HUAWEI Band 6

Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI Fara
Bütün gün SpO2 monitorinqi1
| Tam görüntülü ekran
| 2 həftəlik batareya ömrü2
HUAWEI Band 6
Daha keyfiyyətli, daha funksional
Yeni saat, yeni xüsusiyyətlər
HUAWEI Band 6 görünən sahəsi 148% daha böyük3 və incə çərçivəli 64% ekran-korpus nisbəti olan 1.47 düymlük AMOLED tam görüntülü ekrana malikdir. Bu xüsusiyyətlər 282 PPI ilə yüksək əksetmə qabiliyyətli 194 x 368 ekranla birləşdirilmiş və inanılmaz bir cihaz əldə edilmişdir.
HUAWEI Band 6 FullView Display
Displey sahəsinin ölçüsü artırılmışdır
0 1
0 1 2 3 4
0 1 2 3 4 5 6 7 8
%
Ekran-korpus nisbəti artırılmışdır
0 1 2 3 4
0 1 2
%
HUAWEI Band 6 FullView Display
HUAWEI Band 6 FullView Display
Daha çox məlumat
Geniş, yüksək ekran-korpus nisbətinə malik displey gözəl görünməklə yanaşı, sizə daha çox məlumat təqdim edir. Daha böyük şəkillər, daha çox məşq statistikası və daimi ürək ritmi monitorinqi inanılmaz dərəcədə təfərrüatlı şəkildə göstərilə bilər. İntuitiv 4 tərəfli sensor ekran idarəetməsi sayəsində onların hamısını görmək imkanı əldə edirsiniz.
HUAWEI Band 6 watch face
HUAWEI Band 6 watch face
Əhvalınıza uyğun siferblat
Siferblatı dəyişdirərək əhvalınıza uyğun bir görüntü ilə əvəz edin. HUAWEI Watch Face Store4-un geniş çeşidli məhsulları arasından hər zaman diqqətinizi çəkəcək bir siferblat əldə edə bilərsiniz. Sadəcə ekranı sürüşdürməklə onları dəyişdirin və hətta öz şəkillərinizdən istifadə edin. Hər zaman ekrana ən sevdiyiniz siferblatı qoyun.
Rəng seçimi
və rahatlıq
Özünüzə uyğun olanı taxın. Hər biri özünəməxsus estetikası ilə fərqlənən 4 müxtəlif HUAWEI Band 6 qayış rəngindən birini seçin. Dəri dostu, UB ilə işlənmiş silikondan hazırlanmışdır, çox yüngüldür və kir tutmur. Cəmi 18 qram ağırlığında olan bu cihazı rahatlıqla biləyinizə taxa bilərsiniz.
Qrafit qarası
Sakura çəhrayısı
HUAWEI Band 6 colour
2 həftəlik batareya ömrü
Taxıla bilən cihazlar arasında yüksək davamlılığı ilə seçilən HUAWEI Band 6 tipik istifadə üçün inanılmaz 14 günlük2, intensiv istifadə üçün isə 10 günlük batareya ömrü5 təklif edir. Batareyanın bitməsi problem deyil - maqnit adapter ilə cəmi 5 dəqiqə batareya doldurmaqla cihazdan 2 gün istifadə edə bilərsiniz. Həyat çox qısadır, hər anı dəyərləndirmək lazımdır.
HUAWEI Band 6 heart health
HUAWEI Band 6 heart health
HUAWEI Band 6 truseen 4.0
HUAWEI Band 6 trurelax
HUAWEI Band 6 trusleep 2.0
HUAWEI Band 6 menstrual cycle
HUAWEI Band 6 trusleep 2.0
HUAWEI Band 6 trusleep 2.0
HUAWEI Band 6 menstrual cycle
HUAWEI Band 6 heart health
24/7 ürək ritmi monitorinqi

Ürək ritminizi izləmək fitness və sağlamlığınız üçün olduqca vacib əhəmiyyət kəsb edir. TruSeenTM 4.0 ürək ritmi monitorinqi texnologiyası ürək ritminizi 24 saat dəqiq şəkildə izləmək üçün optik linza və Sİ əsaslı məlumat emalından istifadə edir. Ürək ritminizin təhlükəsiz səviyyədən aşağı düşməsi və ya yuxarı qalxmasından dərhal xəbərdar olun. Ürək sağlamlığınıza yüksək önəm verin.

