HUAWEI WATCH GT 5 Pro

HUAWEI WATCH GT 5 Pro

Tərz yaradan cizgilər

Keramika və titan | Peşəkar idman növləri
2 həftəyə qədər batareya ömrü1
HUAWEI WATCH GT 5 Pro product video,functions and using scenarios

Davam edin
Sərhədləri aşın
Kəşfə çıxın
və hüdudlarınızı göstərin

Məharətlə işlənmiş görünüş, geometrik təəssürat.
Premium materiallarla hazırlanmış.

Peşəkar idman növləri: qolf, sərbəst dalma
və kros qaçışı

Qolf meydançalarının xəritəsi1

Emosional rifah köməkçisi

HUAWEI WATCH GT 5 Pro 46 mm
14
 gün1
Maksimum batareya ömrü
9
 gün1
Tipik batareya ömrü
HUAWEI WATCH GT 5 Pro 42 mm
7
 gün1
Maksimum batareya ömrü
5
 gün1
Tipik batareya ömrü

2 həftəyə qədər batareya ömrü1

Hərtərəfli uyğunlaşabilən

Kəskin kənarlı dizayn
HUAWEI WATCH GT 5 Pro 46mm sports edition images,with titanium alloy body and fluoroelastomer strap

Aerokosmik titan ərintisi ilə hazırlanmış və ilhamını uçuş-enmə zolağından almış flüorelastomer kəmərə malik bu saat fitnesyönümlü həyat tərzinizlə mükəmməl şəkildə uyğunlaşır.2

HUAWEI WATCH GT 5 Pro 46mm sports edition images,with titanium alloy body and fluoroelastomer strap

Titan ərintisi materiallı, səkkizbucaqlı çərçivə zövqlə geyindiyiniz günlərdə sizə daha da yaxşı görünüş bəxş edir.

HUAWEI WATCH GT 5 Pro 46mm sports edition images,with titanium alloy body and fluoroelastomer strap

Bir anda klassika halına gələn bu ikonik quraşdırma tacı gözqamaşdıran qırmızı halqa ilə birlikdə gəlir.

Aerokosmik titan ərintisi ilə hazırlanmış və ilhamını uçuş-enmə zolağından almış flüorelastomer kəmərə malik bu saat fitnesyönümlü həyat tərzinizlə mükəmməl şəkildə uyğunlaşır.2

Titan ərintisi materiallı, səkkizbucaqlı çərçivə zövqlə geyindiyiniz günlərdə sizə daha da yaxşı görünüş bəxş edir.

Bir anda klassika halına gələn bu ikonik quraşdırma tacı gözqamaşdıran qırmızı halqa ilə birlikdə gəlir.

HUAWEI WATCH GT 5 Pro 46mm classic edition images,with titanium alloy body and strap

Kəskin kənarlar və cizgilər saat mexanizminin titan ərintisi korpusu və bütünlüklə titandan düzəldilmiş kəmərlə mükəmməl ahəng təşkil edərək cazibədarlığınızı hər zaman ortaya çıxarır.

HUAWEI WATCH GT 5 Pro 46mm classic edition images,with titanium alloy body and strap

Özünəməxsus qırmızı və mavi halqa zövq alacağınız yeni tərzləri göz önünə sərir.

İdman seriyası
Klassik seriya
HUAWEI WATCH GT 5 Pro 42mm sports edition images,with nanocrystal ceramic body and fluoroelastomer strap

Nanokristal keramika korpus və teksturalı, qar bəyazı rəngli flüorelastomer kəmər ilə şövq dəbə qovuşur.3

HUAWEI WATCH GT 5 Pro 42mm sports edition images,with nanocrystal ceramic body and fluoroelastomer strap

Sapfir şüşə ekran parlaq möhtəşəmliyi əks etdirərək platin dizaynın dəbdəbəsini artırır.

HUAWEI WATCH GT 5 Pro 42mm sports edition images,with nanocrystal ceramic body and fluoroelastomer strap

Qızılı kənarlı çərçivə və quraşdırma tacı mükəmməl şəkildə cilalanaraq zərifliyi bütün eleqantlığı ilə nümayiş etdirir.

