınızı əldə etdikdən sonra;

(2) Hüquqi və ya əsaslı səbəblərə görə: Qanunlar, hüquqi proseslər, məhkəmə, yaxud dövlət və hökumət orqanları tərəfindən tələb edildiyi halda məlumatlarınızı açıqlaya bilərik.

4 Huawei şəxsi məlumatlarınızı necə qoruyur

Şəxsi məlumatlarınızın təhlükəsizliyi bizim üçün vacibdir. Biz şəxsi məlumatlarınızı icazəsiz girişdən/açıqlamadan/istifadədən/dəyişiklikdən, zədələnmədən və ya itkidən qorumaq üçün standart sənaye təcrübələri qəbul etmişik. Bu məqsədlə aşağıdakı tədbirləri görürük:

1. Biz toplanan şəxsi məlumatların minimal səviyyədə və onların emal olunması məqsədləri ilə əlaqədar zəruri olanlara uyğun olmasını təmin etmək üçün bütün müvafiq və mümkün tədbirləri görürük. Saxlama müddətinin uzadılması tələb edilmədikdə və ya qanunla icazə verilmədikdə şəxsi məlumatlarınızı bu Bildirişdə göstərilən məqsədlər üçün zəruri olduğundan artıq müddətə olmamaq şərtilə saxlayacağıq.

2. Verilənlərin ötürülməsinin və saxlanılmasının məxfiliyini təmin etmək üçün kriptoqrafik texnologiyalardan istifadə edirik, habelə verilənləri və verilənlərin saxlandığı serverləri hücumlardan qorumaq üçün etibarlı qoruma mexanizmləri tətbiq edirik.

3. Şəxsi məlumatlarınız üzrə yalnız icazəli girişə imkan vermək üçün girişə nəzarət mexanizmləri yerləşdiririk. Bundan əlavə, icazəli işçi heyətinin sayını məhdudlaşdırırıq və xidmət tələbləri və işçi heyəti səviyyəsinə əsasən onlarla bağlı iyerarxik icazə idarəetməsi tətbiq edirik. Şəxsi məlumatlara giriş icazəli işçi heyəti tərəfindən müntəzəm olaraq qeydə alınacaq və nəzərdən keçiriləcək.

4. Biz biznes partnyorlarını və xidmət provayderlərini diqqətlə seçirik və şəxsi məlumatların qorunması üzrə tələbləri ticarət müqavilələri, auditlər və qiymətləndirmə fəaliyyətlərinə daxil edirik.

5. İşçilərin şəxsi məlumatların qorunması üzrə məlumatlılığını artırmaq üçün təhlükəsizlik və məxfiliyin qorunması üzrə təlim kursları, sınaqlar və təbliğat tədbirləri təşkil edirik.

Biz şəxsi məlumatlarınızı qorumaq üzrə tam öhdəlik daşıyırıq. Buna baxmayaraq, heç bir təhlükəsizlik tədbiri mükəmməl deyil və heç bir məhsul, xidmət, veb-sayt, verilənlərin ötürülməsi, kompüter sistemi və ya şəbəkə bağlantısı tamamilə təhlükəsiz deyil.

Şəxsi məlumatların sızması, zədələnməsi və itməsi kimi mümkün risklərə cavab olaraq biz bir neçə mexanizm və nəzarət tədbirləri hazırlamış, təhlükəsizliklə bağlı insidentlərin və müdafiəsizliyin qiymətləndirilməsi standartlarını və müvafiq istismar prosedurlarını aydın şəkildə müəyyənləşdirmiş, habelə xüsusi Təhlükəsizliklə bağlı Məşvərət və Təhlükəsizlik Bildirişi səhifəsi yaratmışıq. Həmçinin biz təhlükəsizliklə bağlı fövqəladə hal planlarını, itkinin azaldılması, təhlil, yerləşdirmə və bərpa işini həyata keçirmək məqsədilə və təhlükəsizliklə bağlı insidentlərin aradan qaldırılması üzrə normativlər və tənzimləmələrə əsaslanaraq əlaqədar şöbələrlə geri izləmə/qarşılıqlı əməliyyatların aparılması üçün xüsusi təcili cavab komandası təyin etmişik.