HUAWEI Band 6 truseen 4.0
Bütün gün SpO2 monitorinqi

Qanda oksigen saturasiyasının (SpO2) xroniki aşağı olması yorğunluğa, yaddaş itkisinə və hətta beyin və ürək travmasına səbəb ola bilər. Buna görə də hər zaman saturasiyanın sağlamlığınız üçün risk təşkil etməyən səviyyədə olduğundan əmin olmaq istəyirsiniz. HUAWEI Band 6 qanda oksigen saturasiyasına 24/7 nəzarət edən daxili SpO2 aşkarlama sisteminə1malikdir. Saturasiyanın səviyyəsi çox aşağı düşdükdə saatın vibrasiyası aktivləşir, bu zaman siz nəfəs alaraq özünüzü toplaya və tarazlığınızı bərpa edə bilərsiniz.

HUAWEI Band 6 trurelax
TruRelaxTM stres monitorinqi

Sakitləşin, yenidən yaşamayın. TruRelaxTM stres monitorinqi ilə gün ərzində stres səviyyənizi izləyin və çox yüksək olduqda cihaza quraşdırılmış nəfəs təlimindən istifadə edərək özünüzü rahatlaşdırmağa çalışın. Daha az stresli bir həyat sürməyə başlayın.

HUAWEI Band 6 trusleep 2.0
TruSleepTM 2.0 yuxu izləmə

Daha keyfiyyətli yuxu üçün oyanın. TruSleepTM 2.0 ayıq olduğunuzu və 4 fərqli yuxu mərhələsindən - dərin yuxu, yüngül yuxu, REM və mürgü - birində olduğunuzu aşkar edir. 96.3% təkmilləşdirilmiş dəqiqliklə yalnız nə qədər yatdığınızı deyil, həm də yuxu keyfiyyətinizi qeydə alır. 6 əsas yuxu problemi müəyyən edilə bilər və yuxu keyfiyyətinin artırılması ilə bağlı 200-dən çox təklifi ala bilərsiniz. Daha yaxşı günlər daha keyfiyyətli yuxu ilə başlayır.

HUAWEI Band 6 menstrual cycle
Xüsusi qadın günlərinizin izlənilməsi6

HUAWEI Band 6 ilə xüsusi qadın günlərinizi asanlıqla izləyə biləcəyiniz təqvimini tutun. Xüsusi qadın günlərinizin başlanması ilə bağlı vaxtında və nəzərə çarpmayan xatırlatmalar alın. Biləyinizdə qayğıkeş, yardımsevər bir dost.

HUAWEI Band 6 daily activity goals
9/12
16/30
7645
İzləmə halqaları

3 gündəlik fəaliyyət hədəfi qoyaraq gününüzə start verin - addımlar, aktiv saatlar və orta-yüksək intensiv fəaliyyət. HUAWEI Band 6 rəngarəng, göz oxşayan halqalar vasitəsilə avtomatik olaraq irəliləyişinizi izləyəcək. Hədəfinizə çatdıqda motivasiyaedici xatırlatmalar və bildirişlər alacaqsınız. Qazanmaq hər zaman daha yaxşı hiss etdirir.

HUAWEI Health Download

Yükləyin

Health tətbiqini HUAWEI AppGallery-dən dərhal yükləyin və həyatınızdakı növbəti bölməyə necə başlayacağınızı görün.

