HUAWEI WATCH GT 6 Pro

HUAWEI WATCH GT 6 Pro
HUAWEI WATCH GT 6 Pro
Küləyin ritmində ol
Qabaqcıl açıq hava idmanları | Peşəkar
velosipedsürmə funksiyası
21 günə qədər batareya ömrü1 | Sapfir şüşə və titan ərintisi2
Videoçarxı izləyin

Fərqlilik üçün dizayn edilmişdir. Sapfir
şüşə və aerokosmik titan ərintisi.2

Kros qaçısı, qolf, velosipedsürmə
və daha çoxunu digər səviyyəyə yüksəldir.

Biləyinizdə velosipedsürmə üzrə yeni güc
sayğacınız olsun. Elmin izindən gedin.

  • 21 günə qədər

    az istifadədə⁠1

    *manual deaktivləşdirilmiş avtoaşkarlama məşqləri

  • 12 günə qədər

    tipik istifadədə⁠1

Enerji limitlərinizi aşın.
21 günə qədər batareya ömrü.1

Sağlamlığınızla bağlı məlumatları
əzbər bilin. Hərtərəfli EKQ təhlili.3

iOS və Android ilə problemsiz işləyir.4

Külək kimi kəskin

Heyrətamiz şəkildə kəskin. Bezel maili kənarlarda şkala olan üfüqi dizayna malikdir və cəlbedici görünüşü ilə laylı həndəsi forma yaradır.

Günəş kimi parlaq displey

1,47 düymlük AMOLED displey daha çox diqqət cəlb etmək üçün 5,5% daha böyük ekran sahəsini qürurla təqdim edir.5 Parlaqlıq 3000⁠ nitə qədər 1,5⁠ dəfə5 artır, beləliklə,6 açıq havada gün işığı altında belə, aydınlıq təmin edir.

Mükəmməllik üçün hazırlanıb
Bənzərsiz həllər

Yüksəksəviyyəli sapfir kristaldan2 istifadə aydın şəffaflıq və güclü dözümlülüklə bağlı zəmanət verir. Aerokosmik titan ərintisi korpusla2 gücləndirilmiş yüngülçəkili saat gündəlik çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər dözümlüdür.

Başlayaq!
Qorxu yoxdur

Aktiv həyat tərzinə uyğun, hərtərəfli üçqat müdafiə. Saat sərt metal örtüyü, əsas komponent örtüyü və güclü suyadavamlı dizaynı özündə birləşdirir, cızılmadan müdafiə, tərə qarşı korroziya, eləcə də IP69 və 5 ATM suyadavamlılığı birgə təmin edir.7

The creative image of HUAWEI WATCH GT 6 Pro under impact demonstrates the watch's reliability and durability

Etibarlı güc

21 günlük batareya ömrü ilə güclü dözümlülük.1 Yüksək silikon tərkibli batareyanın innovativ qəbulu sayəsində enerji sıxlığı 37%-ə qədər artır.5 Enerjisini yalnız bir dəfə doldurmaqla macəranıza başlayın.

*Optimal enerjiyığma performansı üçün qutuda gələn rəsmi enerjiyığma stendindən istifadə edin.

  • 21 günə qədər

    az istifadədə⁠1

    *manual deaktivləşdirilmiş avtoaşkarlama məşqləri

  • 12 günə qədər

    tipik istifadədə⁠1

  • 7 günə qədər

    aktivləşdirilmiş AOD ilə⁠1

The internal structure of HUAWEI WATCH GT 6 Pro showcases the watch's battery

Velosipedsürmə

Küləyi ötüb keçin

Yol
Ekspedisiya
Aktiv istirahət
A user wearing HUAWEI WATCH GT 6 Pro is cycling

Macəra və müdriklik ilə addımlayın. Yolda məşqinizə bələdçilik etməsi üçün nəbz tezliyi, meyillilik, sürət və məsafə kimi ciddi göstəriciləri biləyinizdəcə asanlıqla əldə edin.

