Saytımızı və təcrübənizi təkmilləşdirmək üçün kukilərdən istifadə edirik. Saytımıza nəzər salmağa davam edərək kuki siyasətimizi qəbul etmiş olursunuz.Daha çoxuna bax
Daha yaxşı istifadəçi təcrübəsi üçün Internet Explorer-in ən son versiyasından istifadə edin, ya da başqa bir brauzerə keçin.
HUAWEI MatePad 11.5"S üç gözəl rəng seçimi təklif edir, eləcə də tutmağı rahatlaşdıran və baxanda göz oxşayan mat səthə malikdir. Onun metal daşıyıcı korpusu sadə və müasirdir, həmçinin hamar yan səth əyriləri rahat tutulmasını təmin edir.
Yeni nəsil PaperMatte displey 99% işıq müdaxiləsini aradan qaldıran, parlaqlığın qarşısını alan nanoölçülü aşındırma texnologiyası ilə kristal kimi aydın8 görüntü təmin etməklə kağızabənzər displey effektləri təqdim edir.9
Çoxsaylı maqnetron nanooptik təbəqələr ekranın əksetdirmə qabiliyyətini 60%10 azaldır, eyni zamanda piksel səviyyəsində dəqiq uyğunlaşma displeyin mümkün qədər aydın olmasını təmin edə bilir.
SGS Low Visual Fatigue Premium Performance 2.0 (SGS Aşağısəviyyəli vizual yorğunluq üzrə premium performans 2.0) sertifikatı
TÜV Rheinland Low Blue Light (Aşağısəviyyəli mavi işıq) (Avadanlıq həlləri) sertifikatı
TÜV Rheinland Flicker-Free and Reflection-Free (Titrəyişsiz və əks-sədasız) sertifikatları
*HUAWEI MatePad 11.5"S (PaperMatte seriyası) SGS Low Visual Fatigue Premium Performance 2.0, TÜV Rheinland Low Blue Light (Avadanlıq həlləri) və TÜV Rheinland Flicker-Free and Reflection-Free sertifikatlarına malikdir. HUAWEI MatePad 11.5"S TÜV Rheinland Low Blue Light (Avadanlıq həlləri) və TÜV Rheinland Flicker-Free sertifikatlarına malikdir.
Evrika
Nanoölçülü, teksturalı dizayn bənzərsiz mikrovibrasiya təqdim edir. Kağıza yazırmış kimi hiss edin və qələmin kağız üzərindəki xışıltısını və hərəkətliliyini yenidən canlandırmaq üçün HUAWEI M-Pencil-dən (3-cü nəsil)11 istifadə edin.
144 Hz yüksək yenilənmə sürəti HUAWEI FullView displey
Planşetin 2.8K displeyi4 və 144 Hz yüksək yenilənmə sürəti3 onu qüsursuz və zəngin təsvirlər üçün kətana çevirir və 3:2 qızıl aspekt nisbəti ilə az müddətdə çox iş görməyinizə imkan verir. Planşet 30 Hz–144 Hz12 adaptiv yenilənmə sürətinə malikdir, beləliklə, heyrətamiz şəkillər və uzadılmış batareya ömrü əlçatandır.
Hər fırça zərbəsinin parlamasını təmin etmək üçün Huawei tərəfindən işlənib-hazırlanmış GoPaint13 tətbiqi ilə yaradıcılığınızı üzə çıxarın. Tətbiqdə yağlı boya və akvarel kimi genişçeşidli rəngkarlıq üslubları orijinala sadiq qalaraq reproduksiya edilir.
Yeni və təkmilləşdirilmiş Note Replay funksiyası audioyazıları və əl ilə yazılmış məzmunu sinxron şəkildə16 göstərir, bu da dərsdən sonra qeydləri ekrana sürətlə qaytarmağınıza və onlara daha effektiv şəkildə nəzər yetirməyinizə kömək edir. Yeni qısayol jestlərində iki barmaqla toxunaraq edilmiş dəyişikliyi qaytarmaq və üç barmaqla toxunaraq həmin dəyişikliyi yenidən etmək mümkündür, beləliklə, qeyd götürmək daha asan olur.
Note Replay (Qeydin təkrar oxudulması)
Lasso ilə rəngdəyişmə
Rəng tənzimləmə
Forma dəyişdirmə
*HUAWEI M-Pencil (3-cü nəsil) ayrıca əldə edilir.