Şəxsi məlumatlarla bağlı hər hansı bir təhlükəsizlik insidenti baş verərsə, biz yerli hüquqi və tənzimləyici tələblərə uyğun olaraq təhlükəsizliklə bağlı insident və onun mümkün təsiri, bizim gördüyümüz və ya görəcəyimiz tədbirlər, aktiv müdafiə və riskin azaldılması ilə əlaqədar təkliflər və bərpa tədbirləri ilə bağlı sizə bildirəcəyik. Bildiriş e-poçt, mətn mesajı, məlumatlandırıcı bildiriş və digər formalarda qəbul edilə bilər. Məlumat subyektlərinə fərdi qaydada məlumat vermək çətin olsa, Təhlükəsizlik Bildirişi nəşr etmək üçün müvafiq və effektiv tədbirlər görəcəyik. Bundan əlavə, nəzarət orqanları tərəfindən tələb edilən qaydada şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı insidentlərin aradan qaldırılması statusu barədə də bildirəcəyik.

5 Şəxsi məlumatlarınızı necə idarə edə bilərsiniz

1. Şəxsi məlumat subyektlərinin giriş, düzəltmə və silmə kimi hüquqları

Məhsul və xidmətlər təqdim etdiyimiz bəzi ölkələrin və regionların qanunvericiliyi məlumat subyektlərinin şəxsi məlumatlara daxil olmaq, onları düzəltmək və silmək, habelə şəxsi məlumatların emalını məhdudlaşdırmaq hüquqlarına malik olmasını nəzərdə tutur. Yerli qanunlara əsasən, şəxsi məlumat subyektləri və ya onların nümayəndələri məlumat subyektlərinin hüquqlarını həyata keçirmək üçün bizə sorğular ("sorğular" adlandırılacaq) təqdim edə bilər.

(1) Sorğunun təqdim edilməsi metodları və kanalları

Məlumat subyektlərinin sorğuları yazılı şəkildə təqdim edilməlidir. Sorğu təqdim edən şəxs sorğuların əsaslandığı qanunları göstərməsə belə, sorğular bərabər səviyyədə keçərlidir. Ümumiyyətlə, yerli qanunlarda başqa hal nəzərdə tutulmayıbsa, şifahi sorğular keçərli deyil.

Data subyektlərinin sorğuları Huawei İstehlakçısı Biznes Qrupunun rəsmi veb-saytı, My HUAWEI proqramı və ya HUAWEI ID Məxfilik mərkəzi vasitəsilə həyata keçirilə bilər. Məlumat subyekti sorğunu qaynar xətt, e-poçt, onlayn müştəri xidməti, xidmət mərkəzi və ya digər kanallar vasitəsilə göndərərsə, biz gedişat barədə kommunikasiyanı və istifadəçi rəyini asanlaşdırmaq üçün sorğunu yuxarıda qeyd olunan kanallar vasitəsilə göndərmək barədə məlumat subyektini təlimatlandıracağıq. Biz onların qanuni maraqlarını qorumaq, biznes fəaliyyətimizi təmin etmək və hüquqlarının sui-istifadə və ya saxtakarlıqla istifadə edilməsinin qarşısını almaq üçün xüsusi kanallar yaratmışıq.

(2) Sorğuların etibarlılğı

Əksər qanunlara əsasən, məlumat subyektlərindən sorğu göndərdikləri zaman spesifik tələblərə cavab vermələri tələb edilir. Bu Bildirişdə məlumat subyektlərindən aşağıdakılar tələb edilir:

a. Sorğuları xüsusi sorğu kanalları vasitəsilə təqdim etmək (yəni Huawei İstehlakçısı Biznes Qrupunun rəsmi veb-saytı, My HUAWEI proqramı və ya HUAWEI ID Məxfilik mərkəzi).

b. Huawei üçün kimliklərini müəyyən etmək məqsədilə yetərli məlumat təmin etmək (sorğuları göndərən şəxslərin məlumat subyektlərinin özləri və ya onlar tərəfindən səlahiyyət verilən şəxslər olduğunu təmin emək).

c. Sorğularının spesifik və müvafiq olduğunu təmin etmək.