The internal structure of HUAWEI WATCH GT 6 Pro showcases HUAWEI Sunflower Positioning System

Doğru istiqamətdə addımlayın. Təkmilləşdirilmiş "HUAWEI Sunflower Positioning System" gücləndirilmiş GNSS alqoritmləri və anten arxitekturası vasitəsilə dəqiq mövqeləndirmədə 20% artıma⁠5 nail olur.

Ürəklə addımlayın. Güc sayğacına daha diqqət yetirməyin. Məşq intensivliyinizi tənzimləmək məqsədilə real vaxta və orta enerjiyə nəzarət edən "Cycling Virtual Power"ə ("Velosipedsürmə üzrə Virtual Güc") toxunun.⁠8

Məşqlərə elmi yanaşma. Güc sayğacına qoşulduğu halda, performans gedişatınız izlənilməklə, əsas FTP⁠9 göstəriciləriniz vaxt keçdikcə ölçüləcək.

A user wearing HUAWEI WATCH GT 6 Pro is riding a bicycle,showcasing that the watch can access various data via Bluetooth
  • Nəbz tezliyi kəməri

  • Spidometr

  • Güc sayğacı

  • Kadensiya sensoru

Çox sayda məlumat əlinizin altında. Biləyinizdəki yüksəksəviyyəli statistikalara çıxış etmək məqsədilə nəbz tezliyi kəməri, kadensiya sensoru, güc sayğacı və spidometrə "Bluetooth" vasitəsilə qoşulun.

Ürəyinizlə addımlayın. Bir göz qırpımında problemsiz təhlil üçün nəbz tezliyi məlumatlarınızı velokompüterinizlə sinxronlaşdırın.

A User wearing HUAWEI WATCH GT 6 Pro is resting for long-distance cycling

Yol boyu təhlükəsiz. Fövqəladə bir vəziyyətdə saatınız sizə həmişə yoldaşlıq edir. Rahatlaşın və yolunuza davam edin.

Təhlükəsiz əllərdəsiniz. "Yıxılmanın aşkarlanması" funksiyası yıxılma hallarını uzun diapazonlu IMU sensoru vasitəsilə müəyyən edəcək və təsdiqinizdən sonra kontaktda seçilmiş şəxslərə SOS zəngi və ya sorğusunu⁠10 avtomatik olaraq göndərəcək.⁠8

The Front view of HUAWEI WATCH GT 6 Pro shows emergency assistance function

Kömək üçün zəng edin. SOS zəngi etmək və lokasiyanızı mesaj şəklində göndərmək üçün taca 5 dəfə sürətlə toxunun.⁠11

The Front view of HUAWEI WATCH GT 6 Pro shows emergency assistance function

40 saata qədər velosiped sürün.⁠1 Hədəfiniz uzaq bir yerdirsə, bu funksiya həmişə köməyinizə çatacaq.

Hər mərhələ bir nişan qoyur. Sürət və ya mil məsafəsindəki yeni rekordlarınızı qeyd etmək üçün nişan qazanın. Necə də faydalı bir səyahətdir!

A User wearing HUAWEI WATCH GT 6 Pro is riding for leisure

Yolunuzdan agah olun. Gündəlik get-gəl və ya şəhərinizdə gündəlik gəzinti üçün yolu asanlıqla tapmağınıza kömək edir.

HUAWEI phone interface diagram shows that cycling data can be synchronized from the watch to the phone

Telefonunuzu velokompüterə çevirin. Məlumatları telefonunuzla sinxronlaşdırın. Velosipedinizi ekranda sizi hər zaman müşayiət edən hərəkətli velosipedsürmə qrafiki ilə sürün.⁠12

The front view of HUAWEI WATCH GT 6 Pro shows voice navigation function

Sizin üçün göstərilən istiqamətləri oxuyun. Qulaqlıqlarınızı taxın, gözünüzü yoldan çəkməyin və səs naviqasiyası bələdçisinin sizi düzgün yönləndirməsinə icazə verin.⁠13 Sərbəst və təhlükəsiz yoldan zövq alın.