Nanokristal keramika korpus və teksturalı, qar bəyazı rəngli flüorelastomer kəmər ilə şövq dəbə qovuşur.3

Sapfir şüşə ekran parlaq möhtəşəmliyi əks etdirərək platin dizaynın dəbdəbəsini artırır.

Qızılı kənarlı çərçivə və quraşdırma tacı mükəmməl şəkildə cilalanaraq zərifliyi bütün eleqantlığı ilə nümayiş etdirir.

HUAWEI WATCH GT 5 Pro 42mm classic edition images,with nanocrystal ceramic body and strap

Nanokristal keramika korpus və kəmər vasitəsilə tərz zərifliklə qovuşur.

HUAWEI WATCH GT 5 Pro 42mm classic edition images,with nanocrystal ceramic body and strap

Sapfir şüşə ekran və qızılı çərçivə işıq altında parlayır və bir baxışda göz alır.

HUAWEI WATCH GT 5 Pro 42mm classic edition images,with nanocrystal ceramic body and strap

Ən incə detalına qədər cilalanmış qızılı quraşdırma tacı parlaq bir zərafət nişanəsidir.

Nanokristal keramika korpus və kəmər vasitəsilə tərz zərifliklə qovuşur.

Sapfir şüşə ekran və qızılı çərçivə işıq altında parlayır və bir baxışda göz alır.

Ən incə detalına qədər cilalanmış qızılı quraşdırma tacı parlaq bir zərafət nişanəsidir.

İdman seriyası
Klassik seriya
HUAWEI WATCH GT 5 Pro 46mm sports edition black front
HUAWEI WATCH GT 5 Pro 46mm classic edition titanium front
HUAWEI WATCH GT 5 Pro 46mm sports edition black front
HUAWEI WATCH GT 5 Pro 46mm classic edition titanium front
Qara Titan
İdman seriyası
Klassik seriya
HUAWEI WATCH GT 5 Pro 42mm sports edition white front
HUAWEI WATCH GT 5 Pro 42mm classic edition ceramic front
Ağ keramika
HUAWEI WATCH GT 5 Pro 42mm sports edition white front
HUAWEI WATCH GT 5 Pro 42mm classic edition ceramic front
İdman seriyası
Klassik seriya
Yüngüllük və qola tam yatma

Əvvəlki modeldən 0,9 mm daha nazik6 və 14,5% daha yüngül6 olan bu keramika saat sizə heç zaman ağırlıq verməyəcək sənət əsəridir.

HUAWEI WATCH GT 5 Pro 42mm classic edition ceramic top view,display the lightweight and thinness
Cəld çıxarılıb-taxılabilən hissələr

Sərbəst tənzimlənəbilən keramika kəmərlə7 qola tam yatmasına layiq olduğunuz şəkildə qısa zamanda nail ola bilərsiniz.

HUAWEI WATCH GT 5 Pro 42mm classic edition ceramic adjustable strap
Genişçeşidli saat siferblatları

Dəbli tərzdən tutmuş idman tərzinə qədər seçə biləcəyiniz 13 yeni saat siferblatı tematikası4 ilə hər yeni günü sizə xitab edən bir dizaynla zənginləşdirə bilərsiniz.

HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
HUAWEI WATCH GT 5 Pro watch face
Elementlərə qarşı dayanıqlı olmaq üçün yaradıldı

Ultrasərt örtüklər, nanofilm suyadavamlı səthlər kimi premium materiallar və proseslər köhnəlməyə, aşınmaya, suya5 və korroziyayadavamlılıq xüsusiyyətini müstəsna səviyyələrə çatdırır. Saat həmçinin IP69K dərəcəsini əldə edib, bu da onun sürətlə axan suya davam gətirdiyini sübut edir.

