HUAWEI MatePad 11.5 2025

HUAWEI MatePad 11.5
HUAWEI MatePad 11.5

Sənin universal köməkçin

PaperMatte displeyi1 |
Yenilənmiş HUAWEI Bloknot | 10100 mAh batareya və 40 Vt SuperCharge2

Videoçarxı izləyin

Gözü sakitləşdirən görüntü təcrübəsi

2.5K3 PaperMatte displeyi.1
Göz yormayan təbii işıq.

PaperMatte versiyası

Standart buraxılış

Fərdiləşdirilmiş
qeydgötürmə

HUAWEI Bloknot. Maqnitli stilus.

14 saatlıq video oxutma4

10100 mAh batareya.2
40 Vt HUAWEI SuperCharge.5

Portativ işləmə təcrübəsi

Çıxarıla bilən klaviatura.
PC səviyyəsində WPS Office.

Güclü performans

Ultraeffektiv soyutma sistemi.
Dörd səsgücləndirici

Çərçivəsiz tam metal konstruksiya

Əldə mükəmməl hiss
üçün incə quruluş.

Bənövşəyi

Kosmik boz

Gözləriniz bunu sevəcək

Hamar vizual görüntülərin cəlbedici detallarda canlılıq qazandığı 2,5K3 120 Hs 11,5 düym-lük HUAWEI FullView displeydən6 zövq alın. 3:2 aspekt nisbətində nazik çərçivəli ekran, izləmə və öyrənmədən oyun oynamağa qədər müxtəlif fəaliyyətlər üçün yer açır. Böyük əyləncə üçün müstəsna görüntü təcrübəsinə qərq olun.

HUAWEI MatePad 11.5 FullView Display

2456 × 1600

görüntü imkanı

600 nits

pik parlaqlıq7

256

ppi

60/90/120 Hs

adaptiv yenilənmə tezliyi

Gözünüzün rahatlığı üçün Yeni işıq yayır

Parlaqlıq və əksetmənin qarşısını alır

Göz yormayan təbii işıq

Parlaq işıqlar altında yüksək görüntü imkanı. Parlaqlığın qarşısını alan nanosəviyyəli aşındırma texnologiyası və əksetmənin qarşısını alan örtüklərin güclü inteqrasiyası 99%8 işıq müdaxiləsini və 60%9 ekran əksetməsini aradan qaldırır.

Tamamilə yeni işıqda hər detalı aydın görün. Aşağısəviyyəli mavi işıq displeyi SC tündləşdirmə və avtomatik parlaqlıq tənzimləməsini dəstəkləyir, eləcə də tam yeni Dairəvi Polarizasiya texnologiyasını gücləndirir. Aparat təminatı səviyyəsində həll ekran işığını yumşaq, təbii işıq parlağlığına çevirərək günəş eynəyi ilə belə, yüksək görüntü keyfiyyətini qoruyur və vizual rahatlığı artırır.10

HUAWEI MatePad 11.5 Eye Comfort Display
HUAWEI MatePad 11.5 Eye Comfort Display
HUAWEI MatePad 11.5 Eye Comfort Display

polorizer

Standart buraxılış

PaperMatte versiyası

"SGS Low Visual Fatigue 2.0 Premium Performance" (SGS Aşağısəviyyəli vizual yorğunluq üzrə premium performans 2.0) sertifikatı

"TÜV Rheinland Low Blue Light and Flicker-Free" (Aşağısəviyyəli mavi işıq və titrəyişsiz) (Avadanlıq həlləri) sertifikatı

"TÜV Rheinland Circular Polarization" sertifikatı (Dairəvi Polarizasiya sertifikatı)

*Dairəvi Polarizasiya texnologiyası xətti qütbləşmiş dalğaları dairəvi qütbləşmiş işığa çevirir. Gözlərə incə davranan təbii işığı təqlid edir. Yuxarıda fırlanan polarizator üzrə standart buraxılış və PaperMatte versiyası arasındakı müqayisə əks olunmuşdur. Faktiki təcrübəyə üstünlük verilməlidir.
**SGS serifikatı və "TÜV Rheinland Circular Polarization" (Dairəvi Polarizasiya) sertifikatı PaperMatte versiyası üçün müstəsnadır.