Rəqəmləri dəqiq qeyd edir. Saat velosipedsürmə vəziyyətinizi trekinqin avtomatik işə düşməsi məqsədilə müəyyənləşdirir, təkcə qırmızı işıqda gözlədiyiniz müddət istisna təşkil edir.

HUAWEI phone interface diagram shows shareable cycling achievements

Nailiyyətlərinizi yayımlayın. Velosipedsürmə nailiyyətlərinizi dostlarla paylaşmaq üçün öz bənzərsiz posterinizi yaradın.

Kros qaçışı⁠14

Şövqlə qaçın

Eniş-yoxuşlar olacaq. Hündürlük tendensiyasını aydın şəkildə göstərir, bu da ərazidəki dəyişikliklərə hazır olmağınıza imkan verir.

Hamısı nəzarət altındadır. Marşrut nöqtələrinə təxmini məsafəni nəzərə alaraq sizi yönləndirir. Lazım olduqda sürəti artırın və ya azaldın.

Planla qaçın. Qarşıdakı yolu inamla planlaşdırmağınız üçün sürət, nəbz tezliyi, enişin performansa real vaxt rejimində təsiri, enişin performansa təsirinin korreksiyası tezliyi kimi çoxsaylı məlumatlar təqdim edir.

HUAWEI WATCH GT 6 Pro can accompany users during 40 hours of running

Sübhə qədər qaçın. Saat 40 saata qədər⁠1 açıq havada sizi müşayiət edir.

Qolf

Meydançaya
hakim olun

Dünyanın hər yerində 80+ ölkə və regionda 17000+ meydança xəritəsi.⁠15 Sizə ən yaxın meydançanı vaxt itirmədən tapın.

The front view of HUAWEI WATCH GT 6 Pro shows vector map

Meydançaya daha yaxından nəzər yetirin. Problemsiz şəkildə vuruşa başlamaq üçün yaxınlaşdırılabilən meydança xəritələrini endirin və istənilən vaxt yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq üçün barmaqlarınızı ekran üzərində açıb-yığaraq sürüşdürün.⁠16

Bir toxunuşla məsafə trekinqi. Strateji planlaşdırma üçün təhlükələrə, yaşıl sahənin ön, mərkəzi və arxa hissəsinə qədər olan məsafələri real vaxt rejimində dəqiq şəkildə təqdim edir.

Bütün idman
çempionları

On the left is the user wearing a watch for diving, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the freediving function
On the left is the user wearing a watch for diving, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the freediving function

Sərbəst dalma

40 metrə qədər sərbəst dalmanı dəstəkləyir.⁠7 Apne təlimi və testi, hover taymer və su tipinin seçilməsi xüsusiyyətləri sayəsində sualtı təhlükəsizliyinizi təmin edir.

On the left is the user wearing a watch for skiing, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the skiing function
On the left is the user wearing a watch for skiing, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the skiing function

Xizəksürmə

Müəyyən müddət ərzindəki orta sürət və məsafədən hərtərəfli statistik məlumatlar əldə edin. Yamacla enin və uçun.

On the left is the user wearing a watch for running, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the running function
On the left is the user wearing a watch for running, and in the middle is the front view of the HUAWEI WATCH GT 6 Pro, showing the running function

Qaçış

Yerlə təmas vaxtının balansı və üfüqi pulsasiya kimi yüksəksəviyyəli göstəriciləri izləyir. Həmçinin çox sayda oflayn xəritələrin endirilməsi də mümkündür.

100+ idman rejimi

Yoqa, güc məşqləri, qaçış və ip atlama. Siyahı daha da uzadıla bilər. Məşğul olduğunuz idman növünü tapın və daha çox əyləncə üçün sınaqdan keçirin.