HUAWEI WATCH GT 5 Pro titanium front,corrosion resistance and waterproof feature
Ən qabaqcıl fitnes
HUAWEI WATCH GT 5 Pro black front with trail running interface
Möhtəşəm açıq
havaya qucaq açın
Təkmilləşdirilmiş Kros qaçışı rejimi8 artıq seqmentəsaslı naviqasiyanı,9 qolf sahəsindən kənarlaşma ilə bağlı xəbərdarlıqları, kontur xətlərini və quraşdırma tacı ilə idarə edilən, böyüdüləbilən xəritələri dəstəkləyir. Həmçinin real vaxta əsaslanan fintes və kros məlumatları birbaşa biləyinizə ötürüləcək.
HUAWEI WATCH GT 5 Pro black front with trail running interface
HUAWEI WATCH GT 5 Pro black front with diving interface
Dərinliklərə səyahətə çıxın,
Xəyallarınızın sərhədini genişləndirin
Sərbəst dalma zamanı saatınızı taxaraq 40 m5 dərinliyə qədər dalın və taymer, su tipinin müəyyən edilməsi, təhlükəsizlik xatırlatmaları kimi yüksəksəviyyəli funksiyalarla yanaşı, apnea təlimi və dözümlülüyünüzü artırmaq üçün testlərdən faydalanın.
HUAWEI WATCH GT 5 Pro black front with diving interface
HUAWEI WATCH GT 5 Pro black front with trail running interface
HUAWEI WATCH GT 5 Pro black front with diving interface
Hamısı biləyinizdə

HUAWEI Sunflower Positioning sistemi açıq havada məşq zamanı dəqiq mövqeləndirmədən yararlana bilməyiniz üçün peyk siqnalını davamlı izləyən xüsusi daxili alqoritmlə təchiz edilmişdir.

Mo Farah is running with HUAWEI WATCH GT 5 positioning system video

Eyni köhnə marşrutlar üzrə eyni köhnə qaçışlardan bezmisiniz? RouteDraw-da10 kreativ şəkildə formalaşdırılmış marşrutu sınayın və əvvəllər heç olmadığı kimi qaçın!

HUAWEI WATCH GT 5 Pro and Huawei phone with champion trophy running map interface

Qaçışları, gəzintiləri və piyada səyahətləri bütün gözəlliyi ilə yenidən yaşayın, biləkəsaslı kəsintisiz naviqasiya və xəritəli real vaxt marşrutları ilə yolu itirmədən addımlayın.11

HUAWEI WATCH GT 5 Pro navigation

Qaçış formalarının təhlili yerlə təmas vaxtının balansı və şaquli pulsasiya kimi ümumiləşdirilmiş məlumatlara nəzarət edir, formanızı dəqiqliklə tənzimləməyə və zədələnməyinizin qarşısını almağa kömək etmək üçün məsləhətlər verir.

HUAWEI WATCH GT 5 Pro running form analysis video

HUAWEI Health tətbiqində velosipedsürmə sessiyasına başlamaqla saatınızla avtomatik bağlantı qurur, beləcə, real vaxt məlumatı displeyi ilə hər iki cihazı futuristik velokompüterə çevirirsiniz. Velosiped gücü kimi yüksəksəviyyəli metriklərə çıxış üçün saatınızı hətta güc sayğacı ilə əlaqələndirə bilərsiniz.12

HUAWEI WATCH GT 5 Pro and Huawei phone with cycling data interface

Sürətli məlumat daxiletmə və daha güclü qida kitabxanası kalori defisitinizi hesablayan və qida kaloriləri ilə bağlı məlumatların qeydiyyatını asanlaşdıran13 Stay Fit tətbiqi ilə pəhriz və məşq arasında balansa nail olun.

HUAWEI WATCH GT 5 Pro with Stay Fit app interface

Üzgüçülük,5 basketbol və padel-tennis kimi sevimli fəaliyyətlərinizə qərq olun, əlinizin altındakı 100+ məşq rejimi ilə məlumat əsaslı məşq qiymətləndirmələri və təkliflərindən faydalanın.

HUAWEI WATCH GT 5 Pro's 100 workout modes

Sağlam həyat tərzini gündəlik gerçəkliyinizə çevirmək üçün Fəaliyyət halqaları 2.0 versiyasında hərəkət etmək, məşq etmək və dayanmaq üçün gündəlik məqsədlər qoyun.

HUAWEI WATCH GT 5 Pro three activity rings
Sağlamlığa qabaqcıl qayğı
Pamela wearing HUAWEI WATCH GT 5 Pro to show the Emotional wellbeing app
Sizi anlayan saat

Xüsusi Emotional wellbeing tətbiqi ilə psixi sağlamlığınıza nəzarət edin14 və müsbət düşüncənin gücündən faydalanmaq üçün vaxtlı-vaxtında göndərilən tövsiyələrdən zövq alın.