PC səviyyəsində tətbiqlər: Ofisi daha asan hala gətirin
PC səviyyəsində WPS Office standart notbuk interfeysini təmin edir və planşetin ekranına yerləşdirir, beləliklə, fəaliyyət zamanı daha çox funksiya sizin üçün əlçatan ola bilər.17
NearLink stilus:18 Ən yaxşı ideyalarınızı ortaya çıxarır
HUAWEI M-Pencil (3-cü nəsil) stabil əlaqələr təmin edən və gecikməni azaldan NearLink naqilsiz rabitə texnologiyası sayəsində toxunuşa inanılmaz dərəcədə həssasdır. Ən kiçik dəyişikliyi belə, hiss etməyə imkan verən 10000+ təzyiqə həssas səviyyəyə malik stilusu planşetinizdə istədiyiniz kimi yönləndirin.
NearLink klaviatura:18 İntuitiv idarəetmə sistemləri barmaqlarınızın ucunda
Planşetinizi fərdi kompüterə çevirmək üçün HUAWEI ağıllı maqnit klaviaturanı ona birləşdirin, yaxud NearLink naqilsiz rabitə texnologiyası ilə dəstəklənən stabil əlaqələrdən və aşağı gecikmə dəyərindən zövq almaq üçün klaviaturanı planşetdən ayırın və istədiyiniz kimi yerləşdirin.
*HUAWEI ağıllı maqnit klaviatura ayrıca əldə edilir.
Mətn, şəkil, videoçarx və mahnıları SuperHub-a19 sürüşdürün və buraxın, daha sonra onları qoşulu cihazlarınıza, o cümlədən fərdi kompüterlərə və telefonlara çox rahat şəkildə toplu olaraq yapışdırın, ötürün və paylaşın.
Asan ötürmələr
Yerdəyişən pəncərələr
Yerdəyişən çoxsaylı pəncərə:20Zəhmətsiz əlçatan çoxfunksiyalılıq
Multi-Window vasitəsilə çoxsaylı pəncərələri eyni anda sərbəst şəkildə idarə edin, onların ölçüsünü istədiyiniz kimi tənzimləyin və yığın, yaxud onları ekranınızda istənilən yerə sürüşdürün. Həmçinin Multiplier tətbiqindəki yerdəyişən pəncərələrdən istifadə etməklə işlə bağlı mesajlara cavab verərkən qrafikinizi yoxlaya bilərsiniz. Barmaqlarınızın altındakı əsas ekranda Xidmət üzrə qrafik elementlərlə istədiyiniz faylı açmaq üçün klikləyin.
Hər işin ustası
NearLink antenası: Həmişə onlayn
Analoqu olmayan Cavity Slot Magnetic (Maqnitli oyuq) (CSM) antenası və NearLink antimüdaxilə antenası ilə təmin edilən güclü siqnal ardırıcıllığından zövq alın. Təkmilləşdirilmiş Wi-Fi 6 raket səviyyəsində endirmə sürəti və yüksək şəbəkə stabilliyi təmin edir.
Parlaq korpus üzərində yüksəkkeyfiyyətli batareya
Bənzərsiz xüsusi formaya malik ikisensorlu batareya texnologiyası mA səviyyəsində cari kalibrləmə texnologiyasından istifadə edir, beləliklə, 8800 mAh güclü batareya21 işıq və incə cihaz korpusunun üzərində yerləşdirilə bilər.
Aydın audioaləm
Çoxsaylı drayverlərə malik innovativ səsgücləndiricilər artan bas ilə səslərdən həzz ala bilməyiniz üçün böyük amplitud təqdim edir. HUAWEI Histen 9.0, parametrlərə əsasən, optimal səs effektlərinə ağıllı şəkildə keçid edərək ofisdə, metroda və ya hava limanında – harada olmağınızdan asılı olmayaraq, mükəmməl səs keyfiyyətindən həzz almağınıza imkan verir.
Yalnız HUAWEI MatePad 11.5"S PaperMatte seriyası PaperMatte displeylə, HUAWEI MatePad 11.5"S isə LCD ekranla təchiz olunmuşdur. PaperMatte displey Huawei tərəfindən təmin edilən, işığın və günəş işığının təsirini azaltmaq məqsədilə diffuz əksetmə formalaşdıraraq görüntünü daha rahat hala gətirən planşet ekranıdır. İstifadə şərtləri və ətraf mühitdən asılı olaraq, təcrübə bir qədər dəyişə bilər.
NearLink qısaməsafəli naqilsiz texnologiya ilə əlaqəlidir. Yalnız müəyyən planşet modelləri HUAWEI M-Pencil-ə (3-cü nəsil) və NearLink vasitəsilə qoşula bilər. NearLink aksesuarları dedikdə NearLink ilə dəstəklənən HUAWEI M-Pencil (3-cü nəsil) və HUAWEI ağıllı maqnitli klaviatura nəzərdə tutulur.
144 Hz-ə qədər maksimum ekran yenilənmə sürətini dəstəkləyir. Ekranın yenilənmə sürəti konkret tətbiq və ya oyundan asılı olaraq dəyişə bilər. FullView displeyi sənayedə geniş şəkildə istifadə olunan termindir və əsasən, dar çərçivələrə və yüksək ekran-korpus nisbətinə malik ekranlara şamil olunur.