Hər anınızdan
zövq alın

Məqsədlərinizi uyğunlaşdırın və kalori yandırma və məşq saatlarına dair gedişatı izləyin. Hər kiçik hərəkət sağlam həyata töhfə verir. Ayağa qalxın, gərnəşin və yola düşün.

Ən sevdiyiniz
siferblatınızı quraşdırın

Həyəcanverici sürüş çəkilişinizi və ya ailəvi çəkilişlərinizi biləyiniz vasitəsilə özünüzə daha yaxın edin, beləliklə, əlinizi qaldırmaqla sevimli anlarınızı istənilən vaxt yenidən yaşaya bilərsiniz.⁠17

The front views of three HUAWEI WATCH GT 6 Pro shows the video dial
The front views of three HUAWEI WATCH GT 6 Pro shows the video dial
The front views of three HUAWEI WATCH GT 6 Pro shows the video dial

Sağlamlığınızı
yaxşılaşdırın

Tamamilə yeni "HUAWEI TruSense System" daha dəqiq, hərtərəfli və sürətli olmaq üçün təkmilləşdirilib. Emosiyalarınıza, yuxu fazalarınıza və daha çoxuna məlumatlılıq qataraq sağlamlığınızla tamamilə yeni səviyyədə məşğul olur.

Rahat yatın və günə daha yaxşı başlayın. Yuxu vərdişlərinizi inkişaf etdirmək məqsədilə yuxu zamanı yuxu mərhələlərinizin, oyanma vaxtınızın, yuxu saatlarınızın, tənəffüs tezliyinizin, ürək döyüntünüzün və qanınızdakı oksigenin fərdiləşdirilmiş tövsiyə ilə təkmilləşdirilmiş şəkildə izlənilməsi.⁠18

Yavaşlamaq vaxtıdır. Saat stres səviyyələrinizi ölçərək yüksəktəzyiqli anlarda nəfəs məşqi kimi sürətli, asan həllər təklif edir. Nə vaxt geri addım atmalı olduğunuzu biləcəksiniz.⁠18

24/7 yorğunluq monitorinqi. Ürək ritminin dəyişkənliyinizi (HRV) hər gün yoxlayın. Bu, fiziki vəziyyətiniz, məşq cədvəlləriniz və gündəlik vərdişlərinizin idarə edilməsi üçün faydalıdır.⁠18

Oksigen səviyyənizə bir baxışdan nəzər yetirin. Tənəffüs sağlamlığınızı istənilən vaxt qiymətləndirmək məqsədilə SpO-nu2 ölçün.⁠18

EKQ təhlilləri

Ölçmədən sonra saatınızda EKQ hesabatı hazırlamaq üçün yan tərəfdəki elektrodu 30 saniyə basıb saxlayın.⁠3

Nəbz Dalğası Aritmiya Təhlili

PPG sensoru sayəsində potensial qulaqcıqların fibrilyasiyası və ekstrasistoliya riskləri ilə bağlı vaxtında xəbərdarlıq alaraq ürək sağlamlığınızın qeydinə qalın.⁠3

The front view of HUAWEI WATCH GT 6 Pro shows that the watch can alert atrial fibrillation

Ruhunuzu açın

Saat emosiyalarınızı ölçülər üzrə 12 növ həssas vəziyyətə görə kateqoriyalara ayırır və onları müxtəlif formalı çiçəklər şəklində vizuallaşdırır. Emosional toxumlarınızı bəsləyin və onların çiçəklənməsinə icazə verin.⁠19

The front view of HUAWEI WATCH GT 6 Pro shows positive emotions
Xoşagəlimli
Neytral
Xoşagəlməz
The front view of HUAWEI WATCH GT 6 Pro shows positive emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows positive emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows positive emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows positive emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows neutral emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows neutral emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows neutral emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows neutral emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows unpleasant emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows unpleasant emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows unpleasant emotions
The front view of HUAWEI WATCH GT 6 Pro shows unpleasant emotions

Əhvalınız olmadıqda sevimli virtual ev heyvanlarınız sizi nəfəs məşqlərinə çağırır.