(3) Sorğunun emal müddəti

Şəxsi məlumatlara daxil olmaq üçün sorğu qəbul etdikdən sonra bir ay ərzində cavab verməyə çalışacağıq. Lazım olarsa, sorğuların sayından və mürəkkəbliyindən asılı olaraq bu müddət uzadıla bilər. Sorğu müddəti uzadılarsa, məlumat subyektinə vəziyyət və gecikmənin səbəbi haqqında məlumat verəcəyik. Nə vaxtsa bu bölmə ilə yerli qanunlar/qaydalar arasında ziddiyyət yaranarsa, sonuncu üstünlük təşkil edəcək.

(4) Sorğu nəticələri

Sorğu təqdim edildikdən sonra aşağıdakı hallar baş verə bilər:

a. Sorğudan imtina edilir.

Məlumat subyektlərinin sorğularından aşağıdakı hallarda (lakin bunlarla məhdudlaşmır) imtina edilə bilər:

(a) Yerli qanunlar şəxsi məlumat subyektlərinə müvafiq hüquqlar vermədikdə;

(b) Sorğunu göndərən şəxsin kimliyini yoxlamaq mümkün olmadıqda;

(c) Sorğunu yoxlamaq mümkün olmadıqda, yaxud əhatə dairəsini keçdikdə (xüsusilə də sorğular təkrarən göndərilərsə);

(d) Haqqında sorğu göndərilən məlumatlar davam edən mübahisəli münaqişənin nəticəsində verəcəyimiz və ya qəbul edəcəyimiz təzminatla əlaqədar olduqda və bu məlumatların açıqlanması maraqlarımıza zərər verə bildikdə;

(e) Əldə edilən məlumatlar yalnız statistik və tədqiqat məqsədləri ilə istifadə edildikdə, habelə statistika və tədqiqat nəticələrinin dərc edilməsi şəxsi kimliyi üzə çıxarmadıqda;

(f) Qanunlar tərəfindən müəyyən edilən digər hallar.

Məlumat subyektinin göndərdiyi sorğudan imtina etdikdə sorğu göndərən şəxsə rəsmi izahat təqdim edəcəyik.

b. Sorğu qəbul edilir.

Əgər (1) saylı bölmədə təsvir edilən halların heç biri baş verməsə, biz məlumat subyektinin sorğusunu yerinə yetirəcəyik. Sorğunun qəbul edilmə ehtimalını artırmaq üçün sorğunuzu təqdim edərkən sorğunun növü, xüsusi məzmun, məlumat sahibi haqqında məlumatlar (məhsul və xidmətlərimiz üçün istifadə etdiyiniz hesab adı kimi) və məlumatın yaradıldığı və ya emal edildiyi vaxt çərçivəsi (daha qısa müddət ərzində göndərilən sorğuların qəbul edilmə ehtimalı daha yüksəkdir) üzrə mümkün qədər təfərrüatlı məlumat verin.

(5) Xüsusi qeydlər

a. Yalnız qanuni qəyyumların, yaxud qanunla icazə verilən şəxslərin digərlərinin şəxsi məlumatlarına daxil olmaq hüququ var.

b. Əksər qanunlar/qaydalar təşkilatın məlumat subyektlərinə verilənlər təqdim edə bilməyəcəyi şərtləri müəyyən edir. Bura verilənlərin təmin edilməsinin terrorizmə qarşı davamlı səyləri poza biləcəyi, məlumat subyekti tərəfindən təkrarlanan sorğuların təqdim edildiyi və ya bu cür məlumatların əldə edilməsinin və təmin edilməsinin qeyri-mütənasib resurslar istehlak edəcəyi hallar daxildir.

c. Aşağıdakı məlumatları, adətən, təqdim etməyəcəyik:

(a) Digərləri haqqında məlumatlar: Məlumat subyektlərinin sorğuları məlumat subyektindən əlavə digər şəxsləri də cəlb edə bildikdə. Müvafiq şəxslər tərəfindən icazə verilmədikcə, bu cür məlumatları təqdim etməyəcəyik.

