
HUAWEI Health
Tətbiqi Android cihazına yükləmək üçün aşağıdakı QR-kodu skan edin.


HUAWEI Health sizə formada qalmağa və əhvalınıza nəzarət etməyə kömək edəcək. HUAWEI Health vasitəsilə idmanla məşğul olmağa başlayın, sağlamlığınızın qeydinə qalın və taxılan cihazları asanlıqla idarə edin. İstədiyiniz halda məlumatlarınızı digər istifadəçilərlə paylaşa bilərsiniz. Ən yeni texnologiyalar sayəsində cihaz təhlükəsizliyi və istifadə rahatlığını təmin edir.
İdmanla sağlam həyat tərzi
Məşq zamanı məlumatların təhlili


Sağlamlığınızı möhkəmləndirin. Tətbiq fiziki fəallığınızı qeydə alır (başlanğıc səviyyəsindən qabaqcıl səviyyəyədək 100-dən artıq idman növü). Məqsədinizə nail olmaqda düzgün yolda olduğunuzdan əmin olmaq üçün məşq göstəricilərinizi qeydə alın. İdman dünyasını kəşf edin.
İstənilən zövqdə qaçış proqramları


Qaçış məşqlərinizə rəng qatın. Qaçış marşrutu ilə xəritədə bütün lazımi məlumatlar əks olunur. Məşq proqramı sizə 5 kilometrdən başlamağa və tədricən marafonu tamamlamağa kömək edəcək. İndi qaçışdan zövq almaq daha asandır.
Məlumatların dinamik şəkildə izlənilməsi

Qoy idman ailəniz və sizin üçün əyləncəyə çevrilsin. Nailiyyətlərinizi izləmək üçün təmiz havada musiqi sədaları altında məşqlərinizin avtomatik yazılması funksiyasını aktiv edin. Məlumatların dinamik şəkildə izlənilməsi funksiyasından istifadə edin və dostlarınızı həvəsləndirmək üçün məlumatları sosial şəbəkələrdə paylaşın.
Sağlamlığa yeni baxış

Nəbzə fasiləsiz nəzarət

Qanda oksigen səviyyəsinin monitorinqi

Yuxu monitorinqi

Stress səviyyəsinin izlənilməsi
Sağlamlıq vəziyyəti haqqında məlumatlar
HUAWEI Health ilə heç bir vacib məqamı qaçırmayın. Nəbzinizi, qanın oksigen səviyyəsini, təzyiqi, yuxu keyfiyyətini, addımların sayını və daha bir çox göstəricini izləyin və qeydə alın. Bütün məlumatlar sadə qrafiklər şəklində əks olunur.
İntellektual texnologiyalar gündəlik həyatda
Cihazın idarə olunması
HUAWEI Health ilə siz musiqilərinizi idarə edə, həmçinin tətbiqləri yükləyə və onları taxılan cihazlarda idarə edə biləcəksiniz. Bundan əlavə, digər cihazlarla (məsələn, nəbz ölçən və tərəzi ilə) cütləşdirmək mümkündür.

Əhvalınıza uyğun üslub

Siferblatlar
HUAWEI tətbiqində olan HUAWEI siferblatları ilə dünyaya baxışınızı ifadə edin. Tətbiqdə kateqoriyalara bölünən (dinamik idman üslubundan multiplikasiya üslubunadək) yüzlərlə siferblat var. Siferblatların dizaynı daima yenilənir, buna görə də hər zaman dəbdə olacaqsınız.
İlhamınızı paylaşın

Aksiyalarda iştirak edin
Cəmiyyətin dəstəyini hiss edin. Həvəsləndirmə aksiyalarında iştirak edin və bütün dünyadan həmfikirlərlə ünsiyyət qurun. Motivasiyanı hiss edin və potensialınızı dərk edin. Məqsədlərə nail olmağa görə medal qazanın.
Yeni səhifə açın

Yüklə
Elə indi AppGallery-dən HUAWEI Health ni yükləyin və həyatınızda yeni səhifə açın.
QuraşdırTətbiqi Android cihazına yükləmək üçün aşağıdakı QR-kodu skan edin.