HUAWEI WATCH GT 5 Pro's panda watch faces show how you're feeling in the moment

Tətbiq hazırda necə hiss etdiyinizi bildirmək üçün HUAWEI TruSense məlumatlarından istifadə edir. Əhvali-ruhiyyənizi görmək üçün biləyinizi qaldırın və pandanın üz ifadəsinin sizin ruh halınıza əsasən necə dəyişdiyini heyranlıqla izləyin.15

HUAWEI WATCH GT 5 Pro's panda watch faces show how you're feeling in the moment

Streslisiniz və ya əhvalınız yoxdur? Nəfəs məşqinə başlamaq üçün sola sürüşdürün, zehninizi və bədəninizi rahatlaşdırın.

HUAWEI WATCH GT 5 Pro's panda watch faces show how you're feeling in the moment
HUAWEI WATCH GT 5 Pro's panda watch faces show how you're feeling in the moment

Gündəlik, həftəlik, aylıq və illik göstəriciləriniz əsasında sizə təqdim edilən emosiyalarınızı nəzərdən keçirin, bədəniniz, zehniniz və ruhunuzu yaxşı vəziyyətdə saxlamaq üçün fərdiləşdirilmiş yuxu və fitnes məsləhətlərindən faydalanın.16

Əsasında qayğı durur
HUAWEI WATCH GT 5 Pro front with ECG analysis interface
HUAWEI WATCH GT 5 Pro front with ECG analysis interface
HUAWEI WATCH GT 5 Pro front with women menstrual prediction interface
HUAWEI WATCH GT 5 Pro front with sleep monitoring interface
HUAWEI WATCH GT 5 Pro front with pulse wave arrhythmia analysis interface

Ritm-ritm EKQ təhlilləri

Yeni və təkmilləşdirilmiş elektrod texnologiya sayəsində EKQ siqnal toplusu daha dəqiq və həssas vəziyyətə gətirilib. Ən qısa zamanda ürəyin ümumi vəziyyətini yoxlamağınıza kömək edəcək real vaxt məlumatlarını əldə etmək üçün yan tərəfdəki elektroda 30 saniyəlik toxunmaq yetərlidir.17
EKQ tətbiqi və dəstəkləndiyi ölkələr barədə ətraflı məlumat əldə edin >

Qadın sağlamlığına əlavə diqqət

Ümumiləşdirilmiş fizioloji məlumatlar və dərindən öyrənmə alqoritminə əsaslanan təxmini sikl, ovulyasiya və fertil vaxt barədə məlumatları bir baxışda əlavə edin.18

Hər gecə rahat yatın

Yuxu vaxtı sağlamlıq göstəricilərini izləyən və anormal nəfəsalma hallarını aşkarlayan yüksəksəviyyəli yuxu nəzarəti sayəsində zehni rahat şəkildə yuxuya gedin.19
Dəstəkləndiyi ölkələrin siyahısına baxın >

Nəbz Dalğası Aritmiya Təhlili

PPG sensoru sayəsində potensial atrial fibrilyasiya (qulaqcıqların fibrilyasiyası) və ekstrasistoliya riskləri ilə bağlı vaxtında xəbərdarlıq alaraq ürək sağlamlığınızın qeydinə qalın.19
Dəstəkləndiyi ölkələrin siyahısına baxın >

Ən müasir həyat tərzləri

Saatın skrinşotunu20 çəkmək üçün Yuxarı və Aşağı düymələrini klikləyin və paylaşmaq üçün telefonunuzun Qalereya bölməsinə daxil olun.

HUAWEI WATCH GT 5 Pro front with screenshot interface
HUAWEI WATCH GT 5 Pro front with screenshot interface
HUAWEI WATCH GT 5 Pro front with screenshot interface

Optimallaşdırılmış interfeys, rəng kodlu tətbiqlər, çevik kartlar və maneəsiz keçidlər sayəsində asanlıqla hərəkət edin.

HUAWEI WATCH GT 5 Pro's colorful interface

Celia klaviaturası ilə yazın – birbaşa biləyinizdən!