2.8K görüntü imkanı 2800 × 1840-dır.
Bu funksiyanı dəstəkləyən ilk məhsul HUAWEI MatePad 11.5"S-dir. HUAWEI Notes 12.4.0.255 və ya daha sonrakı versiyalar tələb olunur.
Bu funksiya yalnız konkret tətbiqlərdə əlçatandır. Faktiki uyğunlaşmaya üstünlük verilməlidir.
Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki çəki və qalınlıq məhsul spesifikasiyaları, istehsal prosesləri və ölçmə üsullarından asılı olaraq dəyişə bilər.
Bu məhsul tibbi cihaz kimi nəzərdə tutulmayıb və müalicə məqsədləri üçün istifadə oluna bilməz.
Yalnız HUAWEI MatePad 11.5"S PaperMatte seriyasının şüşəsi nanosəviyyəli aşındırma texnologiyasını qəbul edir. Məlumatlar simulyasiya edilmiş, müdaxiləsiz xarici mühitlərdə həyata keçirilmiş Huawei laboratoriya testlərindən əldə edilmişdir. Mühit işığı böyük ölçüdə fərqlilik göstərə bilər, bu səbəbdən də azaldılmış işıq müdaxiləsinin faktiki nisbəti ətraf mühitdən asılı olacaqdır.
Məlumatlar Huawei laboratoriyalarından əldə edilir, 2% əksetdirmə qabiliyyətinə malik HUAWEI MatePad 11.5"S PaperMatte seriyası və 4,8–5% aralığında əksetdirmə qabiliyyətinə malik adi LCD planşetləri arasındakı müqayisəni əhatə edir.
Stilus standart konfiqurasiya deyil və ayrıca satın alınmalıdır.
30 Hz, 60 Hz, 90 Hz, 120 Hz və 144 Hz yenilənmə sürətləri arasında adaptiv keçid dəstəklənir. Bəzi tətbiqlər üçün yenilənmə sürəti 113 Hz–120 Hz və ya 120 Hz–144 Hz aralığında mərhələsiz şəkildə tənzimlənə bilər. Faktiki diapazon konfiqurasiya edilmiş yenilənmə sürətindən asılı olaraq dəyişə bilər.
GoPaint tətbiqi açıq beta testi (OBT) mərhələsindədir və yalnız HarmonyOS 4.2 və ya daha sonrakı versiyalara malik bəzi planşetlərdə dəstəklənir. Ətraflı məlumat üçün, zəhmət olmasa, rəsmi elanları izləməyə davam edin.
Fırçaların sayı və növü fərqli ola bilər. Orijinal məhsula üstünlük verilməlidir.
Təbəqələrin sayı və dəqiqliyi fərqli ola bilər. Orijinal məhsula üstünlük verilməlidir.
Bu funksiya yalnız HarmonyOS 4.2 və HUAWEI Notes 12.4.0.255 və ya daha sonrakı versiyalara malik bəzi Huawei planşetlərində dəstəklənir.
Bu funksiya yalnız bəzi ölkə və regionlarda əlçatandır. Tərəfdaşlıqlar, icazələr, kommersiya şərtləri və texniki mülahizələrlə bağlı səbəblərə görə dəstəklənən funksiyalar heç bir xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
NearLink ağıllı cihazlarda, ağıllı evlərdə, ağıllı avtomobillərdə və ağıllı istehsalat sahəsində məlumatların qarşılıqlı əlaqəsi məqsədilə istifadə olunan NearLink naqilsiz qısaməsafəli rabitə texnologiyası ilə bağlıdır. NearLink naqilsiz rabitə sistemi NearLink giriş mərhələsi, əsas xidmət mərhələsi və əsas tətbiq mərhələsindən ibarətdir.
Bu funksiya yalnız PC Menecer 13.0.3 və ya daha sonrakı versiyalara malik Huawei fərdi kompüterlərində, EMUI 13.1 və ya daha sonrakı versiyalara malik bəzi Huawei telefonlarında, eləcə də HarmonyOS 3 və ya daha sonrakı versiyalara malik bəzi planşetlərdə dəstəklənir. Hər iki cihaz da eyni HUAWEI ID-yə daxil olmalı, eyni zamanda Bluetooth və Wi-Fi aktivləşdirilməlidir. Bu funksiyanı yalnız bəzi tətbiq, mətn və şəkillər qəbul edir. Faktiki təcrübəyə üstünlük verilməlidir.
Bu funksiya yalnız konkret tətbiqlərdə əlçatandır. Faktiki uyğunlaşmaya üstünlük verilməlidir.
Batareya tutumu normal dəyərdir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.