İndi quraşdırın
HUAWEI Band 6 96 workout modes
HUAWEI Band 6 96 workout modes
HUAWEI Band 6 96 workout modes
HUAWEI Band 6 96 workout modes
HUAWEI Band 6 96 workout modes
HUAWEI Band 6 96 workout modes
Məşq rejimləri
Məşq etmək üçün əlinizdən gələni edin, qalan işləri HUAWEI Band 6 sizin üçün həll edəcək. 96-ya qədər müxtəlif məşq rejimi arasından seçim edin və ürək ritmi, kalori və s.-i izləyin. Bütün məlumatlarınız asanlıqla oxuna bilən qrafiklərdə saxlanıla və təhlil edilə bilər, bu sayədə fitness irəliləyişlərinizi müəyyən edə və özünüzə motivasiyaedici hədəflər qoya bilərsiniz.
HUAWEI Band 6 personal assistant
HUAWEI Band 6 personal assistant
HUAWEI Band 6 personal assistant
HUAWEI Band 6 personal assistant
HUAWEI Band 6 personal assistant
Şəxsi köməkçi
HUAWEI Band 6 yalnız sağlamlıq və fitness izləyicisi deyil, eyni zamanda telefonunuzla əlaqə yaratmağın daha əlverişli bir yoludur. Gələn zənglərə və mesajlara baxın, hava proqnozlarını izləyin, musiqini tənzimləyin7, bundan əlavə telefonunuzun kamerası vasitəsilə fotoşəkillər çəkin8, bütün bunları biləyinizdən rahatlıqla edin.
  1. Qanda oksigen saturasiyası dedikdə oksigen ilə doymuş hemoqlobinin qandakı ümumi hemoqlobinə nisbətdə olan hissəsi nəzərdə tutulur. Bu məhsul tibbi cihaz deyil və hər hansı xəstəliyə diaqnoz qoymaq, müalicə etmək, sağaltmaq və ya qarşısını almaq üçün nəzərdə tutulmamışdır. Mövcudluğu bölgədən asılı olaraq dəyişə bilər.
  2. Tipik istifadə aşağıdakı şərtlər daxilində 14 gündür: ürək ritmi monitorinqi və yuxu izləmə xüsusiyyəti aktivləşdirilmiş; 24 saat ərzində ekran 200 dəfə qısamüddətli yoxlanılmış, 50 mesaj, 6 zəng və 3 zəngli saat; həftədə 30 dəqiqə məşq. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Faktiki istifadə müddəti istifadə vərdişlərinizdən asılı olaraq dəyişə bilər.
  3. HUAWEI Band 4 Pro ilə müqayisə edilmişdir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir.
  4. Mövcudluq ölkədən və ya bölgədən asılı olaraq dəyişə bilər. Yalnız Android 6.0 və ya daha yeni versiyada və iOS 12.0 və ya daha yeni versiyada mövcuddur.
  5. İntensiv istifadə aşağıdakı şərtlər daxilində 10 gündür: ürək ritmi monitorinqi və HUAWEI TruSleep™ aktivləşdirilmiş; 24 saat ərzində ekran 500 dəfə qısamüddətli yoxlanılmış, 50 mesaj, 6 zəng və 3 zəngli saat; həftədə 60 dəqiqə məşq. Məlumatlar Huawei laboratoriyalarından əldə edilmişdir. Faktiki istifadə müddəti istifadə vərdişlərinizdən asılı olaraq dəyişə bilər.
  6. Bu xüsusiyyət iOS telefonuna qoşulduqda dəstəklənmir. Mövcudluq ölkədən və ya bölgədən asılı olaraq dəyişə bilər.
  7. Bu xüsusiyyət iOS telefonuna qoşulduqda dəstəklənmir.
  8. Bu xüsusiyyət yalnız EMUI 8.1 və ya daha yeni versiya ilə işləyən telefonlarda dəstəklənir və iOS telefonuna qoşulduqda dəstəklənmir.
  9. Bu məhsul tibbi cihaz deyil və hər hansı xəstəliyə diaqnoz qoymaq, müalicə etmək, sağaltmaq və ya qarşısını almaq üçün nəzərdə tutulmamışdır.