HUAWEI WATCH GT 5 Pro celia keyboard interface
HUAWEI WATCH GT 5 Pro Bluetooth calling interface

Bluetooth zənglərini biləyinizdə rahatlıqla həyata keçirin.

HUAWEI WATCH GT 5 Pro Bluetooth calling interface

Sevimli tətbiqlərinizi Watch AppGallery-yə21 endirin, biləyinizi hərəkət etdirməklə dərhal məlumat əldə edin və əylənin.

HUAWEI WATCH GT 5 Pro's multiple apps in Watch AppGallery

Güclü batareya ömrü
Hər zaman hərəkətə hazır

HUAWEI WATCH GT 5 Pro 46 mm

14
gün1

Maksimum batareya ömrü

5
gün1

AOD rejiminə malik

9
gün1

Tipik batareya ömrü

60
dəqiqə22

Tutumu doldurmaq

HUAWEI WATCH GT 5 Pro 42 mm

7
gün1

Maksimum batareya ömrü

3
gün1

AOD rejiminə malik

5
gün1

Tipik batareya ömrü

60
dəqiqə22

Tutumu doldurmaq

Hərtərəfli uyğunlaşabilən

HUAWEI WATCH GT 5 Pro daha asan istifadə üçün həm iOS, həm də Androidə uyğundur.23