Heyrətamiz incəlik
İstənilən yerə özünüzlə aparın

İçindəkilərə əsasən, inanılmaz dərəcədə nazikdir.11 HUAWEI MatePad yüksəkkeyfiyyətli, çərçivəsiz tam metal konstruksiya təqdim edir. Presləmə prosesləri ilə formalaşdırılmış planşet 10% daha incə, lakin 30% daha davamlıdır.12 Yanınızda daşımaqla ondan həzz alın.

515q
6.1mm
HUAWEI MatePad 11.5 Thin Design
HUAWEI MatePad 11.5 Thin Design

Bənövşəyi

Kosmik boz

Böyük batareya
Sizi heç vaxt çətin vəziyyətə salmır

İncə quruluşuna uyğun ən yüksək batareya gücü. Birdəfəyə 14 saatdan çox izləmə imkanı. 30 dəqiqəlik sürətli enerjiyığma ilə səhər boyunca kəsintisiz izləmə imkanından zövq alın.13

HUAWEI MatePad 11.5 Large Battery

14 saat

maks. video oxutma4

40 Vt

HUAWEI SuperCharge5

Effektiv planşet
Növbəti böyük ideyanız üçün

HUAWEI MatePad 11.5 PC Level Productivity

Hesablamalar aparın, tapşırıqları yerinə yetirin.

HUAWEI MatePad 11.5 Entertainment

Yayım, oxutma və oyun.

HUAWEI MatePad 11.5 Portability

Öz kiçik ofis masanız.

HUAWEI MatePad 11.5 Note Taking

Qeydlərinizlə kreativ olun.

İstifadəyə hazır
İlham gəldikdə

Stilusunuzu axtarmağa artıq ehtiyac yoxdur. HUAWEI M-Pencil (3-cü nəsil) adi bir toxunuşla cihaza maqnitlə oturacaq. Yazıdan tutmuş, rəsm çəkməyə qədər qüsursuz hərəkət və yüksək dəqiqlik realistik təcrübə yaradır. "GoPaint" tətbiqindən14 istifadə sayəsində ilhamınızın qarşısını almaq mümkün olmayacaq.

Qeydlərinizə üslub qazandırın
Düşüncələrinizi təşviq edin

Aydın və yaradıcı şəkildə yazın. Həmişə ilham almağınızı təmin edəcək qeyd dəftəri yaradın.

Resurs
mərkəzi

Sİ əl yazısının
təkmilləşdirilməsi

Sehrli
qeydlər

Bənzərsiz qeyd dəftərinizi yaratmaq üçün genişçeşidli örtük, stiker və kağızlardan istifadə edin.15

Şəxsi xüsusiyyətlərinizi qorumaqla oxuma bacaqrıqlarınızı artırın.15

Əsas məqamları vurğulamaq, yaxud ideyalarınızı nizama salmaq məqsədilə əlavə edin və ya ölçüsünü dəyişin.15

HUAWEI MatePad 11.5 Resource Center

Qeydlərin səsləndirilməsi

Bir toxunuşla bölunən ekran

Kəsintisiz paylaşım

Daha az səylə Daha çoxuna nail olun

Cihazı çıxarılabilən HUAWEI ağıllı klaviaturaya yerləşdirin və PC səviyyəli WPS Office-də asanlıqla işləyin. Asanlıqla daşınabilən klaviatura hərəkət halında ikən elektron cədvəl və ya təqdimatlarda asanlıqla redaktə aparmaq məqsədilə uyğun yazma təcrübəsi təklif edir.