Həmçinin siferblatlarınızdakı ev heyvanları ilə hər gün qarşılıqlı əlaqədə ola bilərsiniz.⁠20

Sağlamlığınızı
yaxından izləyin

Yuxu keyfiyyətiniz, məşq intensivliyiniz, emosional vəziyyətləriniz və daha çoxunu əhatə edən hərtərəfli qiymətləndirmə və fərdiləşdirilmiş tövsiyə əldə edin.⁠21

The front view of HUAWEI WATCH GT 6 Pro shows the health summary function

Məşq

Dövrə məsafəsi

120 km

əvvəlki ay ilə
müqayisədə

Emosiyalar

Xoşagəlimli

30%

son 7 gündəki meyil Yaxşılaşdırıldı

Ürək sağlamlığı

İstirahət zamanı
nəbz tezliyi

Düşmə tendensiyası

Son 7 gündəki meyil

Yuxu sağlamlığı

Yuxu
göstəricisi

15 bal

dünənki ilə
müqayisədə

HUAWEI Health +

HUAWEI WATCH GT 6 seriyası istifadəçiləri, başlanğıc səviyyədən qabaqcıl səviyyəyə qədər məşqlər, bələdçili meditasiyalar, "Stay Fit Plan" və nəfəs məşqləri də daxil olmaqla, çox sayda xüsusi üstünlük təqdim edən HUAWEI Health+ xidmətində 3 aylıq ödənişsiz üzvlükdən yararlana bilərlər.⁠22

GT
Bir çox şeydə bacarıqlı

Hərtərəfli
uyğunlaşabilən

HUAWEI WATCH GT 6 Pro daha asan istifadə üçün həm iOS, həm də Androidə uyğundur.⁠4

The front view of the HUAWEI WATCH GT 6 Pro and the phone demonstrates the compatibility

Birbaşa biləyinizdən Bluetooth zəngləri edin və gələn zəngləri cavablandırın.⁠23

The front view of HUAWEI WATCH GT 6 Pro shows that the watch can take a snapshot by pressing the up and down buttons

Fotoşəkil çəkmək üçün yuxarı və aşağı düymələrini basın və onu telefonunuzun Qalereyasında paylaşın.⁠24

Birbaşa biləyinizdən idarə olunan telefonunuzla mükəmməl selfi çəkin.⁠25

Nəyisə cəld qeyd etməlisiniz? Sadəcə, əlinizi qaldırın və ağlınızdan keçəni deyin, qalanını saatınız həll edər.⁠26

Sərbəst musiqioxutmanı dəstəkləyir, beləliklə, sevimli melodiyalarınızı istənilən vaxt dinləyə bilərsiniz.⁠27