HUAWEI WATCH GT 5 Pro is compatible with both iOS and Android devices

Sizə yaraşan
görünüşü tapın

HUAWEI WATCH GT 5 Pro matches with colorful straps
*Ayrıca əldə edilir.
  1. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki istifadə məhsulla bağlı müxtəlifliklər, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
    HUAWEI WATCH GT 5 Pro 46 mm: Batareya ömrü 14 günə, adi istifadədə 9 günə, AOD rejimindən istifadə edildikdə isə 5 günə qədər davam edə bilir.
    HUAWEI WATCH GT 5 Pro 42 mm: Batareya ömrü 7 günə, adi istifadədə 5 günə, AOD rejimindən istifadə edildikdə isə 3 günə qədər davam edə bilir.
    Maksimum batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 90 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 200 dəfə yandırılması.
    Tipik batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, stresə nəzarət rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə açıq olması.
    AOD rejimi aktivləşdirildikdə batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, Həmişə displeydə (AOD) rejiminin aktiv olması, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, stresə nəzarət rejiminin aktiv olması, orta hesabla hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə açıq olması.
  2. HUAWEI WATCH GT 5 Pro 46 mm-lik qara seriyada göstərilən World Symphony II saat siferblatı HUAWEI Health > Cihazlar > Mənim siferblatlarım bölməsindən endirilməlidir. Bu saat siferblatı hazırda, xüsusi olaraq, qara seriya üçündür və OTA yenilənməsi ilə digər HUAWEI WATCH GT 5 Pro modelləri üçün əlçatan olacaq.
  3. HUAWEI WATCH GT 5 Pro 42 mm-lik ağ seriyada göstərilən Window Star saat siferblatı HUAWEI Health > Cihazlar > Mənim siferblatlarım bölməsindən endirilməlidir.
  4. Əlavə saat siferblatlarını, o cümlədən ödənişli seçimləri Watch Face Store-dan endirə bilərsiniz. World Symphony saat siferblatı OTA yenilənməsi ilə əlçatan olacaq.
  5. ISO 22810:2010 standartına əsasən, bu məhsul 5 ATM suyadavamlılıq dərəcəsinə uyğundur; bu, cihazın 10 dəqiqə ərzində 50 metrə qədər statik su təzyiqinə tab gətirə bildiyini göstərir, lakin bu o demək deyil ki, cihaz 50 metr dərinlikdə suyadavamlıdır.
    Məhsul həmçinin ISO 20653:2023 standartı üzrə IP69K dərəcəsinə uyğundur. IPX9K test şərtləri bunlardır: su temperaturu: 80 ± 5℃; su axını: 15 ± 1 L/dəq; su təzyiqi: 10000 ± 500 kPa; püskürtmə bucağı: hər bucaq üzrə 30 saniyə olmaqla, 0°, 30°, 60°, və 90°.
    Məhsul dalğıc aksesuarları üzrə EN13319 standartına uyğundur və 40 metr dərinliyə qədər sərbəst dalma fəaliyyətlərini dəstəkləyir. Hovuzda və sahilboyu üzgüçülük fəaliyyətləri kimi dayaz su fəaliyyətlərində taxıla bilər. Su fəaliyyətləri zamanı cihazı taxdıqdan sonra onu dərhal silin və qurulayın, məhsulun səthindən və bütün dəliklərdən su qalıqlarını təmizləyin, eyni zamanda cihazın performansına qarşı mənfi təsirlərdən yayınmaq üçün onun drenaj funksiyasından istifadə edin.
    Məhsul aşağıdakı hallarda taxıla bilməz: (Cihaz qeyri-müvafiq halda taxılarsa, suya salınma nəticəsində cihaza dəymiş zərər zəmanətlə əhatə olunmur.) (1) İsti duş, isti bulaqlar, saunalar (buxar otaqları) və yüksəktemperaturlu və (və ya) yüksəkrütubətli mühitlərdə digər fəaliyyətlər. (2) Cihazın duş geli, şampun, sabunlu su və hər hansı digər camaşırxana və ya təmizlik məhsullarına məruz qalmasına səbəb ola biləcək fəaliyyətlər. Əgər cihaz qeyd olunanlardan hər hansı biri ilə təmas edibsə, onu təmiz suda 30 dəqiqə yaxalayın və isladın. (3) Sualtı dalma, texniki dalma və 40 metrdən daha dərin sularda dalğıc fəaliyyətləri. (4) Kompozit veqan dəri, kopozit toxuma, titan və keramika kəmərlər suda fəaliyyətlər (məsələn, üzgüçülük) üçün nəzərdə tutulmayıb və ya tərədavamlı deyil. Buna görə də bu cür hallarda digər kəmərlərdən istifadə tövsiyə olunur.
    Taxılabilən Huawei məhsullarının suyadavamlılığı barədə əlavə məlumat əldə etmək üçün: https://consumer.huawei.com/en/support/content/en-us15851428/.
    Suyadavamlılıq daimi deyil və gündəlik istifadə ilə bağlı köhnəlmə və aşınma səbəbindən performans düşə bilər. Cihazınızı yoxlanma və texniki baxım üçün səlahiyyətli Huawei xidmət mərkəzinə müntəzəm qaydada aparmağınız tövsiyə olunur.
  6. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir, HUAWEI WATCH GT 5 Pro 42 mm-lik ağ keramika seriyası və HUAWEI WATCH GT 3 Pro keramika seriyası arasındakı müqayisəyə əsaslanır. Çəki məlumatlarına kəmər də daxildir. Faktiki çəki və qalınlıq məhsul spesifikasiyaları, istehsal prosesləri və ölçmə üsullarından asılı olaraq dəyişə bilər.