(b) Təkrarlanan sorğular: Məlumat subyekti bir məlumat subyekti ilə bağlı eyni və ya bənzər sorğuları bir neçə dəfə başladarsa və verilənləri sonuncu dəfə təqdim etdiyimizdən bəri verilənlər dəyişməyibsə, biz əksər hallarda verilənlərin nüsxəsini təqdim etməyəcəyik. Bundan əlavə, ictimaiyyətə açıq olan məlumatları təqdim etmək öhdəliyimiz yoxdur.

(c) Məxfi fikirlər: Əgər bu cür məlumat məxfi fikirdirsə, biz haqqında sorğu göndərilən məlumatı təqdim etməyə borclu deyilik.

(d) Xüsusi sənədlər: Şəxsi məlumatlara daxil olmaq üçün göndərilən sorğulara cavab olaraq heç bir xüsusi məlumatı açıqlamayacağıq. Tipik olaraq, xüsusi məlumatlara hər hansı məxfi sənəd (məsələn, vəkil/müştəri kommunikasiyası) və müvafiq hüquqi rəyi əldə edən, yaxud ifadə edən məlumat (məhkəmə işinin özü ilə və ya məhkəmə protokollarından əldə edilən məlumatlarla əlaqədar olmasından asılı olmayaraq) daxildir.

2. Razılığı geri çəkmək

Müvafiq qanunlar icazə verirsə, razılığınız əsasında şəxsi məlumatlarınızı emal etdiyimiz zaman razılığınızı geri çəkmək hüququnuz var. Bununla belə, razılığı geri çəkmək sizin razılığınız əsasında şəxsi məlumatların emalının qanuniliyinə və effektivliyinə və ya razılığınızdan başqa bəraət əsasında hər hansı məlumatın emalına təsir göstərməyəcək.

Müəyyən məhsul və ya xidmət üzrə razılığınızı geri çəkməyin qaydası haqqında təfərrüatlar üçün Məhsulun Məxfilik Bildirişinə baxın.

6 Huawei azyaşlıların şəxsi məlumatlarını necə emal edir

Azyaşlıların şəxsi məlumatlarının qorunmasına böyük əhəmiyyət veririk. Biz milli qanunlara/qaydalara ciddi şəkildə əməl etməklə azyaşlılar üçün xidmətlər və qoruma təmin edəcəyik. Valideynlər və ya digər qəyyumlar azyaşlıları mühafizə etmək üçün onların məhsul və ya xidmətlərdən istifadəsinə nəzarət etmək də daxil olmaqla müvafiq ehtiyat tədbirləri görməlidirlər.

Biz 14 yaşından (və ya yerli qanunlarla nəzərdə tutulan yaşdan) aşağı olan hər kəsə uşaq kimi yanaşırıq. Uşaqlara valideynlərinin və ya digər qəyyumlarının icazəsi olmadan öz HUAWEI ID-ni yaratmağa icazə verilmir. Biz qanunlara/qaydalara uyğun olaraq uşaqların şəxsi məlumatlarının etibar edilən emalını, paylaşılmasını, ötürülməsini və ictimaiyyətə açıqlanmasını ciddi şəkildə məhdudlaşdıracağıq. Qəyyuma qəyyumluqda olan şəxsin şəxsi məlumatlarına daxil olmaq, onları düzəltmək və ya silmək lazımdırsa, istənilən vaxt "Bizimlə necə əlaqə saxlamalı" adlı 10-cu fəslə uyğun olaraq bizimlə əlaqə saxlayın. Əsilliyi yoxlanmış valideynlərdən və ya digər qəyyumlardan əvvəlcədən razılıq əldə etmədən uşaqların şəxsi məlumatlarını topladığımızı aşkar etsək, məlumatları mümkün qədər tez siləcəyik.

7 Üçüncü tərəf veb-saytlarına, məhsullarına və xidmətlərinə keçidlər

Rəvan istifadəçi təcrübəsi təmin etmək üçün Huawei veb-saytları, proqramları, məhsulları və xidmətləri üçüncü tərəf veb-saytlarına, məhsullarına və xidmətlərinə keçidlər ehtiva edə bilər. Həmçinin Huawei-in məhsul və xidmətləri HUAWEI AppGallery-də əlçatan olan üçüncü tərəf proqramları kimi məhsul və ya xidmətlərdən də istifadə edə, yaxud onları təmin edə bilər. Huawei üçüncü tərəfin veb-saytları, məhsulları və xidmətləri üzərində nəzarətə malik deyil, lakin siz bu keçidlərə daxil olub-olmamağı seçə bilərsiniz.