  1. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Faktiki istifadə məhsulla bağlı müxtəlifliklər, istifadə vərdişləri və ekoloji amillərdən asılı olaraq dəyişə bilər.
    Batareya maksimum 21 günə qədər davam edə bilər; tipik istifadədə 12 günə, aktivləşdirilmiş AOD ilə 7 günə, açıq havada idman rejimində isə 40 saata qədər.
    Az istifadədə batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrləri, manual şəkildə aktivləşdirilmiş avtoaşkarlama məşqləri, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, orta göstərici üzrə hər həftə 90 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 200 dəfə yandırılması.
    Tipik batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, əlavə emosiyalar/stres qeydləri funksiyasının aktiv olması, orta göstərici üzrə hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə açıq olması.
    Həmişə displeydə (AOD) rejimi aktivləşdirildikdə batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrlərindən istifadə, Həmişə displeydə (AOD) rejiminin aktiv olması, hər həftə 30 dəqiqəlik Bluetooth zəngi, hər həftə 30 dəqiqəlik audiooxutma, ürək döyüntüsünə nəzarət rejiminin həmişə aktiv olması, gecələr yuxuya nəzarət rejiminin aktiv olması, əlavə emosiyalar/stres qeydləri funksiyasının aktiv olması, orta hesabla hər həftə 180 dəqiqəlik məşq, mesaj bildirişlərinin aktiv olması (hər gün 50 mesaj, 6 zəng və 3 zəngli saat) və cihaz ekranının hər gün, ümumilikdə, 30 dəqiqə aktiv olması.
    Açıq havada idman rejimində batareya ömrü aşağıdakı şərtlərə əsasən test edilir: standart zavod parametrləri, cihaz ekranının saatbaşı 60 dəfə aktivləşdirilməsi.
  2. Saatın şüşəsi süni sapfir şüşədən, ön korpusu isə titan ərintisindən hazırlanıb.
  3. Bu saat tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Bu funksiya 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil. Nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz. Bu funksiya vasitəsilə əldə edilmiş məlumatlar yalnız fərdi istifadə üçündür. Bu tətbiqdən istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxumağınız xahiş olunur.
  4. Yalnız Android 9.0/iOS 13.0 və ya daha sonrakı versiyalara malik telefona qoşulduqda və HUAWEI Health tətbiqi quraşdırıldıqda mövcuddur. Faktiki funksiyanın mövcudluğu telefonun modelindən və əməliyyat sistemindən asılı olaraq dəyişə bilər.
  5. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir və HUAWEI WATCH GT 5 Pro 46 mm ilə müqayisəyə əsaslanır.
  6. 30% orta şəkil səviyyəsi (APL) üzrə şəkil stimulyasiyası çərçivəsində nail olunan pik parlaqlıq 3000 nitdir. Məlumatlar Huawei laboratoriyalarından əldə edilir. Ekran parlaqlığı mühitə əsasən dəyişir. Faktiki performans fərqli ola bilər.
  7. ISO 22810:2010 standartına əsasən, bu məhsul 5 ATM suyadavamlılıq dərəcəsinə uyğundur; bu, cihazın 10 dəqiqə ərzində 50 metrə qədər statik su təzyiqinə tab gətirə bildiyini göstərir, lakin bu o demək deyil ki, cihaz 50 metr dərinlikdə suda suyadavamlıdır.
    IP69: Bu məhsul IEC 60529:2013 standartı üzrə IP69 dərəcəli suya qarşı davamlılığa uyğundur. IPX9 test şərtləri bunlardır: su temperaturu: 80±5°C; su axını: 15±1 l/dəq; su təzyiqi: 10000±500 kPa; püskürtmə bucağı: hər bucaq üzrə 30 saniyə olmaqla, 0°, 30°, 60° və 90°. Bu, isti su ilə duş qəbulu zamanı qorunma ilə bağlı zəmanət ehtiva etmir.