HUAWEI MatePad 11.5 PC Level WPS

Hamısı birlikdə, Hamısı birində

HUAWEI MatePad 11.5 Floating Window
HUAWEI MatePad 11.5 Super Hub

Yerdəyişən pəncərə

SuperHub

Çoxsaylı tapşırıqlar ixtiyarınızdadır. Yerdəyişən Pəncərə rejimində eyni anda bir neçə pəncərədə işləyə bilərsiniz. Onların ölçüsünü dəyişdirin, yığın və ya başqa yerə sərbəst şəkildə daşıyın. Tapşırıqlar üzərində eyni anda işləmək üçün App Multiplier-i aktivləşdirin.16

Bir çox cihazdan kəsintisiz həyata keçirə biləcəyiniz ötürmə. Planşet, telefon və kompüteriniz arasında müxtəlif tətbiqlərdəki şəkil, videoçarx və ya audiofaylları bir kliklə paylaşın.17

Mükəmməl oyun yoldaşınız

HUAWEI MatePad 11.5 Cooling System

Sistemi soyudaraq
Sürətləndirin

67% daha böyük qrafit təbəqə sahəsi sayəsində12 ultrakeçirici soyutma sistemi istiliyin yüksək effektivliklə yayılmasına nail olur. Hesablama gücünü ortaya qoyaraq ümumi performansda 25%-lik artıma18, əsasən də daha rahat istifadəçi təcrübəsinə yol açır.

HUAWEI MatePad 11.5 Wi-Fi Antenna

Güclü siqnallar
Sürətli qoşulma

Wi-Fi ötürücülüyü üzrə 30% təsirli artım19. Yeni növ antena arxa kameraya düzgün şəkildə daxil edilmişdir və bütün tərəflərdən güclü siqnallar alınmasını təmin edir. Daha sürətli endirmələr və qüsursuz yayım üçün tam sürətlə davam edin.

HUAWEI MatePad 11.5 Four Speakers

Dörd səsgücləndirici
Tam zövq alma

Ultraincə, böyük amplitudalı, dörd səsgücləndirici sayəsində HUAWEI MatePad 11.5 hissləri oxşayan gücləndirilmiş səslər və dərin baslar təqdim edir. Ssenarilərə əsasən, HUAWEI Histen 9.0 optimal səs effektlərinə ağıllı şəkildə keçid edərək film və musiqilərə canlılıq qazandırmaqla onları növbəti səviyyəyə yüksəldir.