  7. Keramika kəmər çevrəsi 130–190 mm aralığındakı biləklərə uyğundur.
  8. Bu funksiya OTA yeniləməsi ilə əlçatan olacaq. Əlçatanlıq rəsmi buraxılışlardan və faktiki şərtlərdən asılıdır. Seqmentəsaslı naviqasiyadan istifadə etmək üçün üçüncü tərəfin işarələdiyi nöqtələri ehtiva edən müvafiq marşrutu endirməli, marşrutu telefonunuzdakı HUAWEI Health tətbiqində quraşdırmalı və onu taxılabilən cihazınızla sinxronlaşdırmalısınız. Daha sonra saatınızda Workout tətbiqini açın, Kros qaçışı tənzimləmələri ekranına daxil olun, Marşrutlar düyməsini klikləyin, hədəf marşrutunuzu tapın və qaçışa başlayın. Xəritə əsaslı marşrutlardan istifadə etmək üçün telefonunuzdakı HUAWEI Health tətbiqindən müvafiq oflayn xəritəni, kontur xətlərini endirməli və məlumatları saatınızla sinxronlaşdırmalısınız. Daha sonra saatınızdakı Workout tətbiqində açıq hava sessiyasını başladın, mövqeləndirmənin tənzimlənməsini gözləyin və xəritə əsaslı marşrutu kontur xətləri ilə görmək üçün barmağınızı məlumat kartlarında yuxarı və ya aşağı sürüşdürün.
  9. iPhone-a qoşulduqda bu funksiya hazırda əlçatan deyil, OTA yeniləməsi ilə əlçatan olacaq.
  10. Bu funksiya OTA yeniləməsi ilə əlçatan olacaq. Ölkəniz/regionunuz və funksiyanın dəstəkləndiyi şəhərlər siyahısı barədə ətraflı məlumat əldə etmək üçün: https://consumer.huawei.com/en/support/content/en-us16014092/.
  11. Bu funksiyadan istifadə etmək üçün HUAWEI Health tətbiqində müvafiq oflayn xəritəni endirməli, saatınızdakı Workout tətbiqində açıq havada məşq sessiyasını başlatmalı, GNSS-i aktivləşdirməli və onun işə başlamasını, eləcə də mövqeləndirmənin uğurla tənzimlənməsini gözləməlisiniz. Tamrəngli xəritəni görmək üçün barmağınızı məlumat kartları üzərində yuxarı və ya aşağı sürüşdürün.
  12. Saat müəyyən ikitərəfli güc sayğaclarına deyil, standart Bluetooth protokolunu dəstəkləyən güc sayğacına qoşula bilər.
  13. Bu funksiya OTA yeniləməsi ilə əlçatan olacaq.
  14. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Buna görə də monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz. Bu məlumatlar yuxu və ya məşq zamanı kimi konkret vaxtlarda əlçatan deyil. Bu funksiya Avropada əlçatan deyil.
  15. Cihazlar ekranına keçərək və Siferblatlarım seçiminə toxunaraq HUAWEI Health tətbiqində bəzi Pet Emotions saat siferblatlarını idarə etməli və yeniləməlisiniz. Saat iPhone cihazına qoşulu olduqda yalnız altı panda ifadəsi əlçatandır.
  16. Emosiya trendlərinin izlənilməsinə dair məlumatlar Huawei Health tətbiqində əlçatandır. Bu funksiya yalnız HUAWEI Health tətbiqinin ən son versiyasının quraşdırıldığı 64-bitlik (32-bit deyil) Android telefona və ya iPhone-a qoşulduqda əlçatandır.
  17. Bu tətbiq tibbi məhsul deyil. Bütün məlumat və nəticələr yalnız istinad üçündür, onlardan tibbi araşdırma, diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz. Zəhmət olmasa, məhsuldan istifadə etməzdən əvvəl təlimatları ətraflı şəkildə oxuyun.
  18. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Buna görə də monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz.
  19. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Buna görə də monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz. Bu funksiya yalnız bəzi ölkə və bölgələrdə dəstəklənir.
  20. Saatın skrinşot funksiyası saat yalnız HUAWEI Health tətbiqinə qoşulduğu zaman əlçatandır. Skrinşotun görüntü imkanı saatınkı ilə eyni olacaq. iPhone istifadəçiləri üçün bu funksiya OTA yeniləməsi ilə əlçatan olacaq.
  21. Üçüncü tərəf tətbiqlər HUAWEI Health tətbiqi vasitəsilə Watch AppGallery-dən endirilməlidir. Cihazınız iPhone-a qoşulduqda bu funksiya dəstəklənmir.
  22. HUAWEI WATCH GT 5 Pro 46 mm və HUAWEI WATCH GT 5 Pro 42 mm modellərinin enerjiyığma müddəti təxminən 60 dəqiqədir. Məlumatlar 9V/2A Huawei adapterindən və saatla birgə gələn naqilsiz enerjiyığma stendindən istifadə etməklə aparılan testlər nəticəsində Huawei laboratoriyalarından əldə edilir. Faktiki enerjiyığma müddəti məhsuldan, istifadə vərdişlərindən və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
  23. Yalnız Android 9.0/iOS 13.0 və ya daha sonrakı versiyalara malik telefonla əlaqələndirildikdə və HUAWEI Health tətbiqi quraşdırıldıqda mövcuddur. Faktiki funksiyanın mövcudluğu telefonun modelindən və əməliyyat sistemindən asılı olaraq dəyişə bilər.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et