    Məhsul dalğıc aksesuarları üzrə EN13319 standartına uyğundur və 40 metr dərinliyə qədər sərbəst dalma fəaliyyətlərini dəstəkləyir. Hovuzda və sahilboyu üzgüçülük fəaliyyətləri kimi dayaz su fəaliyyətlərində taxıla bilər. Su fəaliyyətləri zamanı cihazı taxdıqdan sonra onu dərhal silin və qurulayın, məhsulun səthindən və bütün dəliklərdən su qalıqlarını təmizləyin, eyni zamanda cihazın performansına qarşı mənfi təsirlərdən yayınmaq üçün onun drenaj funksiyasından istifadə edin.
    Məhsul aşağıdakı hallarda taxıla bilməz: (Cihaz qeyri-müvafiq halda taxılarsa, suya salınma nəticəsində cihaza dəymiş zərər zəmanətlə əhatə olunmur.) (1) İsti duş, isti bulaqlar, saunalar (buxar otaqları) və yüksəktemperaturlu və (və ya) yüksəkrütubətli mühitlərdə digər fəaliyyətlər. (2) Cihazın duş geli, şampun, sabunlu su və hər hansı digər camaşırxana və ya təmizlik məhsullarına məruz qalmasına səbəb ola biləcək fəaliyyətlər. Əgər cihaz qeyd olunanlardan hər hansı biri ilə təmas edibsə, onu yaxalayın və təmiz suda 30 dəqiqə islağa qoyun. (3) Sualtı dalma, texniki dalma və 40 metrdən daha dərin sularda dalğıc fəaliyyətləri. (4) Kompozit veqan dəri, kompozit toxuma, titan və keramika kəmərlər suda fəaliyyətlər (məsələn, üzgüçülük) üçün nəzərdə tutulmayıb və ya tərədavamlı deyil. Buna görə də bu cür hallarda digər kəmərlərdən istifadə tövsiyə olunur.
    Taxılabilən Huawei məhsullarının suyadavamlılığı barədə əlavə məlumat əldə etmək üçün sayta daxil olun: https://consumer.huawei.com/en/support/content/en-us15851428/.
    Suyadavamlılıq xüsusiyyəti daimi deyil və gündəlik istifadə zamanı köhnəlmə və aşınma səbəbindən performansı düşə bilər. Cihazınızın yoxlanılması və texniki baxımı üçün onu səlahiyyətli Huawei xidmət mərkəzinə müntəzəm qaydada aparmağınız tövsiyə olunur.
  8. Bu funksiya yalnız OTA yenilənməsi vasitəsilə əlçatan olur.
  9. FTP "Funksional Hədd Gücü" ifadəsinin abreviaturudur. Saat müəyyən ikitərəfli güc sayğaclarına deyil, standart "Bluetooth" protokolunu dəstəkləyən güc sayğacına qoşula bilər.
  10. Yalnız EMUI 8.1/Android 8.0/iOS 13.0 və ya sonrakı versiyalara malik telefonla əlaqələndirildikdə və HUAWEI Health tətbiqi quraşdırıldıqda dəstəklənir. Faktiki istifadə təcrübəsi fərqli ola bilər.
  11. Bu funksiya yalnız OTA yenilənməsi vasitəsilə əlçatan olur. Saat iOS cihazına qoşulu olduqda SOS sorğularını göndərmək mümkün deyil.
  12. Yalnız EMUI 12.0/Android 9.0/iOS 13.0 və ya sonrakı versiyalara malik telefonla əlaqələndirildikdə və HUAWEI Health tətbiqi quraşdırıldıqda dəstəklənir. Faktiki funksiyanın mövcudluğu telefonun modelindən və əməliyyat sistemindən asılı olaraq dəyişə bilər.
  13. Hazırda bu xidmət sadalanan dillərdə əlçatandır: çin dili, ingilis dili, alman dili, italyan dili, polyak dili, ispan dili, ispan dili (Latın Amerikası), fransız dili, malay dili, tay dili, türk dili, yapon dili, rus dili, bolqar dili və Braziliya portuqal dili. Faktiki performans fərqli ola bilər.