  1. PaperMatte displeyi yalnız HUAWEI MatePad 11.5 PaperMatte versiyasında dəstəklənir.
  2. Tipik dəyər. Planşet 40 Vt-a qədər naqilli enerjiyığma gücünü dəstəkləyir. Enerjiyığma adapteri standart konfiqurasiya deyil və bazara əsasən dəyişə bilər. Faktiki istifadəyə üstünlük verilməlidir.
  3. 2,5K görüntü imkanı 2456 × 1600-ə bərabərdir.
  4. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Parlaqlıq 200 nitə tənzimlənmişdir. Batareyanın enerjisi tam doldurulduqda 14 saat yerli 1080P videooxutma dəstəklənir. Faktiki performans fərdi cihaz, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
  5. HUAWEI MatePad 11.5 maksimum 40 Vt naqilli enerjiyığma gücünü dəstəkləyir. Bu enerjiyığma naqilinin standart "HUAWEI SuperCharge" enerjiyığma cihazına qoşulması tələb olunur. Xarici amillərdən asılı olaraq, faktiki enerjiyığma gücü bir qədər dəyişə bilər.
  6. 120 Hs maksimum ekran yenilənmə tezliyi dəstəklənir. Ekranın yenilənmə sürəti konkret tətbiq və ya oyundan asılı olaraq dəyişə bilər. FullView displeyi sənayedə geniş şəkildə istifadə olunan termindir və əsasən, dar çərçivələrə və yüksək ekran-korpus nisbətinə malik ekranlara şamil olunur.
  7. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ekran parlaqlığı mühit və displey məzmunlarından asılı olaraq dəyişir. Faktiki performansa üstünlük verilməlidir.
  8. Yalnız HUAWEI MatePad 11.5 PaperMatte versiyasının şüşəsi nanosəviyyəli aşındırma texnologiyasını qəbul edir. Məlumatlar Huawei-in simulyasiya edilmiş, müdaxiləsiz xarici mühitlərdə həyata keçirilmiş laboratoriya testlərindən əldə edilmişdir. Mühit işığı böyük ölçüdə fərqlilik göstərə bilər, bu səbəbdən də azaldılmış işıq müdaxiləsinin faktiki nisbəti ətraf mühitdən asılı olacaqdır.
  9. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir, 2% əksetdirmə qabiliyyətinə malik HUAWEI MatePad 11.5 PaperMatte versiyası və 4,8–5 % aralığında əksetdirmə qabiliyyətinə malik adi LCD planşetləri arasındakı müqayisəni əhatə edir.
  10. Bu məhsul tibbi cihaz deyil və hər hansı tibbi vəziyyətin müalicəsi və ya aradan qaldırılması kimi istifadə məqsədilə nəzərdə tutulmayıb.
  11. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki çəki və qalınlıq məhsul spesifikasiyaları, istehsal prosesləri və ölçmə üsullarından asılı olaraq dəyişə bilər.
  12. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. HUAWEI MatePad 11.5 2024 və HUAWEI MatePad 11.5 2025 arasında müqayisə həyata keçirilir. Faktiki istifadəyə üstünlük verilməlidir.
  13. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki performans fərdi cihaz, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
  14. GoPaint tətbiqi yalnız HarmonyOS 4.3 və ya daha sonrakı versiyalara malik müəyyən planşetlərdə dəstəklənir. HUAWEI MatePad 11.5 2025 yalnız müəyyən funksiyaları dəstəkləyir. Təfərrüatlar üçün rəsmi informasiya buraxılışına baxın. Faktiki istifadəyə üstünlük verilməlidir.
  15. Bu funksiyadan istifadə etmək üçün planşetinizin internetə qoşulu olduğuna əmin olun və HUAWEI Bloknot tətbiqini 12.4.3.215 və ya daha sonrakı versiyaya yeniləyin.Süni intellekt əl yazısının təkmilləşdirilməsi funksiyası yalnız çin və ingilis dillərini dəstəkləyir. Bu funksiyadan istifadə etmək üçün sistem dilini çin və ya ingilis dilinə tənzimləməyiniz xahiş olunur.Örtük, stiker və kağızların sayı və növü fərqli ola bilər. Faktiki istifadəyə üstünlük verilməlidir.
  16. Bu funksiyadan yalnız müəyyən tətbiqlərdə istifadə oluna bilər. Dəstəklənən tətbiqlərin siyahısı davamlı şəkildə yenilənəcək. Funksiya effektləri yalnız istinad üçündür. Bu funksiya üçün interfeys və ümumi təcrübə xüsusi məhsuldan asılı olaraq dəyişə bilər.
  17. Bu funksiya yalnız PC Menecer 13.0.3 və ya daha sonrakı versiyalara malik müəyyən Huawei fərdi kompüterlərində və HarmonyOS 4.3 və ya sonrakı versiyalara malik bəzi Huawei telefon və planşetlərində dəstəklənir. Bu cihazlar eyni HUAWEI ID"-yə daxil olmalı, eyni zamanda Bluetooth və Wi-Fi aktivləşdirilməlidir. Bu funksiyanı yalnız bəzi tətbiq, mətn və şəkillər qəbul edir. Faktiki təcrübəyə üstünlük verilməlidir.
  18. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Məlumatlar əvvəlki nəsil HUAWEI MatePad 11.5 2024 ilə müqayisə edilən Huawei planşetlərinin performans testi modeli əsasında hesablanır.
  19. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Eyni ruterdən gələn zəif siqnallar üzrə HUAWEI MatePad 11.5 2024 və HUAWEI MatePad 11.5 2025 arasında müqayisə həyata keçirilir.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et