Bu cür üçüncü tərəflər bu Bildirişə tabe tutulmadıqları üçün Huawei üçüncü tərəflərin məxfilik və ya verilənlərin mühafizəsi siyasətləri üzərində də nəzarətə sahib deyil. Şəxsi məlumatlarınızı üçüncü tərəflərə təqdim etməmişdən əvvəl onların məxfilik və ya verilənlərin mühafizəsi siyasətlərini oxuyun və onlara istinad edin.

8 Şəxsi məlumatlarınız qlobal şəkildə necə ötürülür

Huawei çoxmillətli şirkətdir. Buna görə də topladığımız şəxsi məlumatlar məhsul və ya xidmətlərimizdən istifadə etdiyiniz ölkələrdə və ya regionlarda, yaxud bizim və ya filiallarımızın, törəmə şirkətlərimizin, xidmət provayderlərimizin, ya da biznes partnyorlarımızın yerləşdiyi digər ölkələrdə və ya regionlarda emal oluna, yaxud əldə edilə bilər. Bu ölkələrin/regionların verilənlərin mühafizəsi haqqında müxtəlif qanunları ola bilər. Bu cür hallarda Huawei verilənlərin bu Bildirişdə və müvafiq qanunlarda tələb olunduğu kimi emalını təmin etmək üçün tədbirlər görür.

Çin Xalq Respublikasındakı əməliyyatlarımız zamanı toplanan və yaradılan şəxsi məlumatlar Çində saxlanılacaq. Xüsusi məhsullar/xidmətlər şəxsi məlumatların transsərhəd ötürülməsini nəzərdə tutursa, biz şəxsi məlumatlarınızı hüquqi öhdəlikləri yerinə yetirdikdən sonra (məsələn, tənzimləyici təhlükəsizlik qiymətləndirməsindən keçdikdən sonra) Çindən kənardakı qəbuledici tərəfə təqdim edəcəyik.

9 Bu Bildirişə edilən yeniləmələr

Huawei bu Bildirişi istənilən vaxt yeniləmək hüququnu qoruyub saxlayır. Bu Bildiriş vaxtaşırı olaraq yenilənə bilər. Ən son versiya üçün rəsmi veb-saytımıza (http://consumer.huawei.com) daxil olun. Bu Bildirişə əsaslı dəyişikliklər edilərsə, veb-saytımızda bildiriş dərc etmək və ya sizə birbaşa bildiriş göndərmək kimi müxtəlif kanallar vasitəsilə sizi xəbərdar edə bilərik.

10 Bizimlə necə əlaqə saxlamalı

Şəxsi məlumatların qorunması üzrə xüsusi şöbəmiz (və ya mütəxəssislərimiz) mövcuddur. Hər hansı sual, şərh və ya təklifiniz olarsa onlayn müştəri xidməti, Məxfilik Sualları səhifəsi vasitəsilə, yaxud qlobal ofislərimizdə bizimlə əlaqə saxlayın. Ofislərimizin tam siyahısı üçün Huawei ilə əlaqə səhifəsinə daxil olun.

Biz, adətən, üç iş günü ərzində ilkin cavab təmin edəcək və suallarınıza qanunlar/qaydalar ilə müəyyən edilmiş vaxt çərçivəsində cavab verəcəyik. Cavabımız sizi qane etməsə, xüsusən də şəxsi məlumatların emalının qanuni hüquq və maraqlarınızı pozduğunu düşünsəniz, məxfiliyin qorunması üzrə yerli tənzimləyicilərə şikayətlər göndərə və ya hesabat təqdim edə bilərsiniz.

Qeyd: Yerli qanun və dillərdə olan fərqliliklərlə əlaqədar Huawei Consumer Business Məxfilik Bildirişindəki yerli versiyalar bu versiyadan fərqli ola bilər. Hər hansı ziddiyyət halında yerli versiyalar üstün hesab ediləcək.

Müəllif hüququ © Huawei Device Co., Ltd. 2023 Bütün hüquqlar qorunur.

Sonuncu dəfə yenilənib: Dekabr 2023.

consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et