  14. Seqmentəsaslı naviqasiyadan istifadə etmək üçün üçüncü tərəfin işarələdiyi nöqtələri ehtiva edən müvafiq marşrutu endirməli, marşrutu telefonunuzdakı HUAWEI Health tətbiqində quraşdırmalı və onu taxılabilən cihazınızla sinxronlaşdırmalısınız. Daha sonra saatınızda Workout tətbiqini açın, Kros qaçışı tənzimləmələri ekranına daxil olun, Marşrutlar düyməsini klikləyin, hədəf marşrutunuzu tapın və qaçışa başlayın. Xəritə əsaslı marşrutlardan istifadə etmək üçün telefonunuzdakı HUAWEI Health tətbiqindən müvafiq oflayn xəritəni, kontur xətlərini endirməli və məlumatları saatınızla sinxronlaşdırmalısınız. Daha sonra saatınızdakı Workout tətbiqində açıq hava sessiyasını başladın, yerləşdirmənin tənzimlənməsini gözləyin və xəritə əsaslı marşrutu kontur xətləri ilə görmək üçün barmağınızı məlumat kartlarında yuxarı və ya aşağı sürüşdürün.
  15. Qolf meydançalarının xəritəsi funksiyası yalnız müəyyən bazarlarda mövcuddur. Əlçatanlıq rəsmi buraxılışlardan və faktiki şərtlərdən asılıdır. Ölkəniz/regionunuz və funksiyanın dəstəkləndiyi şəhərlər siyahısı barədə ətraflı məlumat əldə etmək üçün daxil olun: https://consumer.huawei.com/en/support/content/en-us16014632/.
  16. Qolf meydançalarının xəritəsini yalnız "HUAWEI Health" tətbiqində endirmək mümkündür.
  17. Bu funksiya yalnız OTA yenilənməsi vasitəsilə əlçatan olur. Saat iOS cihazına qoşulduqda Fərdi video saat siferblatı əlçatan olmur.
  18. Bu məhsul tibbi məqsədlər üçün nəzərdə tutulmayıb. Bütün monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz.
  19. Emosional rifah tətbiqi tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün monitorinq məlumatları və nəticələr yalnız istinad üçündür, onlardan tibbi diaqnoz və ya müalicə məqsədilə əsas kimi istifadə edilə bilməz. Bu məlumatlar yuxu və ya məşq zamanı kimi konkret vaxtlarda əlçatan deyil.
  20. Ev heyvanı temalı bəzi saat siferblatları HUAWEI Health tətbiqindəki My faces bölməsində tənzimlənməli və yenilənməlidir.
  21. Health Insights tətbiqi tibbi istifadə üçün nəzərdə tutulmayıb. Bütün məlumat, nəticə və tövsiyələr yalnız istinad üçündür, onlardan diaqnoz və ya müalicə məqsədilə istifadə edilə bilməz.
  22. HUAWEI WATCH GT 6 seriyalı saat satın almaqla HUAWEI Health tətbiqi vasitəsilə 3 ay ödənişsiz HUAWEI Health + Sınaq üzvlüyünə (bundan sonra "Təklif" adlandırılacaq) sahib olun. Hüquq və maraqlar, istifadə ilə bağlı təlimatlar və digər məlumatlar barədə konkret təfərrüatlar əldə etmək üçün HUAWEI Health tətbiqində göstərilən "hüquq və maraqlar" səhifəsinə istinad edin.
  23. Bluetooth zəngi saatın telefona yalnız HUAWEI Health tətbiqi vasitəsilə qoşulduğu vaxt əlçatandır.
  24. Saat skrinşotu funksiyası telefona yalnız HUAWEI Health tətbiqi vasitəsilə qoşulduqda əlçatandır. Skrinşotun görüntü keyfiyyəti saatınkı ilə eyni olacaq.
  25. Məsafədən idarəetmə funksiyası saat yalnız EMUI 8.1/iOS 13.0 və ya sonrakı versiyalara malik telefona qoşulduqda əlçatandır.
  26. Voice Notepad-dəki səs qeydləri telefonunuzla sinxronlaşdırıla bilməz.
  27. Saat iOS cihazına qoşulduqda musiqi sinxronizasiyası və saatın musiqi idarəetmə funksiyası dəstəklənmir.
consumer.huawei.com səhifəsini tərk edirsiniz
Linkin üzərinə klik etdikdən sonra üçüncü şəxs olan tərəfin veb səhifəsinə yönləndiriləcəksiniz. Huawei şirkəti, üçüncü şəxs olan tərəfin veb səhifəsinə görə cavabdehlik daşımır və ona təsir gücünə malik deyil.
Geriyə Davam et